22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika çempionatına start verilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən çempionatın ilk oyunundan öncə Dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edən Basketbol Federasiyasının sədri Mahir Əliyev son illər muxtar respublika idmanına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə federasiyaların qarşısına qoyulan tapşırıqlara müvafiq olaraq, bu gün Basketbol Federasiyası bu idman növünün inkişafı, gənclər arasında kütləvi hal alması üçün muxtar respublika çempionatına start verir. Bununla yanaşı, qarşıdakı aylarda federasiya tədbirlər planına uyğun olaraq müəyyən yarışlar, turnirlər də təşkil edəcək.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov isə çıxışında bu çempionatın maraqlı keçəcəyini və nazirliyin federasiya ilə birgə daha bir neçə turnir təşkil edəcəyini iştirakçıların diqqətinə çatdırdı.

Çempionatın keçirilməsində əsas məqsəd muxtar respublikada basketbol idman növünü daha geniş inkişaf etdirmək, müasir basketbol sisteminə keçmək və basketbol üzrə yığma komandanı müəyyən edib Azərbaycan çempionatında iştirak etməkdir. Dünən start verilən çempionat iki dövrədən ibarət olacaq və ilk dövrəyə iyunun 8-də yekun vurulacaq. Çempionatın ikinci dövrəsi isə 27 sentyabr-27 dekabr tarixləri arasında keçiriləcək.
Basketbol üzrə muxtar respublika çempionatının ilk oyununda “Naxçıvan” komandası İlham Əliyev adına Olimpiya-İdman Kompleksində “Babək” komandasını qəbul edib. Daha üstün oyun sərgiləyən “Naxçıvan” komandası rəqibini məğlub etməyi bacarıb – 53:25.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR