22 Dekabr 2024, Bazar

Bakı İdman Sarayında Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika seçim turnirinin final mərhələsi start götürüb. Azərbaycan Güləş Federasiyasının nümayəndəliklərindən seçilmiş 170 sərbəst və 160 yunan-Roma güləşçisinin mübarizə apardığı turnirdə Naxçıvan pəhləvanları da iştirak edirlər. Paytaxtda keçirilən yarışa Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 13 yetirməsi (6 sərbəst, 7 yunan-Roma güləşçisi) yollanıb.
Artıq yeniyetmələrin yarışında (1999-2000-ci illər təvəllüdlü güləşçilərin) güləşçilərimizdən İlqar Məcid­ov medal qazanmağa müvəffəq olub. O, 46 kiloqram çəki dərəcəsində finala kimi 4 rəqibini məğlub edib və həlledici görüşdə iştirak etmək hüququ qazanıb. Bu yer uğrunda görüşdə idmançımızın rəqibi Qazax güləş məktəbinin yetirməsi Əşrəf Aşurov olub. Onunla görüş idmançımızın turniri ikinci pillədə başa vurması ilə nəticələnib.
İlqar Məcidova təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR