22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Şərur rayonunun idmançıları da öz qüvvələrini sınayıblar.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu yarışı keçirməkdə məqsəd yeniyetmələri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları boks idman növünə cəlb etməkdən ibarətdir.

Sonra Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları haqqında idmançıları məlumatlandırıb.
Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 16 çəki dərəcəsində 40-a yaxın dəri əlcək sahibi mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə Heydərəli Əliyev (30 kiloqram, Naxçıvan şəhəri), Azad Həsənov (34 kiloqram, Naxçıvan şəhəri), Vüsal Zeynalov (36 kiloqram, Şərur rayonu), Nazim Abazərli (38 kiloqram, Naxçıvan şəhəri), İzzət Cəfərov (40 kiloqram, Şərur rayonu), Nizami Novruzov (42 kiloqram, Naxçıvan şəhəri), Ülvi Süleymanov (44 kiloqram, Naxçıvan şəhəri), Hüseyn Məmmədov (44,5 kiloqram, Naxçıvan şəhəri), Ayxan Quliyev (46 kiloqram, Naxçıvan şəhəri), Ayxan Süleymanov (48 kiloqram, Naxçıvan şəhəri), Kənan Şəfiyev (50 kiloqram, Şərur rayonu), Hidayət Məmmədov (52 kiloqram, Naxçıvan şəhəri), Nadir Cəfərov (54 kiloqram, Naxçıvan şəhəri), Azər Abbaszadə (58 kiloqram, Naxçıvan şəhəri), Kamran Allahverdiyev (62 kiloqram, Naxçıvan şəhəri), Məhəmməd Ələsgərov (75 kiloqram, Naxçıvan şəhəri) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılara diplomlar təqdim edilib.

*  *  *

Şərur Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmələr arasında keçirilən kikboksinq üzrə Şərur rayon açıq birinciliyinə yekun vurulub. 60 idmançının iştirak etdiyi birincilikdə Şərur rayonunun idmançıları ilə yanaşı, Naxçıvan şəhərinin idmançıları da iştirak ediblər. Gərgin və maraqlı keçən mübarizədə İsmayıl Yaqubov, İbrahim Musayev, Nurxan Mirzəyev, Fərman Rzayev, Əhməd Rzayev, Ayhan İmranlı, Araz Hüseynzadə, Səhəd Əsədov, Zeynalabdin Musayev, Sadiq Hacıyev, Sinan Kazımov və Uğur Əliyev qalib adını qazanıblar.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ceyhun Məmmədov

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR