Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yetirməsi Abbas Məmmədov ölkədaxili birinciliklərdə qazandığı uğurlara daha birini əlavə edib. Belə ki, Bakı şəhərində 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin açıq birinciliyində Naxçıvan güləş məktəbinin yetirmələri də qələbə qazanmaq uğrunda mübarizə aparıblar. Ən yüksək nəticəni 34 kiloqram çəki dərəcəsində Abbas Məmmədov qazanıb. O, öz çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək yarışın baş mükafatının sahibi olub.
Abbas Məmmədova təşkilatçılar tərəfindən diplom və medal təqdim edilib.
Ceyhun Məmmədov