22 Dekabr 2024, Bazar

Fevralın 25-də Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, onların ruhuna “Qurani-Kərim”dən ayələr oxunmuş, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın Qarsdakı Baş konsulu Ayxan Süleymanov çıxış edərək demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və döyüş texnikasının iştirakı ilə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Bu hərbi təcavüz zamanı Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə divan tutulmuşdur. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.

Soyqırımı ilə bağlı tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdıran Ayxan Süleymanov bildirmişdir ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul olunmuş, ulu öndərin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-sı saat 1700 Azərbaycan Respublikasının bütün ərazisində sükut dəqiqəsi elan edilmişdir.
Mərasimdə Xocalı soyqırımı ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilmiş, tədbir iştirakçıları Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını əks etdirən fotostendlərə, kitab və jurnallardan ibarət sərgiyə baxmışlar.
Tədbirdə Qars valisi Əyyup Təpə, Qars Şəhər Bələdiyyəsinin sədri Nevzat Bozkuş, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri, Qars Qafqaz Universitetinin müəllim və tələbələri, Qars ictimaiyyətinin nümayəndələri iştirak etmiş, ehsan süfrəsi açılmışdır.
Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına və erməni terrorçularının törətdikləri cinayətlərə həsr olunmuş “İrs Miras” jurnalı tədbir iştirakçılarına paylanmışdır. Keçirilmiş tədbir yerli kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR