22 Dekabr 2024, Bazar

“Naxçıvan-2016” Beynəlxalq Şahmat Festivalının artıq 7-ci turu geridə qalıb. Keçirilən bu turdan sonra festivalda iştirak edən bəzi zəka sahibləri ilə söhbətləşdik.
Yuriy Kuzubov (ukraynalı beynəlxalq qrossmeyster): “Keçirdiyim oyunlarda 5,5 xal qazanmışam. Belə böyük turnirlərdə qazanılan hər xal sonda uğur gətirə bilər. Hər oyuna böyük məsuliyyətlə yanaşmaq lazımdır. Bu festivalda güclü şahmatçılar mübarizə aparır və onlarla oynamaq mükəmməldir. Festivalın təşkilatçılığı yüksək səviyyədədir. Şəhəriniz gözəldir və məni daha çox cəlb edən təmizliyidir. Hər yer sakit və təmizdir. İnsan özünü çox rahat hiss edir. Bizə yaradılan şəraitə görə şahmatçı yoldaşlarım adından minnətdarlığımı bildirirəm. Asudə vaxtımız da səmərəli təşkil edilib. Onu da deyim ki, Naxçıvanda şahmata böyük maraq var. Festivalın keçirilməsi üçün görülmüş hərtərəfli hazırlıq da yüksək səviyyədədir. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrindən buraya öz gücünü sınamağa gəlmiş şahmatçılar razılıq edirlər. Eyni zamanda yarışın keçirildiyi məkan da ideal olaraq seçilib. Dünyanın bir çox ölkələrində təşkil edilən yarışlarda, turnirlərdə iştirak etmişəm. Naxçıvan Şahmat Mərkəzi beynəlxalq standartlara tam cavab verir”.

Cankut Emiroğlu (türkiyəli FİDE ustası): “İstər təşkilatçılıq, istərsə də güclü şahmatçıların mübarizə aparması turnirə əlavə rəng qatır. Digər şahmatçılar kimi əsas məqsədim qalib olmaqdır. Bu idman növündə qalib olmaq üçün, ilk növbədə, oyuna köklənmək lazımdır. Yalnız ondan sonra qələbə haqqında düşünmək olar. Hələ ki, hər şey qaydasındadır. İnanıram ki, Naxçıvanda keçirilən bu festival karyeramda yaxşı iz buraxacaq və gələcək illərdə təşkil ediləcək turnirlərdə böyük məmnuniyyətlə iştirak edəcəm. Əminəm ki, bu festivalda iştirak edən hər bir şahmatçı mükafatçılar sırasına düşüb-düşmə­məyindən asılı olmayaraq, Naxçıvandan xoş təəssüratlarla ayrılacaq. Naxçıvan şəhərinə gəldikdə isə deyə bilərəm ki, şəhər sakit və gözəldir. Xüsusilə səhərlər çox sakitçilik olur. Bu da şahmatçılar üçün yaxşı haldır. Eyni zamanda axşamlar şəhərin hər tərəfində işıqların yanması, sakit tərzdə insanların gəzişməsi bizdə xoş təəssürat yaradır. Adətən, oyunlardan sonra şəhəri gəzməyə vaxtımız olur və bundan maksimum istifadə edirik ki, Naxçıvanın görməli yerlərini görək. Naxçıvan bu festivalla dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya toplayıb. Bu, məncə, böyük nailiyyətdir. Bir də ona görə məmnunam ki, Naxçıvan bizi böyük qonaqpərvərliklə qarşıladı”.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR