22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 11 çəki dərəcəsində 30-dan çox idmançı mübarizə aparıb. Açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli, Şərur və Culfa rayonlarının dəri əlcək ustaları da iştirak ediblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticəsinə əsasən, Sənan Rzayev (Culfa rayonu), Arif Bayramov (Naxçıvan şəhəri), Yenisey İmanov (Naxçıvan şəhəri), Elnur Mustafayev (Şərur rayonu), Yunus Emre Erol (Naxçıvan şəhəri), Yuris Allahverdiyev (Naxçıvan şəhəri), Məhəmməd Bayramov (Kəngərli rayonu), Qənbər Abdullayev (Naxçıvan şəhəri), Turqay Məmmədov (Şərur rayonu), Toğrul İsmayılov (Naxçıvan şəhəri) və Rasim İsgəndərov (Şərur rayonu) müvafiq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüblər.
Sonda hər çəki dərəcəsində ilk üç yeri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR