22 Dekabr 2024, Bazar

İnam, mübarizə, qələbə – bu kəlmələr çalışdığı sahədən asılı olmayaraq, hər bir insan üçün böyük önəm kəsb edir.
İdman sahəsində bu sözlər daha qabarıq səslənir. Niyə? Çünki idman elə bir sahədir ki, burada insan gücünün və kamilliyinin sonsuzluğu sübut olunur. İdmançı mübarizə apardığı hər yarışda iki mütləq, daha dəqiq desək, yekun nəticə ilə qarşı-qarşıya qalır: qələbə və ya məğlubiyyət. Dəyişilməz bir hal var ki, burada qələbə və ya məğlubiyyət hər zaman idmançının ən yaxın dostudur. Bunun dərinliyini dərk etməyən idmançı isə heç vaxt uğur qazana bilməz.
Güc və kamilliyin vəhdəti idman sahəsində insanları hər zaman bir addım önə çıxarır. Bunu bəzən psixoloqlar qəbul edilməyən termin kimi qələmə verirlər. İdman sahəsində çalışan həkimlərin fikrincə, əldə olunan qələbələr idmançının aylarla gərgin məşqlərinin, gündəlik idman rejiminə əməl etməsinin və özünəinamının bəhrəsidir. Məğlubiyyət acısı isə onların özünü yenidən sınamaq və qələbə qazanmağa kökləyən amildir.

Psixoloqlar idmançının fiziki hazır­lığının onun psixoloji hazırlığı ilə vəhdət təşkil etməyinin vacib olduğunu qeyd edirlər. Bu iki məfhumu bir-birindən ayırmaq mümkün deyil. Məşq prosesində idmançı çox çətin olan müəyyən fiziki təmrinləri yerinə yetirir. İdmançı o halda özünü qələbəyə yaxın hiss edə bilər ki, onun psixoloji hazırlığı da yüksək səviyyədə olsun, özünə inansın.
Həkimlər və psixoloqlar bəzən tibb elminə yaxın olmayan inancların idmanda da rolunu xüsusi vurğulayırlar. Onların təbirincə desək, bir idmançının özünəinam hissinin formalaşmasında avtotreninqdən istifadə etməyi məsləhətdir. Yəni cəmiyyətimizdə hər bir insanın özünütəlqin sözləri olur və bu sözlərin təkrarlanması ona əlavə güc verir. Bunlara bəzən sehrli sözlər də deyilir. Bu sözlərlə onlar motivasiya olunurlar ki, bununla da özlərini məşqçilərinə, onları boya-başa çatdıran valideynlərinə sübut etməyə çalışırlar.
Hər bir idmançı üçün ən qürurverici an onun fəxri kürsünün ən yüksək pilləsində dayanmasıdır. Buna nail olmağın yeganə yolu isə mübarizə əzmini sonadək davam etdirmək, psixoloji və fiziki hazırlığa riayət etməkdir. Daha dəqiq desək, idmançı gücünün və kamilliyinin nəticəsində arzuladığı uğura yiyələnə bilər.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR