18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Qıvraq qəsəbə tam orta məktəbində boks üzrə açıq birincilik keçirilib. Kəngərli Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Uşaq-gənclər idman məktəbinin və Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 idmançı iştirak edib. Gərgin keçən mübarizə nəticəsində 52 kiloqram çəki dərəcəsində Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Ayxan Qubuşov birinci yerə, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Səttar Seyidov ikinci yerə, Şahtaxtı kənd tam orta məktəbinin şagirdi İsmayıl Mahmudov üçüncü yerə, 49 kiloqram çəki dərəcəsində Xok kənd tam orta məktəbinin şagirdi Ruslan Seyidov birinci yerə, Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Əli Seyidov ikinci yerə, həmin məktəbin şagirdi Çingiz Qasımov üçüncü yerə, 35 kiloqram çəki dərəcəsində Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Sinan Əbilov birinci yerə, Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Cəsarət Qədimov ikinci yerə, həmin məktəbin şagirdi Ucar Musayev üçüncü yerə layiq görülüblər.
Qaliblərə Kəngərli Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.
Xəbərlər şöbəsi