22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən MMA qaydasız döyüş növü üzə muxtar respublika birinciliyinə yekun vurulub.
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Şərq Döyüşü Sənəti Federasiyasının təşkil etdiyi yarış gərgin idman mübarizəsi şəraitində keçib. 8 çəki dərəcəsində (56, 61, 66, 70, 77, 84, 93 və 110 kq) 100-ə yaxın idmançının mübarizə apardığı birinciliyin bağlanış mərasimində çıxış edən federasiyanın sədr müavini Cavanşir Salayev, Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov yarışın qaliblərini təbrik ediblər.
Yekun nəticəyə əsasən, Polad Cəlilov (56 kq), Tağı Məmmədov (61 kq), Cəmaləddin Tağıyev (66 kq), Məmmədəli Bağırov (70 kq), Şulan Bağırov (77 kq), Nəcəfəli Nəcəfov (84 kq), Səyyad Məmmədov (93 kq) və Turqay Qasımov (110 kq) birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində ilk 3 pilləni tutan idmançılara diplom, medal, kubok və hədiyyələr təqdim edilib.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR