22 Dekabr 2024, Bazar

İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Bundan əlavə, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi ötən tədris ilindən başlayaraq ayda bir dəfə innovativ şahmat məşğələləri keçirilir.
Naxçıvan Şahmat Mərkəzində təşkil olunmuş növbəti məşğələni beynəlxalq hakim Emin Hacıyev tədris edib. Şəhər və rayon şahmat məktəblərindən 160-a yaxın şahmatçı elektron lövhədən interaktiv dərsi izləyib. Məşğələ zamanı şahmatçıları maraqlandıran suallar müəllim tərəfindən cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən və qabaqcıl şahmat müəllimləri tərəfindən tədris olunan innovativ məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyini təmin etmək, şagirdlərin bu sahəyə meyil və maraqlarını daha da artırmaq, qarşılıqlı fikir mübadiləsi aparmaqla şahmatçılar arasında rəqabət mühitini formalaşdırmaqdır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr olunmuş kross qaçışı üzrə ali və orta ixtisas təhsili müəssisələrinin atletləri arasında muxtar respublika birinciliyi başa çatıb. 

Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda idmana diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni idman obyektlərinin tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi və ən müasir avadanlıqlarla təchizatı bu qayğının bariz nümunəsidir. Məhz bunun nəticəsində muxtar respublikada gənclərin idmana marağı gündən-günə artmaqdadır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV Naxçıvan Muxtar Respublika çempionatında 7-ci turun oyunlarına yekun vurulub.
“Araz-Naxçıvan” komandası bu turda Naxçıvan Dövlət Universitetinin komandasının qonağı olub. Gərgin keçən görüş “qırmızı-ağlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İkinci yerin sahibi “DİN-Darıdağ” FK növbəti üç xalını minimal hesablı qələbə sayəsində qazanıb. Səfərdə “Babək” komandasının qonağı olan “DİN-Darıdağ” 1:0 hesablı qələbə ilə meydanı tərk edib. Cari mövsümdə sürpriz nəticələrə imza atan “Kəngərli” komandası bu turda məğlubiyyətlə üzləşib. Doğma arenada “Batabat”ı qəbul edən Kəngərli təmsilçisi meydandan 2:5 hesablı məğlubiyyətlə ayrılıb. Bu, Şahbuz komandasının cari mövsümdə qazandığı 5-ci qələbə olub. Rəqiblərinə nisbətən bir oyun az keçirən “Arpaçay” komandası azarkeşləri önündə “Dübəndi” komandasını sınağa çəkib. Çətinlik çəkmədən 7:2 hesablı qələbəni bayram edən şərurlular turnir cədvəlindəki mövqelərini qoruyublar.
Autsayderlər qrupunda qərarlaşan “Əlincə” isə “Sədərək” komandasını qəbul edib. Gərgin keçən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1. Bu qələbə Culfa təmsilçisinin turnir cədvəlindəki mövqeyini bir qədər yaxşılaşdırıb.

Ardını oxu...

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının və Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkilatçılığı ilə karate üzrə beynəlxalq turnir keçirilib. Şərur Olimpiya-İdman Kompleksində təşkil olunan turnirdə Azərbaycan və Naxçıvan Muxtar Respublikasının komandaları ilə yanaşı, Türkiyə, Gürcüstan və İran İslam Respublikasının da komandaları mübarizə aparıblar. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq turnir başlanmazdan əvvəl idmançılar Naxçıvan şəhərində ümummilli liderimizin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Ardını oxu...

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirliklərinin, Azərbaycan Milli Karate Federasiyasının, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə karate üzrə beynəlxalq turnirə start verilib. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq turnir Şərur Olimpiya-İdman Kompleksində keçirilir.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyaları regionda idmanın inkişafı yönündə mühüm addımlar atırlar.  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə keçirilən tədbirlər uşaq, yeniyetmə və gənclərin müxtəlif idman sahələrinə maraqlarını birə-beş artırıb. Naxçıvanda idmanın kütləvi hal almasına öz töhfəsini verən federasiyalardan biri də Karate-do Federasiyasıdır.

Federasiyanın muxtar respublikanın bütün şəhər və rayonlarında bölmələri fəaliyyət göstərir. Bölmələrdə federasiya tərəfindən təyin edilmiş müəllimlər uşaq və yeniyetmə idmançılara bu növün sirlərini öyrədirlər. Rayon bölmələri mütəmadi olaraq gənclər və idman idarələri ilə birgə təşkil etdikləri birinciliklərdə idmançıların yarış təcrübələrini artırırlar. Hazırda muxtar respublikada 1000-dən çox uşaq, yeniyetmə və gənc federasiyanın üzvüdür. Onu da qeyd edək ki, federasiya cari ildən qızların məşq etməsi üçün də əlavə bölmə açıb. Federasiyanın sədr müavini Nəriman Quliyev bizimlə söhbətində vurğuladı ki, qız bölməsinə müraciət edənlərin sayı gündən-günə artmaqdadır: “Karate-do Federasiyasının bütün rayonlarda bölmələri fəaliyyət göstərir. Naxçıvan şəhərində isə məşqlərimiz İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilir. Qız bölməsini yaratmaqda məqsədimiz bu idman növünə qızların marağını artırmaq, karatenin sirlərini onlara öyrətməkdir. Həftənin 3 günü Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yerləşən zalda qızlar üçün məşqlər keçirilir və artıq məşqlərimizdə 30-dan çox gənc qız iştirak edir”.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idman həyatına cəlb olunmasını təmin etmək məqsədilə bu kateqoriyadan olan uşaqlardan ibarət bədii gimnastika, boccia idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqlar üçün hərtərəfli şəraitin yaradılması paralimpiyaçılarımızın ölkədaxili yarışlarda muxtar respublikanı layiqincə təmsil etməsinə zəmin yaradır.
Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən II uşaq paralimpiya idman oyunlarında muxtar respublikamızı stolüstü tennis və boccia idman növü üzrə sağlamlıq imkanları məhdud 3 idmançı təmsil edib. Boccia idman növü üzrə yarışlarda həmyerlilərimiz müvəffəqiyyətlə çıxış ediblər. Belə ki, Güllü Yunisova birinci, İlqar Yunisov isə üçüncü yerə layiq görülüblər.
Onlar Milli Paralimpiya Komitəsinin diplom və kuboku ilə təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

10-13 noyabr tarixlərində Bakı şəhərindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan kuboku keçirilib. Yarışda ölkənin bütün regionlarında fəaliyyət göstərən klub və idman cəmiyyətlərindən 200-ə yaxın atlet çıxış edib. “Azərbaycan Kuboku” uğrunda birincilikdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Şərur rayonundakı Ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də mübarizə aparıb. 69 kiloqram çəki dərəcəsində idmançımız yeniyetmələr arasında birinci yerə layiq görülüb. Ağır atletimiz yeniyetmə olmasına baxmayaraq, müvafiq çəki dərəcəsində gənclər arasında da Azərbaycan çempionu adını qazanıb.
Sonda idmançımıza Azərbaycan Ağır Atletika Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplom və medalları təqdim olunub.

Xəbərlər şöbəsi

Sədərək rayonunun Sədərək kənd 1 nömrəli tam orta məktəbində rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-gənc­lər idman məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında boks turniri keçirilib.
Turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev çıxış edərək bildirib ki, boks son illər muxtar respublikada ən çox sevilən idman növlərindən birinə çevrilib.
Yarışda 5 çəki dərəcəsi üzrə 30-a yaxın idmançı mübarizə aparıb. Yekun nəticəyə əsasən, 31 kiloqram çəki dərəcəsində Hamlet Qədimov, 37 kiloqram çəki dərəcəsində Kərim İsmayılov, 39 kiloqram çəki dərəcəsində Elşən Əliyev, 50 kiloqram çəki dərəcəsində Nofər Əlizadə və 53 kiloqram çəki dərəcəsində Yasin Əliyev bütün rəqiblərinə qalib gələrək birinci olublar.
Qaliblərə təşkilatçıların diplomları təqdim edilib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatının yüksək və I dəstənin oyunları keçirilib.

Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstəsinin ilk turunu qələbə ilə başa vuran “Naxçıvan” komandası ikinci turda da meydanı qələbə ilə tərk edib. Səfərdə “Babək” komandasının qonağı olan naxçıvanlı basketbolçular 63:36 hesablı qələbəyə seviniblər. “Ordubad” komandası isə doğma arenada culfalı həmkarları ilə üz-üzə gəlib və meydanı 47:43 hesablı qələbə ilə tərk edib.

I dəstənin turnir cədvəlində isə 3 lider var. Bu turda “Naxçıvan” Universiteti komandasının qonağı olan “Şahbuz” komandası 2 xalı 48:36 hesablı qələbə nəticəsində əldə edib. Daha bir görüş keçirən tələbələr bu dəfə “Kəngərli” komandası ilə qarşılaşıblar və qələbə qazanıblar - 50:25. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən peyntbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. 

Yeniyetmə və gənclərə vətənpərvərlik hisslərinin aşılanması və peyntbol idman növünün təbliğ edilməsi məqsədilə keçirilən birincilikdə ali və orta ixtisas təhsili müəssisələrinin oğlanlardan ibarət komandaları mübarizə aparıb.
Yarış Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində keçirilib. Birincilikdə Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci, Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecinin komandaları iştirak ediblər.
Yarışın yekun nəticəsinə əsasən, final görüşündə Naxçıvan Dövlət Texniki Kollecinin komandası ilə Naxçıvan Müəllimlər İnstitutunun komandası üz-üzə gəlib. Atışları daha sərrast yerinə yetirən Texniki Kollecin tələbələri birinciliyin qalibi olublar. Üçüncü yerə isə Naxçıvan Dövlət Universitetinin komandası layiq görülüb.
Sonda qaliblərə təşkilatçıların diplomları və hədiyyələri təqdim edilib.

Ceyhun Məmmədov

Xaçmaz Olimpiya-İdman Kompleksində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının final mərhələsi keçirilib.
Noyabr ayının 7-dən 10-na kimi davam edən birincilikdə Naxçıvan Muxtar Respublikasının komandası da iştirak edib. Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçirilən yarışda 16 komanda turnikdə dartınma, qumbara atma, 100 və 2000 metr məsafələrə qaçış idman növləri üzrə mübarizə aparıb. Naxçıvanı isə bu yarışda muxtar respublikada keçirilən zona birinciliyinin qalibi, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası təmsil edib.
Uğurlu çıxış edən komandamız yekunda 779 xal toplayıb və Azərbaycan çempionatını ikinci pillədə başa vurub.
Təmsilçimiz Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kubok və diplomları ilə təltif edilib.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasında birinci dövrənin oyunlarının açılış mərasimi keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan və Naxçıvan Voleybol federasiyalarının birgə təşkil etdikləri Azərbaycan çempionatının yüksək liqasında birinci dövrənin ikinci turunun oyunları keçirilib. 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ilk olaraq meydana “Lokomotiv” və “Naxçıvan” komandaları çıxıb. Hər iki komanda ilk turda qələbə qazandığı üçün bu görüşə də maraq çox idi. Oyuna yaxşı başlayan “Lokomotiv” birinci setdə çətinlik çəkmədən qələbə qazanıb – 25:16. İkinci setdə də qələbəni bayram edən dəmiryolçular (25:21) üçüncü setdə meydanı məğlub tərk ediblər – 18:25. Bundan sonra üstünlüyü ələ alan komandamız dördüncü setin ortalarına kimi 5 top fərqi ilə irəlidə olsa da, bunu qoruya bilməyib və ikinci turda məğlubiyyətlə barışmalı olub – 3:1.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının təşkil etdiyi kikboksinq üzrə gənclər və böyüklər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş birincilik Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilib.
Şəxsi və komandalı xarakter daşıyan yarış iki gün davam edib və 100-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparıb. Kikboksinqin WAKO versiyasının qaydalarına uyğun olaraq layt kontakt üslubunda keçirilən birincilikdə gənclərin mübarizəsi daha çox yaddaqalan olub. Belə ki, 45 kiloqram çəki dərəcəsində Tulin Ələkbərova, 48 kiloqram çəki dərəcəsində Həsən Kərimli, 51 kiloqram çəki dərəcəsində Əbülfəz Rəcəbli, 54 kiloqram çəki dərəcəsində Fərman Rzayev, 57 kiloqram çəki dərəcəsində Əhməd Rzayev, 63,5 kiloqram çəki dərəcəsində Bəxtiyar Qəribov və 67 kiloqram çəki dərəcəsində Araz Hüseynzadə rəqiblərinə qalib gələrək birinciliyin baş mükafatını qazanıblar.
Böyüklərin mübarizəsində isə Qumral Məmmədli (60 kiloqram), Rasim Rzayev (85 kiloqram) və Mirəli Seyid­ov (90 kiloqram) qalib olublar.
Sonda hər çəki dərəcəsində ilk 3 pillənin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Şərq Döyüşü Sənəti Federasiyasının hədiyyələri təqdim edilib.

Ceyhun Məmmədov

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində voleybol üzrə Azərbaycan çempionatının yüksək liqasında birinci dövrənin oyunlarına start verilib.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən çempionat oyunlarında “Neftçi”, MOİK, “Lokomotiv”, “Nəqliyyatçı”, “Sumqayıt” və “Naxçıvan” komandaları mübarizə aparır. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirlikləri, Azərbaycan və Naxçıvan Voleybol federasiyalarının birgə təşkil etdikləri çempionatın ilk dövrəsi 5 turdan ibarət olacaq və oyunlara noyabrın ­7-də yekun vurulacaq.
Artıq çempionatın ilk oyunları başa çatıb. Mövsümün açılış matçında meydana “Lokomotiv” və “Nəqliyyatçı” komandaları çıxıb. İlk setdə rəqibini 25:18 hesabı ilə məğlub edən “Lokomotiv” ikinci seti də öz xeyrinə başa vurub – 25:21. Növbəti setdə də üstünlüyü əldən verməyən dəmiryolçular (25:13) meydanı 3:0 hesablı qələbə ilə tərk ediblər.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə gənclər və böyüklər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi birincilik şəxsi və komandalı xarakter daşıyır. Kikboksinqin WAKO versiyasının qaydalarına uyğun olaraq layt kontakt üslubunda keçirilən birincilikdə 100-ə yaxın idmançı qüvvəsini sınayır. Gənclərin mübarizəsində idmançılar rinqdə 7 çəki (45, 48, 51, 54, 57, 63,5 və 67 kiloqram) dərəcəsində döyüşürlər. İki gün davam edəcək birincilikdə böyüklər 60, 85 və 90 kiloqram çəki dərəcələrində qalibi müəyyənləşdirməyə çalışacaqlar.
Fəxri kürsüdə ilk 3 pillənin sahiblərinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları, Şərq Döyüşü Sənəti Federasiyasının isə hədiyyələri təqdim olunacaq.

 Ceyhun Məmmədov

İdmanı sevmək ailədən başlanmalıdır

Muxtar respublikamızda sağlam gəncliyin yetişməsi üçün hərtərəfli şərait yaradılıb. Bu gün regionda idmanın kütləviliyinə nail olunub, ümumtəhsil məktəblərində stadionlar, idman zalları yenidən qurularaq və ya əsaslı təmir olunaraq gənc­lərimizin istifadəsinə verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV Naxçıvan Muxtar Respublika çempionatında 5-ci turun oyunları keçirilib.
Bu turun ən yaddaqalan oyunu Naxçıvan Dövlət Universiteti ilə “Batabat” komandalarının görüşü olub. Doğma arenada Şahbuz futbolçularını qəbul edən tələbələr gözlənilmədən meydanı 0:1 hesablı məğlubiyyətlə tərk ediblər. Mövsümə iddialı başlayan “Arpaçay” komandası bu turu da qələbə ilə başa vurub. “Sədərək” komandasını qəbul edən şərurlular üç xalı 3:1 hesablı qələbə nəticəsində qazanıblar. Üst pillələri maraqlandıran digər görüşdə “Əlincə” Culfada “DİN-Darıdağ” futbol komandasını qəbul edib. Oyuna tam üstünlüklə başlayan qonaqlar sonda 5:1 hesablı qələbəyə seviniblər.
Turnir cədvəlinin lideri “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu beşinci turu da qələbə ilə başa vurub və liderliyini saxlayıb. “Qırmızı-ağlar” bu turda Ordubadın “Dübəndi” komandası ilə üz-üzə gəliblər. Qapısını toxunulmaz saxlayan “Araz-Naxçıvan” futbolçuları rəqib qapısından 5 top keçiriblər – 5:0.
“Babək”-“Kəngərli” oyunu isə hava şəraiti ilə əlaqədar olaraq təxirə salınıb.
Bombardirlər siyahısında bu turdan sonra dəyişiklik baş verib. “Arpaçay” komandasının futbolçusu Hüseyn Əliyev 5 qolla siyahıya başçılıq edir. “Araz-Naxçıvan”ın hücumçusu Tağı Seyidov və “Batabat” komandasının futbolçusu Samir Kərimov hərəyə 4 qolla 2 və 3-cü yerləri bölüşürlər.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda idmançılar 8 çəki dərəcəsində mübarizə aparıblar. Dünya Güləş Birliyinin mövcud qaydaları üzrə təşkil olunan birincilikdə 60-dan çox güləşçi 2 gün ərzində qalibləri müəyyənləşdirməyə çalışıb.
Birinciliyin yekun nəticəsinə əsasən, 57 kiloqram çəki dərəcəsində Murad Quliyev qalib adını qazanıb. 61 kiloqram çəki dərəcəsində isə Sadiq Səfərov bu ada layiq görülüb. 65 kiloqram çəki dərəcəsində Ural Hüseynov, 70 kiloqram çəki dərəcəsində Məhərrəm Quliyev birincilikdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 74 kiloqram çəki dərəcəsində Məzahir İsmayılov Yasin Quliyevə, 86 kiloqram çəki dərəcəsində Salam Qəribov Əli Muradova, 97 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev Röyal Nəcəfova qalib gələrək birinciliyin baş mükafatını qazanıblar. Ən ağır çəki dərəcəsində – 125 kiloqram çəki dərəcəsində isə Bahadur Əhmədov çətin görüşdə Salamullah İbrahimovu üstələməyi bacarıb.
Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Güləş Federasiyasının hədiyyələri təqdim olunub.

Ceyhun Məmmədov

Oktyabrın 28-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika birinciliyinin açılış mərasimi olmuşdur.

Ardını oxu...

Qızların erkən yaşdan kütləvi idmana cəlb olunması zərif cinsin nümayəndələrinin fiziki sağlamlığına böyük təsir göstərən amillərdən başlıcasıdır. Ölkəmizdə belə idmançılar yüzlərlədir. Onlar üçrəngli bayrağımızı səmalara yüksəltmək üçün yaradılan şəraitdən səmərəli istifadə edirlər. Qadınlarımızın respublika, Avropa və dünya səviyyəli yarışlarda qüvvələrini sınamaları, ölkəmizə yüksək mükafatlarla qayıtmaları respublikamızda idmanın inkişafına göstərilən qayğının ifadəsidir. Bu gün qızların idmanla məşğul olmalarına stimul yaratmaq üçün bir sıra layihələr həyata keçirilir.

Bunu Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar. İllər əvvəl az sayda qızlar idmanın müxtəlif növləri ilə məşğul olurdularsa, indi onların sayı xeyli çoxalıb. Muxtar respublikanın ümumtəhsil məktəblərində idman zallarının tikilməsi, idmanla məşğul olmaq üçün şəraitin yaradılması qızlarda bu sahəyə olan marağı artırıb.
Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin həyata keçirdiyi tədbirlərin coğrafiyası getdikcə genişlənir. Nazirlik Naxçıvanda qızların idmana cəlbi yönündə müxtəlif işlər görüb ki, bunlardan biri bədii gimnastika və stolüstü tennis bölmələrinin yaradılmasıdır.

Ardını oxu...

Şərur Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə muxtar respublika birinciliyi keçirilib.
Yarışdan əvvəl Paralimpiya Federasiyasının əməkdaşı Vüqar Məmmədov, Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək idmançılara uğurlar arzulayıblar.
Sonra yarışa start verilib. Naxçıvan, Babək, Şərur, Culfa komandalarının tərkibində 15 sağlamlıq imkanları məhdud uşağın iştirak etdiyi yarışda qalib adını Şərur rayon komandasının üzvü Allahverən Səfərov qazanıb. Onun komanda yoldaşı Veysəl Zöhrablı ikinci, Culfa rayon komandasının üzvü Azər Səfərov isə üçüncü olublar.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən diplomlar, digər idmançılara isə fəxri fərmanlar təqdim edilib.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatının yüksək dəstə və I dəstə oyunlarının ilk turuna yekun vurulub.
Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstəsinin ilk turu meydan sahiblərinin qələbələri ilə yekunlaşıb. Çempionatın favoriti kimi “Naxçıvan” komandası ilk turda şərurlu həmkarlarını 76:30 hesabı ilə məğlub edib. “Şərur” komandası “Culfa” komandasının qonağı olub və meydanı yenə məğlub tərk edib – 55:28. Ordubad basketbolçuları isə “Babək” komandasından üstün olublar – 34:16.
I dəstənin oyunlarına isə “Sədərək” komandası yaxşı başlayıb. İlk turda doğma arenada “Naxçıvan” Universiteti komandasını 5 top fərqi ilə (28:23) məğlub edən sədərəklilər eyni uğuru səfərdə oynadıqları “Kəngərli” komandasından da əldə ediblər. Onlar “Kəngərli” komandasını 18:11 hesabı ilə məğlub edərək liderliyi ələ alıblar. Bu turda “Şahbuz” komandası “Lokomotiv”i qəbul edib və meydanı 49:35 hesablı qələbə ilə tərk edib.

Ceyhun Məmmədov

Şərur Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında sərbəst güləş üzrə qruplararası yoldaşlıq görüşü keçirilib.
Tədbirdə 9 çəki dərəcəsində 50-dən artıq yeniyetmə idmançı iştirak edib. Güləşçilər 23, 26, 29, 32, 35, 38, 47, 54, 63 kiloqram çəki dərəcələrində birincilik uğrunda mübarizə aparıblar. Yekun nəticəyə əsasən, Bəhman Paşayev, Ayxan Abbasov, Əmrə Ağayev, Fuad Əliyev, Məhərrəm Səfərov, Murad Hətəmli, Ayxan Kazımov, Hüseyn Bayramov və Namiq Novruzov müvafiq olaraq öz çəki dərəcələrində birinci yerə layiq görülüblər.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə XV Naxçıvan Muxtar Respublika çempionatının yeni mövsümünə start verilib.
Futbol Federasiyasının sədr müavini Hafiz Əliyev yeni mövsüm öncəsi bizimlə söhbətində vurğuladı ki, ötən mövsüm olduğu kimi, cari ildə də reqlamentə əsasən, komandalar meydana federasiya tərəfindən təsdiq edilmiş qaydada – yəni limit əsasında çıxırlar. Bu limiti qoymaqda məqsəd gənc istedadlı futbolçuları üzə çıxarmaq, onların oyun təcrübəsini artırmaqdır: “Federasiyanın məqsədi muxtar respublikada futbolun kütləviliyinə nail olmaq, yeniyetmə və gəncləri bu növə cəlb etməkdir. Artıq 15-ci futbol mövsümünə start vermişik. Hər zaman olduğu kimi, cari çempionatda da 10 komanda dairəvi sistem üzrə mübarizə aparır. 18 turdan ibarət olan çempionatda komandalar federasiya tərəfindən təyin edilmiş limit əsasında meydana çıxırlar”.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikasının Şərq Döyüşü Sənəti Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi yarışda 12 çəki dərəcəsində 70 idmançı mübarizə aparıb. Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev yarışın qaydaları haqqında idmançılara məlumat verib.
Yarışın yekununa əsasən, İsa Yaqubov, Uğur Əliyev, Akif İsmayılov, Əli Abdullazadə, Səhhət Əsədov, İsmayıl Yaqubov, Elvin Baxışov, Yasin Babazadə, İbrahim Səfərov, Həsən Kərimov, Fərman Rzayev və Məmməd Məmmədli müvafiq olaraq 24, 26.5, 29, 33, 36, 39, 42, 45, 48, 51, 54, 75 kiloqram çəki dərəcələrində bütün rəqiblərini məğlub edərək birinciliyin qalibləri olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

 

Culfa rayonunun Boyəhməd kəndində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 5 km məsafəyə dağ yürüşü üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. 

Yarışdan əvvəl Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədr müavini Azər Məmmədov çıxış edərək oyunun qaydaları haqqında idmançılara məlumat veriblər.
70-ə yaxın idmançının iştirak etdiyi yarışda 18-20 yaş qruplarında oğlanlar arasında qalib adını Naxçıvan Musiqi Kollecinin tələbəsi Maqsud Məmmədov qazanıb. Digər iki pillədə Naxçıvan Tibb Kollecinin tələbələri Əsgərxan Məhərrəmli və Qaraş Hüseynli qərarlaşıblar. Qızlar arasında da ilk pillədə Naxçıvan Tibb Kollecinin tələbəsi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya Əmrahlı Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Telli Abbasova və Naxçıvan Tibb Kollecinin tələbəsi Könül Hüseyn­ovanı qabaqlayıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən məktəblilərin (2000-2002-ci illər təvəllüdlü) Naxçıvan Muxtar Respublika spartakiadası başa çatıb. İki gün davam edən spartakiada Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Basketbol, Şahmat və Yüngül Atletika federasiyaları tərəfindən təşkil olunmuşdu. Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən spartakiada yüngül atletika, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, şahmat və basketbol növlərini əhatə edib. 

Spartakiadanın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, ölkəmizdə dövlət gənclər və idman siyasəti ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müəyyənləşdirilib. Bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində yeniliklərə imza atılıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb. Bu gün Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə edib. Paytaxt Bakıda, eləcə də ölkəmizin digər şəhər və rayonlarında, həmçinin muxtar respublikamızda idmanın müxtəlif növləri üzrə Avropa, dünya çempionatları, beynəlxalq turnirlər keçirilir.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə oğlan və qız idmançılar arasında karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin təşkil etdiyi birincilikdə 160-dan çox oğlan və qız karateçi mübarizə aparıb.
Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov çıxış edərək bildirib ki, açıq birinciliyi keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etməkdən ibarətdir.
Birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının idmançıları da öz qüvvələrini sınayıblar. 8 yaş qrupu üzrə təşkil edilən yarış beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə əsasən, oğlanlar arasında 6-7 yaş qrupunda Uğur Əsgərov (Şərur), 8-9 yaş qrupunda Seyran Quluzadə (Naxçıvan şəhəri), 10-11 yaş qrupunda Ərtoğrul Məmmədbəyli (Şərur), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan şəhəri) və 14-15 yaş qrupunda Aslan İsmayılov (Naxçıvan şəhəri), qızların mübarizəsində isə 8-9 yaş qrupunda Özləm Hacıyeva (Naxçıvan şəhəri), 10-11 yaş qrupunda Fidan Əliyeva (Naxçıvan şəhəri), 12-13 yaş qrupunda Fatimə Yusifova (Şərur) bütün görüşləri qalib kimi başa vuraraq birinci yerə layiq görülüblər.
Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

 Ceyhun Məmmədov

Babək Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Babək rayon birinciliyinə yekun vurulub.
Yarışın keçirilməsində məqsəd Babək rayonunun bədən tərbiyəsi və idman kollektivlərində, qəsəbə və kəndlərində “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliğ edilməsindən, Babək rayonunda yaşayan çağırışyaşlı və çağırışaqədər yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasından, Babək rayon gənclərinin milli orduda xidmət etməsi üçün fiziki hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub. Birincilikdən öncə rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı və Təhsil Şöbəsinin əməkdaşı Müslüm Vəliyev iştirakçılara uğurlar arzulayıblar. Yarışda Babək rayonu üzrə 12 məktəbin komandası mübarizə aparıb.
Yarış 100 metr məsafəyə qaçış, 2000 metr məsafəyə kross qaçışı, qumbara atmaq və turnikdə dartınmaq növləri üzrə keçirilib. Yekun nəticəyə əsasən, 929 xal toplayan Payız kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Nəhəcir kənd tam orta məktəbinin komandası ikinci, Babək qəsəbə 1 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.

Ceyhun Məmmədov

Oktyabrın 9-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində basketbol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstə və birinci dəstəsinin oyunlarına start verilib. Bununla bağlı keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov açaraq yarışın qaydaları haqqında məlumat verib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionatın birinci dəstəsinin ilk oyunu başlayıb. Oyunda “Sədərək” komandası “Naxçıvan” Universiteti komandasını qəbul edib. Gərgin keçən oyunda “Sədərək” komandası 28:23 xal hesabı ilə qalib olub.
Yüksək dəstənin ilk oyununda isə “Naxçıvan” komandası “Şərur” komandasını qəbul edib. Maraqlı keçən oyun 76:30 hesabı ilə “Naxçıvan” komandasının xeyrinə bitib.
Oktyabrın 15-də isə I turun ikinci oyunları keçiriləcək. Həmin gün birinci dəstədə “Şahbuz” komandası “Lokomotiv” komandasını qəbul edəcək. Ok­tyabrın 16-da isə yüksək dəstədə “Ordubad” komandası “Babək” komandası ilə qarşılaşacaq. Beləliklə, I tura yekun vurulacaq.
Qeyd edək ki, II turun oyunları oktyabrın 22-23-də keçiriləcək. Həmin turda “Kəngərli” komandası “Sədərək” komandasını qəbul edəcək. Yüksək dəstədə isə “Culfa” komandası “Şərur” komandası ilə qarşılaşacaq.

Xəbərlər şöbəsi

18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Qıvraq qəsəbə tam orta məktəbində boks üzrə açıq birincilik keçirilib. Kəngərli Rayon Gənc­lər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-gənclər idman məktəbinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birinci­likdə 17 idmançı iştirak edib. Gərgin keçən mübarizə nəticəsində 52 kiloqram çəki dərəcəsində Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Ayxan Qubuşov birinci yerə, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Səttar Seyidov ikinci yerə, Şahtaxtı kənd tam orta məktəbinin şagirdi İsmayıl Mahmudov üçüncü yerə, 49 kiloqram çəki dərəcəsində Xok kənd tam orta məktəbinin şagirdi Ruslan Seyidov birinci yerə, Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Əli Seyidov ikinci yerə, həmin məktəbin şagirdi Çingiz Qasımov üçüncü yerə, 35 kiloqram çəki dərəcəsində Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Sinan Əbilov birinci yerə, Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Cəsarət Qədimov ikinci yerə, həmin məktəbin şagirdi Ucar Musayev üçüncü yerə layiq görülüblər.
Qaliblərə Kəngərli Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Xəbərlər şöbəsi

“N” hərbi hissənin təlim-məşq meydanında payız çağırışına həsr olunan “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər birinciliyi keçirilib. Yarışı Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi təşkil edib.
Yarışdan əvvəl Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Coşqun Əliyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşı, leytenant Elxan Seyidov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Qeyd edilib ki, belə yarışların keçirilməsi Naxçıvan şəhərində yaşayan çağırışaqədərki və çağırışyaşlı yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına, hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsinə kömək edir.
Yarışda Naxçıvan şəhərindən 14 tam orta məktəbin komandası iştirak edib. Poliatlon dördnövçülük proqramına uyğun olaraq yarış 100 metr qaçış, 2000 metr kross, qumbaraatma və turnikdə dartınma növləri üzrə keçirilib. Birincilikdə 16 nömrəli tam orta məktəbin komandası birinci, 3 nömrəli tam orta məktəbin komandası ikinci, 15 və 10 nömrəli tam orta məktəblərin komandaları isə üçüncü yerlərə layiq görülüblər.
Sonda yer tutan komandalara təşkilatçıların diplom, fəxri fərman və kubokları verilib. Birinci yerin qalibi olan 16 nömrəli tam orta məktəbin komandası poliatlon çoxnövçülüyü üzrə zona birinciliyində Naxçıvan şəhərini təmsil etmək imkanı əldə edib.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında uşaqların futbolla məşğul olmaları, onların bu növü sevmələri və bu sahəyə meyil göstərmələri üçün hər bir şərait yaradılıb. Belə ki, bu sahədə mühüm işlər görülüb və görülməkdədir. Muxtar respublikanın bütün şəhər və rayonlarında futbolun kütləvi hal alması üçün yeni stadionlar tikilib istifadəyə verilib. Son vaxtlar Yaycı, Mahmudkənd və Bənəniyar yaşayış məntəqələrində stadionlar yenidən qurulub. 

Futbolun inkişafı üçün, ilk növbədə, uşaq futboluna xüsusi diqqət göstərilməlidir. Bəs muxtar respublikada uşaq futbolunun vəziyyəti necədir? Əvvəlcə qeyd edək ki, müasir infrastrukturun olması valideynlərin uşaqlarını daha çox bu növə yönləndirməsinə səbəb olub. Naxçıvan şəhərində fəaliyyət göstərən “Darıdağ” Futbol Klubunun heyətində 4 yaş qrupu üzrə məşqlər keçirilir. Şəhriyar Məmmədovun baş məşqçisi olduğu klubda 11, 12, 13 və 14 yaşlılardan ibarət komandalar var və hər bir qrupda 15 uşaq futbolun sirlərini öyrənir. Baş məşqçi İbrahim Mirzəyevin rəhbərliyi altında isə 5 yaş qrupu bu növlə məşğul olur. 9-10, 11-12, 13-14 və 15-16 yaş qruplarında, ümumilikdə, 80 uşaq məşq edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkil etdiyi tam orta məktəblərin şagirdləri arasında keçirilən velosiped yarışı üzrə şəhər birinciliyinə yekun vurulub.
15 məktəbin komandasının qatıldığı birincilikdə hər komandanın tərkibində 6 idmançı 400 metr məsafəni qət etməyə çalışıb. Oğlanların mübarizəsində 16 nömrəli tam orta məktəbin şagirdi Elsun Kazımlı müəyyən olunmuş məsafəni hamıdan sürətli keçib. Bu məktəbin digər şagirdi Elçin Müslümov ikinci, 14 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Mirzəyev isə üçüncü olublar.
Qızların mübarizəsində isə 7 nömrəli tam orta məktəbin şagirdi Aysel Axund­ova finiş xəttinə birinci çatıb. 4 nömrəli tam orta məktəbin şagirdi Xədicə Dövlətova ikinci, 16 nömrəli tam orta məktəbin şagirdi Sunay Həsənova isə üçüncü olublar.
Sonda fərqlənən idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Məşhur boksçular – Kliçko qardaşlarının mükafatı uğrunda Ukraynanın Berdiçev şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
Ənənəvi olaraq hər il təşkil olunan turnirdə Azərbaycanın gənc boksçulardan ibarət yığma komandası da iştirak edib. Yığmamızın heyətində Ukraynaya Naxçıvan boks məktəbinin yetirməsi Sərxan Əliyev də yollanıb. 12 idmançı ilə beynəlxalq turnirdə iştirak edən Azərbaycan yığması vətənə 4 medalla qayıdıb.
Həmyerlimiz Sərxan Əliyev turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparıb. İlk görüşündə Ukraynanı təmsil edən erməni boksçusu Aleksandr Abramyanı məğlub edən idmançımız 1/4 finala yüksəlib. Bu mərhələdə onun rəqibi erməni idmançısı Harek Oqanesyan olub. Sərxan Əliyev daha üstün döyüşərək rinqi qalib kimi tərk edib və yarımfinala yüksəlib. Finala gedən yolda idmançımız Finlandiya təmsilçisi Nonali Assemeyə məğlub olaraq turniri üçüncü pillədə başa vurub.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunub.
Qeyd edək ki, turnirdə, ümumilikdə, 17 ölkənin 127 boksçusu mübarizə aparıb.

 Ceyhun Məmmədov

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Vayxır kənd komandası ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi “Darıdağ” Futbol Klubunun komandası arasında yeniyetmələrdən ibarət futbol üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Şəhər və Babək Rayon Gənclər və İdman idarələrinin birgə təşkil etdiyi görüş Babək rayon Vayxır kənd stadionunda baş tutub. Görüşdən öncə çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov komandalara uğurlar arzulayıb.
Daha üstün oyun sərgiləyən “Darıdağ” komandası meydanı 7:0 hesablı qələbə ilə tərk edib.
Sonda qalib komanda təşkilatçıların diplomları ilə mükafatlandırılıb.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhər 1, 7 və 10 nömrəli tam orta məktəblərdə seminarlar keçirilib. Bakıdan dəvət olunmuş məşqçilər Fərid Tağızadə və Cavid Məmmədovun iştirak etdikləri seminarda şagirdlərə taekvando və MMA idman növləri barədə geniş məlumat verilib. Seminardan öncə çıxış edən Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev şagirdləri zərərli vərdişlərdən uzaq tutmaq, onları idmana cəlb etmək və bu növlərin təbliği yönündə hansı işlərin görüldüyü barədə danışıb. Daha sonra məşqçilər şagirdlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, üç məktəbdə keçirilən seminarda, ümumilikdə, 110 şagird iştirak edib.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası 2016-cı ilin ötən dövrü ərzində bir çox uğur əldə edib. Uğurların siyahısında daha çox beynəlxalq turnirlərin olması isə xüsusi vurğulanmalıdır.
Federasiyanın sədr müavini Emin Hacıyev bizimlə söhbətində dedi: “Muxtar respublikada qədim ənənələrə malik olan bu idman növünün inkişafı üçün hər bir şərait yaradılıb. Bu gün şahmatçılarımızın qazandıqları uğur məhz bunun nəticəsidir. Cari ilin aprel ayında Türkiyənin Kahramanmaraş və Ordu şəhərlərində keçirilən beynəlxalq yarışlarda iki şahmatçımız iştirak edib və uğura imza atıb. Manisa şəhərində keçirilən beynəlxalq yarışda isə 3 kiçikyaşlı şahmatçımızın uğurlu çıxışı diqqətdən yayınmayıb. Qardaş ölkədə may, iyul və avqust aylarında keçirilən yarışlarda, ümumilikdə, 32 zəka sahibimiz qüvvəsini sınayıb və onlardan 13-ü yüksək nəticə göstərərək qalib olub. Ümumiyyətlə, şahmatçılarımız cari ildə keçirilən beynəlxalq yarışlarda, turnirlərdə uğurlu çıxış ediblər. Belə ki, iyul ayında Rusiyanın Yakutiya vilayətində keçirilən Asiya oyunlarında 2, həmin ay Gürcüstanın Poti şəhərində keçirilən şahmat festivalında 6 kiçikyaşlı şahmatçımız Naxçıvanı layiqincə təmsil edib. Avqust ayında isə Rusiyanın Moskva şəhərində təşkil olunan yarışda Sadiq Məmmədov iştirakçı, mən isə hakim qismində iştirak etmişik”.

Ardını oxu...

Sağlam bədəndə sağlam ruh olar, – deyiblər. Bu gün öz sağlamlığının qədrini bilən insanlar idmanla da məşğul olurlar. Hazırda muxtar respublikamızda bu sahə ilə məşğul olmaq üçün hər bir şərait yaradılıb.  İdman federasiyalarına yüzlərlə gənc cəlb olunub. Muxtar respublikada daha çox müraciət olunan federasiyalardan biri də Şərq Döyüşü Sənəti Federasiyasıdır. Şərq ölkələrində “payız nəğməsi”, “bahar gülü”, “Şərqə açılan yol”, “müdafiə və elmin vəhdəti” kimi mənaları kəsb edən Şərq döyüşü fəlsəfə ilə döyüş sənəti harmoniyasını birləşdirir.

2002-ci ildən fəaliyyət göstərən federasiyanın nəzdində taekvando, kikboksinq və MMA qaydasız döyüş bölmələri var. Muxtar respublikanın şəhər və rayonlarında bölmələri olan federasiyada 20-dən çox məşqçi-müəllim çalışır. Bununla yanaşı, Naxçıvan şəhərində kikboksinq idman növündə 4 qrupda, taekvando üzrə 2 qrupda, MMA qaydasız döyüş idman növündə 2 qrupda, Babək rayonunda kikboksinq üzrə 2 qrupda, Şərur rayonunda kikboksinq üzrə 3 qrupda, Şahbuz rayonunda kikboksinq üzrə 2 qrupda 500-dən çox yeniyetmə və gənc bu növlərin sirlərini öyrənir. Şərq Döyüşü Sənəti Federasiyasında həmçinin 14 nəfərdən ibarət hakimlər kollegiyası fəaliyyət göstərir.

Ardını oxu...

İslam Hümbətov adına Uşaq-gənclər idman məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında kiçikyaşlı yeniyetmələr (2004-2006-cı illər təvəllüdlü) arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 9 çəki dərəcəsi üzrə 50 idmançı mübarizə aparıb. Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu yarışı keçirməkdə məqsəd idmançıları zərərli vərdişlərdən kənarlaşdırmaq və onları cüdo idman növünə cəlb etməkdir.
Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov birinciliyin keçirilmə qaydaları haqqında idmançılara geniş məlumat verib.
Beynəlxalq Cüdo Federasiyasının qaydalarına əsasən keçirilən yarışda Elvin Cəfərli, Səid Seyidov, Sami Səfərov, Ramil Qoçəliyev, İbrahim Məmmədqasımov, İsmayıl Məmmədqasımov, Amil Musayev, Rauf Cabbarlı və Fuad Babayev müvafiq olaraq 20, 23, 26, 29, 34, 38, 42, 46 və 50 kiloqram çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin daxili işlər orqanları arasında estafet qaçışı üzrə yarış keçirilib.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışda 14 komanda mübarizə aparıb. 100-ə yaxın polis işçisinin iştirak etdiyi yarışın keçirilməsində əsas məqsəd yığma komandanın tərkibini müəyyən etmək və Bakıda keçiriləcək ölkə birinciliyinə hazırlaşmaqdır.
Hər komandanın heyətində 6 idmançının mübarizə apardığı yarışın yekun nəticəsinə əsasən, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliy­yat Briqadasının komandası qalib adını qazanıb. Naxçıvan Şəhər Polis İdarəsi və Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin komandaları isə digər iki pillədə qərarlaşıblar.
Sonda qalib komandalar diplomlarla mükafatlandırılıblar.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Stadionunda par­alimpiyaçılar arasında yüngül atletika (100-200 metr məsafəyə qaçış) üzrə yarış keçirilib.
Yarışda məhdud fiziki imkanlı 20 idmançı iştirak edib. Yekun nəticəyə əsasən, Okan Bağcidək (Şərur) finiş xəttinə hamıdan tez çatıb. Digər iki pillədə isə İlqar Sadiqov (Şahbuz) və Orxan Hüseynov (Babək) qərarlaşıblar. İlk üç yeri tutan idmançılara Paralimpiya Federasiyasının mükafatları, digər iştirakçılara isə həvəsləndirici hədiyyələr təqdim edilib.
Qeyd edək ki, idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi istedadlı idmançıların aşkara çıxarılmasına, onların təcrübələrinin artmasına şərait yaradır, həmçinin məhdud fiziki imkanlı gənclərin idmana olan maraqlarını artırır.

Ceyhun Məmmədov

Karate-do üzrə keçirilən Babək rayon açıq birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq, Babək Rayon Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının təşkil etdiyi açıq birincilikdə 8 komandanın 120-dən çox idmançısı mübarizə aparıb.
Birinciliyin açılış mərasimində çıxış edən federasiyanın sədr müavini Nəriman Quliyev bildirib ki, karate-do idman növünün inkişafı üçün muxtar respublikanın şəhər və rayonlarında şərait yaradılıb, bölmələr fəaliyyət göstərir. İdmançıların yarış təcrübələrini artırmaq üçün federasiya nazirliklə birgə mütəmadi olaraq tədbirlər təşkil edir. Bu da gələcəkdə idmançıların yarışlarda uğurlu nəticələr qazanmasına zəmin yaradır.
Sonra çıxış edən Babək Rayon Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlı idmançılara keçirilən yarış barədə məlumat verib və onlara uğurlar arzulayıb.
“Şərur” komandası bütün rəqiblərini məğlub edərək birinciliyin qalibi adını qazanıb. “Babək” komandası ikinciliklə kifayətlənib. Fəxri kürsünün üçüncü pilləsində isə culfalı karateçilər yer alıblar.
Sonda açıq birincilikdə fərqlənən komandalar diplomlarla təltif olunublar.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikasında uşaq, yeniyetmə və gəncləri idmana cəlb etmək üçün mütəmadi olaraq yarışlar, turnirlər təşkil edilir. Eyni zamanda yeni idman bölmələri açılır ki, bura da müraciət edənlərin sayı gündən-günə artmaqdadır. Bədii gimnastika, stolüstü tennis, ağır atletika kimi bölmələr hazırda ən çox uğura imza atan bölmələrdir.

Gənclər və İdman Nazirliyi ilə yanaşı, muxtar respublikada idmanın inkişafına öz töhfəsini verən qurumlar federasiyalardır. Federasiyalar il ərzində plana uyğun olaraq təşkil etdikləri yarışlarda, turnirlərdə idmançıların təcrübələrini artırmaqla yanaşı, onları ölkə­daxili və beynəlxalq turnirlərə hazırlayırlar.
Naxçıvan Muxtar Respublikasında sevilən idman növlərindən biri də voleyboldur. Bu idman növünün inkişaf etdirilməsi üçün muxtar respublikada böyük işlər görülüb, zallar tikilib istifadəyə verilib və Voleybol Federasiyası yaradılıb. Bəs federasiya yaradılan şəraitə cavab olaraq bu ilin ötən dövründə hansı işləri görüb? Əvvəlcə qeyd edək ki, bu federasiyanın keçirdiyi tədbirlər yalnız Naxçıvanın əhatə dairəsində olub: ölkədaxili və beynəlxalq turnirlərdə çıxışlar və uğurlar olmayıb. Təbii ki, bu da Gənclər və İdman Nazirliyinin səyi nəticəsində olub. Belə ki, federasiya keçirdiyi bütün yarışları, turnirləri nazirliklə birgə təşkil edib və respublika dərəcəli hakimlər Naxçıvana dəvət olunub. Ümumiyyətlə, cari ilin ötən dövrü ərzində muxtar respublika daxilində 6 yarış, yoldaşlıq görüşləri keçirilib ki, burada da 250-yə yaxın voleybolçu qüvvəsini sınayıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur rayonunun idmançıları da öz qüvvələrini sınayıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu yarışı keçirməkdə məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları boks idman növünə cəlb etməkdən ibarətdir.

Ardını oxu...

Türkiyənin Sakarya şəhərində cüdo üzrə VI beynəlxalq turnir keçirilib. Üç gün davam edən turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirmələri də mübarizə aparıb. İki idmançı ilə turnirdə təmsil olunan federasiyanın yetirmələrinin hər biri mükafatçılar siyahısına düşüb. 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Abdulla İsmayılov turnirin qalibi adını qazanıb. 38 kiloqram çəki dərəcəsində tatamiyə çıxan Abbas Məmmədov isə yalnız finalda məğlub olub və turniri ikinci pillədə başa vurub.
Sonda qalib idmançılarımıza təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvanlı idmançılar daha bir böyük uğura imza atıblar. Belə ki, Azərbaycan Universal Döyüş Federasiyasının idmançıları Ukraynanın Odessa şəhərində Avropa çempionatına yollanıblar. Qitə birinciliyinə yollanan 14 nəfərlik heyətdə iki Naxçıvan idmançısı da yer alıb.
95 kiloqram çəki dərəcəsində mübarizə aparan Xəyal Abdullayev ilk turda Belçika idmançısına qalib gəlib və yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi çexiyalı idmançı olub. Qələbəni bu mərhələdə də qeyd edən idmançımız finalda Ukrayna təmsilçisi ilə üz-üzə gəlib. Həll­edici qarşılaşmada da üstünlüyü əldən verməyən Xəyal Abdullayev Avropa çempionu adını qazanıb.
Digər idmançımız – 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruslan Səfərov isə ilk iki mərhələdə gürcü və moldovalı idmançıları məğlub edib. Lakin final görüşündə o, Ukrayna idmançısına məğlub olaraq qitə birinciliyinin gümüş medalını qazanıb.
Sonda hər iki idmançımıza təşkilatçıların diplom və medalları təqdim olunub.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri cari ildə növbəti uğura imza atıblar. Mütəmadi olaraq beynəlxalq turnirlərdə iştirak edən və nailiyyət qazanan zəka sahiblərimiz bu dəfə Türkiyədə qüvvələrini sınayıblar. Belə ki, qonşu ölkənin Malatya şəhərində keçirilən Beynəlxalq Şahmat Festivalında 21 şahmatçımız iştirak edib. Festivalın reqlamentinə əsasən, idmançılar müəyyən edilmiş qruplarda mübarizə aparıblar. “A” qrupunda qadınlar arasında mübarizə aparan Aynur Kətanova festivalı üçüncü pillədə başa vurub. Veteranların mübarizə apardığı “B” qrupunda isə həmyerlimiz Ələddin Bayramov üçüncü olub. “C” və “D” qruplarında qızlar arasında Bəsrin Babayeva və Nazlı Hümbətova müvafiq olaraq ikinci və üçüncü pilləni tutublar. Ümumiyyətlə, turnirdə iştirak edən 21 şahmatçımızdan 10-u Malatya Beynəlxalq Şahmat Festivalında mükafatlar qazanıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR