31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında voleybol üzrə şəhər birinciliyinə yekun vurulub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdiyi birincilik 12 nömrəli tam orta məktəbin idman zalında keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançıları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Olimpiya sistemi üzrə keçirilən yarışda 15 komanda iştirak edib. VIII-XI sinif şagirdləri arasında keçirilən yarışda 3 nömrəli tam orta məktəbin komandası birinci yerə layiq görülüb. Digər iki pillədə isə 10 və 7 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Sonda qalib komandalara təşkilatçıların diplomları təqdim edilib.
Ceyhun Məmmədov