22 Dekabr 2024, Bazar

20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Atıcılıq Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə atıcılıq üzrə məktəblilər arasında keçirilən birinciliyə yekun vurulub.
Qız və oğlanların ayrılıqda mübarizə apardığı birincilikdə 21 idmançı iştirak edib. Yekun nəticəyə əsasən, oğlanlar arasında Toğrul Balaşov, Pərvin Nəzərov və İsmayıl Səfərzadə müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. Qızların mübarizəsində Aytən İmanova bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub. Digər iki pillədə isə Xurşud Mahmudova və Elnarə Nağızadə qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Culfa Rayon Uşaq-gənclər şahmat idman məktəbində rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş şahmatın tempo növü üzrə rayon birinciliyi keçirilib.
Birincilikdə 34 şahmatçı mübarizə aparıb. Yarışdan öncə Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli və Təhsil Şöbəsinin əməkdaşı Ramazan Abuzərov çıxış edərək keçirilən tədbirin mahiyyəti və 20 Yanvar faciəsi haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər.
Yekun nəticəyə əsasən, Culfa şəhər 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Əli Qulamzadə bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. Culfa şəhər 2 nömrəli tam orta məktəbin VI sinif şagirdi Elcan Qulamzadə ikinci, Culfa şəhər 3 nömrəli tam orta məktəbin V sinif şagirdi Vüsal Hüseynli isə üçüncü olublar.
Qalib və fərqlənən idmançılar Culfa Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin diplomları ilə təltif ediliblər.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr edilmiş birinciliyi keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etmək, muxtar respublikada fəaliyyət göstərən və federasiyanın tərkibində olan klubların işini gücləndirməkdən ibarət olub.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar.
Şəhər birinciliyinin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Canməmməd Canməmmədov və federasiyanın sədr müavini Faiq İsgəndərov bildiriblər ki, muxtar respublikada belə yarışların keçirilməsində əsas məqsəd güləşin ənənələrini inkişaf etdirmək və yeniyetmələr arasında bu növü təbliğ etməkdir. Vurğulanıb ki, son illərdə muxtar respublika idmanına göstərilən diqqət nəticəsində yeni idman obyektləri, idman zalları tikilərək idmançıların ixtiyarına verilib. Bu da istedadlı gənclərin üzə çıxmasında müstəsna roy oynayır.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birincilikdə Tuncay Məmmədov (29 kiloqram), Kənan Qasımov (32 kiloqram), Rəmzi Babayev (35 kiloqram), Hüseyn Əhmədli (38 kiloqram), Abbas Nəzər­əliyev (42 kiloqram), Muxtar İbrahimov (47 kiloqram), Mətləb Talıblı (53 kiloqram), Orxan Ələkbərov (59 kiloqram), Sərdar Tağıyev (66 kiloqram) və Qoca Əhmədov (73 kiloqram) öz çəki dərəcələrində rəqiblərini üstələyərək qalib adını qazanıblar.
Sonda ilk üç pilləni tutan idmançılar diplom və fəxri fərmanlarla təltif olunublar.

Ceyhun Məmmədov

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Bakıda baş tutacaq təlim-məşqlər yanvarın 10-dan 17-dək davam edəcək. Hazırlıq prosesi çərçivəsində yığmamızın yanvarın 12-də “İnter”, 14-də “Sumqayıt” və 17-də isə “Neftçi” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulub.
Milli komandanın bu dəfə keçirəcəyi təlim-məşq toplanışına “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun futbolçusu Turqay İbrahimov da dəvət olunub. İlk dəfə Azərbaycan millisinin formasını geyinəcək olan T.İbrahimov fikirlərini bizimlə bölüşdü: “Bu, mənim üçün sevindirici haldır. İlk dəfədir, milliyə dəvət olunuram. Çalışacağam ki, Azərbaycan yığmasının heyətində baxımlı oyun sərgiləyim və “Araz-Naxçıvan”da qazandığım təcrübəni milli komandada nümayiş etdirim”.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları 2015-ci ilin yekunlarına dair iclaslar keçiriblər. Hesabat xarakteri daşıyan iclaslarda il ərzində görülən işlər, keçirilən tədbirlər, həmçinin növbəti ildə qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının nəzdində yunan-Roma güləşi, sərbəst güləş, sambo və cüdo bölmələri fəaliyyət göstərir. Geridə qoyduğumuz ilin yekun iclasında federasiyanın sədr müavini Faiq İsgəndərov diqqətə çatdırıb ki, bu müddət ərzində 38 idman tədbiri təşkil edilib. Bu yarışlarda 500-dən çox idmançı mübarizə aparıb və məqsəd milli idman növünü muxtar respublikada təbliğ etmək, gənc­lər arasında kütləvi hala gətirmək olub.
2015-ci ili Boks Federasiyası üçün də önəmli il hesab etmək olar. Yekun iclasındakı çıxışında federasiyanın sədr müavini Məmmədcəfər Əliyev boksçularımızın ötən il 23 müxtəlif idman yarışlarında çıxış etdiyini deyib. Bildirib ki, bunlardan dördü Azərbaycan birinciliyi, ikisi beynəlxalq turnir, biri “Bakı – 2015” Avropa Oyunları, biri dünya, biri Avropa birinciliyi, ikisi muxtar respublika birinciliyi, biri muxtar respublika turniri, beşi açıq birincilik, altısı yoldaşlıq görüşü olub. İl ərzində idmançılarımız 12 medal əldə ediblər ki, bunların da 4-ü qızıl, 3-ü gümüş, 5-i isə bürüncdür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdikləri kişilər arasında basketbol üzrə muxtar respublika çempionatına yekun vurulub.
Çempionatın keçirilməsində əsas məqsəd muxtar respublikada basketbol idman növünü daha geniş inkişaf etdirmək, müasir basketbol sisteminə keçmək və basketbol üzrə yığma komandanı müəyyən edib Azərbaycan çempionatında iştirakına nail olmaq idi. Çempionat iki dövrədən ibarət olub. İlk dövrəyə mart ayında start verilib və iyunun 8-də yekun vurulub. Çempionatın ikinci dövrəsi isə 27 sentyabr- 26 dekabr tarixləri arasında keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən çempionatın final qarşılaşmasında “Naxçıvan” və “Ordubad” komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş “Naxçıvan” komandasının qələbəsi ilə yekunlaşıb – 87:50. Bununla, onlar ilk dəfə keçirilən kişilər arasında basketbol üzrə muxtar respublika çempionatını qalib kimi başa vurublar. “Culfa” komandası isə çempionatı üçüncü pillədə başa vurub.
Sonda hər üç komandaya Gənclər və İdman Nazirliyinin diplomları, federasiyanın isə kubok və hədiyyələri təqdim olunub.

Ceyhun Məmmədov

Bakı şəhərində fəaliyyət göstərən “Sərhədçi” Olimpiya-İdman Mərkəzində böyüklər arasında taekvando üzrə Azərbaycan çempionatına yekun vurulub. Azərbaycan Taekvando Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparıblar. Üç gün davam edən turnirdə səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvandoçular yarışıblar. Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi də iştirak edib. Məşqçi-müəllim Fərid Tağızadənin rəhbərliyi ilə paytaxta yollanan idmançımız Elman Əliyev tatamiyə 87+ kiloqram çəki dərəcəsində çıxıb. O, finala kimi bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada Mərkəzi Ordu İdman Klubunun idmançısı Ceyhun Həsənli ilə üz-üzə gəlib. Bu görüşdə məğlub olan idmançımız Azərbaycan çempionatını ikinci pillədə başa vurub.
Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Ceyhun Məmmədov

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə yeniyetmələr (2004-2006-cı illər) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 8 çəki dərəcəsi üzrə 50-yə yaxın idmançı iştirak edib. Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov qarşıdan gələn bayramlar münasibətilə idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.
Yarışın yekun nəticəsinə əsasən, Nizami Məmmədli (27 kq), Həmzə Rəhimli (30 kq), Sənan Cəfərov (34 kq), Fuad Gözəlov (38 kq), Fuad Əşrəfli (42 kq), Rüfət Zeynalov (46 kq), İsmayıl Abbaslı (50 kq) və Əlişan Rəhimli (54 kq) bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Sonda müvafiq çəki dərəcələrində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında voleybol üzrə şəhər birinciliyinə yekun vurulub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdiyi birincilik 12 nömrəli tam orta məktəbin idman zalında keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Olimpiya sistemi üzrə keçirilən yarışda 15 komanda iştirak edib. VIII-XI sinif şagirdləri arasında keçirilən yarışda 3 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. Digər iki pillədə isə 10 və 7 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Sonda qalib komandalara təşkilatçıların diplomları təqdim edilib.

 Ceyhun Məmmədov

Azərbaycan boksunun tanınmış nümayəndələrindən biri olan mərhum Abbas Ağalarovun xatirəsinə həsr edilən gənc boksçular arasında ənənəvi beynəlxalq turnirə yekun vurulub. Bakı şəhərində keçirilən turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, İran, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və İsrailin 74 boksçusu iştirak edib. Azərbaycan yığması bu turnirdə 10 çəki dərəcəsində 3 komanda ilə mübarizə aparıb. Beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirməsi Sərxan Əliyev də gücünü sınayıb. 60 kiloqram çəki dərəcəsində rinqə çıxan dəri əlcək sahibimiz ilk mərhələdə İsrail boksçusunu məğlub edib. Yarımfinal görüşündə turnirin favoriti qazaxıstanlı Sultan Şarşovu məğlub edən Sərxan Əliyev həlledici görüşə vəsiqə qazanıb. Final görüşündə də onun rəqibi Qazaxıstan təmsilçisi olub. Nurbol Sultanbay ilə qarşılaşan idmançımız rəqibini məğlub edərək turnirin qalibi olub.
Qeyd edək ki, Abbas Ağalar­ovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə Azərbaycan yığması cəmi 2 qızıl medal qazanıb ki, onun da biri Sərxan Əliyevin aktivinə yazılıb.
Sonda qalib idmançımıza diplom, medal və kubok təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Culfa rayon Bənəniyar kəndində təşkil edilən tədbirdə 16 idmançı karate-do üzrə kəmər imtahanı verib. İmtahanı isə federasiyanın sədr müavini Cavanşir Salayev və Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hidayət Şabanov götürüb.
Kəmər imtahanından sonra federasiyanın sədr müavini Cavanşir Salayev keçirilən tədbirin mahiyyəti barədə dedi: “Tədbiri keçirməkdə məqsəd uşaq və yeniyetmələr arasında idmanı təbliğ etmək və onları zərərli vərdişlərdən uzaqlaşdırmaqdır. Mütəmadi olaraq nazirliklə birgə bu cür seminarlar, imtahanlar təşkil edirik. Eyni zamanda muxtar respublikanın şəhər və rayonlarında federasiyanın bölmələri fəaliyyət göstərir və bu bölmələrdə uşaqların daim idmanla məşğul olmaları üçün şərait yaradılıb. Bu cür tədbirlər həm də idmançılarda əlavə ruh yüksəkliyi yaradır”.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən MMA qaydasız döyüş növü üzə muxtar respublika birinciliyinə yekun vurulub.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının təşkil etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçib. 8 çəki dərəcəsində (56, 61, 66, 70, 77, 84, 93 və 110 kq) 100-ə yaxın idmançının mübarizə apardığı birinciliyin bağlanış mərasimində çıxış edən federasiyanın sədr müavini Cavanşir Salayev, Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov yarışın qaliblərini təbrik ediblər.
Yekun nəticəyə əsasən, Polad Cəlilov (56 kq), Tağı Məmmədov (61 kq), Cəmaləddin Tağıyev (66 kq), Məmmədəli Bağırov (70 kq), Şulan Bağırov (77 kq), Nəcəfəli Nəcəfov (84 kq), Səyyad Məmmədov (93 kq) və Turqay Qasımov (110 kq) birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində ilk 3 pilləni tutan idmançılara diplom, medal, kubok və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında növbəti turun oyunları keçirilib.
Çempionatın dəyişməz liderləri “Naxçıvan” və “Ordubad” komandaları 13-cü turu da qələbə ilə başa vurublar. Turnir cədvəlinin son pilləsində qərarlaşan “Sədərək” komandası naxçıvanlı həmkarlarının qonağı olub və meydanı 35:61 hesablı məğlubiyyətlə tərk edib. “Ordubad” komandası isə növbəti iki xalını Babək səfərində əldə edib.

Ardını oxu...

Muxtar respublikamızda məşqçi-müəllimlər və idmançılar üçün təşkil olunan seminarlar davam etdirilir.
Növbəti seminar dekabrın 16-17-də Gənclər və İdman, Təhsil nazirlikləri və Yüngül Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilib. Dekabrın 16-da məşqçilər üçün nəzəri seminar təşkil edilib. Seminarı giriş sözü ilə federasiyanın sədr müavini İntiqam Rəhimov açıb. O, çıxışında Naxçıvan Muxtar Respublikasında bu idman növünün geniş yayıldığını, gənclərin bu sahəyə maraq göstərdiklərini bildirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında MMA qaydasız döyüş növü üzrə muxtar respublika birinciliyinə start verilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birinciliyin məqsədi bu idman növünü gənclər arasında təbliğ etmək və istedadlı gənc­ləri üzə çıxarmaqdır. 8 çəki dərəcəsində (56, 61, 66, 70, 77, 84, 93 və 110 kq) 100-ə yaxın idmançının mübarizə apardığı birincilikdə həmin çəki dərəcələrində finala yüksələn idmançılar bu gün birinci yer uğrunda döyüşlərini keçirəcəklər.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün seminarların keçirilməsi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qolbol idman növü üzrə “Naxçıvan” komandasının məşqçi-müəllim və idmançı heyəti üçün təlim-məşq seminarı keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandasının baş məşqçisi Zahir Abdullayev tədbir iştirakçılarını qolbol idman növü üzrə olan yeniliklər haqqında məlumatlandırıb. Sonra isə seminar idmançıların məşqi ilə davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin bədən tərbiyəsi və idmana maraqlarının artırılmasını, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından səmərəli istifadələri üçün zəruri şəraitin yaradılmasını, istedadlı idmançıların aşkara çıxarılması məqsədilə müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Cari ilin ötən dövrü ərzində məhdud fiziki imkanlı idmançılar arasında xalq uşaq oyunları, tennis, darts (lövhəyə oxatma), şahmat, dama, yüngül atletika, qolbol və sair idman növləri üzrə yarışlar təşkil edilib, həmçinin sağlamlıq imkanları məhdud uşaqlardan təşkil olunan bədii gimnastika bölməsi fəaliyyətə başlayıb. Qolbol idman növü üzrə “Naxçıvan” komandasının oyun təcrübəsinin artırılması üçün tədbirlərin təşkili də diqqət mərkəzində saxlanılır.

 Ceyhun Məmmədov

Kəngərli rayon ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları arasında Xok kənd tam orta məktəbinin idman zalında voleybol üzrə rayon birinciliyi keçirilib. 8 komandanın mübarizə apardığı birinciliyin həlledici qarşılaşmasında Şahtaxtı kənd tam orta məktəbinin komandası ilə Xok kənd tam orta məktəbinin komandası qarşılaşıb. Şahtaxtı kəndinin məktəbliləri birinciliyin qalibi olub. Qıvraq qəsəbə tam orta məktəbinin komandası isə üçüncü yerə layiq görülüb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

Ordubad Rayon Mərkəzi Xəstəxanasında rayonda fəaliyyət göstərən idman federasiyalarının yerli bölmələrinin və Uşaq-Gənclər İdman Məktəbinin uşaq, yeniyetmə və gənc idmançıları növbəti tibbi müayinədən keçirilib.
Ordubad Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tibbi müayinədə, ümumilikdə, futbol, voleybol, basketbol, yunan-Roma güləşi, boks, karate-do, yüngül atletika bölmələrindən 240 idmançı iştirak edib. Həkimlərin nəzarəti altında keçirilən müayinələr zamanı səhhətində problem olan idmançılara müəyyən müddət məşqlərə ara vermələri və müalicə almaları məsləhət görülüb.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi daha bir uğura imza atıb. 2006-cı ildən bəri şahmatla məşğul olan Toğrul Həsənzadə FİDE ustası adına layiq görülüb. 2015-ci ildə Beynəlxalq Şahmat Federasiyası tərəfindən keçirilən 6 beynəlxalq turnirdə iştirak edən şahmatçımız dekabr ayına olan reytinq cədvəlində 2306 reytinq xalı toplayıb. Bu xal isə onun FİDE ustası olmasına zəmin yaradıb.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının təşkil etdiyi futbol üzrə XIV Naxçıvan Muxtar Respublika çempionatının ilk dövrəsi başa çatıb. 

10 komandanın mübarizə apardığı çempionatın ilk mərhələsinin son turu liderlərin qarşılaşması ilə yadda qalıb. Bu tura kimi turnir cədvəlində liderliyi əldən verməyən “DİN-Darıdağ” mövsümdə ilk məğlubiyyəti ilə üzləşib. Doğma arenada çempionatın favoriti “Araz-Naxçıvan”ı qəbul edən “DİN-Darıdağ” meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib. Onların 9-cu turda məğlub olmasından Naxçıvan Dövlət Universitetinin (NDU) komandası maksimum yararlanıb. Səfərdə “Batabat”dan üstün olan (2:4) tələbələr turnir cədvəlindəki mövqelərini bir qədər yaxşılaşdırıblar. Digər 3 oyunda isə meydan sahibləri aktivlərinə üç xal yazdırmağa müvəffəq olublar. “Arpaçay” çempionatın autsayderi “Sədərək” komandasını, “Babək” isə “Kəngərli” komandasını böyük hesabla üstələyib – 3:0. “Dübəndi”-“Əlincə” görüşündə isə ordubadlılar mövsüm ərzində ikinci qələbələrini bayram ediblər – 2:1.

Ardını oxu...

Sədərək Rayon Mərkəzi Xəstəxanasında uşaq, yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçiriliblər.
Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə keçirilən müayinələrdə idmançıların kütləvi iştirakı təmin olunub.
Rayonda fəaliyyət göstərən idman federasiyalarının bölmələrinin 250-dən çox idmançısı və Uşaq-Gənclər İdman Məktəbinin ayrı-ayrı bölmələrinin idmançıları müayinədən keçirilib. Müayinələr zamanı səhhətində problem olan idmançılara müəyyən vaxt ərzində məşqlərdən uzaqlaşmaları və müalicə almaları məsləhət görülüb.

*  *  *

Babək rayonunda fəaliyyət göstərən idman federasiyalarının yerli bölmələrinin və Uşaq-Gənclər İdman Məktəbinin uşaq, yeniyetmə və gənc idmançılarının da növbəti tibbi müayinəsi təşkil edilib.
Babək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinədə səhhətində müəyyən problemləri olan idmançılara müalicə yazılaraq məşqlərə bir müddət ara vermələri tövsiyə olunub.
Keçirilən tibbi müayinələrdə, ümumilikdə, futbol, sərbəst güləş, basketbol, yüngül atletika bölmələrindən 230-dan çox idmançı iştirak edib.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 11 çəki dərəcəsində 30-dan çox idmançı mübarizə aparıb. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli, Şərur və Culfa rayonlarının dəri əlcək ustaları da iştirak ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticəsinə əsasən, Sənan Rzayev (Culfa rayonu), Arif Bayramov (Naxçıvan şəhəri), Yenisey İmanov (Naxçıvan şəhəri), Elnur Mustafayev (Şərur rayonu), Yunus Emre Erol (Naxçıvan şəhəri), Yuris Allahverdiyev (Naxçıvan şəhəri), Məhəmməd Bayramov (Kəngərli rayonu), Qənbər Abdullayev (Naxçıvan şəhəri), Turqay Məmmədov (Şərur rayonu), Toğrul İsmayılov (Naxçıvan şəhəri) və Rasim İsgəndərov (Şərur rayonu) müvafiq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan” və “Şərur” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü təşkil edilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın keçirilmə məqsədi və qaydaları haqqında idmançılara geniş məlumat veriblər.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına əsasən keçirilən və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman idarələrinin təşkil etdiyi yoldaşlıq görüşündə 9 çəki dərəcəsində 60 idmançı mübarizə aparıb. 6:3 hesabı ilə “Naxçıvan” komandasının qalib gəldiyi yarışda fərqlənən idmançılara təşkilatçıların diplomları təqdim edilib.

Ceyhun Məmmədov

Ötən həftə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə oğlanlar arasında IV şəhərlərarası turnir keçirilib. 2002-2004-cü il təvəllüdlü idmançıların iştirak etdiyi turnirdə Naxçıvan cüdoçuları da mübarizə aparıblar.
3 gün davam edən turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri 3 medal qazanıblar. 66+ kiloqram çəki dərəcəsində Qabil Musayev bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. 34 kiloqram çəki dərəcəsində Abbas Məmmədov və 38 kiloqram çəki dərəcəsində Fuad Əşrəfli isə turniri bürünc medalla başa vurub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.

Ceyhun Məmmədov

Dünən Sahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının Sahbuz rayon bölməsinin­ təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar yüngül atletika üzrə rayon turniri keçirilib. Turnirdə 9 komanda, hər komandanın tərkibində 5 oğlan və 4 qız atlet mübarizə aparıb. Oğlanlar 100, 200, 400, 800, 1500 metr, qızlar isə 100, 200, 400, 800 metr məsafələrdə güclərini sınayıblar.
Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində təyin edilən məsafəni müvafiq olaraq Nail Dadaşov, Elxan Hüseynli, Tayfun Qulubəyli, Cəmil Cəmilli və Məqsəd İsgəndərli hamıdan tez başa vuraraq birinci yerə layiq görülüblər. Qızlar arasında isə Səməngül İsmayılova, Nərmin Rüstəmli, Gülsüm Məmmədova və Mədinə İbrahimova rəqiblərini qabaqlamağa müvəffəq olublar.
Komanda hesabında isə Uşaq-gənclər idman məktəbinin komandası turnirin qalibi olub. Digər iki pillədə Biçənək kənd tam orta məktəbinin və Sahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandaları qərarlaşıb.
Qalib idmançılara və komandalara turnir təşkilatçılarının xatirə diplomları təqdim edilib.

 Ceyhun Məmmədov

Dünən Naxçıvan Dövlət Universitetinin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin oğlan komandaları arasında voleybol üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birinciliyin keçirilməsində məqsəd voleybol idman növünün gənclər arasında təbliğ edilməsidir.
Altı komandanın mübarizə apardığı birincilik Beynəlxalq Voleybol Federasiyasının qaydalarına əsasən olimpiya sistemi üzrə keçirilib. Yarış başlanmazdan əvvəl çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və federasiyanın sədr müavini Aydın Mirzəyev yarışın mahiyyəti və qaydaları haqqında iştirakçılara məlumat veriblər.
Bütün rəqiblərini üstələyən Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Musiqi Kollecinin komandaları həll­edici qarşılaşmada üz-üzə gəliblər. Daha baxımlı oyun sərgiləyən Naxçıvan Dövlət Universitetinin komandası birinciliyin qalibi olub.
Sonda qalib komandaya diplom və hədiyyə təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına və idmançılara göstərilən diqqət öz bəhrəsini qazanılan uğurlarda da göstərir. 2015-ci ilin son aylarında idmançılarımızın beynəlxalq arenalarda qazandığı nailiyyətlərə daha biri əlavə olunub. Ötən həftə Rusiyanın Medın şəhərində universal döyüş növü üzrə dünya çempionatı keçirilib. Bu çempionatda Azərbaycan yığması da iştirak edib. Rusiyaya millimizin heyətində Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi də yollanıb. 80 kiloqram çəki dərəcəsində Azərbaycanı idmançımız Xəyal Abdullayev təmsil edib və o, dünya çempionatını gümüş medalla başa vurub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında 12-ci turun oyunları keçirilib.
Çempionatın favoriti “Naxçıvan” komandası ötən tur əldən verdiyi liderliyi geri qaytarıb. İlk olaraq “Babək” komandasının qonağı olan naxçıvanlı basketbolçular meydanı 41:32 hesablı qələbə ilə tərk ediblər. Bununla, turnir cədvəlindəki oyun sayını bərabərləşdirən “Naxçıvan” komandası məğlubiyyətsizlik seriyasını davam etdirib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə paralimpiyaçılar arasında qol güləşi idman növü (armrestlinq) üzrə turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Par­alimpiya Federasiyasının birgə təşkil etdiyi turnirin məqsədi sağlamlıq imkanları məhdud idmançılar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır. Belə tədbirlər sağlamlıq imkanları məhdud insanlar arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi, onların idmana olan marağının daha da artırılması, cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Beynəlxalq armrestlinq qaydalarına əsasən keçirilən turnirdə 20 par­alimpiyaçı 2 çəki dərəcəsində (75 kiloqrama kimi və 75 kiloqramdan yuxarı idmançılar) mübarizə aparıblar.
Turnirdə ilk üç yeri tutan idmançılara nazirliyin diplomları və federasiyanın hədiyyələri təqdim olunub. Digər iştirakçılar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi birincilikdə muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb. Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin iştirak etdiyi yarış olimpiya sistemi üzrə təşkil edilib.
Birinciliyin açılış mərasimində çıxış edən nazirliyin aparat rəhbəri Canməmməd Canməmmədov Yeni Azərbaycan Partiyasının gənc üzvlərini partiyanın yaradılmasının 23-cü ildönümü münasibətilə təbrik edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası 23 illik fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu bu partiya qısa vaxt ərzində təşkilatlanaraq ölkə­nin ən güclü siyasi qüvvəsinə çevrilib. Ulu öndərin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın qısa zamanda onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkil etdikləri məşqçi-müəllimlər və idmançılar üçün   seminarlar davam etdirilir.

Növbəti seminar noyabrın 24-25-də Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilib. Dağ və ekstremal idman növləri üzrə təlim-məşqlərin ilk günündə iştirakçılar üçün nəzəri seminar təşkil edilib.
Seminarda ekstremal idman növləri üzrə təlimçilər Fərid Mustafayev və Əziz Əmirov çıxış ediblər. Onlar ilk olaraq nəzəri məlumatlandırmada məşqçi-müəllimlər, hakimlər və idmançılara dağ yürüşü texnikasında və idman dırmanmasında təlimlər barədə məlumat verib, tədris filmləri nümayiş etdiriblər. Nəzəri seminarda federasiyanın sədr müavini Azər Məmmədov, Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək bu növlərin muxtar respublikada geniş yayılması üçün görülən və görüləcək işlər barədə danışıblar.

Ardını oxu...

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaq, yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının 200-dən çox idmançısı cərrah, nevropatoloq, pediatr, endokrinoloq, ftizatr, oftalmoloqların nəzarəti altında müayinə olunub.
Keçirilən müayinə zamanı həmsöhbət olduğumuz Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov belə müayinələrin mütəmadi olaraq təşkil edildiyini vurğuladı: “Səhiyyə Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə uşaqların tibbi müayinədən keçirilməsinə ciddi önəm verir. Hər il həyata keçirilən bu tədbirlərə muxtar respublikada idmanla məşğul olan yüzlərlə idmançı cəlb olunur, onlar hərtərəfli olaraq müayinə edilirlər.
Sağlam olan uşaqlar barədə məlumat hazır­lanır və təşkilatçı qurumlara göndərilir. Səhhətində problem olan uşaqlara isə müəyyən vaxt kəsiyində idmandan uzaqlaşmaları məsləhət görülür və onlar müalicə alırlar”.
Qeyd edək ki, uşaq, yeniyetmə və gənc idmançıların tibbi müayinəsi ayın 27-nə kimi davam etdiriləcək.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Basketbol Federasiyasının təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün keçirilən seminar başa çatıb. “Naxçıvan” Universitetinin idman zalında baş tutan seminarda gənc basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi, basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin keçmiş kapitanı Tahir Baxşıyev son illər bu idman növünün dəyişən və tətbiq olunan yeni qaydaları barədə məşqçi-müəllimləri və idmançıları məlumatlandırıb. Seminardan sonra Tahir Baxşıyevlə görüşüb həmsöhbət olduq:

– Naxçıvanda basketbolun inkişafı barədə nə deyə bilərsiniz?

– Peşəkar idmançıların yetişməsi üçün, ilk növbədə, basketbolun inkişafını stimullaşdıran lazımi şəraitin yaradılması və bu işə təcrübəli məşqçilərin cəlb edilməsi vacibdir. Naxçıvanda bu istiqamətdə çox işlər görülüb. Belə ki, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi istedadlı yeniyetmələri üzə çıxarmaq üçün çempionat təşkil edib. Bu həm də basketbola maraq göstərən istedadlı gənclərin oyun təcrübəsini artırmasında müstəsna rol oynayır. Keçirdiyimiz seminarda məşqçi-müəllimlərə daha çox yeni qaydalar haqqında məlumat verildi. Həmçinin idmançılara oyun təcrübəsini artırmaq, oyun zamanı müəyyən qaydalara riayət edilməsi və oyuna psixoloji hazırlıq barədə məsləhətlərimizi verdik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər və idmançılar üçün seminarlar davam etdirilir.
Bu seminarlardan biri də dünən keçirilib. Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi seminar “Naxçıvan” Universitetinin idman zalında baş tutub. Gənc basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi, basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin keçmiş kapitanı Tahir Baxşıyev son illər bu idman növünün dəyişən və tətbiq olunan yeni qaydaları barədə məşqçi-müəllimləri və idmançıları məlumatlandırıb.
Məşqçi-müəllimlər üçün təşkil edilən seminarda çıxış edən Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov bildirib ki, bu idman növünün muxtar respublikada kütləvi hal alması üçün mütəmadi olaraq yarışlar təşkil edilir. Bu tədbirlərin davamı kimi, basketbol üzrə muxtar respublika çempionatı keçirilir. Həmçinin rayonlarda basketbolun inkişafına böyük önəm verilir. Belə seminarların keçirilməsi məşqçi-müəllimlər üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu sahəyə maraq gündən-günə artmaqdadır. Artıq yüzlərlə yeniyetmə və gənc bu sahədə öz bacarığını göstərir.

Ardını oxu...

İnsanların heç biri eyni biçimdə, bir ağılda, bir görünüşdə və bir səviyyədə yaradılmayıb: Tanrı insanı bənzərsiz və təkrarsız yaradıb. İnsanların bir qismi fiziki qüsurludur, sərbəst hərəkət imkanlarından məhrumdur. Lakin bu, o demək deyil ki, bu qəbildən olan insanlar bununla barışmalıdırlar. Onlar fiziki imkanlarının məhdud olmasına baxmayaraq, özlərinə uyğun peşə, sənət və məşğuliyyət növü tapırlar. Bunlardan biri də idmanla məşğul olmalarıdır.

Muxtar respublikada par­alimpiya hərəkatı geniş vüsət alıb. Təqdirəlayiq haldır ki, bu gün idmanın inkişaf səviyyəsinə görə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası digər federasiyalardan heç də geri qalmır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyası mütəmadi olaraq tədbirlər, yarışlar, turnirlər keçirir. Belə ki, ilk olaraq muxtar respublikada sağlamlıq imkanları məhdud insanların idmana cəlb olunması üçün onlar federasiyanın nəzdində olan idman növləri ilə tanış ediliblər. İdman növləri barədə məlumatlandırılan sağlamlıq imkanları məhdud insanlarla söhbətlər aparılıb. Həmçinin onlar fərdi və ya kollektiv idman növlərindəki bacarıqlarını nümayiş etdiriblər. Federasiya və nazirlik sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiya etməsi üçün reallaşdırdıqları layihələrin keyfiyyət və istiqamətini diqqət mərkəzində saxlayır. Ona nail olmağa çalışılır ki, keçirilən tədbirlər tədbir xatirinə olmasın, müsbət nəticə ilə yekunlaşsın.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə muxtar respublika çempionatının 7-ci turuna yekun vurulub.
Mövsümün açılış oyununda ötən ilin çempionu “Araz-Naxçıvan” muxtar respublika çempionatında ilk dəfə məğlubiyyətlə üzləşib. Belə ki, Naxçıvan Dövlət Universiteti komandasının qonağı olan “qırmızı-ağlar” ilk görüşdə meydanı məyus tərk ediblər – 2:1. Bundan sonra keçirdiyi bütün görüşlərdə qalib gələn “Araz-Naxçıvan” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Ardını oxu...

Gömrükçülərin fiziki sağlamlığını qorumaq, hərbi-vətənpərvərlik ruhunu gücləndirmək, silahdan atış vərdişlərini təkmilləşdirmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və bu növdə ən güclü idmançıları müəyyənləşdirmək məqsədilə keçirilən yarış Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzinin peyntbol meydançasında təşkil olunub. Yarışda səkkiz komanda iki yarımqrupda mübarizə aparıb.
Həlledici qarşılaşmada Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin komandası Sədərək Gömrük İdarəsinin komandasını məğlub edərək yarışın qalibi olub. Üçüncülük uğrunda keçirilən oyunda isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin idmançıları “Mühafizə xidməti”ni üstələyib.
Qadın gömrükçülər arasında ilk dəfə keçirilən peyntbol yarışında isə “Komitə” komandası “Culfa Gömrük İdarəsi”ni məğlub edərək qalib olub. Qadın gömrükçülər atıcılığın stend növündə də qüvvələrini sınayıblar.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov atıcılıq idman növünün, o cümlədən peyntbol hərbi-idman oyununun əhəmiyyətindən danışıb. Belə tədbirlərin gömrükçülərin hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından önəmli olduğunu bildirən komitə sədri belə yarışların gələcəkdə də davamlı olaraq keçiriləcəyini qeyd edib.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Muxtar respublika gömrük orqanları arasında Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 24-cü ildönümünə həsr olunan futzal turniri keçirilib.
Ənənəvi turnirdə 8 komanda iki yarımqrupda mübarizə aparıb. Yarış Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Yarımqruplarda keçirilən oyunlardan sonra ilk iki pillədə qərarlaşan komandalar növbəti mərhələyə adlayıblar. Yarımfinal qarşılaşmalarında “Mühafizə xidməti” “Hava Nəqliyyatında Gömrük İdarəsi”ni, “Komitə” isə “Sədərək” komandasını məğlub edərək həlledici oyuna vəsiqəni təmin ediblər.
Final qarşılaşmasından öncə keçirilmiş üçüncülük uğrunda oyunda Sədərək Gömrük İdarəsinin futzalçıları seviniblər: 8:5.
Final matçı mühafizəçilər üçün heç də yaxşı başlamayıb. Oyunun 7-ci dəqiqəsində Vüqar Qurbanovun dubl etməsi rəqib futzalçıları çaşbaş salsa da, mühafizəçilər tezliklə toparlana biliblər. İlk hissə “Mühafizə xidməti”nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Fiziki güc və texniki üstünlük ikinci hissədə də öz sözünü deyib. Daha beş qol vuran mühafizəçilər ayrıca komanda şəklində qatıldıqları ilk yarışda çempion olublar: 8:3. Bu oyunda het-trik edən Polad Həsənli yarış ərzində vurduğu qolların sayını 15-ə çatdıraraq turnirin ən sərrast oyunçusu olub.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafına və kütləviliyinin artırılmasına göstərilən yüksək dövlət qayğısından danışıb. Gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədilə keçirilən yarışların ənənəvi xarakter aldığını qeyd edən komitə sədri idmanın gömrük əməkdaşları arasında qarşı­lıqlı münasibətlərin inkişafına müsbət təsir göstərdiyini, onlarda qələbəyə inam, mübarizlik hislərini artırdığını bildirib.
Sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub. “Mühafizə xidməti” komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Turni­rin “Ən yaxşı qapıçı”sı, “Ən yaxşı müdafiəçi”si, “Ən məhsuldar oyunçu”su, “Ən yaxşı məşqçi”si, o cümlədən oyunları idarə edən hakimlər də mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatında 10-cu turun oyunlarına yekun vurulub.
Bu tur lider dəyişikliyi ilə yadda qalıb. Belə ki, “Babək”-“Naxçıvan” oyununun təxirə düşməsindən “Ordubad” komandası maksimum istifadə edib. Onlar bu dəfə evdə “Sədərək” komandasını sınağa çəkiblər və meydanı 58:23 hesablı qələbə ilə tərk ediblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə təşkilatçılığı ilə muxtar respublikamızda fəaliyyət göstərən məşqçi-müəllimlər və idmançılar üçün keçirilən seminarlar başa çatıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarlar davam etdirilir.
Noyabrın 10-da Naxçıvan şəhərində, noyabrın 11-də isə Şərur rayonunda belə seminarlar təşkil olunub.
Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbində keçirilən seminarda məktəbin 50-dən artıq güləşçisi iştirak edib. Daha sonra seminar Şərur rayonunda keçirilib.
Seminarlarda beynəlxalq dərəcəli idman ustası, Azərbaycanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Əsgərxan Novruzov, kiçikyaşlı yeniyetmələrin baş məşqçisi, idman ustası Elşad Allahverdiyev və gənclərdən ibarət yığma komandanın baş məşqçisinin köməkçisi, idman ustası Rövşən Hacıyev idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətləri, yeni qaydaları barədə ətraflı məlumat veriblər. Bildirilib ki, belə seminarların keçirilməsinin əsas səbəbi beynəlxalq qaydaların dəyişməsi ilə bağlıdır. Belə ki, beynəlxalq idman qurumları qaydalarda dəyişiklik etdikdən sonra ölkə daxilində fəaliyyət göstərən federasiyalara yeni qaydalar haqqında məlumat verirlər. Məşqçilər isə, öz növbəsində, seminarlar təşkil etməklə idmançılara yeni qaydalar barədə izah verir, onları taktiki-texniki baxımdan məlumatlandırırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında 10-17 noyabr Beynəlxalq Tələbə-Gənclər Həftəsinə həsr olunmuş badminton üzrə birincilik keçirilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, ali və orta ixtisas müəssisələrinin təşkilatçılığı ilə keçirilən yarış Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində baş tutub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikanın idman federasiyalarının təşkilatçılığı ilə məşqçi-müəllimlər üçün seminarlar davam etdirilir.
Bu qəbildən seminarların növbətisi Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Boks Federasiyasının birgə təşkilatçılığı ilə noyabrın 7-də keçirilib. Seminarda muxtar respublikanın şəhər və rayonlarından 20-dən çox məşqçi-müəllim iştirak edib.
Texniki-taktiki seminarda əvvəlcə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə kişilərdən ibarət milli komandanın böyük məşqçisi Nəriman Abdullayev boksçular üçün məşq aparıb.
Naxçıvan Muxtar Respublika Stadionu binasında davam etdirilən seminarda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev çıxış edərək bildirib ki, son illərdə bütün idman növlərinin, eləcə də boksun inkişafına göstərilən diqqət öz bəhrəsini verməkdə, gənc nəslin bu idman növünə marağı artmaqda, keçirilən yarışlarda uğurlu nəticələr əldə edilməkdədir. Naxçıvanda yüksək səviyyəli yarışların və turnirlərin keçirilməsi, idmançılarımızın dünya arenasında qazandıqları qələbələr boks idman növünün muxtar respublikada inkişafından xəbər verir. Muxtar respublika boksunun dünya idman ailəsinə inteqrasiyasında bu sahənin maddi-texniki bazasının gücləndirilməsi də mühüm rol oynayır. Son illər yaradılan müasir idman infrastrukturu, eyni zamanda bu sahəyə göstərilən diqqət dəri əlcək sahiblərimizi ruhlandırıb.

Ardını oxu...

Muxtar respublikamızda idmanın inkişafına göstərilən qayğı regionda uşaq, yeniyetmə və gənclərin bu sahəyə axınını gücləndirib. Demək olar ki, idmanın bütün növlərinin kütləvi hal aldığı Naxçıvanda futbol xüsusi maraq kəsb edir. Perspektivli futbolçunu üzə çıxarmaq üçün əsas amillərdən biri isə uşaqlar arasında yerli, regional və ölkə miqyaslı yarışlar təşkil etməkdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi müntəzəm olaraq belə turnirlər keçirir. İstedadlı futbolçular futbol komandalarının heyətinə cəlb olunurlar. 

Bu gün muxtar respublikada uşaq futbolunun inkişafı istiqamətində müəyyən addımlar atılır. Ən əsası isə uşaq futbolunun kütləviliyi üçün futbol məktəblərinin fəaliyyəti bərpa edilir, yeni məktəblər açılır. Son illər Naxçıvanda “Real Madrid Fondu”nun uşaq məktəbi, Açıq Əyləncəli Futbol Məktəbi fəaliyyətə başlayıb və yüzlərlə uşaq bu məktəblərdə futbolun sirlərini öyrənir. Həmçinin “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun 10-12, 13-14 və 15 yaşlılardan ibarət qrupları da fəaliyyət göstərir.

Ardını oxu...

Bakı İdman Sarayında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi başa çatıb.
Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərindən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisinin mübarizə apardığı turnirdə Naxçıvan güləşçiləri də iştirak ediblər. Paytaxtda keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 13 yetirməsi (6 sərbəst, 7 yunan-Roma güləşçisi) mübarizə aparıb.
Yeniyetmələrin yarışında (1999-2000-ci illər təvəllüdlü güləşçilərin) Naxçıvan güləşçiləri iki medal qazanmağa müvəffəq olublar. 46 kiloqram çəki dərəcəsində İlqar Məcidov gümüş, 69 kiloqram çəki dərəcəsində Rauf Qurbanov isə bürünc medal əldə ediblər. Hər iki idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.
Son zamanlar güləşçilərimizin uğurlu çıxışı diqqətdən yayınmır. Məhz bu turnirdə də analoji hadisənin təkrarlanması muxtar respublikada milli idman növünə göstərilən diqqətin bariz nümunəsidir. Turnirin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bürünc medal qazanan Rauf Qurban­ovla söhbətləşdik: “16 yaşım var və artıq 5 ildir ki, sərbəst güləşlə məşğul oluram. Bu müddət ərzində 2 dəfə muxtar respublika, 5 dəfə isə Naxçıvan şəhər birinciliyinin qalibi olmuşam. Bu növə marağımın olmasının əsas səbəbkarlarından biri məşqçi-müəllimim Kamaləddin İsmayılovdur. Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş turnirə ciddi hazırlaşmışdım. Hədəfim çempion olmaq idi, lakin bürünc medal qazandım. Bu, güləş karyeramda böyük uğurlardan biridir. İndi çalışmalıyam ki, həmin yarışda buraxdığım səhvləri növbəti yarışlarda etməyim. Məqsədim ölkə birinciliyində də mükafat qazanıb millinin heyətinə düşmək və Naxçıvan güləş məktəbini orada layiqincə təmsil etməkdir”.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi görüşdə “Sədərək” və “Culfa” komandaları qarşılaşıblar.
Görüşdən öncə çıxış edən federasiyanın sədr müavini Aydın Mirzəyev bildirib ki, son illər muxtar respublikada idman sahəsinə göstərilən diqqət və qayğı nəticəsində idmançılarımız keçirilən yarışlarda uğurlu nəticələr qazanırlar. Bu gün keçirilən voleybol yarışı, həmçinin mütəmadi olaraq təşkil olunan turnirlər bir daha sübut edir ki, muxtar respublikada idmanın inkişafı yüksək səviyyədədir. Aydın Mirzəyev görüşün qaydaları haqda iştirakçıları məlumatlandırıb və onlara uğurlar arzulayıb.
Daha baxımlı oyun sərgiləyən Sədərək voleybolçuları meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər.
Sonda iştirakçılara federa­siya tərəfindən hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

Bakı İdman Sarayında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi start götürüb. Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərindən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisinin mübarizə apardığı turnirdə Naxçıvan pəhləvanları da iştirak edirlər. Paytaxtda keçirilən yarışa Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 13 yetirməsi (6 sərbəst, 7 yunan-Roma güləşçisi) yollanıb.
Artıq yeniyetmələrin yarışında (1999-2000-ci illər təvəllüdlü güləşçilərin) güləşçilərimizdən İlqar Məcid­ov medal qazanmağa müvəffəq olub. O, 46 kiloqram çəki dərəcəsində finala kimi 4 rəqibini məğlub edib və həlledici görüşdə iştirak etmək hüququ qazanıb. Bu yer uğrunda görüşdə idmançımızın rəqibi Qazax güləş məktəbinin yetirməsi Əşrəf Aşurov olub. Onunla görüş idmançımızın turniri ikinci pillədə başa vurması ilə nəticələnib.
İlqar Məcidova təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatında 9-cu turun oyunlarına yekun vurulub.
Turnir cədvəlinin lideri “Naxçıvan” komandasının bu dəfə məğlub etdiyi komanda “Culfa” olub. Culfalı basketbolçular bu görüşdə meydanı 67:41 hesablı məğlubiyyətlə tərk ediblər. “Ordubad” komandası “Naxçıvan” Universiteti komandasının qonağı olub. Daha baxımlı oyun sərgiləyən qonaqlar 50 xallıq fərqlə qalib gəliblər – 20:70. “Culfa” komandasının xal itirməsindən isə “Babək” maksimum istifadə edib.

Ardını oxu...

 Muxtar respublikada idmanın inkişafı üçün mükəmməl baza yaradılıb

Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmış, son 20 ildə idmanın inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmişdir. İdmana və idmançılara qayğı göstərilməsi, yeni olimpiya-idman komplekslərinin və digər idman obyektlərinin tikilməsi bu sahənin hərtərəfli inkişafına təkan vermişdir.  

Naxçıvan Muxtar Respublikasında da idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Naxçıvanda bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, idman infrastrukturunun yenidən qurulması, gənc­lərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır. Nəticədə, son 20 ildə muxtar respublikada 2 olimpiya-idman kompleksi, 2 üzgüçülük mərkəzi, 1 şahmat mərkəzi, 6 uşaq-gənclər şahmat məktəbi, 9 uşaq-gənclər idman məktəbi, Stend və Sportinq Atıcılıq Mərkəzi, peyntbol meydançası istifadəyə verilmiş, məktəblərdə müasir idman zalları yaradılmışdır. İdman növlərinin gənc­lər arasında kütləvi hal alması üçün 2002-ci ildə Boks, Güləş, Karate-do, Şərq Döyüşü Sənəti, Şahmat, Futbol, Voleybol, Basketbol, 2006-cı ildə Paralimpiya, 2013-cü ildə isə Hava və Ekstremal İdman Növləri, Atıcılıq federasiyaları yaradılmışdır.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR