23 Dekabr 2024, Bazar ertəsi

Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında “Naxçıvan”, “Ordubad” və “Culfa” komandaları arasında karate-do üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək yarış barədə idmançıları məlumatlandırıb. Sonra Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini, yarışın baş hakimi Nəriman Quliyev idmançılara yarışın qaydaları haqqında məlumat verib və uğurlar arzulayıb.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi və WKF üslubunda olimpiya sistemi üzrə keçirilən yarışda 5 yaş qrupunda oğlanlar, 3 yaş qrupunda isə qızlar olmaqla, 80-ə yaxın idmançı mübarizə aparıb.

Yarışın yekununa əsasən, oğlanlar arasında 6-7 yaş qrupunda Yaqub Qənbərov (Culfa), 8-9 yaş qrupunda Seyran Quluzadə (Naxçıvan), 10-11 yaş qrupunda Samir İbrahimli (Naxçıvan), 12-13 yaş qrupunda Vüsal Seyidov (Naxçıvan), 14-15 yaş qrupunda İmran Həsənov (Naxçıvan), qızlar arasında isə 8-9 yaş qrupunda Aminə Novruzzadə (Naxçıvan), 10-11 yaş qrupunda Duyğu Əhmədova (Culfa), 12-13 yaş qrupunda Səmra Məmmədli (Naxçıvan) həmyaşıdları arasında birinci yerlərə layiq görülüblər. Komanda hesabında isə “Naxçıvan” komandası qalib adını qazanıb. Digər iki pillədə “Culfa” və “Ordubad” komandaları qərarlaşıblar.
Sonda hər yaş qrupunda yer tutan idmançılara Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR