22 Dekabr 2024, Bazar

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının ilk iki turu geridə qalıb.
“A” turnirində 10 ölkənin 48 zəka sahibinin kəskin mübarizəsi elə ilk turdan özünü büruzə verib. Belə ki, ilk turda yarışın ən yüksək reytinqli şahmatçısı, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2748) Naxçıvan şahmatçısı, FİDE ustası Toğrul Həsənzadə (2326) ilə üz-üzə gəlib. Görüşdə üstün olan Şəhriyar Məmmədyarov ilk turu qələbə ilə başa vurub. Şahmatçı ikinci turda FİDE ustası Nail Bəşirlini (2384) sınağa çəkib və növ­bəti xalını əldə edib. Digər azərbaycanlı qrossmeyster, ötən il bu turnirin qalibi olan Eltac Səfərli (2664) də ilk iki turu itkisiz başa vurub. O, ilk turda qrossmeyster Gülnar Məmmədovanı (2319), ikinci turda isə FİDE ustası Məhəmməd Muradlını (2352) üstələyib. Digər maraqlı oyun isə turnirin ən reytinqli 3 şahmatçısından biri olan, rusiyalı qrossmeyster Yevgeni Aleksevlə (2633) azərbaycanlı qrossmeyster Günay Məmmədzadə (2318) arasında olub. Gərgin mübarizə nəticəsində hər iki qrossmeyster xalları yarı bölüb. İkinci turda isə rusiyalı qrossmeyster azərbaycanlı FİDE ustası Aydan Höcətova ilə (2300), qrossmeyster Günay Məmmədzadə isə qrossmeyster Nicat Abasovla (2571) heç-heçə edib.

Beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova (2236) isə ilk turda gürcü zəka sahibi İrakli Beradze (2424) ilə xalları yarı bölüb. İkinci turda isə o, Belarus şahmatçısı, beynəlxalq qrossmeyster Vadim Malaxatkonu (2501) məğlub etməyi bacarıb.
Naxçıvanın zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov (2375) ilk görüşündə beynəlxalq usta Nərmin Xəlifovaya (2193) məğlub olub, ikinci görüşündə isə beynəlxalq qrossmeyster Xəyalə Abdulla (2209) ilə xalları yarı bölüb. Ağ-qara taxtada mübarizə aparan digər həmyerlimiz beynəlxalq qrossmeyster Ürfan Sevdimalıyev (2400) türkiyəli FİDE ustası Sevgi Volkanla (2210) heç-heçə edib. İkinci görüşdə isə Ürfan Sevdimalıyev monqolustanlı beynəlxalq qrossmeyster Enxtuul Altan Ulziyə (2208) məğlub olub. Toğrul Həsənzadə isə ilk turda məğlub olsa da, ikinci turda Əhməd Əhmədzadə (2207) üzərində qələbəyə sevinib.
İlk iki turdan sonra “A” turnirinə Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Azər Mirzəyev və Vüqar Əsədli 2 xalla başçılıq edirlər.
Əmsalı 2200-dən az olan zəka sahiblərinin mübarizə apardığı “B” turnirində 100 şahmatçı ağ-qara taxta üzərində qələbə qazanmağa çalışır. İki turdan sonra turnir cədvəlinə maksimum xal toplayan 21 şahmatçı başçılıq edir ki, onlar arasında iki naxçıvanlı zəka sahibi də var.
“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının “C” turnirində 164 zəka sahibi qüvvəsini sınayır. İlk iki turdan sonra 37 şahmatçı maksimum xalla turnir cədvəlinə başçılıq edir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR