23 Dekabr 2024, Bazar ertəsi

Tailandın Banqkok şəhərində keçirilmiş yeniyetmələr arasında VII dünya birinciliyinə yekun vurulub.
Yüzə yaxın ölkədən 445 atletin iştirak etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış ediblər. 77 kiloqram çəki dərəcəsinin B qrupunda iki atletimiz – Mayıl Şükürlü və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev körpücük üzərinə çıxıb.
Tərmenxan Babayev birdən qaldırma hərəkətində 125 kiloqram çəkini ram edərək bu hərəkətdə 4-cü olub. Atlet təkanla qaldırma hərəkətində daha yüksək nəticə əldə edib. O, 3-cü yanaşmasında 155 kiloqram ağırlığı qaldırıb və bu hərəkətdə 2-ci yeri tutub. Bununla yanaşı, ümumilikdə, 280 kiloqram (125+155) nəticə göstərən Tərmenxan B qrupunda ümumi sıralamada birinci yeri tutub.

Məlumat üçün bildirək ki, atletimiz ötən ilin oktyabrında Malayziyanın Penanq şəhərində keçirilən dünya birinciliyində iştirak edib. Aradan qısa müddət keçməsinə baxmayaraq, Tərmenxan Babayev Banqkokda mükəmməl çıxış edərək öz nəticələrini xeyli yaxşılaşdırıb. Belə ki, o, 232 kiloqramlıq nəticəni birdən-birə 48 kiloqram artırıb. Bu, dünya idman arenasında ən yüksək nəticə hesab edilir. Bu nəticə ilə idmançımız 2018-ci ildə Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR