22 Dekabr 2024, Bazar

Məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə 2004-2005-ci illər təvəllüdlü yeniyetmələr arasında futzal üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkil etdiyi turnirdə 8 komanda mübarizə aparıb. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, bu cür turnirlərin təşkili muxtar respublikada uşaq futbolunu inkişaf etdirmək, yeniyetmələrin oyun təcrübəsini və onlarda bu idman növünə marağı artırmaq məqsədi daşıyır. Hazırda Naxçıvanda bunun üçün hərtərəfli imkanlar yaradılıb, mini stadionlar tikilib uşaqların ixtiyarına verilib. Gələcəkdə də keçiriləcək belə turnirlər uşaqların futbol, həmçinin futzal bacarığına müsbət təsir göstərəcək.
“Naxçıvan-1”, “Naxçıvan-2”, “Darıdağ”, “Şərur”, “Şahbuz”, “Babək”, “Culfa” və “Ordubad” komandalarının mübarizə apardığı turnir olimpiya sistemi üzrə keçirilib. Turnirin həlledici qarşılaşmasında “Darıdağ” və “Şahbuz” komandaları üz-üzə gəliblər. Daha üstün oyun sərgiləyən Şahbuz komandası turnirin qalibi olub. Üçüncülük oyununda isə meydana “Şərur” və “Naxçıvan-1” komandaları çıxıb. Görüş “Naxçıvan-1” komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda hər üç yeri tutan komandalar diplomla mükafatlandırılıblar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR