22 Dekabr 2024, Bazar

Dünən Ordubad rayonunda “Yerli özünüidarəetmə orqanlarının fəaliyyətində bələdiyyələrin reqlamenti ilə bağlı məsələlərin tənzimlənməsi və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.
Seminar-müşavirəni Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov açaraq rayonda bələdiyyələrə göstərilən dövlət qayğısından danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsləhətçisi, kiçik ədliyyə müşaviri Səttar Zamanovun, Təşkilat-nəzarət şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Emin Səfərovun, Qanunvericilik şöbəsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmovun məruzələri dinlənilib.
Məruzələrdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli Fərmanı ilə “Bələdiyyələrin nümunəvi reqlamenti” təsdiq edilib. Reqlament bələdiyyə iclasının çağırılması, əhali ilə görüşlərin təşkili qaydalarını və bələdiyyələrin fəaliyyəti ilə bağlı digər məsələləri tənzimləyir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi də ötən ay nümunə reqlamentlə bağlı tövsiyə məktubları hazırlayaraq bələdiyyələrə göndərilməsini təmin edib. Bələdiyyə orqanları tərəfindən həmin reqlamentin tətbiqinə əməl olunması diqqət mərkəzində saxlanılmalıdır. 
Muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunmuş 2013-cü ildə bələdiyyə orqanları işlərinə daha məsuliyyətlə yanaşmalı, qanunvericiliyin tələblərinə əməl olunmasına diqqəti daha da artırmalıdırlar.
Seminarda yerli özünüidarəetmənin digər aktual məsələlərinə də toxunulub, bələdiyyə qərarlarının qəbul edilməsi prosedurunun düzgün həyata keçirilməsi, yerli vergi və ödənişlərin toplanması, maliyyə vəsaitlərinin istifadəsi və sair məsələlərin həlli istiqamətində tədbirlərin davamlı olaraq həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Sonra bələdiyyələrin nümunəvi reqlamentinin, hər bir bələdiyyə üçün onun daxili fəaliyyət məsələlərini tənzimləyən müvafiq reqlamentin hazırlanması və təsdiq edilməsi qərara alınıb.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Seminar-müşavirəyə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar İsmayılov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR