22 Dekabr 2024, Bazar

Rusiyanın Anapa şəhərində keçirilən gənclər arasında boks üzrə Avropa çempionatında Azərbaycan yığması da iştirak edib. Millimizin heyətində 60 kiloqram çəki dərəcəsində rinqə Naxçıvan boks məktəbinin yetirməsi Sərxan Əliyev çıxıb. Boksçumuz ilk mərhələdə alman həmkarı Yabs Germanı məğlub edib. İkinci görüş isə daha çox diqqət mərkəzində olub. Belə ki, bu mərhələdə Sərxan Əliyev Ukraynanı təmsil edən erməni boksçu Zoravor Petrosyanla üz-üzə gəlib. Görüşün hər üç raundunda qələbə qazanan boksçumuz 1/4 finala yüksəlib. Yarımfinal yolunda həmyerlimiz moldovalı Aleksandr Paraşviçlə qarşılaşıb və böyük üstünlüklə qələbəni bayram edib. Həlledici görüşdə iştirak etmək üçün Sərxan Əliyev İrlandiya təmsilçisi Oliver Keyran Makkarti ilə döyüşüb. Hakimlərin qərəzli qərarlarından sonra rinqi məğlub tərk edən boksçumuz qitə birinciliyini üçüncü pillədə başa vurub.
Sonda idmançımıza təşkilatçılar tərəfindən diplom və medal təqdim olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR