Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatında 9-cu turun oyunlarına yekun vurulub.
Turnir cədvəlinin lideri “Naxçıvan” komandasının bu dəfə məğlub etdiyi komanda “Culfa” olub. Culfalı basketbolçular bu görüşdə meydanı 67:41 hesablı məğlubiyyətlə tərk ediblər. “Ordubad” komandası “Naxçıvan” Universiteti komandasının qonağı olub. Daha baxımlı oyun sərgiləyən qonaqlar 50 xallıq fərqlə qalib gəliblər – 20:70. “Culfa” komandasının xal itirməsindən isə “Babək” maksimum istifadə edib.
Səfərdə autsayder “Sədərək” komandasının qonağı olan babəklilər aktivlərinə 2 xal yazdırmağa müvəffəq olublar – 35:42. Son pillələrdən yaxa qurtarmağa çalışan “Şərur” komandası isə turu məğlubiyyətlə başa vurub. Onlar səfərdə “Lokomotiv”ə uduzublar – 26:16.
Ceyhun Məmmədov