Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi basketbol üzrə muxtar respublika çempionatında 12-ci turun oyunları keçirilib.
Çempionatın favoriti “Naxçıvan” komandası ötən tur əldən verdiyi liderliyi geri qaytarıb. İlk olaraq “Babək” komandasının qonağı olan naxçıvanlı basketbolçular meydanı 41:32 hesablı qələbə ilə tərk ediblər. Bununla, turnir cədvəlindəki oyun sayını bərabərləşdirən “Naxçıvan” komandası məğlubiyyətsizlik seriyasını davam etdirib.
12-ci tur daha çox meydan sahiblərinin qələbəsi ilə yadda qalıb. Turun ən böyük hesablı qələbəsi Ordubadda qeydə alınıb. “Şərur” komandasını qəbul edən ordubadlılar rəqibi 62 xallıq fərqlə məğlub ediblər – 80:18. “Naxçıvan” komandası isə doğma arenada “Lokomotiv”i sınağa çəkib və aktivinə 2 xal yazdırmağa müvəffəq olub – 55:26. “Naxçıvan” Universiteti komandası da ev sahibi olma amilindən maksimum yararlanıb. “Sədərək” komandasını qəbul edən tələbələr 45:33 hesablı qələbə qazanıblar. Bu turda yalnız bir komanda – “Culfa” səfərdə sevinə bilib. “Babək” komandası qarşısında qələbə onlar üçün bir az çətin olub – 47:55.
Ceyhun Məmmədov