22 Dekabr 2024, Bazar

Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun şəhər mərhələsinə yekun vurulub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 11 ümumtəhsil məktəbinin komandası mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Quliyev, polkovnik Mirqiyas Rüstəmov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi leytenant Əli Kazımov yarış barədə fikirlərini bildirərək, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışıblar, şahinlərə uğurlar arzulayıblar.
Yarışın yekun nəticələrinə əsasən, 16 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Növbəti pillələrdə isə 15, 3 və 1 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar. Sonda qalib komandalar təşkilatçıların hədiyyələri, diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.
Qeyd edək ki, birinci və ikinci yerlərin qalibləri aprel ayında keçiriləcək Naxçıvan Muxtar Respublika zona birinciliyində Naxçıvan şəhərini təmsil edəcəklər.

Ceyhun MƏMMƏDOV

Kişilər arasında basketbol üzrə muxtar respublika çempionatında növbəti oyun keçirilib. Sədərək rayonunda keçirilən görüşdə yerli komanda “Naxçıvan” komandasını qəbul edib. Çempionata qələbə ilə başlayan “Naxçıvan” yenə meydanı qələbə ilə tərk edib. Gərgin keçən oyunda “Sədərək” komandası rəqibinə 38:66 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Naxçıvan” komandası çempionatın ilk oyununda “Babək” komandasını üstələməyi bacarmışdı.

Ceyhun Məmmədov

  Şərurda...

Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib. Birincilikdə 14 çəki dərəcəsində 56 pəhləvan qüvvəsini sınayıb. Qalib idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.
Şərur Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilərin “Şahin” hərbi-idman oyunu baş tutub. Yarışda 19 ümumtəhsil məktəbindən 266 şagird iştirak edib. Daha üstün oyun sərgiləyən Danyeri kənd tam orta məktəbinin komandası qalib olub. İbadulla kənd tam orta məktəbinin komandası ikinci, Dəmirçi kənd tam orta məktəbinin komandası isə üçüncü yerlərə layiq görülüblər.

Qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatına start verilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən çempionatın ilk oyunundan öncə Dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Basketbol Federasiyasının sədri Mahir Əliyev son illər muxtar respublika idmanına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə federasiyaların qarşısına qoyulan tapşırıqlara müvafiq olaraq, bu gün Basketbol Federasiyası bu idman növünün inkişafı, gənclər arasında kütləvi hal alması üçün muxtar respublika çempionatına start verir. Bununla yanaşı, qarşıdakı aylarda federasiya tədbirlər planına uyğun olaraq müəyyən yarışlar, turnirlər də təşkil edəcək.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov isə çıxışında bu çempionatın maraqlı keçəcəyini və nazirliyin federasiya ilə birgə daha bir neçə turnir təşkil edəcəyini iştirakçıların diqqətinə çatdırdı.

Ardını oxu...

İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin (DİN) sərbəst güləşçiləri arasında birincilik keçirilib.
Birinciliyin açılış mərasimində çıxış edən DİN-nin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayev bildirib ki, yarışı keçirməkdə əsas məqsəd DİN əməkdaşları arasında sərbəst güləşə olan marağı artırmaq və yığmanın heyətini müəyyənləşdirməkdir.
Yarışın reqlamentinə əsasən, 8 çəki dərəcəsində 100-ə yaxın pəhləvan həm fərdi, həm də komanda hesabında mübarizə aparırdı. Daxili İşlər Nazirliyinin 14 komandasının birincilik uğrunda mübarizəsində güləşçilər yeni qaydalara əsasən, döşək üzərinə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqram çəki dərəcələrində çıxmışdılar. Fərdi yarışlarda çəki dərəcələrinə müvafiq olaraq, Elşən Qasımov, Rəşad Həsənov, Orxan Babayev, Mahir Babayev, Ramin Məmməd­ov, Cavanşir Yaqubov, Elməddin Abdullayev və Amin Salmanov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxdılar.
Komanda hesabında isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının komandası birinci yerə layiq görüldü. Naxçıvan Şəhər Polis İdarəsinin komandası ikinci, Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsinin komandası isə üçüncü oldu.
Sonda qalib idmançılara və komandalara Daxili İşlər Nazirliyinin diplomları təqdim edildi.

Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Şərur rayonunda basketbol üzrə rayon birinci­liyi keçirilib. Şərur Rayon Gənc­lər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 10 ümumtəhsil məktəbinin komandası mübarizə aparıb.
Birinciliyin yekun nəticəsinə əsasən, finalda Siyaqut kənd tam orta məktəbinin komandasını məğlub edən Yengicə kənd tam orta məktəbinin komandası qalib adını qazanıb. Üçüncü yerə isə Dərəkənd tam orta məktəbinin komandası layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Babək Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon İdarəsinin birgə təşkilatçılığı ilə “N” hərbi hissədə Babək rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Birincilikdə 17 məktəbin komandası mübarizə aparıb.
Nehrəm kənd 1 nömrəli tam orta məktəbin komandası hərbi-idman oyununun qalibi olub. Şıxmahmud və Sirab kənd tam orta məktəblərinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər. Qalib komandalara təşkilatçılar tərəfindən hədiyyələr və diplomlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının yığıncağı keçirilib.
Yığıncaqda Voleybol Federasiyasının ötənilki nəticələri, qarşıda duran vəzifələr müzakirə edilib, görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilib.
Tədbiri giriş sözü ilə Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev açaraq 21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədən irəli gələn vəzifələrdən, bu vəzifələrin yüksək keyfiyyətlə həyata keçirilməsi, voleybol idman növünün kütləviliyinin təmin olunması, uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilmələri ilə bağlı görülən işlərdən danışıb.
Yığıncaqda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Taleh İbrahimovun, Culfa rayon voleybol yığmasının məşqçi-müəllimi Afiyəddin Cəfərovun, Şərur rayon yığmasının məşqçi-müəllimi Mirfəddin Seyidovun çıxışları olub.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı qazanılan uğurlarda özünü aydın şəkildə göstərməkdədir. Cari ilin ilk 2 ayında ölkə birinciliklərində, eləcə də beynəlxalq arenalarda qazanılan uğurlar diqqətdən kənarda qalmayıb. Ötən ay boks üzrə gənclər arasında keçirilən Azərbaycan çempionatının qalibi adını qazanan dəri əlcək sahibimiz Sərxan Əliyev Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Belə ki, boksçumuza “Azərbaycan Respublikasının idman ustası” dərəcəsi verilib. Bu dərəcəyə layiq görülən Sərxan Əliyev bunları dilə gətirdi: “2015-ci ildə karyeramda yeni səhifələr yazıldı. İlk olaraq gənclər arasında ölkə çempionu adını qazandım. Ardınca “idman ustası” dərəcəsinə layiq görüldüm. Qarşıda məni daha çətin yarışlar və turnirlər gözləyir. İndi daha səylə çalışıb, çıxış edəcəyim yarışları qələbə ilə başa vurmalıyam. Təbii ki, qazandığım uğurların arxasında göstərilən diqqət və qayğı mühüm rol oynayır. Yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Biz idmançılar daim çalışmalıyıq ki, göstərilən etimadı doğruldaq”.

 Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyası yığıncaq təşkil edib. Yığıncaqda federasiyanın nəzdində fəaliyyət göstərən məşqçi-müəllimlər, idmançılar və nazirlik nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan federasiyanın sədr müavini Nəriman Quliyev əvvəlcə 2014-cü ildə görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Federasiyanın ötən il gördüyü işləri dəyərləndirən sədr müavini fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədən sonra federasiya qarşısına qoyulan vəzifələr və onların yerinə yetirilməsi üçün cari ildə görüləcək işlər barədə danışıb.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək ötən il nazirlik və Karate-do Federasiyasının birgə təşkil etdiyi tədbirlərdən, yarışlardan bəhs edib.

Ceyhun MƏMMƏDOV

Qədim Yunanıstanda belə bir deyim olub: “Oxumağı və üzməyi bacarmayan şəxs həyata ən az uyğunlaşmış insandır”. Üzgüçülük son    iki əsrə kimi idman növü hesab edilməyib. Yalnız XIX əsrin ikinci yarısından sonra bəzi ölkələrdə bu sahə idman növü kimi tanınmağa başlamış, turnirlər, yarışlar keçirilmiş və insanlar arasında sevilmişdir. 

Hansı yaşda bu növə başlamaq lazımdır?

Ən əvvəl qeyd edək ki, yaxşı üzgüçü olmaq üçün ahəngdar fiziki inkişafa nail olmaq vacibdir. Təkcə suda deyil, quruda da müntəzəm olaraq fiziki məşqlərlə məşğul olmaq insanı peşəkar üzgüçü edə bilər. Ümumiyyətlə, üzgüçülüyün dörd əsas üsulu var: sərbəst üsul, arxası üstə, brass və delfin (batterfilay).
Bunlar arasında ən geniş yayılanı – sürətlisi sərbəst üsuldur. Sərbəst üsulda üzgüçü növbəli şəkildə əlləri ilə suda üfüqi istiqamətdə avar çəkməklə və ayaqları ilə suya şaquli istiqamətdə elastik zərbələr vurmaqla irəliləyir. Başını yana çevirərkən üzgüçü başını çevirdiyi tərəfdəki əli ilə avarçəkməni bitirdiyi anda dərindən nəfəs alır, sonra üzünü suya salıb nəfəsini buraxır. Üzgüçülüyün sürətcə ikinci yerdə olan üsulu delfin üsuludur. Sərbəst üsuldan fərqli olaraq, delfin üsulunda hər iki əllə eyni vaxtda avar çəkilir və bu zaman ayaq iki dəfə dalğavari hərəkət etdirilir.
Adətən, insanlar suda boğulmamaq üçün brass növündən istifadə edirlər. Bu üsulun hərəkətləri qurbağanın suda üzərkən etdiyi hərəkətlərə bənzəyir. 7-8 yaşına qədər olan uşaq özünü artıq suyun üzərində saxlamağı bacarırsa, bu yaşda üzgüçülüyün bütün üsullarının texnikasını öyrətmək daha asandır. 9-10 yaşlarında isə bu növlərdən hər hansı birində daha yaxşı bacarıq özünü göstərir. Arxası üstə isə insan üzərkən sürət nisbətən az olur, əllərin və ayaqların hərəkət sxemi isə sərbəst üsulda olduğu kimidir.
Üzgüçülüklə məşğul olmaq istəyən uşaqların bu idman növünə ən geci 11-12 yaşlarından başlamaları məsləhətdir. Təsadüfi deyil ki, dünya praktikasında artıq 14 yaşında üzgüçülük üzrə idman ustası olanlar belə, var. Üzmək estetik baxımdan bədənin düzgün inkişaf etməsinə zəmin yaradır, qolları, çiyinləri üzərkən yuxarı qaldırmaq sinə nahiyəsini inkişaf etdirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ağırlıqqaldırma üzrə klubun yetirməsi Tərmenxan Babayev ötən həftə Bakı şəhərində təşkil olunan yeniyetmələr arasında ağırlıqqaldırma üzrə ölkə birinci­liyində iştirak edib.
62 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırmada 85 kq, təkanla qaldırmada 102 kq və iki hərəkətin cəminə görə 187 kq qaldıraraq 14 rəqibini geridə qoymağı bacarıb və birinciliyin qalibi olub.
Bu, idmançımızın ilk uğuru deyil. Belə ki, Tərmenxan Babayev öz yaş qrupunda Azərbaycan çempionatında ən yüksək nəticəni göstərən və rekorda imza atan ağır atletdir. Məşqçi Şəfi Hüseynovun rəhbərliyi ilə məşqlərini davam etdirən 14 yaşlı idmançımız aprel ayının 22-də Türkiyənin Konya şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaq. Ölkə çempionu adını qazanan Tərmenxan Babayev avqust ayında isə İsveçdə keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək.

 Ceyhun Məmmədov

Ötən həftə Bakıda keçirilən Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının açıq birinciliyinə yekun vurulub. Hövsan Olimpiya-İdman Kompleksində keçirilən yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da mübarizə aparıblar. İki gün davam edən birincilikdə muxtar respublika idmançısı Yunis Hüseynəliyev uğurlu çıxışı ilə yadda qalıb. Belə ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yalnız həlledici görüşdə məğlubiyyətlə üzləşib və birinciliyi gümüş medalla başa vurub.
Yarışın sonunda idmançımıza təşkilatçılar tərəfindən diplom və hədiyyə təqdim olunub.

Ceyhun Məmmədov

Naxçıvanda keçirilən idman tədbirlərinin bir məqsədi var: muxtar respublikada bu sahəni inkişaf etdirmək və kütləviləşdirmək. İdman sahəsində ötən ayın ən əlamətdar hadisəsi olan  – fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Ali Məclis Sədrinin mövzu ilə bağlı verdiyi konkret tapşırıqlar bu sahənin inkişafına mühüm töhfələr verməkdədir. 

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı üçün qurulan infrastruktur, yaradılan şərait artıq öz bəhrələrini verməkdədir. Ötən aylarla müqayisədə geridə qoyduğumuz ay daha çox ölkə daxilində qazanılan uğurlarla yadda qaldı. Ümumiyyətlə, 2015-ci ilin ilk iki ayını “boks ayı” adlandırsaq, səhv etmərik. Naxçıvan boks tarixində yeni səhifənin yazıldığına “şahidlik” edən yanvar ayında olduğu kimi, fevralda da boksçularımız yenə ölkə rinqlərində rəqib tanımadıqlarını bir daha nümayiş etdirdilər. Belə ki, 15-21 fevral tarixlərində Bakı şəhərində gənclər arasında boks üzrə Azərbaycan birinciliyi keçirildi. Bu birincilikdə Naxçıvanı 8 dəri əlcək sahibi təmsil edirdi ki, onların da arasında bütün diqqətlər yanvar ayında kişilər arasında boks üzrə Azərbaycan çempionu olan və Avropa Oyunlarına vəsiqə qazanan Tayfur Əliyevə yönəlmişdi.

Ardını oxu...

2015-ci ilin 20-26 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən məh­dud fiziki imkanlılar arasında VII Fazza beynəlxalq turnirində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yetirməsi Hüseyn Həsənov uzunluğa tullanma yarışında qızıl medala layiq görülüb. Bu qələbə onun cari ilin oktyabr ayında Qətər Əmirliyində keçiriləcək paralimpiyaçılar arasında dünya çempionatında iştirakını təmin edib.
Məlumat üçün bildirək ki, paralimpiyaçımız beynəlxalq və ümumrespublika yarışlarında bir sıra uğurlara nail olub. Belə ki, Hüseyn Həsənov 2012-ci ilin sentyabr ayında keçirilən XIV London Yay Par­alimpiya Oyunlarında paralimpiyaçılar arasında uzununa tullanma yarışında 6,53 metrlik göstərici ilə üçüncü yer tutaraq bürünc medal qazanıb.

 Ceyhun Məmmədov

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında bədii qiraət müsabiqəsi keçirilib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqənin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların psixoloji vəziyyətlərinin yüksəldilməsindən və bu qrupdan olan istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.
Tədbiri Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov açaraq tədbirin keçirilməsi məqsədindən danışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəis əvəzi Fuad Səfər­ov, Gənclər Fondunun məsləhətçisi Qabil Vəliyev və Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək tədbirin mahiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.
Sonda münsiflər tərəfindən qaliblər müəyyən edilib. Münsiflərin qərarına əsasən, Turac Pənahlı birinci yerə layiq görülüb. Digər iki pillədə isə Fatma Babayeva və Nigar İmanova qərarlaşıblar. Nigar Quliyeva, Şübeyib Hüseyn­ov və Həsrət Abdullayev isə həvəsləndirici mükafatlara layiq görülüblər. Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Ceyhun Məmmədov

5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında keçirilən yüngül atletika üzrə ümumtəhsil məktəblərinin komandaları arasında Naxçıvan Muxtar Respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 160 atlet çıxış edib.
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən yarışın yekun nəticəsinə əsasən, “Naxçıvan” komandası bütün rəqiblərini geridə qoyaraq qalib adını qazanıb. “Sədərək” komandası ikinci, “Culfa” məktəbliləri isə üçüncü olublar.

Dünən 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Güləş Federasiyasının birgə təşkil etdiyi turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov son illər muxtar respublikada bu sahənin geniş yayıldığını, gənclər arasında kütləvi hal aldığını iştirakçıların diqqətinə çatdırıb. Sonra federasiyanın sədr müavini Yaşar Səfərov çıxış edərək Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idmançıları təbrik edib və onlara uğurlar arzulayıb.
İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışda 10 çəki dərəcəsində 80-dən çox idmançı tatami üzərində qüvvəsini sınayıb. Yekun nəticəyə əsasən, Asif Məmmədov (35 kq), Hüseyn Rzayev (38 kq), Vüqar Allahverdiyev (42 kq), Sadiq Sadiqli (46 kq), Elnar İmanov (50 kq), Samir Əsgərov (55 kq), Eynulla Vəliyev (60 kq), Uğur Nəcəfov (66 kq), Ruslan Babayev (73 kq) və Sultan Elmanlı (+73 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.

Ceyhun MƏMMƏDOV

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Naxçıvan” Universitetində tələbə qızlar arasında şahmat yarışı keçirilib. Yarışdan əvvəl universitetin bədən tərbiyəsi və idman rəhbəri Elşad Əliyev çıxış edərək muxtar respublikada qadınlara göstərilən qayğıdan danışıb, iştirakçılara uğurlar arzulayıb.
Sonra yarışa start verilib.
Yarışın nəticələrinə əsasən, Pedaqoji fakültənin I kurs tələbəsi Xəriban Əsədova birinci, İqtisadiyyat fakültəsinin I kurs tələbəsi Səbinə Kürdova ikinci, Pedaqoji fakültənin II kurs tələbəsi Şövkət Musayeva isə üçüncü yerlərə layiq görülüblər.
Sonda qaliblərə hədiyyələr təqdim olunub.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

Naxçıvan idmançılarının beynəlxalq arenalarda qazandığı uğurlar gündən-günə artmaqdadır. Ötən həftə İran İslam Respublikasının Urmiya şəhərində kikboks üzrə peşəkarlar arasında beynəlxalq turnir başa çatıb. Adıçəkilən turnirdə 70 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavidan Rəcəbli bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək zirvəsinə qalxıb. Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının idmançısı diplom, medal və kubokla təltif olunub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Babək və Ordubad rayon komandaları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib. Görüşdən öncə çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov və Voleybol Federasiyasının sədr müavini Aydın Mirzəyev son illər muxtar respublikada idmanın inkişafından danışdılar. İdmançıları 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edən təşkilatçılar onlara uğurlar arzuladılar.
Görüşə gəlincə, daha üstün oyun sərgiləyən Ordubad voleybolçuları babəkli həmkarlarını 3:1 hesabı ilə məğlub etməyi bacarıblar.
Sonda təşkilatçılar tərəfindən voleybolçulara diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

    Ulu öndər Heydər Əlİyеv: Əhalinin fiziki sağlamlığının qorunub saxlanılmasında və möhkəmləndirilməsində, gənc nəslin daha sağlam və güclü olmasında idmanın müstəsna rolu vardır.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.
    Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində idmanın inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. 1994-cü ildə ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması ilə bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə başlanılmışdır. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmişdir. Ümummilli lider   Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən yeni mərhələyə qədəm qoymuşdur. 1997-ci il iyul ayının 31-də cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra respublikada idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmış, Azərbaycan beynəlxalq miqyasda idman ölkəsi kimi tanınmışdır. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi də bu sahəyə yüksək diqqət və qayğı ilə yanaşmışdır.

İdmana və idmançılara qayğı göstərilməsi, yeni olimpiya-idman komplekslərinin və digər idman obyektlərinin tikilməsi bu sahənin hərtərəfli inkişafına təkan vermişdir. Həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycanda idman özünün ən yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. 2009-cu ildə qəbul edilən “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda idmanın inkişafı sahəsində fəaliyyətin təşkilati-hüquqi əsasları, eləcə də dövlət siyasətinin konkret istiqamətləri öz əksini tapmışdır. Eyni zamanda ölkəmizdə idmanın ayrı-ayrı növlərinin inkişafına dair dövlət proqramları qəbul edilmişdir. Nəticədə, Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının təşkilatçısına çevrilmişdir. 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinin qərara alınması da Azərbaycanın dünyadakı yüksək idman nüfuzundan xəbər verir. Ölkə Prezidentinin dediyi kimi: “Azərbaycanda idman ən yüksək səviyyədədir. Biz haqlı olaraq dünyada idman dövləti kimi tanınırıq. Azərbaycanın idman uğurları bütün dünya tərəfindən yüksək qiymətləndirilir”.

Ardını oxu...

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Hava və  Ekstremal  İdman  Növləri  Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart  – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Naxçıvan şəhərindəki ümumtəhsil məktəblərinin şagirdləri arasında velosiped yürüşü üzrə şəhər birinciliyi keçirilib. Məktəbli oğlan və qızların mübarizə apardığı yarışda qızlar arasında 9 nömrəli tam orta məktəbin şagirdi Zülfiyyə Mehdiyeva birinci, 14 və 12 nömrəli tam orta məktəblərin şagirdləri Aysun Əliyeva ilə Nurtac Mirzəli ikinci və üçüncü yerləri bölüşüblər. Oğlanlar arasındakı yarışda isə 15 nömrəli tam orta məktəbin şagirdi Vüsal Məmməd­ov birinci, 17 və 6 nömrəli tam orta məktəblərin şagirdləri Ələkbər Talıbov və İmran Həsənov ikinci, üçüncü yerlərə layiq görülüblər.

Ceyhun Məmmədov

    Dünən Nehrəm kənd 1 nömrəli tam orta məktəbin idman zalında 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Babək rayon və Naxçıvan şəhər komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
    Görüşdə daha üstün oyun sərgiləyən naxçıvanlı basketbolçular meydanı 50:31 hesablı qələbə ilə tərk ediblər.
    Sonda federasiya tərəfindən fərqlənən idmançılara kubok və diplomlar təqdim olunub.

Ceyhun Məmmədov

   Dünən Naxçıvan Şahmat Mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş Naxçıvan şəhər məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi birincilikdə 16 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. Hər komandanın heyəti isə 4 oğlan və 2 qız şahmatçı olmaqla, 6 nəfərdən ibarət idi. Yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Təhsil Şöbəsinin nümayəndəsi Ruslan Qurbanov və Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bayram münasibətilə bütün idmançıları təbrik edib, onlara uğurlar arzulayıblar. Şahmat Mərkəzinin direktoru Emin Hacıyev isə zəka sahiblərinə yarışın qaydaları haqda məlumat verib.
    Yekun nəticəyə əsasən, 8 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Digər iki pillədə isə 14 və 5 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.

Ceyhun Məmmədov

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şərq Döyüşü Sənəti Federasiyasının birgə təşkil etdiyi uşaq və yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
    5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş yarışda çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, federasiyanın sədr müavini Cavanşir Salayev keçirilən tədbirin mahiyyəti və qaydaları haqda məlumat veriblər.
    Federasiyanın tərkibində fəaliyyət göstərən klubların işinin təkmilləşdirilməsi, kikboksinq idman növünü uşaq və yeniyetmələr arasında təbliğ etmək, həmçinin idmançıların dərəcə və döyüş təcrübəsini artırmaq məqsədilə iki gün davam edən yarışda 80-dən çox idmançı 14 çəki dərəcəsində qüvvəsini sınayıb. İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın yekun nəticəsinə əsasən, Şəmsəddin Əliyev (20 kq), Röyal Fərəcli (24 kq), Ümid Bayramov (27 kq), İsmayıl Yaqubov (34 kq), Anar Tarverdiyev (36 kq), Əmrah Abdullayev (39 kq), Sənan Əliyev (42 kq), Elvin Bayramov (45 kq), Fərman Rzayev (48 kq), İdrak İmanov (51 kq), Əbülfəz Rəcəbli (54 kq), Kərim Babayev (57 kq), Araz Hüseynzadə (60 kq) və Əbülfəz Əliyev (63,5 kq) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıblar.

Ceyhun MƏMMƏDOV

    Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların iştirakı ilə xalq-uşaq oyunlarından ibarət əyləncəli yarış keçirilib.
    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın əsas məqsədi xalq-uşaq oyunlarının təbliğ edilməsi, uşaqların bu oyunlara olan marağını artırmaqla onlar arasında idmanın kütləviliyinə nail olunması və bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.
    Cəldlik, çeviklik və bacarıq tələb edən bu yarışda sağlamlıq imkanları məhdud 16 uşaq 4 komandanın heyətində iştirak edib. Onlar “Aradaqalma”, “Çiləmə”, “Xoruz-xoruz”, “İpüstü”, “Kəndirdartma”, “Torba içində tullanmaq”, “Hoppana-hoppana”, “Siçan-pişik” adlı oyunlarda qüvvələrini sınayıblar. Yarışın qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilib və onlara Paralimpiya Federasiyasının hədiyyələri təqdim olunub.


Ceyhun MƏMMƏDOV

    İnsan sağlamlığına və həyat tərzinə çox güclü təsiri olan idman hələ qədim dövrdən bir mədəni inkişaf tələbi kimi yaranıb genişlənmişdir. Keçmişdəki olimpiya oyunlarından da əvvəl türk xalqlarının adət-ənənəsində möhkəm yer tutmuş müxtəlif oyunların – güləş, küştü, çövkən, at sürmək, biləkqatlama yarışlarının qalibləri güclü və çevik insanlar kimi seçilmişlər.
    İndi də müxtəlif oyunlarda və yarışlarda öz qüvvəsini sınayanların belə qələbələri təkcə qalib idmançıların deyil, həm də onların uğurlarına sevinən minlərlə azarkeşin, onları yetişdirən idman məktəblərinin və bunların ərsəyə gəlməsinə öz qayğısını göstərənlərin birgə qazancıdır. Bu qazanc isə sağlam düşüncəli, iti zəkalı, qorxmaz, cəsur və vətənpərvər gənclikdir.
    İdmana maraq hamıda vardır. Hələ kiçik yaşlarından məhəllə oyunlarında seçilən uşaqlar düzgün yönləndirildikdə gələcəyin usta idmançılarına çevrilirlər. İdman kütləviləşdikcə belə ulduzların da parlaması imkanları artır. Beləliklə, idman sağlamlığa və insan rifahına töhfə verməklə yanaşı, idmançıya, onun vətəninə böyük şöhrət gətirir.
    Bununla bərabər, idman mühüm iqtisadi göstəricilərlə ifadə olunan bir sahədir. İdman infrastrukturunun yaradılmasına, yarışların keçirilməsinə, reklam-sponsorluq fəaliyyətinə çəkilən xərclər, qalib komandalara və idmançılara verilən kubok və mükafatlar, ölkəsindən xaricdə müqavilə ilə çıxış edən idmançıların aldıqları iriməbləğli qonorarlar və digər gəlirlər dünyada milyard dollarlarla ölçülən bir həcmdə idman iqtisadiyyatını formalaşdırır. Bu da, öz növbəsində, zəncirvari qaydada özünün geniş imkanları ilə bir çox xidmət və istehsal sahələrinə də təsiretmə gücünə malikdir. Ona görə də idman və sağlamlığın qorunması sahəsində çəkilən xərclər gec-tez öz bəhrəsini verir.

Ardını oxu...

Şərur rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Şərur və Sədərək rayon komandaları arasında boks üzrə yoldaşlıq görüşü keçirilib.
Rayon Gənclər və İdman idarələrinin birgə təşkil etdiyi görüşdə 13 çəki dərəcəsində 50-dən çox dəri əlcək sahibi qüvvəsini sınayıb.
Görüşdən öncə çıxış edən Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov muxtar respublikada idmana və idmançılara göstərilən qayğıdan danışıb və hər iki komandanın boksçularına uğurlar arzulayıb.
Sonra çıxış edən Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev bildirib ki, belə görüşləri keçirməkdə əsas məqsəd istedadlı boksçuları üzə çıxarmaq və onları Naxçıvan yığmasına cəlb etməkdir.
Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə şərurlu boksçular sədərəkli həmkarlarını 8:5 hesabı ilə məğlub etməyi bacarıblar. Sonda idmançılara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına əsasən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yüngül Atletika Federasiyası və Naxçıvan Şəhər Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şəhər ümumtəhsil məktəblərinin komandaları arasında yüngül atletika üzrə şəhər birinciliyi keçirilib. 100, 200, 400, 800, 1500 metr məsafələr üzrə keçirilən yarışda qızlar və oğlanlar birincilik uğrunda mübarizə aparıblar. Yekun nəticəyə əsasən, 9 nömrəli tam orta məktəbin komandası qalib adını qazanıb. Digər iki pillədə isə 16 və 3 nömrəli tam orta məktəblərin komandaları qərarlaşıblar.
Sonda təşkilatçılar tərəfindən qalib komandaların idmançılarına diplomlar və hədiyyələr təqdim olunub.

 Ceyhun MƏMMƏDOV

21 fevral 2015-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası istiqamətində fiziki imkanları məhdud uşaqlar üçün bədii gimnastika bölməsi fəaliyyətə başlayıb.
Məşqlərin ilk günündə uşaqların bu idman növünə marağı diqqətdən yayınmayıb. Azərbaycan Respublikasının idman ustası, məşqçi-müəllim Humay Qafarovanın rəhbərliyi ilə keçirilən ilk məşqdə 12 fiziki imkanları məhdud uşaq iştirak edib. Məşqçi-müəllim bizimlə söhbətində vurğuladı ki, bu qrupa müraciət edənlərin sayının çoxluğu səbəbindən qarşıdakı günlərdə daha bir qrupun fəaliyyətə başlayacağı gözlənilir.
Qeyd edək ki, bədii gimnastika idman növü üçün xüsusi zal ayrılıb. Naxçıvan Muxtar Respublika Stadionunun inzabati binasında yerləşən zalda artıq 50-dən çox 3-11 yaşlı qızlar gimnastikanın bu növü ilə məşğul olurlar.

 Ceyhun Məmmədov

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının hesabat yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə federasiyanın sədri Mahir Əliyev açaraq qeyd edib ki, geridə qoyduğumuz ildə Basketbol Federasiyası tədbirlər planına uyğun olaraq, bu idman növünün muxtar respublikada kütləvi hal alması, gənc­lər arasında təbliğ olunması üçün müəyyən işlər görüb. Muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur, Sədərək rayonlarında və Naxçıvan şəhərində üç yaş qrupundan ibarət olmaqla, 9 oğlan qrupu fəaliyyət göstərir. Qeyd olunan qruplarda məşqlər aparmaq, lazımi nəticələr əldə etmək məqsədilə rayon və şəhər komandalarına məşqçi-müəllimlər təyin olunub, məşqçi-müəllimlər və idmançılar idman formaları və basketbol topları ilə təmin edilib. Hazırda fəaliyyət göstərən bu qruplarda 150-dən artıq idmançı basketbolla məşğul olur.
Basketbol Federasiyasının sədri fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda keçirilən müşavirədə federasiyanın qarşısına qoyulan vəzifələr və onların yerinə yetirilməsi üçün cari ildə görüləcək işlər barədə məlumat verib.
Sonra Naxçıvan Mux­tar Respublikası Gənclər və İdman Nazir­liyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxış edərək ötən il nazirlik və Basketbol Federasiyasının birgə təşkil etdiyi tədbirlərdən danışıb.

Ardını oxu...

Dünən Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında Duzdağ yolunda Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş 3 kilometr məsafəyə kross qaçışı üzrə Naxçıvan şəhər turniri keçirilib.
Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi turnirin açılışından öncə Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açıq elan edərək Xocalı faciəsi barədə idmançılara ətraflı məlumat verib.
Yüngül Atletika Federasiyasının sədr müavini İntiqam Rəhimov iştirakçılara uğurlar arzulayıb.
100-dən çox kursantın mübarizə apardığı turnirdə ilk üç pilləni Əkbər Rəhimov, Bürhan Tağıyev və Tuncay İmanov tutublar.
Fərqlənən kursantlar Yüngül Atletika Federasiyasının hədiyyələri və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə Babək rayon birinciliyi keçirilib.
Nehrəm kənd 3 nömrəli tam orta məktəbdə keçirilən yarışda rayonun Nehrəm, Payız, Qaraqala, Zeynəddin, Şıxmahmud və Cəhri kənd məktəblilərindən ibarət komandalar birincilik uğrunda mübarizə aparıblar. Babək Rayon Uşaq-gənclər idman məktəbinin təşkilatçılığı ilə keçirilən yarış Xocalıda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Babək Rayon Uşaq-gənclər idman məktəbinin direktoru Füzuli Salmanlı tədbiri açaraq Xocalı faciəsi barədə danışıb. Yarışın qaydaları haqqında idmançılara məlumat verən Füzuli Salmanlı onlara uğurlar arzulayıb.
15 kiloqram çəki dərəcəsində 120-dən çox idmançının iştirak etdiyi birincilikdə Şıxmahmud kənd məktəbliləri IV, Cəhri kənd məktəbliləri III, Zeynəddin kənd məktəbliləri II, Nehrəm kənd məktəblilərinin komandası isə I yerlərə layiq görülüblər.
Sonda qalib komandalar Babək Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər idman məktəbinin diplomları ilə təltif ediliblər.

 Ceyhun MƏMMƏDOV

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədən sonra muxtar respublikada fəaliyyət göstərən federasiyalarda verilən tapşı­rıqlarla bağlı iclaslar təşkil olunub. İlk belə toplantı Güləş və Boks federasiyalarında keçirilib. İclaslarda çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, federasiyaların sədr müavinləri Yaşar Səfərov və Məmmədcəfər Əliyev bu idman növlərinin inkişafı üçün gələcəkdə görüləcək işlər barədə məlumat veriblər. Bu cür tədbirlər Hava və Ekstremal İdman Növləri, Şahmat və Futbol federasiyalarında da təşkil olunub.
Analoji yığıncaqların həftə ərzində bütün federasiyalarda keçirilməsi gözlənilir.

Ceyhun MƏMMƏDOV

Ötən həftə start verilən boks üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Ölkənin ən güclü dəri əlcək sahiblərinin mübarizəsində naxçıvanlı boksçular da qüvvələrini sınayıblar.
Hövsan Olimpiya-İdman Kom­pleksində keçirilən birincilikdə bütün diqqətlər ötən ay kişilər arasında keçirilən ölkə çempionatının qalibi olan və Avropa Oyunlarına vəsiqə qazanan Tayfur Əliyevə yönəlmişdi. Bu dəfə 56 deyil, 60 kiloqram çəki dərəcəsində rinqə çıxan dəri əlcək sahibimiz hakimlərin “səyləri” nəticəsində həlledici qarşılaşmada məğlub olub, daha dəqiq desək, rəqibinə bütün səylər qarşılığında uduzdurulub. Belə ki, həlledici qarşılaşmaya kimi 4 rəqibini açıq üstünlüklə məğlub edən Tayfur Əliyev finalda “Rabitə” klubunun idmançısı Elməddin İsmayılovla üz-üzə gəlib. Görüşün ilk raundunda rəqibini naqdaun vəziyyətinə salan boksçumuz ikinci raundda da tam üstün mübarizə nümayiş etdirməsinə və rəqibin xəbərdarlıq almasına baxmayaraq, hakimlərin “qərarı” rəqibin lehinə olub. Bununla kifayətlənməyən “ədalət” təmsilçiləri üçüncü raundda Tayfur Əliyevin zərbəsindən sonra Elməddin İsmayılovun düşən kapasına (dişliyinə) belə, göz yumublar. Nəticədə, uduzdurulan boksçumuz gənclər arasında keçirilən ölkə birinciliyini gümüş medalla başa vurub. Həmyerlimiz bu birinciliyi qızıl medalla başa vuracağı təqdirdə Azərbaycan boks tarixində bir ilkə imza atacaqdı ki, hakimlər buna “imkan yaratmadılar”.

Ardını oxu...

İnsanın hər bir hiss və həyəcanı bədənin müəyyən hərəkəti ilə müşayiət olunur. Bu hərəkəti ifadə etməklə qarşındakı fərddə təşviş, həyəcan yaratmaq mümkündür. Fransız pedaqoq Fransua Delsart hərəkət vərdişləri nəzəriyyəsini hazırlayarkən kütləvi gimnastika çıxışlarının da əsasını qoymuş oldu. Düzdür, o zamanlar sərbəst plastika hərəkətlərinin üzərində qurulmuş rəqslər və improvizasiyalar müasir bədii gimnastikadan bir qədər fərqli idi. Lakin prinsipcə və ideyaca eyni olan bir idman növünün yaranışı məhz bundan başlayır.

Bir idman növü kimi XIX əsrdə formalaşmağa başlayan bədii gimnastika dinamik təmrinlərin, əzələ dartılması və boşalması təmrinlərinin, rəqs addımlarının, müxtəlif əşyalarla (top, halqa, toppuz, lent) tapşırıqların yerinə yetirilməsidir. Eyni zamanda bu təmrinlər elastiklik, çeviklik, gözəl bədən quruluşu, cəlbedici və əsrarəngiz hərəkətlərin meydana gəlməsinə də şərait yaradır.

Ardını oxu...

Naxçıvan şəhərindəki İslam Hümbətov adına Uşaq-gənc­lər idman məktəbində 26 fevral – Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş yeniyetmələr (1998-2000-ci illər təvəllüdlü) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarış Xocalıda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov tədbiri açaraq Xocalı faciəsi barədə idmançılara məlumat verib. Məktəbin direktoru Yaşar Səfərov yarışın qaydaları haqqında idmançıları məlumatlandırıb və uğurlar arzulayıb.

Ardını oxu...

Gömrükçülər arasında idmanın stolüstü tennis növü üzrə turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 23-cü ildönümünə həsr olunan yarışda gömrük orqanlarından 24 tennisçi qüvvəsini sınayıb.
Gömrükçülərin fiziki sağlamlığını qorumaq, onlar arasında idmanın bu növünü təbliğ etmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və ən güclü tennisçiləri müəyyənləşdirmək məqsədilə təşkil olunan turnir iki gün davam edib.
Püşkatmanın nəticələrinə görə, baş tutan duellərdən sonra hər yarımqrupdan 4 idmançı növbəti mərhələyə vəsiqəni təmin edib.
Həlledici qarşılaşmada Roman Məmmədovla (Sədərək Gömrük İdarəsi) Bilal Nağıyev (Şahtaxtı Gömrük İdarəsi) üz-üzə gəlib. İlk setdə qalib gələn B.Nağıyev uğurun davamını gətirə bilmədiyindən beşinci setin oynanılmasına ehtiyac qalmayıb. Beləliklə, son çempion Roman Məmmədov bu titulu əlində saxlamağa müvəffəq olub.
Üçüncülük uğrunda qarşılaşmada isə Vəli Əliyev (komitə) Vüsal Həsənovu (Naxçıvan Şəhər Gömrük İdarəsi) eyni hesabla üstələyib – 3:1.
Qaliblər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

Gənc idmançının püxtələşməsi üçün müəyyən mərhələlərdən keçməsi şərtdir. Bu mərhələnin sonrakı dövrlərdə inkişaf etdirməklə davamı onu peşəkar idmançı kimi formalaşdıracaq. Bununla yanaşı, peşəkar idmançı olmaq üçün, ilk növbədə, nəyə riayət etmək lazımdır? Alimlərin apardığı tədqiqatlardan sonra məlum olub ki, idmançı mütəmadi məşqdən vacib qidalanmasına fikir verməlidir. Əks təqdirdə, onun uzun müddət məşq prosesində əldə etdiyi güc, qüvvə hədər olacaq. Yarışlara hazırlıq və ələlxüsus, yarış zamanı qidalanmanın düzgün təşkili yarışlarda uğurlu çıxışın əsası sayılır.

Ardını oxu...

Ötən həftə Bakı şəhərində keçirilən Daxili İşlər Nazirliyinin (DİN) güc çoxnövçülüyü üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Ölkənin DİN “İdman” cəmiyyətləri idmançılarının mübarizə apardığı birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da iştirak ediblər. Yeddi idmançı ilə paytaxta yollanan qanun keşikçisi idmançılar 8 medal qazanıblar. Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinin rəisi, polis polkovniki Cavanşir Salayevin verdiyi məlumata görə, ən uğurlu nəticəni +90 kiloqram çəki dərəcəsində Emil Əsədov qazanıb. O, ağırlıqqaldırmada bütün rəqiblərini geridə qoyub və qalib adına layiq görülüb. Bu növdə Rəşad Həsənov (65 kq), Elvin Eyvazov (70 kq), Orxan Babayev (75 kq), İlkin Məmmədov (80 kq) ikinci, Cavanşir Yaqubov (85 kq) isə üçüncü olub. +90 kiloqram çəki dərəcəsində Əli Quliyev armrestlinq (qol gücü) yarışında üçüncülüklə kifayətlənib.
70 kiloqram çəki dərəcəsində gümüş medal qazanan Elvin Eyvazov həm də qol gücü yarışında bürünc medal mükafatçısı olub.
Sonda mükafatçılara diplom və medallar təqdim edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “İdman” Cəmiyyətinə idmançıların uğurlu çıxışına görə xüsusi diplom verilib.

Ceyhun MƏMMƏDOV

Ötən həftə Bakı şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Azərbaycan çempionatına yekun vurulub. Cari ilə uğurla başlayan Naxçıvan boksçuları bu yarışda da mükafatçılar sırasındadırlar. Belə ki, ölkə paytaxtına 2 dəri əlcək sahibi ilə yollanan komandamızın heyətində hər iki idmançımız medal qazanmağa müvəffəq olub. 57 kiloqram çəki dərəcəsində Nihad Quliyev yarımfinal mərhələsinə kimi 2 rəqibini rinqdə məğlub etməyi bacarıb. O, həlledici görüşə vəsiqə qazanmaq üçün çıxdığı döyüşdə “Rabitə” İdman Klubunun təmsilçisinə məğlub olub və bürünc medalla kifayətlənib. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Toğrul İsmayıllının da qazandığı medalın əyarı bürünc olub.
Mükafat qazanan idmançılarımıza diplom və medallar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı hər keçən ay daha geniş vüsət alır və bu inkişaf qazanılan uğurlarda özünü göstərməkdədir. Artıq muxtar respublikanın şəhər və rayonlarında bu sahənin kütləviləşməsi üçün müəyyən addımlar atılır, uşaqlar, yeniyetmə və gənclər idmana cəlb olunur, yeni-yeni idman obyektləri istifadəyə verilir. Uğurlu idman siyasətinin nəticəsi olaraq, Naxçıvan bir çox beynəlxalq turnirlərə ev sahibliyi etməklə yanaşı, həm də digər ölkələrin idman ictimaiyyəti ilə tərəfdaşlıq edir. Təbii ki, bu, muxtar respublika rəhbərinin idmana və idmançılara göstərdiyi qayğı və diqqətin nəticəsidir.

Özünü isbat etmiş teorem

2015-ci ilin ilk ayı Naxçıvanda keçirilən yarışlar, turnirlər bir daha bunu sübut edir ki, muxtar respublika idmanı gündən-günə inkişaf etməkdədir və qazanılan uğurlar naxçıvanlı gənclərin də idmana nə dərəcədə bağlı olduqlarını göstərir. Yanvar ayında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, həmçinin muxtar respublikanın şəhər və rayon Gənclər və İdman idarələri tədbirlər planına əsasən, idmanın kütləviliyi və insanların bu sahəyə cəlb edilməsi üçün bir çox yarışlar, turnirlər və tədbirlər təşkil edib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində 2 fevral – Gənclər Günü münasibətilə şahmat üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi ilə Şahmat Mərkəzinin birgə təşkil etdiyi yarışın açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov Gənclər Günü haqqında geniş məlumat verib. Sonra Şahmat Mərkəzinin direktoru Emin Hacıyev çıxış edərək yarışın qaydaları haqda məlumat verib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Reqlamentə əsasən, yarış 6 yaş qrupunda İsveçrə sistemi üzrə keçirilib və 7 turdan ibarət olub. Birincilik uğrunda isə 80-ə yaxın zəka sahibi qüvvəsini sınayıb. Nəticəyə əsasən, oğlanlar arasında Amil Rzalı (8 yaş), Vahid Həsənli (10 yaş), Rasim Hüseynov (11 yaş), Renal Hacıyev (12 yaş), qızlar arasında isə Nazlı Hümbətova (10 yaş) və İlkanə Allahverdiyeva (12 yaş) bütün rəqiblərini məğlub edərək qalib adını qazanıblar.
Sonda hər yaş qrupunda uğur qazanan zəka sahiblərinə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Şahbuz Rayon Gənclər və İdman İdarəsi ilə Təhsil Şöbəsinin birgə təşkil etdiyi ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şən startlar” əyləncəli idman oyununa yekun vurulub. 2 fevral – Gənclər Gününə həsr olunmuş idman oyunu Sələsüz kənd tam orta məktəbinin idman zalında keçirilib və 9 mərhələdən ibarət olub.
Nəticəyə əsasən, Sələsüz kənd tam orta məktəbinin “Qartal” komandası birinci yerə layiq görülüb. Badamlı qəsəbə tam orta məktəbinin “Şahin” komandası ikinci, həmin məktəbin “Cəsur” komandası isə üçüncü olub. Yarışın sonunda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

 Ceyhun MƏMMƏDOV

Ordubad rayonunda 2 fevral – Gənclər Gününə həsr olunmuş 12 yaşadək şahmatçılar arasında rayon birinciliyi keçirilib.
Ordubad Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 20 məktəbin 70 şagirdi iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarışda 9 yaşlı Zərrin Məmmədli qızlar arasında ən yaxşı nəticə göstərərək qalib adını qazanıb. Oğlanlar arasında isə hamını üstələyən 8 yaşlı Seyid Hüseyn qalib olub.
Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi və “Gənc­lərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyunu keçirilib. İntellektual oyunun keçirilməsində məqsəd bu cür bilik yarışlarının kütləviliyini təmin etmək, Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğini, yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtın səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Oyunda muxtar respublikanın şəhər və rayonlarından 12 komanda iştirak edib. Gərgin keçən mübarizə nəticəsində finala “Batabat”, “Zirvə”, “Simurq” və “İstedad” komandaları vəsiqə qazanıblar. Nəticəyə əsasən, “Zirvə” komandası ən yüksək xal toplayaraq qalib adını qazanıb. “Batabat” komandası ikinci, “İstedad” komandası isə üçüncü yerlərə layiq görülüb.
Sonda qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV

“Bakı-2015” Avropa Oyunlarının tanıtımı məqsədilə Naxçıvan Muxtar Respublikasında olan “Bakı-2015” Avropa Oyunlarının Əməliy­yat Komitəsinin üzvləri dünən tanıtım kampaniyasına yekun vurub. Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonlarında tədbirlər keçirən əməliyyat komitəsinin üzvləri son olaraq Ordubad, Culfa, Şahbuz və Babək rayonlarında görüşlər təşkil ediblər. Komitə üzvləri idman federasiyalarının bu rayonlarda fəaliyyət göstərən idman bölmələri ilə tanış olublar. Keçirilən tədbirlərdə idmançılara və müəllimlərə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib, tədbir iştirakçılarına “Bakı-2015” Avropa Oyunları haqqında geniş məlumatlar verilib, “Bakı-2015” Avropa Oyunlarının atributları əks olunan çanta və papaqlar idmançılara hədiyyə edilib.
Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri sonuncu gün “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Möminə xatın türbəsini ziyarət edib, Batabat yaylağını gəziblər.

Xəbərlər şöbəsi

Azərbaycanda idmanın bir çox növlərinin yaranma tarixi çox-çox qədimlərə gedib çıxır. Qədim yazılı abidələrə, ədəbi-tarixi mənbələrə, folklor, eləcə də orta əsr bədii yaradıcılıq nümunələrinə söykənərək demək olar ki, qədim Azərbaycanda güləş, oxatma, qılıncoynatma, nizəatma, atçapma, çovqan, sürpapaq, baharbənd, daşqaldırma, miloynatma, şahmat və digər idman növləri geniş yayılmışdır. Bu idman növləri zaman keçdikcə daha da püxtələşərək professional idman növlərinə çevrilmişdir. Təbii ki, bu prosesdə dövlətin idmanın inkişafına qayğısını xüsusi qeyd etmək lazımdır. Xüsusilə bu sahənin gənclər arasında geniş yayılması idmanın kütləviləşməsi üçün əsas nüanslardan biridir.

Artan maraq

İdman sahəsində uğur qazanmaq, gələcək karyerasını peşəkar səviyyədə qurmaq istəyən yeniyetmə və gənclər məşğul olmaq istədikləri idman növünə müəyyən olunmuş yaşlardan başlamalıdırlar. Bunun üçün də onları bu sahəyə həvəsləndirmək əsas şərtdir. Bəs uşaqları idmana həvəsləndirmək, bu sahəyə marağı artırmaq üçün hansı yollardan istifadə etmək lazımdır?

Ardını oxu...

Artıq üç gündür ki, “Bakı-2015” Avropa Oyunlarının tanıtımı məqsədilə Naxçıvan Muxtar Respublikasında olan “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin üzvləri dünən növbəti tanıtım tədbirini həyata keçirib. Bu dəfə komitə üzvləri muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının idmançıları və müəllimləri ilə görüş təşkil ediblər. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən tədbirdə əvvəlcə Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş etdirilib və tədbir iştirakçılarına “Bakı-2015” Avropa Oyunları haqqında geniş məlumat verilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR