22 Dekabr 2024, Bazar

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaq, yeniyetmə və gənc idmançılar tibbi müayinədən keçirilir.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının 200-dən çox idmançısı cərrah, nevropatoloq, pediatr, endokrinoloq, ftizatr, oftalmoloqların nəzarəti altında müayinə olunub.
Keçirilən müayinə zamanı həmsöhbət olduğumuz Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov belə müayinələrin mütəmadi olaraq təşkil edildiyini vurğuladı: “Səhiyyə Nazirliyi Gənclər və İdman Nazirliyi ilə birgə uşaqların tibbi müayinədən keçirilməsinə ciddi önəm verir. Hər il həyata keçirilən bu tədbirlərə muxtar respublikada idmanla məşğul olan yüzlərlə idmançı cəlb olunur, onlar hərtərəfli olaraq müayinə edilirlər.
Sağlam olan uşaqlar barədə məlumat hazır­lanır və təşkilatçı qurumlara göndərilir. Səhhətində problem olan uşaqlara isə müəyyən vaxt kəsiyində idmandan uzaqlaşmaları məsləhət görülür və onlar müalicə alırlar”.
Qeyd edək ki, uşaq, yeniyetmə və gənc idmançıların tibbi müayinəsi ayın 27-nə kimi davam etdiriləcək.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR