22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 90 illiyinə həsr edilmiş birinciliyi keçirməkdə məqsəd karate-do idman növünü yeniyetmə və gənclər arasında təbliğ etmək, muxtar respublikada fəaliyyət göstərən və federasiyanın tərkibində olan klubların işini gücləndirməkdən ibarət olub.

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 80-dən çox idmançı mübarizə aparıb. Çəkisiz olaraq 5 yaş qrupu üzrə təşkil edilən yarış beynəlxalq qaydalar əsasında keçirilib.
Yekun nəticəyə görə, 8-9 yaş qrupunda Seyran Quluzadə, 10-11 yaş qrupunda Vüsal Seyidov, 12-13 yaş qrupunda Murad Həsən­əliyev, 14-15 yaş qrupunda Sərcan Məmmədov və 16-17 yaş qrupunda Abbas Qasımov bütün görüşləri qalib kimi başa vuraraq birincilikdə ən yüksək zirvəni fəth ediblər.
Sonda ilk 3 pillədə qərarlaşan idmançılar diplomlarla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR