19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Bakıda baş tutacaq təlim-məşqlər yanvarın 10-dan 17-dək davam edəcək. Hazırlıq prosesi çərçivəsində yığmamızın yanvarın 12-də “İnter”, 14-də “Sumqayıt” və 17-də isə “Neftçi” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunlarının keçirilməsi nəzərdə tutulub.
Milli komandanın bu dəfə keçirəcəyi təlim-məşq toplanışına “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun futbolçusu Turqay İbrahimov da dəvət olunub. İlk dəfə Azərbaycan millisinin formasını geyinəcək olan T.İbrahimov fikirlərini bizimlə bölüşdü: “Bu, mənim üçün sevindirici haldır. İlk dəfədir, milliyə dəvət olunuram. Çalışacağam ki, Azərbaycan yığmasının heyətində baxımlı oyun sərgiləyim və “Araz-Naxçıvan”da qazandığım təcrübəni milli komandada nümayiş etdirim”.
Ceyhun Məmmədov