22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında “Naxçıvan” və “Şahbuz” komandaları arasında boks üzrə yoldaşlıq görüşü keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək bildirib ki, bu yarışı keçirməkdə məqsəd yeniyetmə və gənc­ləri idmana cəlb etməkdən ibarətdir.
Sonra Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədr müavini Məmmədcəfər Əliyev yarışın qaydaları haqqında idmançılara məlumat verərək onlara uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikası Boks Federasiyası və Naxçıvan Şəhər Gənc­lər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yoldaşlıq görüşündə 13 çəki dərəcəsində 30-a yaxın dəri əlcək sahibi mübarizə aparıb. Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun keçirilən görüşdə “Naxçıvan” komandası 8:5 hesabı ilə qalib gəlib.
Sonda hər iki komandada fərqlənən idmançılar Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR