22 Dekabr 2024, Bazar

Tailandın Banqkok şəhərində keçirilmiş yeniyetmələr arasında VII dünya birinciliyinə yekun vurulub.
Yüzə yaxın ölkədən 445 atletin iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış ediblər. 77 kiloqram çəki dərəcəsinin B qrupunda iki atletimiz – Mayıl Şükürlü və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev körpücük üzərinə çıxıb.
Tərmenxan Babayev birdən qaldırma hərəkətində 125 kiloqram çəkini ram edərək bu hərəkətdə 4-cü olub. Atlet təkanla qaldırma hərəkətində daha yüksək nəticə əldə edib. O, 3-cü yanaşmasında 155 kiloqram ağırlığı qaldırıb və bu hərəkətdə 2-ci yeri tutub. Bununla yanaşı, ümumilikdə, 280 kiloqram (125+155) nəticə göstərən Tərmenxan B qrupunda ümumi sıralamada birinci yeri tutub.

Ardını oxu...

Culfa şəhərinin mərkəzi futbol meydançasının idman bazasında rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsinin birgə təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında yaz çağırışına həsr edilmiş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün rayon mərhələsinə yekun vurulub.

Bu mərhələdə 18 komanda mübarizə aparıb. Yarış əsasnaməyə uyğun olaraq 5 növ üzrə keçirilib. Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümüd Həsənli, Təhsil Şöbəsinin əməkdaşı Səbuhi İbrahimov, Səfərbərlik və Hərbi Xidmətə Çağı­rış üzrə Dövlət Xidməti Culfa rayon şöbəsinin zabiti, baş leytenant Nurlan Məhərrəmov çıxış edərək yeni­yetmə və gənclərə göstərilən dövlət qayğısından, idman sahəsində əldə olunan nailiyyətlərdən danışıblar. Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlər və keçirilən tədbirlər haqqında söhbət açıblar.
Yarışda Xanəgah kənd tam orta məktəbinin komandası bütün rəqiblərinə qalib gələrək rayon mərhələsini ilk pillədə başa vurub. Bənəniyar kənd tam orta məktəbinin komandası ikinci, Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.

Ardını oxu...

Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ekstremal yürüş üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Uzunoba Su Anbarı ətrafında keçirilən birincilikdə 100-ə yaxın idmançı mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində Naxçıvan Dövlət Universitetinin tələbəsi Yuris Allahverdiyev finiş xəttinə hamıdan əvvəl çatıb. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Həsən Həsənli və Yusif Abbasov ikinci və üçüncü olublar. Qızlar arasında Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Telli Abbasova qalib adını qazanıb. Digər iki pillədə isə Naxçıvan Tibb Kollecinin tələbəsi Gülafət Müslüm­ova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Aysel Qurbanova qərarlaşıblar.
Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Hava və Ekstremal İdman Növləri Federasiyasının hədiyyələri təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Naxçıvan şəhərində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Əvvəlcə Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov çıxış edərək muxtar respublikada idman sahəsində görülən işlər, gənc­lərə göstərilən dövlət qayğısı və idmançılarımızın qazandığı uğurlardan danışıb.
Yoldaşlıq görüşündə Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin komandası ilə rayonlar üzrə Birləşmiş Həmkarlar İttifaqı komitələrinin komandası üz-üzə gəlib. Oyun birincilərin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra futbolçulara diplom və fəxri fərmanlar təqdim edilib.

Ceyhun Məmmədov

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublikası üzrə keçirilən zona birinciliyinə yekun vurulub.
“Şahin” hərbi-idman oyunu üç mərhələ üzrə keçirilib: məktəb­daxili seçmə mərhələsi, rayon (şəhər) birincilikləri və zona birinciliyi. İlk iki mərhələdə qalib gələn komandalar zona birinciliyində iştirak ediblər.
Əvvəlcə Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Nicat Babayev, Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik Zaur Həmidov, Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənli, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, kapitan Rəcəb Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi mayor Vüsal Əliyev çıxış edərək oyunun keçirilməsində məqsədin məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsindən ibarət olduğunu vurğulayıblar. Çıxış edənlər iştirakçılara uğurlar arzulayıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının Şərur rayon bölməsinin, rayonun Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ekstremal idman yürüşü üzrə rayon birinciliyi keçirilib. 

Şərur şəhərindən Cəlilkənddə yerləşən tarixi “Buzxana” abidəsi və Cəlil Məmmədquluzadənin Xatirə muzeyi istiqamətində keçirilən yürüşdə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərindən ibarət 282 qız və oğlan iştirak edib.
Yürüşdə Düdəngə kənd tam orta məktəbinin şagirdi Aytac İbrahimova, Cəlilkənd tam orta məktəbinin şagirdi Osman Əhmədov I yerə, Zeyvə kənd tam orta məktəbindən Zeynəb Cəfərova, Vasif Əsgərov II yerə, Düdəngə və Mahmudkənd məktəblərinin təmsilçiləri Tamella Məmmədova, Elməddin Tağıyev III yerə layiq görülərək diplom və hədiyyələrlə təltif olunublar.
Sonra şagirdlər tarixi “Buzxana” abidəsinə baxıblar, Mirzə Cəlilin Xatirə muzeyi ilə tanış olublar.

Mehman MƏMMƏDOV

Muxtar respublikanın Babək rayonunda ümumtəhsil məktəblərinin komandaları arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən birinciliyə yekun vurulub.
Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 12 komandadan 60 idmançı iştirak edib. Yarışlar 100 metr məsafəyə qaçış, 2 min metr məsafəyə kross qaçışı, qumbara atmaq və turnikdə dartınmaq üzrə aparılıb.
Birinciliyin yekun nəticələrinə əsasən, I yerə Payız, II yerə Nəhəcir kənd tam orta məktəblərinin komandaları, III yerə isə Cəhri kənd 1 nömrəli tam orta məktəbin komandası layiq görülüb.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.


Xəbərlər şöbəsi

Culfa rayonu ərazisindəki “N” Sərhəd Zastavasında ümumtəhsil məktəbləri arasında keçirilən “Sərhəd” hərbi-idman oyununun rayon mərhələsinin qalibləri müəyyənləşib.
Culfa Rayon Gənclər və İdman İdarəsinin, Culfa Rayon Təhsil Şöbəsinin və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 4 tam orta məktəbin komandası iştirak edib.
Əvvəlcə Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, Culfa Rayon “N” Sərhəd Zastavasının zabiti İlkin Mahmudov və Təhsil Şöbəsinin əməkdaşı Səbuhi İbrahimov çıxış edərək keçirilən tədbirin mahiyyətindən, yeniyetmə və gənclərə göstərilən dövlət qayğısından, idman sahəsində əldə olunan nailiyyətlərdən danışıblar.
Yarış əsasnaməyə uyğun olaraq 8 mərhələ üzrə keçirilib. Gərgin mübarizə şəraitində keçirilən yarışda Yaycı kənd 2 nömrəli tam orta məktəbin komandası I yerə, Culfa şəhər 1 nömrəli tam orta məktəbin komandası II yerə və Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.
Yekunda qalib komandaya və müxtəlif növlərdə fərqlənən idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Şərur Olimpiya-İdman Kompleksinin stadionunda aşağı yaş liqalarının və məktəbli kubokunun muxtar respublika zona birinciliyinə yekun vurulub.

AFFA-nın bayrağı altında keçirilən və aprelin 1-dən start gö­türən U-10, U-11, U-12, U-13 və U-14 liqalarının zona birinciliyində hər 5 yaş qrupunda Naxçıvan şəhərini və muxtar respublikanın 7 rayonunu təmsil edən 8 komanda ilə yanaşı, DİN-in “Darıdağ” klubunun komandaları da mübarizə aparıb. Müvafiq olaraq “Şərur”, “Kəngərli”, “Darıdağ”, U-13 və U-14 liqada isə “Naxçıvan” komandası birinci olub. Aprelin 3-dən start götürən “Coca-Cola Məktəbli Kuboku”nun zona birinciliyində isə Şərur rayon Yengicə kənd tam orta məktəbinin 7-ci sinif şagirdləri həmyaşıdlarını qabaqlayaraq turnirin qalibi olublar.

Ardını oxu...

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Şahbuz Rayon Bayraq Meydanından “Böyrək suyu” bulağı istiqamətində keçirilən ekstremal idman yürüşü üzrə birinciliyə yekun vurulub.

Yarışdan əvvəl Şahbuz Rayon Gənc­lər və İdman İdarəsinin rəis əvəzi İdris Qəhrəmanov, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmməd­ov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov çıxış edərək idmanın inkişafına göstərilən qayğıdan, ekstremal idman növlərinin yaranmasının və inkişafının əhəmiyyətindən bəhs edərək idmançılara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Yarışda 12 məktəbdən 100 idmançı (35 qız, 65 oğlan) mübarizə aparıb. Oğlanlar 5, qızlar isə 4 kilometr məsafəyə idman yürüşündə qüvvələrini sınayıblar.
Oğlanlar arasında qalib adını Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Murad Bağırov qazanıb. Məktəbin digər şagirdi Samir Məmmədov ikinci, Nursu kənd tam orta məktəbinin şagirdi Uğur Novruzov isə üçüncü olub.
Qızların mübarizəsində isə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Xəzəngül Quliyeva fərqlənərək birinci yerə layiq görülüb. Digər iki pillədə isə Daylaqlı kənd tam orta məktəbinin şagirdi Songül Novruzlu və Ayrınc kənd tam orta məktəbinin şagirdi Melisa Mustafayeva qərarlaşıblar.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstəsində liderlik uğrunda kəskin mübarizə gedir. Bu turda “Culfa” və “Ordubad” komandalarının üz-üzə gəlməsi daha çox “Naxçıvan” komandasının xeyrinə olub. Culfa təmsilçisi ordubadlı həmkarlarını 55:21 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəliblər. Cari mövsümdə hələ də qələbə qazana bilməyən “Şərur” komandası yenə məğlubiyyətlə barışmalı olub. Onlar bu dəfə səfərdə “Babək” komandasına uduzublar – 22:30.
Birinci dəstədə isə “Şahbuz” komandasının məğlubedilməzlik seriyası davam edir. 6 görüşdən maksimum xal toplayan Şahbuz təmsilçisi liderliyini davam etdirir. Onlardan bir xal geridə qalan “Lokomotiv” komandası bu turda Sədərək basketbolçularını məğlub etməyi bacarıblar – 46:29. “Kəngərli” komandası isə cari mövsümdə yenə məğlubiyyətlə üzləşib. Onlar bu dəfə “Naxçıvan” Universiteti komandası qarşısında ciddi müqavimət göstərə bilməyiblər – 21:45.

Ardını oxu...

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının muxtar respublikada aşağı yaş qruplarına aid komandalar üçün təşkil etdiyi turnirlərə start verilib.
Şərur Olimpiya-İdman Kompleksində keçirilən turnir aprelin 8-dək davam edəcək. Reqlamentə əsasən, 10, 11, 12, 13 və 14 yaşlı uşaqlardan ibarət komandalar mübarizə aparırlar. 2016-2017-ci il mövsümünün oyunlarında muxtar respublikanın şəhər və rayonlarını bu yaş qrupunda olan komandalar təmsil edirlər.
Oyunlara Bakı şəhərindən gələn 4 hakim tərəfindən nəzarət edilir.
Ümumtəhsil məktəbləri arasında “Coca-Cola Məktəbli Kuboku” turnirinin də cari mövsümünün oyunları keçirilir. Bu turnir və müəyyən edilmiş yaş qruplarında qalib gələn komandalar Bakıda keçiriləcək final görüşlərində muxtar respublikanı təmsil edəcəklər.

Ceyhun Məmmədov

Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin təşkilatçılığı ilə Şərur rayonunda yerləşən “N” hərbi hissəsində məktəblilər arasında “Şahin” hərbi-idman oyunu keçirilib.
Yarışda 15 məktəbdən 210 şagird iştirak edib.
Yarışın nəticəsinə əsasən, İbadulla kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Digər iki pillədə Mahmudkənd və Oğlanqala kənd tam orta məktəblərinin komandaları qərarlaşıblar.
Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla ­mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Şahbuz rayonundakı “N” hərbi hissədə rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölməsinin birgə təşkilatçılığı ilə respublika əhəmiyyətli “Şahin” hərbi-idman oyununun Şahbuz rayon birinciliyi keçirilib.
Birincilikdə 7 məktəbdən 98 şagird iştirak edib. Birinciliyin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi İdris Qəhrəmanov, İcra Hakimiyyətinin əməkdaşı Söhrab Kərimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bölməsinin əməkdaşı Məmməd Hüseynov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsinin əhəmiyyəti haqqında şagirdlərə geniş məlumat verib, yarışın şərtlərini iştirakçıların diqqətinə çatdırıblar.
Sonra yarışa start verilib. Gərgin və maraqlı keçən mübarizədə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin komandası qalib olub. Biçənək kənd tam orta məktəbinin komandası ikinci, Kükü kənd tam orta məktəbinin komandası isə yarışı üçüncü pillədə başa vurublar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Bakı şəhərində MMA qaydasız döyüş növünün tempo versiyası üzrə Asiya oyunları keçirilib. Oyunlarda Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri də mübarizə aparıblar. İdmançılarımız bu yarışda uğurlu çıxış etməklə mükafatçılar sırasına düşüblər. Belə ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Səyyad Məmmədov bütün rəqiblərinə qalib gələrək Asiya oyunlarında baş mükafatı qazanıb. Digər təmsilçimiz Heydər Quliyev isə 40 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Yalnız final görüşündə məğlub olan təmsilçimiz gümüş medal qazanıb.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbin mini-futbol meydançasında uşaq futbolçular üçün ustad dərsi keçirilib.
Bakıdan dəvət olunan məşqçilərin idarəçiliyi ilə keçirilən ilk məşq prosesində 100-dən çox məktəbli futbolçu iştirak edib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkil etdiyi ustad dərsləri 2 gün davam edəcək və bu prosesi Bakıdan gələn məşqçilər Cahangir Həsənzadə və İlham Əzizzadə aparacaqlar.
Məşqçi Cahangir Həsənzadə bizimlə söhbətində keçirilən ustad dərslərinin məqsədi barədə danışaraq dedi ki, bu təlimləri AFFA və aidiyyəti qurumların birgə təşkil etməsində məqsəd ölkədə uşaq futboluna olan marağı artırmaq, həmçinin məktəblərdə istedadlı futbolçuları üzə çıxarmaqdır: “Keçirdiyimiz ilk məşq prosesi barədə müsbət fikirdəyəm. İstedadlı uşaqlar çoxdur və biz onları qısa vaxt kəsiyində olsa da, düzgün yönləndirməyə çalışdıq. Naxçıvanda uşaq futbolu ilə məşğul olan peşəkar məşqçilər var və onlar bu cür stadionlarda uşaqlara daha uğurlu karyera bəxş etməyə qadirdirlər. Martın 30-da daha bir ustad dərsi olacaq. Fərqli məkanlarda təşkil etməyimizin əsas məqsədi digər uşaqların da bacarıqlarına bələd olmaq və əlimizdən gəldiyi qədər onlara fürsət verməkdir. Digər tərəfdən, biz özümüz də istedadlı uşaqların adlarını qeyd edirik və onların gələcəkdə uğurlu karyera qurmalarına köməklik edəcəyik”.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında final mərhələsinin daha iki görüşü keçirilib.
Günün ilk görüşündə “Neftçi” və “Lokomotiv” komandaları üz-üzə gəldilər. Bu görüş həm rəqabət, həm də prinsipiallıq baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bunu nəzərə alan voleybolçular meydanda əsl mübarizənin nümunəsini göstərdilər.
Görüşün ilk setini 25:19 hesabı ilə başa vuran “Lokomotiv” ikinci setdə məğlubiyyətlə üzləşdi – 21:25. Qələbədən ruhlanan “Neftçi” üçüncü setə də iddialı başladı. Bunun nəticəsi kimi hesabda onlar rəqibini 5 top fərqi ilə geridə qoydular. Lakin sonadək mübarizə aparan “Lokomotiv” setin gedişatını dəyişdirdi və 26:24 hesabı ilə bu seti də qələbə ilə başa vurdu. Növbəti setdə də qalib gələn (25:20) “Lokomotiv” çempionatın bitməsinə bir tur qalmış qızıl medalları əldə etdi. Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “Lokomotiv” komandası bununla da çempion tituluna yiyələndi.
Günün ikinci matçında “Naxçıvan” və “MOİK” komandaları üz-üzə gəldilər. Böyük əhəmiyyətə malik olan qarşılaşmada ilk set komandamızın xeyrinə başa çatdı – 25:23. İkinci setdə 19:25 hesabı ilə məğlub olan “Naxçıvan” komandası, üçüncü setdə 25:22 hesablı qələbəyə sevindi. Növbəti set isə “MOİK”in xeyrinə (25:18) başa çatdı. Sonuncu, beşinci setdə də qalibiyyəti bayram edən “MOİK” meydanı 3:2 hesablı qələbə ilə tərk etdi.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının yüksək liqasında final mərhələsinin oyunlarına start verilib.
Bu mərhələdə çempionatın turnir cədvəlində ilk 4 pillənin sahibləri – “Neftçi”, “Lokomotiv”, MOİK və “Naxçıvan” komandaları mübarizə aparırlar. Üç gün davam edəcək final mərhələsinin oyunları reqlamentə əsasən dairəvi sistem üzrə keçiriləcək. Martın 30-da isə 2016-2017-ci illər mövsümünün çempion komandasının adı məlum olacaq.
Dünən final mərhələsinin ilk oyunları keçirilib. Oyunlardan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Meydana ilk olaraq “Neftçi” və MOİK komandaları çıxıb. Pley-off mərhələsində heyətinə “əl gəzdirən” MOİK komandası yenə məğlubiyyətdən yaxa qurtara bilməyib. Daha üstün oyun nümayiş etdirən “Neftçi” hər üç setdə 25:20, 25:21 və 25:12 hesabı ilə qalib gələrək bu mərhələdə ilk qələbəsini qazanıb.
Aleksandr Çornının rəhbərlik etdiyi “Naxçıvan” komandası pley-off-un ilk oyununda “Lokomotiv” komandası ilə üz-üzə gəlib. İlk setdə rəqibinə məğlub olan komandamız (25:12) ikinci setdə də eyni aqibətlə üzləşib – 25:22. Son setdə daha üstün oyun sərgiləyən “Lokomotiv” meydanı 3:0 hesablı qələbə ilə tərk edib.

Ardını oxu...

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin təşkilatçılığı ilə tam orta məktəblərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər arasında şahmat yarışı keçirilib.
Yarışdan öncə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı İdris Qəhrəmanov və Uşaq-gənc­lər şahmat məktəbinin direktoru Əli Gülmalıyev çıxış edərək yarışın keçirilmə qaydaları haqqında məlumat veriblər.
İsveçrə sistemi üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən 4,5 xal toplayan Şıxı Şıxıyev qalib adını qazanıb. Zəka sahiblərindən 4 xal toplayan Fatimə Yusifli ikinci, 3,5 xal aktivinə yazan Qurban Məmmədov üçüncü olublar.
Sədərək rayonunda da oğlan və qızlardan ibarət şahmatçılar arasında şahmat turniri keçirilib. Rayon Şahmat Məktəbində keçirilən yarış olimpiya sistemi üzrə olub. 40-dan çox zəka sahibinin mübarizəsində oğlanlar arasında birinciliyi Nicat Əlizadə əldə edib. Gökan Hüseynov ikinci, Murad Rzazadə isə üçüncü yerlə kifayətləniblər. Qızların mübarizəsində isə Salatın Baxşıyeva hamıdan güclü olub. Digər iki pillədə isə Şəfayət Bayramlı və Aygün Dünyamalıyeva qərarlaşıblar.
Sonda hər iki turnirin qaliblərinə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Ceyhun Məmmədov

Ölkəmizdə ənənəvi keçirilən boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. 9-cu dəfə təşkil olunan yarışda əvvəlki illərdən fərqli olaraq qadın komandaları da mübarizə aparıblar.
Üç gün davam edən turnirdə kişilərdən ibarət Azərbaycan milli komandası ilə yanaşı, Rusiya və İran komandaları tam heyətlə iştirak ediblər. Bununla birlikdə Qazaxıstan, Özbəkistan, Gürcüstan və Qətər seçmələri də turnirdə təmsil olunublar.
Qadınların mübarizəsinə gəlincə, Azərbaycan yığması ilə bərabər Türkiyə, Ukrayna və Belarus boksçuları da çempionluq uğrunda mübarizə aparıblar. Ümumilikdə, 100-ə yaxın boksçunun iştirak etdiyi turnirdə Naxçıvan boksçuları – Sərxan və Tayfur Əliyev qardaşları da millimizin heyətində rinqə ­çıxıblar.
Azərbaycan millisini 60 kiloqram çəki dərəcəsində təmsil edən Sərxan Əliyev mübarizəyə 1/4 final mərhələsindən qoşulub. Həmyerlimiz ilk olaraq qazaxıstanlı Serik Temurcanovu mübarizədən kənarlaşdırıb. Finala gedən yolda dəri əlcək sahibimiz daha bir Qazaxıstan boksçusu Mirzobek Boladavu da məğlub edib. Həlledici qarşılaşmada rusiyalı Vladimir Nikitinlə görüşü qələbə ilə başa vuran Sərxan Əliyev turnirin qalibi olub.

Ardını oxu...

Naxçıvan şəhərindəki “N” hərbi hissədə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib. Yarışda 17 tam orta məktəbin komandası mübarizə aparıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik Mirqiyas Rüstəm­ov, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi, kapitan Rəcəb Səfərov və digərləri hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Hərbi-idman oyununda komandalar sıra hazırlığı, patronun darağa doldurulması və boşaldılması, avtomat silahın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş­açma, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və qərargah çadırının qurulması mərhələləri üzrə qüvvələrini sınayıblar.
Yekun nəticələrə əsasən, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək I yerə, 2 nömrəli tam orta məktəbin komandası II yerə, 3 və 1 nömrəli tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülüblər.
Sonda qalib komandalar təşkilatçıların diplom, fəxri fərman və kubokları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, I və II yerlərin qalibləri olan 15 və 2 nömrəli tam orta məktəblərin komandaları aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.

Ceyhun Məmmədov

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin qız şagirdləri arasında şahmat üzrə rayon birinciliyi olub.
Əvvəlcə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı İdris Qəhrəmanov və Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Gülmalıyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar.
20-dən çox şagirdin mübarizə apardığı yarış İsveçrə sistemi üzrə keçirilib. Yekun nəticəyə əsasən, Nuray Quluzadə 5 xalla qalib adını qazanıb. Ondan bir xal az toplayan Fidan Quluzadə ikinci, 3,5 xalla Fatimə Yusifli isə üçüncü olub.
Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan Dövlət Universitetində basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi görüşdə Naxçıvan Dövlət Universitetinin və ­“Naxçıvan” Universitetinin komandaları ­qarşılaşıb.
Meydanda daha əzmkar mübarizə aparan Naxçıvan Dövlət Universitetinin komandası 46:24 hesabı ilə qalib gəlib.

Ceyhun Məmmədov

Bu il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar Naxçıvan Dövlət Universitetində bədii gimnastika bölməsi fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərəcək bölməyə Azərbaycan Respublikasının idman ustası Humay Qafarova rəhbərlik edəcək.
Universitetin idman zalında olan məşğələlər hər həftənin I, III, V günləri ­keçiriləcək.
Dünən “Naxçıvan” Universitetinin idman zalında da bədii gimnastika məşqlərinə başlanılıb. Məşqdən öncə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu gün muxtar respublikanın şəhər və rayonlarında idmanın inkişafı üçün hər bir şərait yaradılıb. Ali və orta ixtisas təhsili müəssisələrində idman dərslərinə diqqət yetirilir. Elit idman növü kimi ad qazanan bədii gimnastikaya Naxçıvanda böyük maraq göstərilir. Hazırda muxtar respublikada bu idman növü ilə yüzlərlə uşaq məşğul olur. Ali təhsil ocaqlarımızda qızların bədii gimnastika məşqlərinə başlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş qadınlar arasında atıcılığın stend növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Yarışdan öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək Bədən Tərbiyəsi və İdman Günü haqqında məlumat verib, iştirakçılara uğurlar arzulayıb.
20 nəfərə yaxın idmançının mübarizə apardığı birincilikdə qalib adını Şəhla Əliyeva qazanıb. Lalə Nağıyeva və Nigar Seyidova isə sərrast atıcılıqda ikinci və üçüncü yerləri tutublar.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Atıcılıq Federasiyasının hədiyyələri təqdim olunub.

Ceyhun Məmmədov

Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında “Naxçıvan”, “Ordubad” və “Culfa” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək yarış barədə idmançıları məlumatlandırıb. Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini, yarışın baş hakimi Nəriman Quliyev idmançılara yarışın qaydaları haqqında məlumat verib və uğurlar arzulayıb.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi və WKF üslubunda olimpiya sistemi üzrə keçirilən yarışda 5 yaş qrupunda oğlanlar, 3 yaş qrupunda isə qızlar olmaqla, 80-ə yaxın idmançı mübarizə aparıb.

Ardını oxu...

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə açıq birincilik keçirilib.
Açıq birincilik Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Sonra Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək yarış iştirakçılarına yarışın qaydaları haqqında məlumat verib və idmançılara uğurlar arzulayıb.
10 çəki dərəcəsində 80-ə yaxın idmançının iştirak etdiyi yarışda Uğur Əliyev, Şəmsəddin Əliyev, Raiq Rəcəbli, Səhəd Əsədov, İsmayıl Yaqubov, Elgün Baxışov, Həsən Kərimli, Fərman Rzayev, Pünhan Əliyev və Həsən Həsənov müvafiq olaraq 27, 33, 36, 42, 45, 48, 54, 57, 60 və 67 kiloqram çəki dərəcələrində qalib adını qazanıblar.

Ardını oxu...

Naxçıvanda idmanın inkişafına  hərtərəfli qayğı göstərilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsi qayğısına qalmışdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan verdi. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”.

Ardını oxu...

Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə Şərur rayon açıq birinciliyi keçirilib.
Yarışda Şərur idmançıları ilə yanaşı, Naxçıvan şəhərinin, Kəngərli və Sədərək rayonlarının idmançıları da öz qüvvələrini sınayıblar. Ümumilikdə, 50-yə yaxın dəri əlcək sahibi 15 (26, 28, 34, 36, 38, 40, 42, 46, 48, 50, 54, 57, 60, 75 və 91 kiloqram) çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.
Gərgin və maraqlı keçən yarışda Ucal Musayev, Sinan Əbilov, Əlişan İsmayılov, Elçin İmanov, Elşən Əliyev, Vüsal Zeynalov, Mustafa Bəşirov, Nizami Novruzov, Kənan Şəfiyev, Ayxan Süleymanov, Mürşüd Hüseynov, Nöfəl Cəfərov, Kamal Allahverdiyev, Rasim Rzayev və Məhəmməd Məmiyev müvafiq çəki dərəcələrində qalib adını qazanıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.


Ceyhun Məmmədov

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasında keçirilən tədbiri federasiyanın sədri Rövşən Məmmədov açaraq bildirib ki, bu gün ölkəmizdə, eləcə də muxtar diyarımızda idmanın inkişafına xüsusi diqqət yetirilir. Bununla bağlı idman yarışları təşkil edilir, gənclərin idmanın istənilən sahəsi ilə məşğul olmaları üçün müvafiq şərait yaradılır. Muxtar respublikamızda fəaliyyət göstərən idman federasiyaları dövlətin gənc idmançılar üçün yaratdığı əlverişli şəraitdən lazımınca istifadə edir və nəticədə, idman sahəsində uğurlarımız ildən-ilə artır.
Bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının nəzdində 2 klub və 7 rayon bölməsində fəaliyyət göstərən 64 qrupda 682 idmançı məşqlərdə iştirak edir. Bunlardan 280-i qız, 402-si isə oğlanlardır.
Federasiyanın sədr müavini İntiqam Rəhimov bu il fevralın 16-18-də keçirilən Azərbaycan birinciliyi barədə məlumat verib. Qeyd olunub ki, Bakı şəhərində keçirilən yüngül atletika üzrə 2000-2001-ci illər təvəllüdlü oğlan və qızlar arasında Azərbaycan birinciliyində Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 12 nəfər yeniyetmədən və 3 məşqçi-müəllimdən ibarət yığma komandasının üzvləri 60-200, 400-800, 1500-3000 və 4x200 metr estafet yarışında öz qüvvələrini sınayıblar. Qızlardan ibarət komandanın üzvləri istər fərdi, istərsə də komanda yarışında yüksək nəticə göstərərək uğur qazanıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının birgə təşkilatçılığı ilə məşqçilər və idmançılar üçün seminar keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən seminara muxtar respublikanın perspektivli cüdoçuları və məşqçi-müəllimlər qatılıblar. Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Sahib İsmayılov, federasiyanın regionlarda cüdonun inkişafı sektorunun müdiri Tərlan Poladov və Veteranlar Komitəsinin üzvü Vüsal Cəfərov cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışıblar. Mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğu izah edilib. Mәşqçilәri maraqlandıran suallar cavablandırılıb. Sonra beynəlxalq dərəcəli hakim Mətin Rəhimli bu ilin yanvar ayında Beynəlxalq Cüdo Federasiyasının Bakıda qəbul etdiyi yeni qaydaları iştirakçılara nəzəri və praktik olaraq izah edib.
Dünən isə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib. Birinciliyin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov bildirib ki, muxtar respublikamızda idmana göstərilən qayğı nəticəsində idmançılarımız beynəlxalq arenalarda bayrağımızı yüksəklərdə dalğalandırırlar. Keçirilən cüdo üzrə muxtar respublika birinciliyi göstərir ki, Naxçıvanda bu sahəyə maraq çoxdur. Gənc­lər və idman nazirinin müavini birincilikdə mübarizə aparan idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib.

Ardını oxu...

Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında ümumtəhsil məktəblərinin voleybol komandaları arasında rayon birinciliyi keçirilib.

Əvvəlcə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı İdris Qəhrəmanov və Uşaq-gənclər idman məktəbinin direktoru Ramin Qənbərov çıxış edərək zərərli vərdişlərin insan sağlamlığı üçün nə qədər təhlükəli olduğu haqqında şagirdlərə geniş məlumat veriblər. Yarışda 6 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.
Yekun nəticəyə əsasən, Biçənək kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Kükü kənd tam orta məktəbinin komandası ikinci, Aşağı Qışlaq kənd tam orta məktəbinin komandası isə üçüncü olub.
Qalib komandalara yarış təşkilatçılarının diplomları təqdim edilib.

Ceyhun Məmmədov

Bakı şəhərində keçirilən Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 7 idmançısı mübarizə aparıb. 65 kiloqram çəki dərəcəsində final görüşü məhz iki idmançımız arasında keçirilib. Rəşad Həsənov Elşən Qasımova qalib gələrək ölkə birinciliyinin qalibi olub. İdmançımız eyni zamanda qol güləşində də ilk pilləni tutub. Yarışın baş mükafatını qazanan digər idmançımız 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavanşir Yaqubov olub. 70 kiloqram çəki dərəcəsində Qartal Əliyev, 90 kilo­qram çəki dərəcəsində Elvin Əliquliyev və +90 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev yalnız final görüşlərində məğlub olaraq ölkə birinciliyini ikinci pillədə başa vurublar.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

Ceyhun Məmmədov

Cəhri kənd 1 nömrəli tam orta məktəbin idman zalında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında sərbəst güləş üzrə birincilik keçirilib.
Babək Rayon Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə keçirilən yarışda 6 komanda iştirak edib. İdmançılar 9 çəki dərəcəsində (29, 32, 35, 42, 46, 50, 54, 58 və 63 kiloqram) mübarizə aparıblar.
Olimpiya sistemi üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən, final görüşündə Cəhri və Zeynəddin komandalarının güləşçiləri üz-üzə gəliblər. Daha bacarıqlı olan Cəhri güləşçiləri birinciliyin qalibi olublar. Üçüncü pillədə isə Nehrəm komandası qərarlaşıb.
Sonda qalib komandaların idmançılarına diplomlar təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə paralimpiyaçılar arasında idmanın pauerliftinq növü üzrə yarış keçirilib.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda fiziki imkanları məhdud idmançılar iki çəki dərəcəsində – 75 kiloqrama kimi və 75 kiloqramdan artıq çəki dərəcələrində mübarizə aparıblar. Yarışın keçirilməsində əsas məqsəd məhdud fiziki imkanlı şəxslərin muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.
Yarışın yekun nəticəsinə əsasən, Turan Hüseynov 75 kiloqram çəki dərəcəsinə kimi idmançıların mübarizəsində qalib adını qazanıb. Telman Şirinov ikinci, Xəyal Abdullayev üçüncü olub. 75 kiloqramdan artıq çəki dərəcəsində isə Eldar Əliyev birinci yerə çıxıb. Digər iki pillədə İlqar Mərdanlı və Sərvər Əliyev qərarlaşıblar.
Sonda qaliblərə Paralimpiya Federasiyasının hədiyyələri, digər yarış iştirakçılarına isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

Şərur rayonunda fəaliyyət göstərən Atıcılıq Klubunda Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə tir atıcılığı üzrə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən muxtar respublika açıq birinciliyinə yekun vurulub. Birincilikdə 20 idmançı mübarizə aparıb.
Əvvəlcə Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Atıcılıq Federasiyasının sədr müavini Fərhad Əliyev çıxış edərək tədbirin məqsədi haqqında məlumat veriblər, iştirakçılara uğurlar arzulayıblar. Sonra yarışa start verilib.
Yekun nəticəyə əsasən, qalib adını Bəhruz Əsədli qazanıb. Digər iki pillədə isə Vüsal Əsəd­ov və Nərmin Nadirova qərarlaşıblar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.

Ceyhun Məmmədov


Muxtar respublika gömrük orqanları arasında futzal turniri keçirilib. Yarış Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illik yubileyinə həsr olunub. Ənənəvi turnirdə 7 komanda iki yarımqrupda mübarizə aparıb. Yarışa Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksi ev sahibliyi edib. 

Yarımqruplarda keçirilən oyunlardan sonra ilk iki pillədə qərarlaşan komandalar növbəti mərhələyə adlayıblar. Yarımfinal qarşılaşmalarında “Şahtaxtı Gömrük İdarəsi” “Mühafizə xidməti”ni, Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsi ilə Naxçıvanterminalkompleks Birliyinin birləşmiş komandası isə “Naxçıvan Şəhər Gömrük İdarəsi”ni məğlub edərək həll­edici oyuna vəsiqəni təmin ediblər.

Ardını oxu...


Ümummilli lider Heydər Əliyevin siyasi kursunun ölkə başçısı cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, idmanın inkişafında da uğurlar əldə olunub, ölkənin bütün regionlarında komanda idman növləri üzrə bölmələrin açılması və inkişaf etdirilməsi prosesi başlanıb. Əsas məqsəd isə milli yığma komandalara ehtiyat qüvvələrin hazırlanması, beynəlxalq yarışlarda ölkə bayrağını dalğa­landırmaq, peşəkar idmançılar yetişdirməkdir. Bu gün qazanılan uğurlar  idman sahəsində həyata keçirilən tədbirlərə əyani sübutdur.

Bu gün Naxçıvan Muxtar Respublikasında da idman kütləvi hal alıb. Son 21 ildə muxtar respublikada idmanın inkişafı istiqamətində əsaslı işlər görülüb, idman kompleksləri tikilib, yeni idman zalları gənclərin ixtiyarına verilib. Bununla yanaşı, Naxçıvanda idman federasiyaları yaradılıb ki, onların regionda inkişafına böyük diqqət göstərilir. Belə federasiyalardan biri də Basketbol Federasiyasıdır. Federasiya yarandığı gündən bu idman növünün təbliği, təşviqi və gənclər arasında tanıdılması üçün mütəmadi işlər görür. Ümumiyyətlə, dünya praktikasında basketbolun təlim-məşq prosesi, əsasən, ümumtəhsil məktəblərinin, texnikumların, peşə liseylərinin idman zalları və meydançalarında keçirilir ki, bu da kütləviliyin artmasına, məktəblilərin asudə vaxtlarından səmərəli istifadə olunmasına və bacarıqlı idmançıların seçilməsinə köməklik edir.

Ardını oxu...

Şərur Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında karate-do üzrə Şərur və Kəngərli rayonlarının yeniyetmə qız və oğlanlarından ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Şərur və Kəngərli Rayon Gənclər və İdman idarələri ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkil etdiyi görüşdə 60-dan çox karateçi mübarizə aparıb.
Yarışın yekun nəticəsinə əsasən, oğlanların mübarizəsində 6-7 yaş qrupunda Həbib Əhmədov, 8-9 yaş qrupunda Hüseyn Vəliyev, 10-11 yaş qrupunda Məhəmməd Şıxəliyev və 12-13 yaş qrupunda Möhsün Möhsümov bütün rəqiblərinə qalib gələrək birinci olublar. Tatami üzərinə çıxan qızların mübarizəsində isə 10-11 yaş qrupunda Aminə Nağızadə rəqiblərini üstələməyi bacarıb. O, həlledici qarşılaşmada İnci Mehdiyevaya qalib gəlib. Şəkər Əhmədova və Ayşən Yusifova isə üçüncü olublar.
Qaliblərə təşkilatçıların diplomları təqdim olunub.

Ceyhun Məmmədov

Məktəblərdə şahmat fənnini tədris edən müəllimlər üçün seminar-məşğələ keçirilib.
Naxçıvan Şahmat Mərkəzində keçirilən seminar Bakı şəhərindən dəvət olunmuş beynəlxalq dərəcəli qrossmeyster Azər Mirzəyev tərəfindən aparılıb. Azər Mirzəyev şahmatın yaranma tarixi, bu idman növünün ölkəmizdəki inkişafı və uşaqlar arasında təbliği yönündə görülən işlər barədə məlumat verib. Bununla yanaşı, beynəlxalq dərəcəli qrossmeyster şahmat taxtasında məşğələ iştirakçılarına oyunun sirlərini öyrədib. Şahmat Federasiyasından aldığımız məlumata görə, seminar-məşğələlər 7 gün davam edəcək.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Şahmat Federasiyasının birgə təşkil etdiyi seminar yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən reallaşıb.

Ceyhun Məmmədov

 

Şərur Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Şərur rayon bölməsinin birgə təşkilatçılığı ilə məktəbli qızlar arasında voleybol üzrə birincilik keçirilib. Birincilikdə 10 komandanın tərkibində 120 məktəbli qız mübarizə aparıb.
Beynəlxalq voleybol qaydalarına uyğun olaraq keçirilən birincilikdə qalib adını Yengicə kənd tam orta məktəbinin komandası qazanıb. Onlar həlledici qarşılaşmada Kürkənd tam orta məktəbinin komandasını məğlub ediblər. Birincilikdə üçüncü pillədə Oğlanqala kənd tam orta məktəbinin komandası qərarlaşıb.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Əlahiddə Ümumqoşun Ordusunda hərbi qulluqçular arasında keçirilən daşqaldırma üzrə birinciliyin qalibləri mükafatlandırılıb.
Yarış başlanmazdan əvvəl Əlahiddə Ümumqoşun Ordusunun fiziki hazırlıq və idman rəisi, mayor Vahid Məmmədov yarışın qaydaları haqqında iştirakçılara məlumat verib.
Sonra birinciliyə start verilib.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında 6 çəki dərəcəsində təşkil olunan birincilikdə 100-ə yaxın hərbi qulluqçu iştirak edib.
Qaliblər həm komanda, həm də fərdi hesabda müəyyənləşib. Belə ki, 60 kiloqram çəki dərəcəsində əsgər Ədalət Vəliyev, 65 kiloqram çəki dərəcəsində gizir Rəşad Salahlı, 70 kiloqram çəki dərəcəsində əsgər Həsən Hüseynzadə, 80 kiloqram çəki dərəcəsində kapitan Elimdar Eminov, 90 kiloqram çəki dərəcəsində leytenant Üzeyir Novruzov və 90 kiloqramdan yuxarı çəki dərəcəsində kapitan Orxan Məlikov birinciliyin qalibi olublar.
İlk üçlüyə düşməyi bacaran qalib komandalara diplom və kubok, fərdi hesabda qalib gələn hərbi qulluqçulara isə fəxri fərmanlar təqdim olunub.

Ceyhun Məmmədov

Bakı şəhərindəki Respublika Olimpiya Mərkəzində yüngül atletika üzrə 2000-2001-ci illər təvəllüdlü oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
13 gün davam edən birincilikdə Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının 12 nəfərdən ibarət komandası da iştirak edib. İdmançılarımızın ölkə birinciliyində uğurlu çıxışı diqqətdən yayınmayıb. Belə ki, ən yüksək nəticəni qızlar arasında 1500 metr məsafədə Telli Abbasova göstərib. O, finiş xəttini ikinci keçərək Azərbaycan birinciliyində gümüş medal qazanıb. Gülafət Müslümova isə ilk üçlükdə yer almağa müvəffəq olub. O, komandamıza bürünc medal qazandırıb.
Ümumiyyətlə, komandamız bu nəticədən əlavə olaraq komanda hesabında daha böyük uğur əldə edib. 4x200 metr estafet qaçışında qızlardan ibarət komandamız bütün rəqiblərini geridə qoyaraq ölkə birinciliyinin qalibi olub.
Qalib idmançılarımıza və komandamıza Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirə yekun vurulub. Gürcüstan və İran İslam Respublikasının Qərbi Azərbaycan Vilayətindən 9 komandanın iştirak etdiyi beynəlxalq turnirdə Naxçıvan Muxtar Respublikasının da komandası mübarizə aparıb. Ümumilikdə, 11 komandanın iştirak etdiyi yarış Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələrinin uğurlu nəticələri ilə yadda qalıb. Belə ki, 16 yaşdan yuxarı olan güləşçilərin mübarizəsində Naxçıvan güləş məktəbinin yetirmələri bütün rəqiblərini üstələyərək beynəlxalq turnirin baş mükafatını qazanıblar. 16 yaşadək olan komandaların mübarizəsində isə güləşçilərimiz ikinci olublar.
Sonda qalib və mükafatçı komandalarımız təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif ediliblər.

Ceyhun Məmmədov

Uşaq və yeniyetmələrin fiziki tərbiyəsində, onların ayrı-ayrı idman növlərinin sirlərinə dərindən yiyələnməsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman bölmələrinin rolu böyükdür. Ayrı-ayrı idman növləri üzrə gözəçarpan nailiyyətlər əldə edən idmançılarımızın əksəriyyəti məhz həmin idman bölmələrində yetişiblər. Bu gün inamla demək olar ki, muxtar respublikanın şəhər və rayonlarında uşaq və yeniyetmələrin idmanla məşğul olmaları üçün baza, infrastruktur yaradılıb. Bu ilin yanvar ayının 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”lə bağlı keçirilən müşavirədə verilmiş tapşırıqlara əsasən Naxçıvanda yeni idman bölmələri fəaliyyətə başlayıb. Bunlar qızlar üçün həndbol, bədii gimnastika və üzgüçülük bölmələridir.

Ardını oxu...

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında məktəblər arasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə 3 nömrəli tam orta məktəbin birgə təşkil etdiyi yoldaşlıq görüşündə Naxçıvan Şəhər Qızlar Liseyinin və təşkilatçı məktəbin qız komandaları mübarizə aparıblar. Tədbirin açılış mərasimində çıxış edən şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, 3 nömrəli tam orta məktəbin direktoru Pərvin Mirzəyeva muxtar respublikada idman sahəsində görülən işlərdən, qazanılan uğurlardan danışaraq bildiriblər ki, bugünkü görüşün keçirilməsində məqsəd qızları idmana cəlb etməkdən ibarətdir. Görüşdə 2:1 hesabı ilə Qızlar Liseyinin komandası qalib ­gəlib.
Sonda hər iki komandaya təşkilatçıların diplom, fəxri fərman, kubok və hədiyyəsi təqdim edilib.


Ceyhun Məmmədov

Kişi voleybolçular arasında Azərbaycan çempionatının iştirakçısı “Naxçıvan” komandası yeni baş məşqçi, rusiyalı mütəxəssis Aleksandr Çornı ilə növbəti dövrənin oyunlarına hazırlaşır. Yüksək liqada böyük hədəfləri olan Aleksandr Çornı bizimlə söhbətində hazırlıq prosesini dəyərləndirdi.

– SSRİ çempionu, SSRİ kubokunun qalibi, eyni zamanda dünya və Avropa çempionatının mükafatçısı olmusunuz. Məşqçilik karyeranıza məhz Rusiyada başlamısınız. Başqa bir ölkədə çalışmaq sizə çətin gəlmir?
– Əslində, peşəkar bir məşqçi üçün heç nə çətinlik yarada bilməz. Məşqçi öz işini sevirsə, o, öz ölkəsi ilə yanaşı, digər ölkələrdə də bildiklərini, bacardıqlarını başqalarına öyrətməlidir. Mənə Azərbaycanda işləmək təklif olunanda razılaşdım. Danışıqlardan sonra mənə dedilər ki, Naxçıvan komandasında məşqçiyə ehtiyac var və bu komandanın hədəfləri böyükdür, həmçinin bölgədə voleybolun yüksəlişinə nail olmaq istəyirlər. Təklifi qəbul edib Naxçıvan komandasının hazırlıqlarına başladım. İndi görürəm ki, səhv qərar verməmişəm: şərait və istək var, heyətimiz gənc voleybolçulardan qurulub.

Ardını oxu...

Naxçıvanlı boksçular İran İslam Respublikasının Xoy şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə iştirak ediblər. Yarışda  İran  üç,  Türkiyə və Naxçıvan hərəsi bir komanda ilə mübarizə aparıb. İki gün davam edən yarışda boksçularımızın  qazandığı  5 medaldan ikisinin əyarı qızıl olub. 64 kiloqram çəki dərəcəsində  İbrahim Cəfərzadə və 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elnur Mustafayev bütün rəqiblərinə qalib gələrək baş mükafatı qazanıblar. Digər üç boksçumuz isə gümüş medalla kifayətlənib. 60 kiloqram çəki dərəcəsində Rufin Rəhmanov, 75 kiloqram çəki dərəcəsində Rasim Rzayev və 91 kiloqram çəki dərəcəsində Məhəmməd Məmiyev yalnız həlledici qarşılaşmada məğlub olublar.

2 qızıl, 3 gümüş medal qazanan Naxçıvan komandası beynəlxalq turnirdə komanda hesabında ikinci olub.

“Narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında fevralın 3-dən start gö­türən və 3 gün davam edən kikboksinq üzrə Azərbaycan çempionatına yekun vurulub.
Bakı Əl Oyunları İdman Sarayında keçirilən ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının idmançıları da mübarizə aparıblar. 67 kiloqram çəki dərəcəsində rinqə çıxan Ruslan Musayev finala gedən yolda Samir Musayevə, ardınca isə Elməddin Baxşəliyevə nokautla qalib gələrək yarımfinala yüksəlib. Həlledici qarşılaşmadan öncə Turan Qafarovu məğlub edən idmançımız finala yüksəlib. Final görüşündə isə onun rəqibi Arzuman Qədimov olub. Görüşü daha üstün keçirən Ruslan Musayev böyüklər arasında Azərbaycan çempionu adını qazanıb.
Qeyd edək ki, Ruslan Musayev indiyə qədər gənclər arasında 8, böyüklər arasında isə bir dəfə Azərbaycan çempionu olub.

Ceyhun Məmmədov

Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbində yeniyetmələr (2002-2004-cü illər) arasında yunan-Roma güləşi üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov çıxış edərək yarışın qaydaları haqqında idmançılara məlumat veriblər.
Birincilikdə 10 çəki dərəcəsi üzrə 50-yə yaxın güləşçi qüvvəsini sınayıb. Açıq birincilikdə Naxçıvan şəhəri və Sədərək rayonunun idmançıları iştirak ediblər. Yarışın yekununa əsasən, Mirsamir Seyidov, Turqay Allahverdiyev, Hüseyn Əhmədli, Heydər Nəcəfov, Heydər Heydərov, Abbas Nəzərəliyev, Əli Əlioğlu, Rəvan Bayramov, Elnur Əlizadə və Qoca Əhmədov müvafiq olaraq 35, 38, 42, 46, 50, 54, 58, 63, 69 və 76 kiloqram çəki dərəcələrində birinci yerə layiq görülüblər.
Hər çəki dərəcəsində I, II və III yerləri tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR