22 Dekabr 2024, Bazar

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası” mövzusunda açıq dərs keçilmişdir.
Dərsdə məktəbin tarix müəllimi Zeynəb Quliyeva şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyası nəticəsində ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında əldə olunan uğurlar haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycanın bugünkü inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Ümummilli liderimizin ölməz ideyaları Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün ölkəmizi sürətlə irəli aparır.

Zeynəb Quliyeva demişdir ki, Azərbaycanın zəngin mədəniyyətə, qədim tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çətin, mürəkkəb və eyni zamanda parlaq inkişaf yolu keçərək ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynamışdır. Blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası öz qədimliyini və tarixiliyini qorumaqla bu gün sürətlə inkişaf edir. Muxtar respublikada bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilir, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa edilir, yeni yollar çəkilir, istehsal müəssisələri yaradılır. Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış yerlərində milli və müasir memarlığın nailiyyətlərini özündə əks etdirən meydanlar, parklar salınır, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılır, neçə-neçə tarixi memarlıq abidələri bərpa edilərək əvvəlki görkəminə qaytarılır. Bu gün muxtar respublikada əldə olunan sosial-iqtisadi inkişafı bütün sahələrdə müşahidə etmək olar. Regionda insan amilinə qayğı prioritet vəzifəyə çevrilmişdir. Doğma diyarımızda həyata keçirilən, ilbəil daha geniş vüsət alan qurucu­luq işlərinin təməlində insanların yaxşı yaşamasını təmin etmək dayanmışdır. Muxtar respublikada qazanılan hər bir uğur ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının nəticəsidir.
Açıq dərsdə son 17 ildə muxtar respublikada inkişafa doğru də­yişikliklər ətraflı təhlil edilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR