Bakı şəhərində keçirilən Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Ölkə birinciliyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 7 idmançısı mübarizə aparıb. 65 kiloqram çəki dərəcəsində final görüşü məhz iki idmançımız arasında keçirilib. Rəşad Həsənov Elşən Qasımova qalib gələrək ölkə birinciliyinin qalibi olub. İdmançımız eyni zamanda qol güləşində də ilk pilləni tutub. Yarışın baş mükafatını qazanan digər idmançımız 85 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavanşir Yaqubov olub. 70 kiloqram çəki dərəcəsində Qartal Əliyev, 90 kiloqram çəki dərəcəsində Elvin Əliquliyev və +90 kiloqram çəki dərəcəsində Elməddin Abdullayev yalnız final görüşlərində məğlub olaraq ölkə birinciliyini ikinci pillədə başa vurublar.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.
Ceyhun Məmmədov