22 Dekabr 2024, Bazar

Mayın 18-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib. Qeyd olunub ki, muxtar respublikada mötəbər yarışların keçirilməsi artıq ənənə halını alıb. Dünyanın müxtəlif ölkələrindən şahmatçıların Naxçıvanda keçirilən bu festivalda iştirak etməyə böyük maraq göstərməsi bir daha onu sübut edir ki, yarışlara maraq ilbəil artır. Naxçıvanlı şahmatçıların ilbəil daha yüksək nəticələr göstərməsi muxtar respublikada şahmat idman növünün inkişafından, uşaq və yeniyetmələr, gənclər arasında bu idmanın kütləviliyinin təmin olunmasından xəbər verir.
Əvvəlcə yarışda yaxşı nəticələr göstərmiş ən kiçikyaşlı şahmatçılar, veteran şahmatçılar, müxtəlif yaş qruplarında fərqlənmiş qız və oğlan şahmatçılar mükafatlandırılıblar.
“C” qrupunda I yeri Sumqayıt şahmatçısı Fərid Orucov tutub. II yerə Bakı şahmatçısı Kənan Qasım­ov, III yerə onun həmyerlisi İsmayıl Qurbanov layiq görülüb. IV yerin qalibi Naxçıvan şahmatçısı Sadiq Qarayev olub. Bu qrupda birinci yerin sahibinə mükafatı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov təqdim edib.

Ardını oxu...

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 1999-2000-ci illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb. 8 komandanın mübarizə apardığı birincilik Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.

Reqlamentə əsasən, birincilik iştirakçıları “A” və “B” qruplarında ilk pillə uğrunda meydana çıxıblar. “A” qrupunda “Naxçıvan”, “Babək”, “Sədərək”, “Şahbuz”, “B” qrupunda isə “Ordubad”, “Culfa”, “Şərur” və “Kəngərli” komandaları yer alıblar. Üç gün davam edən birincilikdə qrup mərhələsini ilk pillədə başa vuran “Naxçıvan” və “Ordubad” komandaları finalda, qruplarda ikinci olan “Babək” və “Culfa” isə üçüncülük oyununda meydana çıxıblar. Üçüncülük matçında Babək basketbolçuları culfalı rəqiblərini üstələyərək birinciliyin üçüncüsü olublar. Həlledici qarşılaşma da maraqlı olub. “Naxçıvan” komandası ilə görüşdə hesabda öndə olmasına baxmayaraq, “Ordubad” komandası bu üstünlüyünü sonadək qoruya bilməyib və meydanı məğlub tərk edib. 42:29 hesablı qələbə “Naxçıvan” komandasına “Heydər Əliyev kuboku”nu qazandırıb.
Sonda qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Məmməd Qəribov və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədri Mahir Əliyev təqdim ediblər.

Ceyhun Məmmədov

Naxçıvan Atıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda peyntbol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib. Ali və orta ixtisas təhsili müəssisələri komandalarının mübarizə apardığı turnir 2 gün davam edib.
Turnirin mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov bildirib ki, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilən idman siyasətinin təməlində ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bu sahəyə göstərdiyi qayğı dayanır. Bu gün Azərbaycanda idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da gənc­lərin intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda tərbiyə olunması daim diqqətdə saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında idman obyektləri tikilib onların ixtiyarına verilir. Hazırda Naxçıvanda bu sahənin inkişafı üçün hər bir şərait yaradılıb və gənclərin idmana cəlbi yönündə məqsədyönlü tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi “Heydər Əliyev kuboku” uğrunda peyntbol üzrə turnirdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Tibb, Musiqi və Naxçıvan Dövlət Texniki kolleclərinin, Heydər Əliyev adına Hərbi Liseyin 2 oğlan və 1 qız komandaları olmaqla, ümumilikdə, 18 komandası mübarizə aparıb.
Yekun nəticəyə əsasən, oğlanların mübarizəsində Naxçıvan Dövlət Universitetinin komandası turnirin qalibi adını qazanıb. Digər iki pillədə isə Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Tibb Kollecinin komandaları qərarlaşıblar.
Qızların mübarizəsində də Naxçıvan Dövlət Universitetinin komandası hamıdan güclü olub.
Sonda qaliblər mükafatlandırılıb.

 Ceyhun Məmmədov

Naxçıvan mötəbər bir şahmat bayramına – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edib. Festivala gəlmiş hakimlərin və iştirakçıların maraqlı fikirlərini oxucularımızla bölüşürük. İlk olaraq şahmatçılarla həmsöhbət olduq.

İqor Xenkin ( Almaniya): – Görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan bu festivalda iştirak etdiyim üçün böyük qürur hissi keçirirəm. Naxçıvanı hər zaman xoş xatirələrlə yada salacağam. İnanıram ki, digər şahmatçılarda da bu diyar haqda zəngin təəssürat yaranıb. Mən özüm rusiyalı olsam da, uzun müddətdir ki, Almaniyanın Frankfurt şəhərində yaşayıram, bu ölkənin vətəndaşlığını qəbul etmişəm. Alman şəhərləri ilə Naxçıvan şəhərinin bir sıra oxşar cəhətləri var. Almaniyada olduğu kimi, burada da insanlar şəhərin təmizliyinə, səliqə-sahman yaradılmasına diqqət göstərirlər. Hər yerdə ciddi nizam-intizam hökm sürür, yarışlar, necə deyərlər, əsl alman dəqiqliyi ilə keçirilir. Bu şəhəri alman şəhərlərindən fərqləndirən cəhət isə insanların qonaqpərvərliyi, istiqanlılığıdır. Yarışları izləməyə gələn yerli sakinlər bizimlə yaxından maraqlanır, ünsiyyət qurur, Naxçıvanın maraqlı məkanlarına gedib-getmədiyimizi soruşurlar. Bir sözlə, Naxçıvan və naxçıvanlılar haqda ancaq yaxşı sözlər demək olar.

Ardını oxu...

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalında növbəti turun oyunları keçirilib.
Festivalın “A” qrupunda liderlərdən olan ukraynalı beynəlxalq qrossmeyster Yuriy Kuzubov hollandiyalı beynəlxalq qrossmeyster Sergei Tiviakovla qarşılaşıb. Görüş hər iki rəqibin istədiyi kimi başa çatıb və şahmatçılar xalları yarı bölüblər. Bu turda digər heç-heçələr azərbaycanlı beynəlxalq qrossmeyster Azər Mirzəyevlə ukraynalı beynəlxalq usta Sergey Pavlov, gürcü zəka sahibi İrakli Beradze ilə azərbaycanlı beynəlxalq qrossmeyster Nicat Abas­ov arasında da qeydə alınıb. Turnirin iki liderindən biri azərbaycanlı beynəlxalq qrossmeyster Eltac Səfərli isə bu turda rusiyalı beynəlxalq qrossmeyster Yevgeni Alekseyevlə üz-üzə gəlib və ağ-qara taxtanı qalib kimi tərk edib. Festivalın 1 nömrəli şahmatçısı, azərbaycanlı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov bu turu da qələbə ilə başa vurub. O, azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərovu üstələməyi bacarıb. Rusiyalı beynəlxalq qrossmeyster Vladimir Burmakin isə iranlı beynəlxalq usta Omid Noroozidən üstün olub.
Naxçıvanlı zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov üçün 8-ci tur uğurlu alınıb. 16 yaşlı şahmatçımız azərbaycanlı beynəlxalq usta Nərmin Məmmədovanı məğlub edərək xallarının sayını 3,5-ə yüksəldib. Digər FİDE ustası Toğrul Həsənzadə isə belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatko ilə qarşılaşıb və heç-heçə edib. Beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev bu turda türkiyəli FİDE ustası Cankut Emiroğlunu sınağa çəkib və ağ-qara taxtanı yarı xalla tərk edib.
Şahmat festivalının “B” qrupunda uğurla mübarizə aparan naxçıvanlı zəka sahibi Vüsal Abbasov bu turu da qələbə ilə başa vurub. O, iranlı Kian Maşmoolini məğlub edərək liderliyini qoruyub. Hazırda aktivində 7 xalı olan şahmatçımız şəriksiz liderdir.
Festivalın “C” qrupunda isə 3 zəka sahibi liderdir ki, onlardan da biri naxçıvanlı şahmatçı Sadiq Qarayevdir. 8-ci turda Fərid Orucovla xalları yarı bölən şahmatçımız aktivinə daha yarım xal yazdırıb. Onun kimi 7 xal toplayan digər iki şahmatçı Kənan Qasımov və İsmayıl Qurbanov bu turu qələbə ilə başa vurublar.

 Ceyhun Məmmədov

Şərur Rayon Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında turnir uğurla başa çatıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən turnirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini, Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Şərur Rayon Olimpiya-İdman Kompleksində kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ölkə turnirinin açılış mərasimində çıxış edən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə, Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Ölkə­miz müxtəlif idman növləri üzrə respublika, qitə və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, bu gün ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif yarışlar, idman tədbirləri keçirilir. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və dünya ölkələri arasında böyük nüfuz qazanmasından xəbər verir.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda 1999-2000-ci illər təvəllüdlü yeniyetmə oğlanlar arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə 8 komanda mübarizə aparır.
Reqlamentə əsasən, birincilik iştirakçıları “A” və “B” qruplarında ilk pillə uğrunda meydana çıxırlar. “A” qrupunda “Naxçıvan”, “Babək”, “Sədərək”, “Şahbuz”, “B” qrupunda isə “Ordubad”, “Culfa”, “Şərur” və “Kəngərli” komandaları yer alırlar.
Üç gün davam edəcək birincilikdə qrup mərhələsini ilk pillədə başa vuran komandalar finalda oynamaq hüququ qazanacaqlar. Qruplarında ikinci olanlar isə üçüncü yer uğrunda meydana çıxacaqlar.
Artıq Naxçıvan Muxtar Respublika birinciliyində qrup oyunlarına start verilib və ilk gündə aşağıdakı hesablar qeydə alınıb:

“A” qrupu
“Naxçıvan”-“Babək” – 41:27
“Şahbuz”-“Sədərək” – 15:22

“B” qrupu
“Ordubad”-“Şərur” – 24:19
“Kəngərli”-“Culfa” – 15:36
“Şərur”-“Culfa” – 13:37

Ceyhun Məmmədov

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının 7-ci turu keçirilib. Bu tur “A” qrupunda iki lider zəka sahibinin qarşılaşması ilə yadda qalıb. Azərbaycanlı beynəlxalq qrossmeyster Eltac Səfərli ukraynalı beynəlxalq qrossmeyster Yuriy Kuzubovu sınağa çəkib. Məğlubiyyətsiz irəliləyən rəqiblər bu görüşdə də ağ-qara taxtadan heç-heçə ayrılıblar. Qrupun ən çox əmsallı şahmatçısı beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov belaruslu beynəlxalq qrossmeyster Vadim Malaxatko ilə üz-üzə gəlib və festivalda növbəti bir xalını qazanıb. Maraqla gözlənilən oyunlarda hollandiyalı beynəlxalq qrossmeyster Sergei Tiviakov rusiyalı beynəlxalq qrossmeyster Yevgeni Alekseyevlə, ukraynalı beynəlxalq usta Sergey Pavlov isə almaniyalı beynəlxalq qrossmeyster İqor Xenkinlə qarşılaşıb. Rəqiblər sonda xalları yarı bölməyə məcbur olublar. Ağ-qara taxtanı yarı xalla tərk edənlər siyahısında festivala uğurla başlayan türkiyəli 17 yaşlı FİDE ustası Sevgi Volkan da var. Bu tur o, azərbaycanlı beynəlxalq qrossmeyster Günay Məmmədzadə ilə heç-heçə edib. 7-ci turda gözlənilməz nəticələrdən birinə də azərbaycanlı beynəlxalq qrossmeyster Azər Mirzəyev imza atıb. O, rusiyalı beynəlxalq qrossmeyster Vladimir Burmakini məyus edib və aktivindəki xalların sayını 5-ə yüksəldib.

Ardını oxu...

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının artıq 7-ci turu geridə qalıb. Keçirilən bu turdan sonra festivalda iştirak edən bəzi zəka sahibləri ilə söhbətləşdik.
Yuriy Kuzubov (ukraynalı beynəlxalq qrossmeyster): “Keçirdiyim oyunlarda 5,5 xal qazanmışam. Belə böyük turnirlərdə qazanılan hər xal sonda uğur gətirə bilər. Hər oyuna böyük məsuliyyətlə yanaşmaq lazımdır. Bu festivalda güclü şahmatçılar mübarizə aparır və onlarla oynamaq mükəmməldir. Festivalın təşkilatçılığı yüksək səviyyədədir. Şəhəriniz gözəldir və məni daha çox cəlb edən təmizliyidir. Hər yer sakit və təmizdir. İnsan özünü çox rahat hiss edir. Bizə yaradılan şəraitə görə şahmatçı yoldaşlarım adından minnətdarlığımı bildirirəm. Asudə vaxtımız da səmərəli təşkil edilib. Onu da deyim ki, Naxçıvanda şahmata böyük maraq var. Festivalın keçirilməsi üçün görülmüş hərtərəfli hazırlıq da yüksək səviyyədədir. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrindən buraya öz gücünü sınamağa gəlmiş şahmatçılar razılıq edirlər. Eyni zamanda yarışın keçirildiyi məkan da ideal olaraq seçilib. Dünyanın bir çox ölkələrində təşkil edilən yarışlarda, turnirlərdə iştirak etmişəm. Naxçıvan Şahmat Mərkəzi beynəlxalq standartlara tam cavab verir”.

Ardını oxu...

Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Par­alimpiya Federasiyasının təşkil etdiyi Par­alimpiya İdman Festivalı İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.

Ardını oxu...

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının 4-cü turu başa çatıb.
“A” qrupunda bu turda ən yüksək xal toplayan zəka sahibləri qarşılaşıblar. Belə ki, Şəhriyar Məmmədyarov (2748) ukraynalı beynəlxalq qrossmeyster Yuriy Kuzub­ovla (2632) üz-üzə gəlib. Gərgin görüş rəqiblərin xalları yarı bölməsi ilə nəticələnib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2664) beynəlxalq qrossmeyster Vüqar Rəsulova (2486) qalib gələrək xallarının sayını 3,5-ə çatdırıb. Azər Mirzəyev (2510) monqolustanlı beynəlxalq qrossmeyster Enxtuul Altan Ulziylə (2208), Vüqar Əsədli (2397) isə rusiyalı qrossmeyster Yevgeni Alekseyevlə (2633) xalları yarı bölüblər.
Naxçıvanlı zəka sahiblərindən beynəlxalq qrossmeyster Ürfan Sevdimalıyevlə (2400) FİDE ustası Andrey Mustafinin (2299) görüşü heç-heçə nəticələnib.
16 yaşlı zəka sahibi, beynəlxalq qrossmeyster Pərviz Qasımov isə (2375) ustalığa namizəd Aydın Süleymanlını (2091) məğlub edib.
Bu turdan sonra turnir cədvəlinə Eltac Səfərli başçılıq edir.
“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının “B” qrupunda liderlər öz mövqelərini möhkəmləndiriblər. Bu tur daha çox Naxçıvan şahmatçısı Vüsal Abbasovun (2126) qələbəsi ilə yadda qalıb. O, 4 turda maksimum xal qazanan 4 şahmatçıdan biridir.
Şahmat festivalının “C” qrupunda isə artıq 5 şahmatçı liderdir. Onlardan 2-si Naxçıvan şahmat məktəbinin yetirməsidir.

Xəbərlər şöbəsi

Azərbaycan Respublikasının gömrük orqanları arasında təşkil olunan futzal turnirinə yekun vurulub.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 24-cü ildönümünə həsr edilən yarışın qalibi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası olub. Artıq ənənə halını almış turnirdə dəfələrlə çempion olan “Naxçıvan” komandası növbəti uğurunu Bakı Baş Gömrük İdarəsinin komandası (“BBGİ”) üzərində əldə edib.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız atletləri arasında keçirilən Naxçıvan Muxtar Respublika turniri başa çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnir “Duzdağ” magistral yolunun 5 kilometr məsafəsində keçirilib. Beynəlxalq yüngül atletika qaydalarına uyğun olaraq təşkil edilən “Heydər Əliyev kuboku” uğrunda kross qaçışına 150-yə yaxın atlet qatılıb.
Turnirin bağlanış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş birincilikdə oğlanlarla yanaşı, qızların da çoxluq təşkil etməsi sevindiricidir. Bu idman növünün muxtar respublikada inkişafı üçün hər bir şərait yaradılıb. Bugünkü yarış bunu bir daha göstərdi.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov isə çıxışında vurğulayıb ki, təhsil müəssisələrində idmanın inkişafına xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, şagirdlərimiz və tələbələrimiz keçirilən yarışlarda, turnirlərdə hər zaman yüksək nəticələr əldə edirlər. Ümummilli liderimizin xatirəsinə həsr olunmuş bu turnirdə idmançıların mübarizliyi, qalib ruhunda olması bizi çox sevindirdi.
Muxtar respublika turnirinin yekun nəticəsinə əsasən, oğlanlar arasında “Rabitəçi” klubunun üzvü Kərim Quliyev bütün rəqiblərini arxada qoyaraq qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Cavid Qasımov ikinci, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Qurban Abdullayev isə üçüncü olublar.
Qızların mübarizəsində isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Aytən Qasımova finiş xəttinə hamıdan tez çatıb. Digər iki pillədə isə Naxçıvan Tibb Kollecinin tələbəsi Gülafət Müslümova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Qaratel Salahova qərarlaşıblar.
Sonda oğlan və qızlar arasında ilk 10 pilləni tutan idmançılara diplom və hədiyyələr təqdim olunub.

 Ceyhun Məmmədov

“Naxçıvan - 2016” Beynəlxalq Şahmat Festivalının 3-cü turu keçirilib.
“A” qrupunun bu turu daha çox liderlərin mübarizəsi ilə yadda qalıb. Belə ki, ilk iki turu itkisiz başa vuran 4 zəka sahibi bu turda üz-üzə gəlib. Şəhriyar Məmmədyarov Azər Mirzəyevi, Eltac Səfərli isə Vüqar Əsədlini sınağa çəkib. Ehtiyatlı oyun sərgiləyən beynəlxalq qrossmeysterlər ağ-qara taxtanı heç-heçə tərk ediblər. Turnir cədvəlində üst pilləni maraqlandıran digər oyunda beynəlxalq qrossmeyster Vüqar Rəsulov FİDE ustası Andrey Mustafini məğlub edib. “A” qrupunun ən çox əmsalı olan şahmatçılarından biri, ukraynalı beynəlxalq qrossmeyster Yuriy Kuzubov (2632) iki turu uğurla başa vurduqdan sonra 3-cü turda azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarova ilə qarşılaşıb. Ağ-qara taxtanı qalib kimi tərk edən ukraynalı beynəlxalq qrossmeyster xallarının sayını 2,5-ə yüksəldib.

Ardını oxu...

Naxçıvan mötəbər bir şahmat bayramına – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilən “Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edir. Hakimlərin və iştirakçıların maraqlı fikirlərini oxucularımızla bölüşməyi peşə borcu bilirik:

“Gənclərin mənəvi tərbiyəsində, zehni inkişafında mühüm vasitə olan şahmat Azərbaycanda yüksək templə inkişaf edən və çox sevilən bir idman növüdür. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan şahmatçılarını daim diqqət və qayğı ilə əhatə edib, sonrakı illərdə də bu proses uğurla davam etdirilib. Bu qayğının nəticəsi olaraq şahmatçılarımız dünya miqyaslı yarışlarda qazandıqları uğurlu nəticələrlə xalqımızı sevindirirlər. Azərbaycanın şahmat üzrə yığma komandası dünyanın ən güclü komandaları arasında ön sıralardadır. Bu yarış haqqında isə onu deyə bilərəm ki, blokadada olan muxtar respublikanın belə bir şahmat bayramına ev sahibliyi etməsi regionun sürətli inkişafından, şahmat idman növünə göstərilən yüksək dövlət qayğısından xəbər verir. Bu gün qətiyyətlə deyə bilərik ki, özünün sürətli inkişafı ilə diqqətləri cəlb edən, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Naxçıvan Muxtar Respublikası həm də beynəlxalq idman yarışlarının keçirildiyi region kimi tanınıb və şöhrət qazanıb. Qədim diyar dünyanın şahmat arenasında da özünün layiqli yerini tutub, beynəlxalq şahmat festivallarının keçirildiyi diyar kimi tanınıb. Naxçıvanda şahmat üzrə mötəbər yarışların keçirilməsinin artıq ənənə halını alması muxtar respublikanı şahmat diyarı kimi tanıtmaqla yanaşı, Naxçıvan şahmatçıları arasında yeni istedadları üzə çıxaracaq. Naxçıvanda şahmatın inkişafına göstərilən qayğı nəticəsində yerli şahmatçılar arasında beynəlxalq dərəcəli şahmatçıların yetişməsi sübut edir ki, burada bu idman növü üzrə məqsədyönlü və planlı işlər aparılır”.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq çempionatı başa çatıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi açıq çempionat Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib. 

Mayın 10-da keçirilən bağlanış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov çıxış edərək muxtar respublikamızda idman infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, federasiyanın nailiyyətlərindən danışıb, idmançılara final görüşlərində uğurlar arzulayıb.
Sonra çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sevindirici haldır ki, Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət ölkəmizdə idmanın ən yüksək səviyyədə inkişafına şərait yaradıb. Son illər ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin, idman yarışlarının keçirildiyi məkana çevrilib.

Ardını oxu...

Böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədilə Qax rayonunda keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü yarışlarının respublika birinciliyində Naxçıvan Muxtar Respublikasını muxtar respublika zona birinciliyinin qalibi olan Şərur rayon  Oğlanqala kənd tam orta məktəbinin komandası layiqincə təmsil edib. 

Belə ki, şagirdlər 100 metr məsafəyə qaçış, turnikdə dartınma, 2000 metr məsafəyə kross qaçışı və qumbaraatma növləri üzrə öz məharətlərini göstərərək Azərbaycan çempionu adını qazanıblar. Ölkənin bütün qalib komandalarının mübarizə apardığı birincilikdə eyni zamanda Oğlanqala kənd tam orta məktəbinin şagirdi rekorda da imza atıb. Təmsilçimiz Zamin Quluzadə 100 metr məsafəni hamıdan tez qət edərək rekord nəticə əldə edib, əlavə diplom və medalla təltif olunub.

Ardını oxu...

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının ilk iki turu geridə qalıb.
“A” turnirində 10 ölkənin 48 zəka sahibinin kəskin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Belə ki, ilk turda yarışın ən yüksək reytinqli şahmatçısı, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2748) Naxçıvan şahmatçısı, FİDE ustası Toğrul Həsənzadə (2326) ilə üz-üzə gəlib. Görüşdə üstün olan Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub. Şahmatçı ikinci turda FİDE ustası Nail Bəşirlini (2384) sınağa çəkib və növ­bəti xalını əldə edib. Digər azərbaycanlı qrossmeyster, ötən il bu turnirin qalibi olan Eltac Səfərli (2664) də ilk iki turu itkisiz başa vurub. O, ilk turda qrossmeyster Gülnar Məmmədovanı (2319), ikinci turda isə FİDE ustası Məhəmməd Muradlını (2352) üstələyib. Digər maraqlı oyun isə turnirin ən reytinqli 3 şahmatçısından biri olan, rusiyalı qrossmeyster Yevgeni Aleksevlə (2633) azərbaycanlı qrossmeyster Günay Məmmədzadə (2318) arasında olub. Gərgin mübarizə nəticəsində hər iki qrossmeyster xalları yarı bölüb. İkinci turda isə rusiyalı qrossmeyster azərbaycanlı FİDE ustası Aydan Höcətova ilə (2300), qrossmeyster Günay Məmmədzadə isə qrossmeyster Nicat Abasovla (2571) heç-heçə edib.

Ardını oxu...

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.

Ardını oxu...

Mayın 6-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə “Heydər Əliyev kuboku” uğrunda keçirilən muxtar respublika turniri başa çatıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq keçirilən turnirdə muxtar respublikanın şəhər və rayonlarının dəri əlcək sahibləri mübarizə aparıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi və 80-ə yaxın dəri əlcək sahibinin mübarizə apardığı turnirin son günündə rinqə finalçılar çıxıblar. Reqlamentə əsasən, turnirdə 2000, 2001, 2002-ci illər təvəllüdlü yeniyetmələr, gənclər və böyüklər 10 çəki dərəcəsində – 40, 45, 50, 56, 60, 64, 69, 75, 81 və 91 kiloqramda qalibi müəyyənləşdirməyə çalışıblar.
Gözlənildiyi kimi, yenə 60, 64 və 75 kiloqram çəki dərəcələrindəki final görüşləri böyük marağa səbəb olub. 60 kiloqram çəki dərəcəsində Sədərək boksçusu Müslüm Tağıyev beynəlxalq turnirlərin qalibi Sərxan Əliyevlə üz-üzə gəlib. Lakin daha üstün döyüş sərgiləyən Sərxan Əliyev hər üç raundu qələbə ilə başa vurub. 65 kiloqram çəki dərəcəsində keçirilən həlledici qarşılaşma isə mübarizliyi ilə seçilib. Muxtar respublikanı beynəlxalq yarışlarda layiqincə təmsil edən Tayfur Əliyev “Heydər Əliyev kuboku” uğrunda turnirin qalibi olmaq üçün İbrahim Cəfərzadə ilə qarşılaşıb. Ölkə birinciliklərinin və beynəlxalq turnirlərin mükafatçıları olan hər iki dəri əlcək sahibinin döyüşündə rinqi qalib kimi Tayfur Əliyev tərk edib. Məhəmməd­əli Bağır­ov isə 75 kiloqram çəki
dərəcəsində Kəngərli təmsilçisi Məhəmməd Bayramovu üstələyib. Digər çəki dərəcələrində isə Ülvü Süleymanov (40 kiloqram, Naxçıvan), Kənan Şəfiyev (45 kiloqram, Şərur), Kənan İbrahimov (50 kiloqram, Ordubad), Kamran Allahverdiyev (56 kiloqram, Naxçıvan), Elnur Mustafayev (69 kiloqram, Şərur), Sərvər Abdullayev (81 kiloqram, Naxçıvan) və Bəhruz Cabbarov (91 kiloqram, Şərur) bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar.
Komanda hesabında isə “Naxçıvan” komandası turnirin qalibi olub.
Sonda qalib idmançılar mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov və Boks Federasiyasının sədri Məhərrəm Talıbov təqdim ediblər.

Ceyhun Məmmədov

Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sərbəst güləş üzrə respublika çempionatı keçirilib.
Yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. Şəxsi və komanda yarışında idmançılarımız uğurlu nəticə əldə ediblər. Belə ki, çempionatda ən uğurlu nəticəni 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramin Məmmədov qazanıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Elşən Qasımov (61 kiloqram), Mahir Babayev (66 kiloqram) və Elməddin Abdullayev (96 kiloqram) finala kimi yüksəlsələr də, həlledici qarşılaşmada məğlub olaraq çempionatı ikinci pillədə başa vurublar. Rəşad Həsənov (66 kiloqram), Cavanşir Yaqubov (85 kiloqram), Kamil Salayev (96 kiloqram) və Rəşadət Nuriyev (125 kiloqram) isə çempionatın bürünc medalını qazanıblar.
24 komandanın mübarizə apardığı yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin komandası ümumi hesabda çempionatın üçüncüsü olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və medal, komandaya isə kubok təqdim edilib.

*     *     *

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri Azərbaycan çempionatında yeni uğura imza atıblar. İsmayıllı rayonunda keçirilən yeniyetmələr arasında kikboksinq üzrə ölkə birinciliyində muxtar respublikanı 8 idmançı təmsil edib. 

Qızların mübarizəsində rinqə çıxan Tulin Əsgərova naxçıvanlıları sevindirib. 45 kiloqram çəki dərəcəsində idmançımız bütün rəqiblərini üstələyərək çempionatın qızıl medalını qazanıb. Oğlanların mübarizəsində isə Qurban Qənbərli (52 kiloqram) və Rauf Həsənov (54 kiloqram) bürünc medal qazanıblar.
İdmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə muxtar respublikada fəaliyyət göstərən federasiyalar hər ay idman tədbirləri keçirməklə, uşaq, yeniyetmə və gənclərin sağlamlığı ilə yanaşı, onların asudə vaxtlarının səmərəli təşkil olunmasını da təmin edirlər.
Hər ay olduğu kimi, aprel ayında da Gənclər və İdman Nazirliyi ilə federasiyaların birgə təşkil etdikləri yarışlar və turnirlərdə yüzlərlə gənc iştirak edib. Ay ərzində ilk olaraq Şərur Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kikboksinq üzrə Şərur rayon və Naxçıvan şəhər komandaları arasında yoldaşlıq görüşü keçirilib. 80-dən çox idmançının iştirak etdiyi görüşdə əsas məqsəd istedadlı idmançıları üzə çıxarmaq və onların ölkə birinciliyində mübarizələrini təmin etmək olub. Şərq Döyüşü Sənəti Federasiyasının nazirliklə birgə təşkil etdiyi yarışdan sonra Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində məhz bu idmançılar üçün texniki-taktiki seminar da keçirilib. Ümumiyyətlə, aprel ayında belə seminarlar sırasına karate-do və güləşi də əlavə etmək olar. Seminarlarda məşqçi və hakimlər, həmçinin idmançılar yeni qaydalarla tanış olub, bu qaydalar praktik olaraq nümayiş etdirilib.

Ardını oxu...

Dünən Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində boks üzrə “Heydər Əliyev kuboku” uğrunda muxtar respublika turnirinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Boks Federasiyasının birgə təşkil etdiyi turnirdə 80-ə yaxın dəri əlcək sahibi mübarizə aparır. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq keçirilən turnirdə muxtar respublikanın şəhər və rayonlarının dəri əlcək sahibləri iştirak edirlər.
Turnirdə 2000, 2001, 2002-ci illər təvəllüdlü yeniyetmələr, gənclər və böyüklər 10 çəki dərəcəsində rinqə çıxıblar. Qaliblər 40, 45, 50, 56, 60, 64, 69, 75, 81 və 91 kiloqram çəki dərəcələrində müəyyənləşəcək.
Turnirin ilk günündə hər çəki dərəcəsində mübarizə aparan boksçular final yolunda rinqə çıxacaqlar. Həlledici qarşılaşmalar isə bu gün keçiriləcək.
Qeyd edək ki, dünən keçirilən döyüşlərdən sonra iştirakçılar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Xəbərlər şöbəsi

Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin zalında kiçikyaşlı yeniyetmələr (2002-2004-cü illər təvəllüdlü) arasında yunan-Roma güləşi üzrə daxili birincilik keçirilib. 

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə 70-ə yaxın pəhləvan qüvvəsini sınayıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının təşkil etdiyi birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Faiq İsgəndərov bildirib ki, bu gün Naxçıvanda güləşin inkişafı üçün hər bir şərait yaradılıb. Məqsəd qədim idman növünü uşaqlar arasında geniş yaymaq və onu kütləvi hala gətirməkdir. Bunun üçün belə yarışların təşkili vacibdir. Məktəbin daxili birinciliyini keçirməklə həm də kiçikyaşlı yeniyetmələrin yarış təcrübələrini artırmış oluruq.
Yarışın yekun nəticəsinə gəlincə, Nicat Ocaqquliyev (29 kiloqram), Uğur Məmmədov (32 kiloqram), Kənan Qasımov (35 kiloqram), Hüseyn Əhmədli (38 kiloqram), Kamran Məmmədov (42 kiloqram), Abbas Nəzərəliyev (46 kiloqram), Sabir Məmmədov (50 kiloqram), Anar Həsənov (54 kiloqram), Rəvan Bayramov (58 kiloqram), Asiman Novruzov (63 kiloqram) və Qoca Əhmədov (69 kiloqram) rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda qalib güləşçilər diplomlarla təltif ediliblər.

Xəbərlər şöbəsi

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Open-2016” Beynəlxalq Şahmat Festivalına hazırlıq məqsədilə keçirilən 12 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.

Ardını oxu...

Naxçıvanda mayın 9-dan 18-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ənənəvi “Naxçıva-2016” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.
Reqlamentə əsasən, beynəlxalq festivalda güclülər (“A” turniri), əmsalı 2200-dən az olanlar (“B” turniri) və uşaqlar (“C” turniri) olmaqla, zəka sahibləri güclərini 3 turnirdə sınayacaqlar. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarışda hər iştirakçıya 40 gediş üçün 90 dəqiqə, oyun başa çatana qədər hər şahmatçıya 30 dəqiqə və hər gediş üçün əlavə 30 saniyə vaxt ayrılacaq. Artıq “Naxçıvan Open-2016” festivalında iştirak etmək üçün 9 ölkə­nin 50-yə yaxın qrossmeysteri, FİDE və beynəlxalq ustası müraciət edib və onların sayının artması istisna deyil.
Keçiriləcək şahmat festivalında iştirak edəcək şahmatçıların reytinq siyahısına Eltac Səfərli (2666 – Azərbaycan) başçılıq edir. İştirakçılar arasında Yuriy Kuzubov (2638 – Ukrayna), Yevgeni Aleksev (2633 – Rusiya), Sergey Tiviakov (2590 – Hollandiya), İqor Xenkin (2586 – Almaniya), Vadim Malaxatko (2501 – Belçika), Pouria Darini (2496 – İran), Azərbaycan şahmatçılarından Nicat Abbasov, Vüqar Rəsulov, Zaur Məmmədov, Xəyalə Abdulla, Zeynəb Məmmədyarova kimi güclü zəka sahibləri var. Naxçıvan şahmat məktəbinin yetirmələrindən olan Pərviz Qasımov, Urfan Sevdimalıyev və Toğrul Həsənzadə də “A” turnirində iştirak edəcəklər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi daha bir uğura imza atıb.
Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edən və uğur qazanan federasiyanın yetirmələri bu dəfə respublika əhəmiyyətli yarışda mükafatlandırılıblar. Balakən şəhərində keçirilən sərbəst güləş üzrə məktəblilərin 10-cu ölkə birinciliyində idmançımız Abbas Həsənov fəxri kürsüyə yüksəlməyə müvəffəq olub. Yarımfinala kimi bütün rəqiblərini üstələyən güləşçimiz finala gedən yolda məğlubiyyətlə barışıb. Lakin üçüncü yer uğrunda görüşdə o, qalib gələrək ölkə birinciliyini bürünc medalla başa vurub.
İdmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatı davam edir.
Mövsümün sonuna iki tur qalmasına baxmayaraq, çempionluq uğrunda kəskin mübarizə gedir. Artıq 3 komanda cari mövsümdə bu ada yiyələnməyə çox yaxındır. Hazırda turnir cədvəlinin lideri olan “Araz-Naxçıvan” komandası 16-cı turda “Kəngərli” komandası üzərində böyük hesabla qələbə qazanmaqla, vəziyyətini bir qədər də yaxşılaşdırıb. Aktivində 45 xal olan “qırmızı-ağlar” çempionluğa ən real namizəddir. İndi onların mövsümü lider kimi başa vurması üçün cəmi bir xala ehtiyacları var. İkinci pillədə qərarlaşan “DİN-Darıdağ FK” isə 39 xal toplayıb. Onlar mövsümü çempion kimi tamamlamaları üçün qalan iki oyunda qələbə qazanmaqla yanaşı, “Araz-Naxçıvan”ın xal itirməsinə də bel bağlamalıdırlar. Əks təqdirdə, ötən mövsüm olduğu kimi yenə də turnir cədvəlini ikinci pillədə başa vuracaqlar.

Ardını oxu...

Kəngərli Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənc­lər İdman Məktəbinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında stolüstü tennis üzrə açıq birincilik keçirilib. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilik Qıvraq qəsəbə tam orta məktəbində baş tutub.
Birincilikdə 16 idmançı iştirak edib. Gərgin keçən oyunların nəticələrinə görə Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Babanur Məmmədov qalib adını qazanıb. Elə digər iki pillədə də bu məktəbin şagirdləri Vüsal Məmmədov və Höccət Seyidov qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif olunublar.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə Naxçıvan Muxtar Respublika birinciliyinin final mərhələsinə yekun vurulub. 

Şərur, Sədərək, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli rayonları və Naxçıvan şəhər məktəblilərinin mübarizə apardığı yarışda hər komanda 5 nəfərdən ibarət heyət formalaşdırıb. Birincilik uğrunda mübarizədə məktəblilər yarışın reqlamentinə əsasən, 6 növdə qüvvələrini sınayıblar. İlk olaraq onlar 100 metr və 2000 metr məsafədə qaçışda yarışıblar. Digər növlərdə isə məktəbli gənclər fiziki güclərindən istifadə ediblər. Əvvəlcə turnikdə dartınan yarış iştirakçıları idman nərdivanını keçmə və paralel qollarda qolların bükülüb-açılması mərhələsində də mübarizə aparıblar. Son olaraq isə məktəblilər qumbaraatma mərhələsində birinciliyin qaliblərini müəyyənləşdirməyə çalışıblar.
“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə birinciliyin final mərhələsinin qalibi Şərur rayon Oğlanqala kənd tam orta məktəbinin komandası olub. Komanda Qax şəhərində keçiriləcək Azərbaycan çempionatında Naxçıvan Muxtar Respublikasını təmsil edəcəkdir.

Ceyhun Məmmədov

Ümummilli lider Heydər ­Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futbol üzrə Naxçıvan Muxtar Respublika çempionatına start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi çempionat may ayının 6-na kimi davam edəcək. Həmin gün final qarşılaşması Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Ümumiyyətlə, çempionatın reqlamentinə əsasən, 1/4 finaldakı görüşlər tək oyunluq olmaqla, püşkə əsasən rəqiblərin meydanlarında baş tutacaq. Yarımfinal görüşləri və həlledici qarşılaşma isə mərkəzi arenada oynanılacaq.
Artıq çempionatın ilk yarımfinalçıları bəllidir. Belə ki, “Araz-Naxçıvan” səfərdə “Arpaçay” komandasını məğlub etməklə (9:2) adını yarımfinala yazdırıb. Naxçıvan Dövlət Universitetinin komandası da bu mərhələdə oynamaq hüququ qazanıb. Onlar doğma meydanda 1/4 finalda qarşılaşdıqları Ordubadın “Dübəndi” komandasını məğlub etməyi bacarıblar – 3:1.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Əlahiddə Ümumqoşun Ordusunun əsgər və zabitləri arasında yunan-Roma güləşi, sərbəst güləş və cüdo üzrə birincilik keçirilib. 3 gün davam edən birincilikdə 14 komandanın 130-dan çox idmançısı mübarizə aparıb.
Yarışın açılışında Əlahiddə Ümumqoşun Ordusunun fiziki hazırlıq və idman rəisi, mayor Vahid Məmmədov çıxış edərək keçirilən birinciliyin mahiyyəti barədə danışıb. Vurğulayıb ki, yarışı keçirməkdə məqsəd əsgər və zabitlərin fiziki hazırlıq durumunu yoxlamaq və onları idman sahəsinə cəlb etməkdir.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimləri tərəfindən idarə olunan görüşlərin nəticəsinə gəlincə, yunan-Roma güləşində Hüseyn Hüseynov (59 kiloqram), Teymur Tapdıqlı (66 kiloqram), Elvin Ələkbərov (71 kiloqram), Həsən Abdullayev (75 kiloqram), Əmrah Məmmədov (80 kiloqram), Ucal Rüstəmov (85 kiloqram), Vaqif Abutalubov (98 kiloqram) və Zamin Məmmədov (130 kiloqram) bütün rəqiblərinə qalib gələrək yarışın birincisi olublar. Sərbəst növdə isə Vüsal Məmmədov (57 kiloqram), Musa Həsənov (61 kiloqram), Elşən Mustafayev (65 kiloqram), Məhərrəm Quliyev (70 kiloqram), Roman Quliyev (74 kiloqram), Məmməd Ömər­ov (86 kiloqram), Əmrah Salmanov (97 kiloqram) və Rza Vəliyev (130 kiloqram) yüksək nəticə əldə ediblər.
Yarışın son günündə isə tatami üzərinə cüdoçular çıxıb. Gərgin keçən mübarizə nəticəsində Ruhin Əliyev (60 kiloqram), Fərid Yəhyayev (66 kiloqram), Xaliq Niftəliyev (73 kiloqram), Məcid Rzayev (81 kiloqram), Vüsal Məmmədov (90 kiloqram), Əqil Qasımov (100 kiloqram) və Vüsal Cəfərov (100+) fəxri kürsünün birincisi adına layiq görülüblər.
Qalib idmançılara Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı tərəfindən diplom və fəxri fərmanlar təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirməsi olan Nail Hüseynov daha bir uğura imza atıb. O, Ukraynanın Xarkov şəhərində kikboksinq üzrə Avropa çempionatında iştirak edib. İdmançımız ful-kontakt və layt-kontakt versiyaları üzrə mübarizə aparıb və bütün rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, bu, idmançımızın ilk uğuru deyil. Buna kimi Nail Hüseynov qarışıq döyüş növləri üzrə Avropa və dünya çempionatlarının da mükafatçısı olub.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki “N” hərbi hissədə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordusunun, Naxçıvan Muxtar Respublikası Təhsil və Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilik 3 gün davam edib.
Muxtar respublikanın şəhər və rayonlarının 8 komandasının mübarizə apardığı birinciliyin oyunları iki yarımqrupda keçirilib. Reqlamentə əsasən, “A” qrupunu lider kimi başa vuran “Şahbuz” komandası yarımfinal mərhələsində “B” qrupunun ikincisi “Şərur”la, “B” qrupunun lideri “Sədərək” komandası isə “A” qrupunu ikinci pillədə tamamlayan “Ordubad”la üz-üzə gəliblər. Gərgin keçən yarımfinal görüşlərindən sonra “Şahbuz” “Şərur”u (3:1), “Sədərək” isə “Ordubad”ı (3:0) məğlub edərək finalda oynamaq hüququ əldə ediblər.
Birinciliyin son günündə ilk olaraq meydana Ordubad və Şərur voleybolçuları çıxıblar. Gərgin keçən matçda “Şərur” komandası 3:2 hesabı ilə qalib gələrək birinciliyi üçüncü pillədə başa vurub. Açıq birinciliyin həlledici qarşılaşması isə böyük ajiotaja səbəb olub. Belə ki, “Şahbuz” komandası güclü rəqibi “Sədərək” komandasını quru hesabla (3:0) məğlub edərək qalib adını qazanıb.
Sonda birincilikdə yer tutan komandalara diplom və hədiyyələr təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında muxtar respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkil etdiyi birincilikdə şəhər və rayonların 8 komandası mübarizə aparır.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirdi ki, hər il mütəmadi olaraq təşkil edilən bu yarışın əsas məqsədi istedadlı voleybolçuları üzə çıxarmaqdır. Azarkeşləri əmin edə bilərik ki, açıq birincilikdə kifayət qədər maraqlı oyunlara şahidlik edəcəklər.
Federasiyanın sədr müavini Aydın Mirzəyev isə çıxışında keçirilən birinciliyin reqlamenti haqda idmançıları məlumatlandırdı. Vurğuladı ki, son illər muxtar respublikada gənclərin voleybola marağı həddindən çox artıb. İstər şəhər, istərsə də rayonlarda bu növün təbliği üçün federasiya və nazirlik müəyyən addımlar atır.
Açıq birinciliyin reqlamentinə gəlincə, 8 komanda iki yarımqrupda – “A” və “B” qruplarında mübarizə aparırlar. Üç gün davam edəcək birinciliyin “A” qrupunda “Kəngərli”, “Naxçıvan”, “Şahbuz” və “Ordubad” komandaları ilk iki pillə uğrunda meydana çıxacaqlar. “B” qrupunda isə “Şərur”, “Sədərək”, “Culfa” və “Babək” komandaları qalibi müəyyənləşdirməyə çalışacaqlar. Qrup mərhələsində ilk iki pilləni tutan komandalar yarımfinala vəsiqəni təmin edəcəklər. Bu mərhələdə “A” qrupunun lideri “B” qrupunda ikinci olan komanda ilə, “B” qrupunun lideri isə “A” qrupunun ikincisi ilə finalçını müəyyənləşdirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının dəstəyi ilə “Ordubad”, “Sədərək” və “Şərur” komandalarının voleybolçuları birincilik başa çatana kimi Naxçıvan şəhərindəki “Qrand” oteldə yerləşdiriliblər.

 Ceyhun Məmmədov

Bu həftə Bakıda MMA üzrə gənc­lər və kişilər arasında keçirilən 5-ci Azərbaycan çempionatına yekun vurulub. Bu yarışda muxtar respublikanı Şərq Döyüşü Sənəti Federasiyasının 13 idmançısı təmsil edib.
Gənclərin mübarizəsində ən uğurlu nəticəni 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Elşən Əliyev qazanıb. O, bütün rəqiblərinə qalib gələrək ölkə çempionu adına layiq görülüb. Bu çəki dərəcəsində digər idmançımız Ramiz Əhmədov gümüş medal əldə edib. 56 kiloqram çəki dərəcəsində Fərid Məmməd­ov, 77 kiloqramda Xızır İsmayılov və 84+ kiloqramda Elşən Rzayevin qazandıqları medalların da əyarı gümüş olub.
Kişilər arasında keçirilən döyüşlərdə 5 idmançımız fəxri kürsüdə özünə yer qazanıb. Belə ki, Rəhman Quliyev (61 kiloqram), Elxan Həsənəliyev (70 kiloqram), Səyyad Məmmədov (84 kiloqram) və Təhmasib Hüseynov (93 kiloqram) yalnız final döyüşlərində məğlub olaraq ikinciliklə kifayətləniblər. 70 kiloqram çəki dərəcəsində Fərdi Bağırov isə bürünc medal qazanıb.
Çempionatda çıxış edən Naxçıvan komandası qazandığı medalların sayına görə ölkə birinciliyində yalnız “Qafqaz” komandasından geri qalıb və Azərbaycan çempionatını komanda hesabında ikinci pillədə başa vurub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və kubok təqdim edilib.

Ceyhun Məmmədov

Heydərabad qəsəbəsində yaz çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Sədərək rayon birinciliyi keçirilib. Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev tədbiri açıq elan edərək bildirib ki, bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.
Sədərək Rayon Təhsil Şöbəsinin əməkdaşı Nizami Bağırov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Bölməsinin nümayəndəsi Xəyal Zalov çıxış edərək komandalara uğurlar arzulayıblar.
Sədərək Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Bölməsinin təşkilatçılığı ilə keçirilən yarışda 4 tam orta məktəbin komandası iştirak edib. Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbara atmaq və turnikdə dartınma növləri üzrə keçirilib. Yarışın yekununa əsasən, Heydərabad qəsəbə tam orta məktəbinin komandası birinci yerə layiq görülüb. Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandası ikinci, 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olublar.
Sonda yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları təqdim edilib. Qeyd edək ki, birinci yerin qalibi olan Heydər­abad qəsəbə tam orta məktəbinin komandası aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Sədərək rayonunu təmsil edəcəkdir.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Par­alimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında idmanın futzal növü üzrə yarış keçirilib. Yarışda hər biri 5 nəfərdən ibarət 6 komanda iştirak edib.
Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı gənclərin idmana olan maraqlarını artırmaqla onlarda sağlam həyat tərzinin təmin edilməsinə, istedadlı idmançıların aşkara çıxarılmasına, habelə bu kateqoriyadan olan gənclərin asudə vaxtlarının səmərəli keçməsinə nail olmaq idi.
Yarışın nəticələrinə görə, 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən komandalara Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar təqdim edilib.

Ceyhun Məmmədov

 İnsan psixologiyası onun hər bir idman növü ilə məşğul olmasına imkan verir. Sadəcə, bu durumu tənzimləmək insanın öz iradəsindən asılıdır. Bəzi idman növləri var ki, onları gün ərzində özümüzdən asılı olmayaraq həyata keçiririk. Bu növlər, adətən, idman dünyasında isinmə hərəkətləri kimi ad qazanıb. Bilmədən, hazırlaşmadan idmanla məşğul olmaq insan psixologiyasına da təsir göstərir. Psixoloji durum, adətən, gərgin olduğunda insan istər-istəməz əl-qol hərəkətləri edir ki, bu da orqanizmdə olan mənfi enerjinin “dəfn” olunması ilə yekunlaşır.

İnsan orqanizminin möhkəmlənməsi həm də onun psixoloji durumunun yaxşılaşması, tənzimlənməsi deməkdir. Bəs buna hansı idman növləri ilə nail olmaq mümkündür? Bu məqsədə çatmaq üçün insan orqanizmində kalorini yandırıb, vücudu bərkidən bir neçə hərəkət etmək lazımdır. Təbii ki, bunun üçün insan mütəmadi olaraq məşq etməli, normal yatmalı və sağlam qidalanmalıdır.

Əsas hərəkətlər

İplə hərəkət: bu hərəkəti insanlar, adətən, kiçik yaşlarından edirlər. İplə hərəkətdən, tullanmadan, demək olar ki, hər yerdə istifadə edilməlidir. Çox maraqlıdır ki, iplə hərəkət zamanı hər dəqiqə itirilən kalori digər məşqlərdən daha çoxdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr (2002-2004-cü illər) arasında sambo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək yarışın keçirilmə məqsədi haqqında idmançılara məlumat verib. Sonra muxtar respublika Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edib və qaydalar barədə idmançıları məlumatlandırıb.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 45 idmançı mübarizə aparıb. Yarışda Xəyyam Hüseynov, Elməddin Eyvazov, Rza Hümbətov, Sənan Cəfərov, Adəm Heydərov, Fuad Əşrəfli, Əli Əlizadə, Fəxrəddin Rüstəmov, Mətin Məmmədov, Ayaz Vəliyev müvafiq olaraq 26, 29, 32, 35, 38, 42, 46, 50, 58 və 63 kiloqram çəki dərəcələrində birinciliyin qalibi olublar.
Hər çəki dərəcəsində yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında sərbəst güləş turniri keçirilib.
Turnirdə muxtar respublikanın şəhər və rayonlarının, ümumilikdə, 14 komandası və 100-ə yaxın güləşçisi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edən Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev bildirib ki, qurum mütəmadi olaraq əməkdaşlar arasında bu cür yarışlar keçirir. Məqsəd isə polis işçilərinin fiziki hazırlığını yoxlamaq və Bakı şəhərində keçiriləcək respublika birinciliyinə gedəcək heyəti müəyyənləşdirməkdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Güləş Federasiyasının birgə təşkil etdiyi turnirin yekun nəticəsinə əsasən, komanda hesabında Naxçıvan Şəhər Polis İdarəsinin komandası qalib adını qazanıb. Digər iki pillədə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin komandaları qərarlaşıb.
Fərdi qaliblərə gəlincə, 7 çəki dərəcəsində Elşən Qasımov (55 kiloqram), Rəşad Həsənov (60 kiloqram), Mahir Babayev (66 kiloqram), Ramin Məmmədov (74 kiloqram), Cavanşir Yaqubov (84 kiloqram), Elməddin Abdullayev (96 kiloqram) və Rəşadət Nuriyev (120 kiloqram) bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar.
Qaliblərə diplomlar təqdim olunub.

Ceyhun Məmmədov

Regionumuzda idman sahəsində əldə olunmuş nailiyyətlərdən danışanda mütləq muxtar respublikamızda bu sahənin maddi-texniki bazası haqqında fikir söyləmək lazımdır. Bu gün şəhər və rayonlarımızda 50-dən çox idman zalı, olimpiya-idman kompleksləri fəaliyyət göstərir. Bu isə muxtar respublikamızda idmana olan qayğının nəticəsidir.
Muxtar respublikada gənc­lərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənc­lərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Muxtar respublikada, ümumilikdə, 40 min nəfərdən çox yeniyetmə və gənc fəal şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir, qazanılan qələbələrin sayı artır.
Bugünkü nəticələr həm kəmiyyət, keyfiyyət, həm də idman növlərinin coğrafiyası baxımından əvvəlkilərdən köklü surətdə fərqlənir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının fəaliyyətinə yaradılan şərait idmanın bu növü ilə məşğul olanların öz uğurlarını artırmağa, yeni qələbələr qazanmağa imkan verib. Bu günlərdə federasiyanın yetirməsi daha bir uğura imza atıb. Türkiyənin Adana şəhərində keçirilən cüdo üzrə şəhərlərarası turnirdə naxçıvanlı idmançı da qüvvəsini sınayıb. Belə ki, 34 kiloqram çəki dərəcəsində mübarizə aparan Abbas Məmmədov bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.
Abbas Məmmədov təşkilatçılar tərəfindən medal, diplom və kubokla mükafatlandırılıb.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan və qız atletləri аrаsındа yüngül atletika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası, Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarışda 16 tam orta məktəbin komandası mübarizə aparıb.
Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək idmançılara yarışın keçirilmə məqsədi haqqında geniş məlumat verib. Sonra Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov və Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda oğlanlar arasında Rüstəm Baxşıyev, Nicat Quliyev, Bəhlul Əsgərli, Səfər Tağıyev, Nihad Yusifov müvafiq olaraq 100, 200, 400, 800, 1500 metr, qızlar arasında isə Fazilə Hüseynova, Səbinə Bədəlova, Gülay Hüseynova, Zülfiyyə Mehdiyeva müvafiq olaraq 100, 200, 400, 800 metr məsafəyə qaçış üzrə qalib adını qazanıblar.
Komanda hesabında isə 10 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərini geridə qoyub. Digər iki pillədə isə 6 və 3 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıb.
Sonda yer tutan komanda və idmançılara hədiyyələr təqdim olunub.

 Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə seminar keçirilib.
Şərq Döyüşü Sənəti Federasiyasının idmançıları və məşqçiləri üçün təşkil edilən taktiki-texniki seminarda 30-dan çox idmançı iştirak edib. Seminar Bakı şəhərindən dəvət olunmuş Azərbaycan Respublikasının Əməkdar məşqçisi Hidayət Şabanov tərəfindən aparılıb.
Seminar ərzində idmançılara və məşqçilərə kikboksinq üzrə məlumatlar verilib, tətbiq olunan yeni qaydalar praktik olaraq göstərilib.

Ceyhun Məmmədov

İnsanın istər daxili, istərsə də xarici görkəmi, həmçinin mədəniyyətinin formalaşmasında idmanın böyük rolu var. İdman gələcək nəslin sağlam ruhda tərbiyə olunmasında, cəmiyyət üçün sağlam fərd yetişdirilməsində, insanlar arasında münasibətin yaranmasında, eləcə də ölkənin beynəlxalq arenada tanıdılmasında mühüm rol oynayan sahədir.
Bu gün Azərbaycanda bu sahə hərtərəfli dövlət qayğısı hesabına özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının timsalında bunu görmək olar. Blokada vəziyyətində yaşamasına baxmayaraq, bu gün muxtar respublikanın şəhər və rayonlarında istifadəyə verilən komplekslər, idman zalları, meydançalar idman sahəsində uğurlar qazanılmasında mühüm rol oynayır. Hazırda Naxçıvanda olimpiya-idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinin də uşaqlar, yeniyetmələr və gənclər arasında geniş vüsət alması üçün müəyyən tədbirlər həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının aşağı yaş qruplarına aid komandalar üçün təşkil etdiyi turnirlərin oyunları başa çatıb. Şərur Olimpiya-İdman Kompleksində təşkil olunan turnir bir həftə davam edib. Reqlamentə əsasən, 11, 12, 13 və 14 yaşlı  uşaqlardan ibarət komandalar mübarizə aparıblar. 

10 yaşlı futbolçular arasında keçirilən turnirin final qarşılaşmasında Şahbuz və Kəngərli komandaları üz-üzə gəliblər. Gərgin keçən matçın əsas və əlavə hissəsi heç-heçə (3:3) başa çatdığından qalib penalti zərbələrindən sonra məlum olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Kəngərli futbolçuları həmyaşıdları arasında turnirin qalibi olublar. Elə 11 yaşlı uşaqlar arasında da finala Şahbuz futbolçuları vəsiqə qazanıblar. Onlar bu dəfə həlledici görüşdə şərurlu həmkarlarını sınağa çəkiblər və meydanı 6:4 hesablı qələbə ilə tərk ediblər. Ümumiyyətlə, cari turnir Şahbuz futbolçuları üçün uğurlu olub. 12 yaşlı futbolçular arasında da onlar finalda oynamaq hüququ qazanıblar. Digər final görüşündə olduğu kimi, bu həlledici qarşılaşmada da onların rəqibi Şərur futbolçuları olub. Yenə də meydanı qələbə ilə tərk edən şahbuzlular olub – 3:2.
13 yaşlı futbolçuların liqasında isə qalib adını Ordubad komandası qazanıb. Onlar Naxçıvan şəhərinin komandasını çətin də olsa, məğlub etməyi bacarıblar – 2:1. Son olaraq 14 yaşlı futbolçuların mübarizəsində meydanı qalib kimi tərk edən Naxçıvan komandası olub. Həlledici görüşdə şərurlu həmkarlarını məğlubiyyətə uğradan Naxçıvan komandası bu liqanın baş mükafatını qazanıb – 2:0.
Ümumtəhsil məktəblərinin VII sinif şagirdlərinin “Məktəbli kuboku” turnirinin finalçıları isə Şərur və Ordubad məktəbliləri olublar. Bu görüşdə daha üstün oyun sərgiləyən Şərur komandası meydanı quru hesablı qələbə ilə tərk edib – 3:0.
Qeyd edək ki, Bakıda keçiriləcək final görüşlərində muxtar respublikanı 10 yaşlılarda Kəngərli, 11 və 12 yaşlılarda Şahbuz, 13 yaşlılarda Ordubad və 14 yaşlılarda Naxçıvan komandaları təmsil edəcəklər. “Məktəbli kuboku”nda iştirak etmək hüququnu isə Şərur komandası qazanıb.

Ceyhun Məmmədov

Şərur Rayon Uşaq-gənclər idman məktəbinin boks zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan” və “Şərur” komandaları arasında kikboksinq üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Şərq Döyüşü Sənəti Federasiyası, Şərur Rayon və Naxçıvan Şəhər Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı ilə keçirilən yarışdan əvvəl idmançılar Şərur rayonundakı Tarix-Diyarşünaslıq Muzeyində olublar.
Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov, Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək idmançılara yarışın keçirilmə məqsədi haqqında geniş məlumat veriblər.
Yoldaşlıq görüşündə 15 çəki dərəcəsində 80 idmançı öz gücünü sınayıb. 8:7 hesabı ilə “Şərur” komandasının qalib gəldiyi yarışda hər iki komandaya təşkilatçıların diplom və kubokları təqdim edilib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR