Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında yeniyetmə və gənclər arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi açıq birincilikdə Naxçıvan şəhərinin idmançıları ilə yanaşı, Kəngərli və Ordubad rayonlarının idmançıları da öz güclərini sınayıblar. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən birincilikdə 24 çəki dərəcəsində 50 dəri əlcək sahibi qüvvəsini sınayıb. Gərgin mübarizə şəraitində keçən döyüşdə Sinan Əbilov (24 kiloqram, Kəngərli), Ayxan Heydərov (26 kiloqram, Naxçıvan), Heydərəli Əliyev (30 kiloqram, Naxçıvan), Cəsarət Qədimov (32 kiloqram, Kəngərli), Araz İmanlı (34 kiloqram, Naxçıvan), Nazim Abazərli (38 kiloqram, Naxçıvan), Əli Muxtarov (39 kiloqram, Ordubad), Nizami Novruzov (40 kiloqram, Naxçıvan), Ayxan Əlizadə (41 kiloqram, Naxçıvan), Ülvi Süleymanov (42 kiloqram, Naxçıvan), Əli Rüstəmov (44 kiloqram, Naxçıvan), Ayxan Süleymanov (46 kiloqram, Naxçıvan), İlkin Qurbanov (48 kiloqram, Naxçıvan), Kənan Zamanlı (49 kiloqram, Naxçıvan), Xəyal Quliyev (50 kiloqram, Naxçıvan), İsmayıl Abbaszadə (51 kiloqram, Naxçıvan), Kənan İbrahimli (52 kiloqram, Ordubad), Sənan İbrahimli (53 kiloqram, Ordubad), Hidayət Məmmədov (54 kiloqram, Naxçıvan), Kamran Allahverdiyev (56 kiloqram, Naxçıvan), Azər Abbaszadə (58 kiloqram, Naxçıvan), Pərvin Həsənzadə (62 kiloqram, Naxçıvan), Abbas Fərəcli (70 kiloqram, Kəngərli) və Məhəmməd Ələsgərov (75 kiloqram, Naxçıvan) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar diplomla təltif ediliblər.
Ceyhun Məmmədov