Ordubad Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında karate-do üzrə Ordubad rayon birinciliyi keçirilib.
Birinciliyin açılışında Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək iştirakçılara yarışın keçirilməsinin məqsədi haqqında məlumat verib və idmançılara müvəffəqiyyətlər arzulayıb. Birincilikdə 3 yaş qrupunda (7-8, 10-11, 12-13) 30-dan çox idmançı mübarizə aparıb. Gərgin keçən mübarizə nəticəsində 7-8 yaş qrupunda Bünyamin Zeynalov, 10-11 yaş qrupunda Fikrət Ağacanlı, 12-13 yaş qrupunda isə Hüseyn Əmirov qalib adını qazanıblar.
Sonda I, II və III yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
Ceyhun Məmmədov