22 Dekabr 2024, Bazar

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Respublikamızın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafına davamlı qayğı dinamik xarakter alıb. Muxtar respublikamızın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərində də idman obyektlərinin tikilməsi, mövcud obyektlərin yenidən qurulması bunun bariz nümunəsidir. Təbii ki, istifadəyə verilən yeni idman bazaları Naxçıvanda idmançıların daha böyük uğur qazanmalarına, onların müxtəlif yarışlarda uğurlu iştiraklarına zəmin yaradır.
Ötən gün Şərur rayon Yaycı kəndində daha bir idman obyekti – kənd stadionu gənclərin istifadəsinə verilib. Müasir tələblərə cavab verən stadionun uzunluğu 96 metr, eni 52 metrdir. Bir müddət öncə yararsız vəziyyətdə olan meydançaya xüsusi ot toxumu səpilib və yeni oyun qapıları qoyulub. Bununla yanaşı, stadionun suvarılması üçün əraziyə su xətti çəkilib. Azarkeşlərin keçirilən oyunları rahat izləmələri üçün 85 oturacaq quraşdırılıb. Stadionun məktəbin ərazisində yerləşməsi eyni zamanda şagirdlərin də buradan mütəmadi olaraq istifadə etmələri üçün əlverişlidir.
Stadionun ərazisinə müxtəlif tinglər əkilib, ətrafında idman qurğuları quraşdırılıb və digər idman növləri ilə məşğul olmaq üçün şərait yaradılıb.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR