22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında uşaqların futbolla məşğul olmaları, onların bu növü sevmələri və bu sahəyə meyil göstərmələri üçün hər bir şərait yaradılıb. Belə ki, bu sahədə mühüm işlər görülüb və görülməkdədir. Muxtar respublikanın bütün şəhər və rayonlarında futbolun kütləvi hal alması üçün yeni stadionlar tikilib istifadəyə verilib. Son vaxtlar Yaycı, Mahmudkənd və Bənəniyar yaşayış məntəqələrində stadionlar yenidən qurulub. 

Futbolun inkişafı üçün, ilk növbədə, uşaq futboluna xüsusi diqqət göstərilməlidir. Bəs muxtar respublikada uşaq futbolunun vəziyyəti necədir? Əvvəlcə qeyd edək ki, müasir infrastrukturun olması valideynlərin uşaqlarını daha çox bu növə yönləndirməsinə səbəb olub. Naxçıvan şəhərində fəaliyyət göstərən “Darıdağ” Futbol Klubunun heyətində 4 yaş qrupu üzrə məşqlər keçirilir. Şəhriyar Məmmədovun baş məşqçisi olduğu klubda 11, 12, 13 və 14 yaşlılardan ibarət komandalar var və hər bir qrupda 15 uşaq futbolun sirlərini öyrənir. Baş məşqçi İbrahim Mirzəyevin rəhbərliyi altında isə 5 yaş qrupu bu növlə məşğul olur. 9-10, 11-12, 13-14 və 15-16 yaş qruplarında, ümumilikdə, 80 uşaq məşq edir.

Ümumiyyətlə, bu növə xüsusi marağın olması sevindirici haldır. Şərur Olimpiya-İdman Kompleksinin stadionunda Bilal Nağıyev və Zaur Quliyevin baş məşqçisi olduğu 5 yaş qrupu üzrə məşqlərdə 155 uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. 12-17 yaş aralığında 195 uşaq, 9, 10, 11 və 12 yaş qruplarında isə, ümumilikdə, 60 uşaq bu növlə məşğul olur.
Culfa rayonunda məşq keçən Nəbi Rzayev, Hüseyn Məmmədov və Elxan Quliyev bizimlə söhbətdə vurğuladılar ki, hazırda futbola maraq rayonda kütləvi hal alıb. Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə dəstəyinin nəticəsidir ki, bu gün rayonda 10-11, 12, 13, 14 və 15-16 yaş qruplarında 76 nəfər məşq edir.
Mənsim Mehbalıyev və Fuad Həsən­ov isə Kəngərli rayonunda uşaq futbolunun inkişafı üçün səy göstərən məşqçilərdir. Onlar hazırda bu rayonda fəaliyyət göstərən 11-12, 13, 14, 15, 16 və 17 yaş qruplarında məşqçi funksiyasını yerinə yetirirlər. Bu qruplarda, ümumilikdə, 96 uşaq və yeniyetmə məşq edir.
Şahbuz rayonunda uşaq futbolu ilə 45 nəfər məşğul olur. İntiqam Rəhimovun baş məşqçisi olduğu rayonda 8-9, 10-11, 12 və 13-14 yaş qrupları fəaliyyət göstərir.
Sədərək rayonunda isə bu sahə Faiq Qasımova və Yusif Həsənova həvalə olunub. Rayonda futbolun kütləviliyi üçün səy göstərən məşqçilər 9-10, 10-11, 14-15 və 16-17 yaş olmaqla, 4 qrupda məşq keçirlər.
Babək rayonunda isə 366 uşaq və yeniyetmə 10-13 və 12-17 yaş qruplarında futbolla məşğul olur.
Göründüyü kimi, bu gün Naxçıvanda uşaq futbolunun inkişafı üçün şərait yaradılıb və uşaqların bu növə marağı getdikcə artır.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR