22 Dekabr 2024, Bazar

Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının birgə təşkil etdiyi yeniyetmələr arasında karate-do üzrə açıq birinciliyə yekun vurulub.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən birincilikdə Şərur rayonunun idmançıları ilə yanaşı, Kəngərli və Sədərək rayonlarının idmançıları da iştirak ediblər.
Tədbirdə 70-dən artıq idmançı qüvvəsini sınayıb və idmançılar beş yaş qrupu üzrə mübarizə aparıblar. Gərgin və maraqlı keçən mübarizədən sonra 6-7 yaş qrupunda Həbib Əhmədov, 8-9 yaş qrupunda Uğur Əsgərov, 10-11 yaş qrupunda Kənan Vəliyev, 12-13 yaş qrupunda Rövşən Nəcəfov, 14-15 yaş qrupunda isə Emin Nəcəfov birinci yerə layiq görülüblər.
Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR