22 Dekabr 2024, Bazar

Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Open-2016” Beynəlxalq Şahmat Festivalına hazırlıq məqsədilə keçirilən 12 yaşlı şahmatçılar arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub.

İki gün davam edən birincilikdə Naxçıvan şəhərinin və muxtar respublikanın rayonlarının 8 komandası mübarizə aparıb. Hər komandanın tərkibində 4 oğlan və 2 qız olmaqla birincilikdə, ümumilikdə, 48 zəka sahibi qüvvəsini sınayıb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə Təhsil Nazirliyinin birgə təşkil etdiyi birinciliyin son günündə şahmatçılar Naxçıvan şəhərində yerləşən tarixi abidələrlə tanış olublar.
Dairəvi sistem üzrə keçirilən yarışın yekun nəticəsinə əsasən, “Naxçıvan” komandası qalib adını qazanıb. Digər iki pillədə isə Şərur və Ordubad şahmatçıları qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov və təhsil naziri Məmməd Qəribov təqdim ediblər.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR