23 Dekabr 2024, Bazar ertəsi

Dekabrın 13-də Şahbuz şəhərindəki “Araz” kinoteatrında Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan müəssisələrin gəncləri üçün “Muzeylər mədəni irsimizdir” mövzusunda mühazirə oxunub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yaradıcı gənclərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə açıb. Bildirib ki, Azərbaycanda muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olub. O həmçinin mədəni irs, musiqi ­tariximizlə bağlı keçirilən tədbirlərin əhəmiyyətindən də danışıb.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov “Muzeylər mədəni irsimizdir” mövzusunda çıxış edərək bildirib ki, belə mədəniyyət müəssisələri tarixi həqiqətləri təcəssüm etdirir, mədəni irsi qoruyur, tədqiq və təbliğ edir.
Qeyd edilib ki, muxtar respublikamızda muzey işinin 100 ilə yaxın tarixi vardır.
Çıxışda muxtar respublikamızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində ­görülən işlərdən də geniş söhbət açılıb.

Əli RZAYEV

Bu gün mədəniyyət və incəsənət muxtar respublikamızda, demək olar ki, sözün əsl mənasında, özünün tərəqqi dövrünü yaşayır. Tez-tez müxtəlif mədəniyyət müəssisələri tərəfindən konsertlər, tamaşalar hazırlanıb muxtar respublika sakinlərinə təqdim olunur. Bu da insanların asudə vaxtlarının səmərəli təşkilinə, onların mədəni-estetik zövqünün formalaşmasına böyük töhfə verir. 

Naxçıvan vaxtaşırı paytaxt şəhərimiz Bakıdan gələn qonaqlara, mədəniyyət, incəsənət adamlarına da ev sahibliyi edir. Əlamətdar günlərdə, müxtəlif bayramlar ərəfəsində müxtəlif kollektivlər, həmçinin vokalist və xanəndələr, görkəmli səhnə ustaları şəhərimizə qastrol səfərlərinə, naxçıvanlıların görüşünə gəlirlər. Belə səfərlər mütəmadi təşkil olunur. Elə bu yaxınlarda da Naxçıvanımız daha bir mədəniyyət tədbirinə ev sahibliyi edib. Azərbaycan Respublikasının Əməkdar artistləri Coşqun Rəhimov və Rafael İsgəndərovun hazırladıqları yeni səhnəciklər naxçıvanlılara təqdim olunub. Məlumat üçün bildirək ki, “Bu şəhərdə” qrupunun ak­tyorlarının şəhərimizə səfərləri artıq ənənə halını alıb. Şəhərimizin sakinləri bu il də ənənəyə sadiq qalaraq qonaqları hərarətlə qarşılayıblar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidmətində həmin sərəncamla təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən “Kitabi-Dədə Qorqud” kitabının müzakirəsi olub.
Tədbirdə Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova, kitabxananın Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova, Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya elmləri doktoru Yusif Səfər­ov, AMEA Naxçıvan Bölməsi Etno­qrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun çıxışları olub.
Çıxışlarda muxtar respublikamızda gənc nəslin dünyagörüşünü düzgün formalaşdırmaq, vətənpərvər ruhda yetişdirmək istiqamətində görülən işlərdən, “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamın əhəmiyyətindən bəhs edilib.

Ardını oxu...

Türk-islam dünyasının ən qədim tarixə və zəngin mədəniyyətə malik müqəddəs yurd yerlərindən biri də Naxçıvandır. Bu diyar tarixən Azərbaycanın, Yaxın Şərqin və Türk dünyasının ən qədim mədəni mərkəzlərindən biri olmuşdur. Burada həm ümumtürk, həm də İslam mədəniyyətinin izlərini özündə əks etdirən tarixi memarlıq abidələri, yaşayış məskənləri aşkarlanmışdır. Muxtar respublika ərazisindəki Qazma, Kilit mağaraları, Oğlanqala, Çalxanqala, Govurqala kimi qala-şəhər məntəqələri, Əshabi-Kəhf ziyarətgahı əcdadlarımızın bədii təfəkkürünü, adət-ənənələrini, estetik-fəlsəfi baxışlarını və dini-ideoloji təsəvvürlərini əks etdirir, Gəmiqaya qayaüstü rəsmləri bu torpaqların qədim türklərin və ümumiyyətlə, insanın ilk yaşayış məskənlərindən olduğunu təsdiqləyir. 

Təəssüflər olsun ki, sovet hakimiyyəti illərində İslam dini ilə sıx bağlı olan bu abidələrə qayğı göstərilməmiş, onlar unudulmuş, baxımsızlıqdan uçub dağılmış, bir sıra hallarda qəsdən, bilərəkdən məhv edilmişlər. Mədəni abidələrimizi qorumaq, onlara sahib çıxmaq kimi bir vəzifəni isə Azərbaycan xalqının bütün sahələrdə xilaskarı olan ulu öndər həyata keçirmişdir. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə AMEA Naxçıvan Bölməsinin yaradılması Naxçıvanda elmin və mədəniyyətin, tarixi və dini abidələrin öyrənilməsi baxımından ən mühüm addımlardan biri oldu.

Ardını oxu...

Qədim Naxçıvan milli mədəniyyətimizin inkişafına təkcə tarixi­ memarlıq abidələri ilə deyil, həm də zəngin xalçaçılıq ənənələri ilə töhfə verib. Regionun iqlimi, füsunkar təbiəti burada palaz, kilim, sumax, vərni, şəddə, zili və cecim kimi xalça növlərinin toxunmasına, ümumilikdə isə xalçatoxuma sənətinin inkişaf etdirilməsinə şərait yaradıb. Muxtar respublikada aparılan arxeoloji tədqiqatlar nəticəsində xalça toxunuşunda istifadə olunan ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları kimi materialların əldə edilməsi Naxçıvanın Azərbaycanın ən qədim toxuculuq mərkəzlərindən biri olduğunu sübuta yetirir. 

Orta əsr səyyahları da Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar veriblər. Xüsusilə Böyük İpək Yolu üzərində yerləşən Naxçıvanın orta əsrlərdə mühüm ticarət mərkəzlərindən birinə çevrilməsi burada müxtəlif xalq yaradıcılığı nümunələrinin, el sənətkarlığının inkişafına mühüm təsir göstərib. Xalçaçılıq sənəti isə bir xalq yaradıcılığı sahəsi kimi daha geniş yayılıb, demək olar ki, əksər evlərdə bu ənənə davam etdirilib. Bunun nəticəsidir ki, ötən əsrin sonlarınadək muxtar respublikada ənənəvi xalq yaradıcılığı sahələrindən ən çox davam etdirilən də elə xalçaçılıq sənəti olub. Sonrakı dövrlərdə isə bu sənətin inkişafı istiqamətində muxtar respublikada məqsədyönlü tədbirlər həyata keçirilib. Bu mədəni irsin qorunması və təbliği diqqət mərkəzində saxlanılıb. Görülən işlər milli xalçaçılıq sənətinin yaşadılmasına və bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi isə milli xalça nümunələrimizin tanıdılmasına öz töhfəsini verib. 2010-cu ildə muzey yeni bina ilə təmin olunub, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub.

Ardını oxu...

“Qurani-Kərim”i təsəvvüf üslubunda şərh edən ilk alim kimi tarixə düşən Baba Nemətullah Naxçıvaninin irsinin öyrənilməsi ilə bağlı ilk addımlar atılıb.
Məlumat verdiyimiz kimi ötən aylarda AMEA Naxçıvan Bölməsində təsəvvüf alimi Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının və Əlyazmalar Fondunun elmi əməkdaşlarına Türkiyə və İranın arxiv, muzey və kitabxanalarında sufi alimin irsi ilə bağlı tədqiqatlar aparılmasına dair tapşırıqlar verib.
Bu tapşırıqların nəticəsi olaraq AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən görkəmli alimin əsərləri əldə olunub. Hazırda Naxçıvaninin əsərləri üzərində geniş tədqiqatlar aparılır. Alimin əsərləri Azərbaycan dilinə tərcümə olunaraq ictimaiyyətə çatdırılacaq.
Qeyd edək ki, həyatının çoxunu Naxçıvanda keçirən alim İranda və Türkiyədə yaşayıb. O, təsəvvüf və təfsir sahəsində əsərlərini burada qələmə alıb. Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində qəbri ziyarət edilən Baba Nemətullah Naxçıvani qardaş ölkədə daim hörmət və ehtiramla anılan elm xadimlərimizdəndir. Təsadüfi deyil ki, 2013-cü il avqustun 23-də Konya valiliyinin ­təşəbbüsü ilə Ağşəhər bələdiyyəsi tərəfindən ayrılan ərazidə tikilən məktəbə Baba Nemətullah Naxçıvaninin adı verilib.

Xəbərlər şöbəsi

Ordubad rayonunun Aza kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il avqustun 28-də imzaladığı Sərəncamla təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na salınmış Eynəli bəy Sultanovun “Məqalələr” kitabının müzakirəsi olub.

Tədbirdə çıxış edən Aza kənd tam orta məktəbinin direktoru Təvəkkül Məmmədov sərəncamın əhəmiyyətindən, bu istiqamətdə atılan addımlardan danışıb. Bildirib ki, siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilib. Bunun müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıdığını vurğulayıb.
Sonra məktəbin Uşaq birliyinin rəhbəri Şirin Mirzəyeva Eynəli bəy Sultanovun “Məqalələr” kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, məqalələrin ideya-bədii istiqamətlərindən danışıb. Qeyd olunub ki, qələmə aldığı məqalələrdə Eynəli bəy Sultanov hakim təbəqələrin özbaşınalığını, fanatizm və cəhaləti, qadın hüquqsuzluğunu tənqid atəşinə tutub. Dövrün eybəcərliklərinin ifşasında bütün təqiblərə sinə gərib, öz xalqının inkişafı və tərəqqisi üçün qələmin gücündən istifadə etməyə səy göstərib.
Sonra şagirdlər kitabda yer almış məqalələri bədii qiraət ediblər.

 Gülcamal TAHİROVA

Üzeyir Hacıbəyli musiqi mədəniyyətimizdə hansı zirvədədirsə, Bəhruz Kəngərli də təsviri sənətimizdə həmin ucalıqdadır

Unudulmaz şairimiz İslam Səfərlinin səmimiyyət dolu bir şeirindən gətirdiyim nümunə ilə, əslində, etirafla başlamaq istəyirəm yazıma. Şair doğulduğu ana yurdunun gözəlliklərini vəsf etmək istəyir. Naxçıvanın ələdüşməz təbii mənzərələrinə söz qoşmaq anında sanki dağlar-dərələr dil açıb deyir:

Əbəs mizrab vurma könül tarına
Bəhruz hüsnümüzü səndən də qabaq
Çəkmişdir “Naxçıvan yadigarı”na.

Azömürlü, min dastanlı Bəhruz bəy Kəngərli hələ yeniyetməlik çağlarımdan mənim üçün maraqlı və müqəddəs bir varlıq kimi əziz idi. Naxçıvan deyəndə gözlərimin qarşısında Əshabi­-Kəhf, Möminə xatın məqbərəsi, Bəhruz bəy Kəngərli, Hüseyn Cavid canlanardı.
Bu yaxınlarda İctimai Televiziyada hazırlanan “Yadigarlar” verilişinin növbəti sayını bu qızıl fırçalı ustada həsr etdik. Qonağımız sənətşünas Ziyadxan Əliyevin bir fikri məni çox düşündürdü: “Bəhruz bəy Kəngərli öz yaradıcılığı ilə XX əsrdə yaşamış rəssamlarımızın bütün günahlarını yudu”. Haqlı idi. Çünki Bəhruz bəy Kəngərlinin əsərlərində zamanın bütün rəngləri var.

Ardını oxu...

Bəşərin ikinci yaradılış yeri olan Naxçıvanın hər daşının altında bir tarix uyuyur. Qoynunda yaşatdığı daş yaddaşımız olan maddi-mədəniyyət abidələri də onun qədim tarixinin daşlaşmış nümunələridir. Mədəniyyət tariximizi özündə əks etdirən bu nümunələr xalqımızın mənəvi zənginliyindən, ulularımızın məişətindən, adət-ənənələrindən soraq verir. Bəs bu gün muxtar respublikamızın əksər yaşayış məskənlərində, o cümlədən Naxçıvan şəhərində tez-tez rastlaşdığımız daş qoç və qoyun heykəlləri ulu keçmişimiz haqqında nə deyir, hansı mənəvi dəyərlərimizdən söz açır? Bu və digər suallara cavab tapmaq üçün AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərliyə müraciət etdik.

– Fəxrəddin müəllim, istərdim ki, ulu əcdadlarımızın yaratdığı qoç heykəllər barədə oxucularımıza məlumat verəsiniz.
– Nахçıvаn ərаzisində bu günə qədər qаlаn dаş qоç və qоyun hеykəlləri оrtа əsr Аzərbаycаn hеykəltərаşlığının möhtəşəm nümunələri оlmаqlа bərаbər, хаlqımızın tаriхi, mədəniyyəti, еtnо­qrаfiyаsı hаqqındа çох gözəl məlumаt vеrən örnəklərdir.

Ardını oxu...

Naxçıvan ərazisində bir çox pirlər vardır. Bu cür pirlər yaşayış yerlərindən və gediş-gəliş yollarından aralı olmaqla yanaşı, pirin yaranma tarixi, nə üçün ziyarət edildiyi haqda heç bir məlumat yoxdur. Bütün bunlara baxmayaraq, bəzi insanlar bu gün də həmin pirləri hansısa ümidlə və ya sadəcə, maraq xatirinə ziyarət edirlər.
Tədqiqatlar göstərir ki, pirlərin bəziləri bizim tarixi keçmişimizlə bağlı olub və min illərin inancına söykənir. Belə pirlərdən biri də Miz təpə piridir. Sirab kəndinin cənubunda yerləşən Kütandağ silsiləsi üç hissədən ibarətdir: Kütandağ, Miz təpə, Qara təpə. Ortada yerləşən Miz təpə adından da göründüyü kimi zirvəsi aydın seçilən, baş hissəsi qranit qayalardan ibarət dağdır. Pir qayanın cənub hissəsindədir və heç bir qeyri-adi əlaməti yoxdur. Sadəcə, qayanın ətəyinə sitayiş edilib nəzir qoyulur. Bu cür abidələr təqdiqatçılardan çox dəfinə axtaranları (qara arxeoloqlar) maraqlandırır.
Tədqiqatlar nəticəsində bu qənaətə gəlinib ki, pir Azərbaycanda mövcud olan dağ kultu ilə bağlıdır və 4-5 minillik tarixə malikdir.
Şərq-qərb istiqamətində uzanan Kütandağın qərbində Qara təpə yerləşir. Uzun yoldan ibarət olan bu təpənin şimal hissəsində (Sirab məktəbi olan hissə), əsasən, Tunc, üst təbəqədə isə antik dövrə aid yaşayış yeri mövcuddur. Burada 2 metrdən artıq mədəni təbəqənin toplanması uzunmüddətli və böyük yaşayış yerinin olduğunu sübut edir.

Ardını oxu...

Qədim tarixə və mədəniyyətə malik olan xalqımız həm də zəngin bir kulinariyaya sahibdir. Milli mətbəximizin hər fəsil üçün xarakterik olan yeməkləridir belə zənginliyi yaradan. Bu baxımdan qış fəsli də istisna deyil. Bu məqalədə oxucularımıza qış süfrəsində yer alan yeməklər və onların hazırlanması barədə məlumat vermək istəyirik. Mövzu ilə bağlı Ordubad şəhər sakini Səbahət Mehdiyeva ilə həmsöhbət oluruq.

Qidadan alınan kalorinin böyük bir hissəsi orqanizmdə enerjinin, temperaturun saxlanmasına sərf olunur. Qışda havalar soyuq keçdiyindən qidalanmağımıza xüsusi diqqət yetirməli, orqanizmimizi enerji ilə təmin edən yeməklərə yer verməliyik. Buna görə də, əgər fikir versəniz, görərsiniz ki, qış yeməklərinin çoxunu, xüsusilə də şorbaları mütləq qovurma ilə hazırlayırlar. O, bədənə istilik verir. Bundan əlavə, xaş da orqanizm üçün olduqca faydalıdır.
Qışda çox bişirdiyimiz maş şorbası Ordubad bölgəsində xüsusilə sevilir. Bəs bu yemək necə hazırlanır? Əvvəlcə qurudulmuş lobya təmizlənir, yaxşıca yuyulub su ilə birlikdə qazana tökülür. Su qaynayana qədər ocaq gur vəziyyətdə olur, sonra isə bir qədər zəiflədilir. Yarım saatdan az olmamaq şərtilə qaynadıqdan sonra lobyanın suyu dəyişdirilir. Bəziləri həmin suyu dəyişmirlər, lakin çıxan qara suyun yerinə əvvəlki ölçüdə təmiz su tökülməlidir. Orta temperaturda qaynayan yeməyə miqdarından asılı olaraq balaca soğan, qovurma, kartof, alça qurusu və zövqə görə duz, istiot əlavə olunur. Yeməyin kartofu bişənə yaxın ona tomat və nanə qurusu əlavə edilir. Bəziləri bu yeməyi hazırlayarkən kartofla birgə 5-6 ədəd qoz ləpəsi və heyva dilimindən də istifadə edir ki, buna heyva-qələ deyirlər.

Ardını oxu...

XX əsrin 30-cu illəri tariximizin yaddaşına ən ağır illər kimi həkk olundu. Min hiylə, fəsadla qurulan sovet hakimiyyəti həmin illərdə ölkəmizdə yeni qanun-qaydalar tətbiq edir, müstəqilliyi əlindən alınmış xalqımızın dilini, dinini, mədəniyyətini, adət-ənənələrini, tarixini unutdurmağa çalışırdı. “Türk”, “İslam” sözlərini işlətmək, milli ənənələri xatırladacaq fikirlər söyləmək xəyanət hesab olunurdu. Sovet işğalından sonra həyata keçirilən qırğınlara baxmayaraq, xalqın ziyalıları hələ də azadlıq eşqi ilə yaşayırdılar. İşğal rejimini qəbul etməyən görkəmli ziyalılar kütləvi şəkildə məhv edilirdi. Həmin repressiyalar 1937-ci ildən başlayaraq daha da kəskinləşdi. Minlərlə insan “xalq düşməni” adı ilə damğalanıb həbs olundu, qətlə yetirildi. Repressiya dövrünün qurbanlarından biri də Azərbaycan ədəbiyyatının görkəmli siması, bəşəri ideyalar tərənnümçüsü, xalqını daim azad görmək istəyən Hüseyn Cavid idi. Uzaq Sibirdə sürgün həyatına məhkum edilən Hüseyn Cavid öz əzmi və iradəsini, sabaha olan ümidini itirmədi, bir gün azadlığa qovuşacağına inandı. Özünə nəsib olmasa da, ruhu azadlığa qovuşdu...

...İllər keçdi. Xalqı faciəyə düçar edənlər ifşa olundular. Haqsız qətl qurbanlarına ölümündən sonra bəraət verildi, onların günahsız olduqları bəyan edildi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci il iyul ayının 1-də Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi barədə verilən qərar şairin ikinci əsl bəraət sənədi oldu. Görkəmli dövlət xadiminin bu böyük qələm sahibinin timsalında milli poeziyamıza, onun nümayəndələrinə verdiyi yüksək qiyməti xalqımız 1982-ci ildə bir daha gördü. Həmin il oktyabr ayının 26-da görkəmli şair və dramaturq Hüseyn Cavidin cənazəsi Uzaq Sibirdən Vətənə gətirildi.

Ardını oxu...

Odun kəşf olunması insanların həyatında böyük bir dönüş yaratdı. Bunun əhəmiyyətini dərk edən insanlar, oddan səmərəli istifadə etmək üçün düşünüb müxtəlif qurğular düzəltdilər. Bunlardan biri də təndir idi. Xalq arasında təndir-ocaqla bağlı çoxlu inamlar, atalar sözləri, məsəllər, alqış və hətta qarğışlar da yarandı. 

“Ocağından sac əskik olmasın”, “Evindən un-urvan əskik olmasın”, “Közün közərsin, külə qalansın”, “Təndirin boş qalsın”, “Sac üzünə həsrət qalasan” və sair bu kimi deyimlər od-ocaqla bağlıdır.
Çörək, təndir, dəyirman xeyir-bərəkət rəmzi olub və xalqımızın inam yerinə çevrilmişdir. Çörək bişirmək üçün müxtəlif üsullardan (təndirdə, metal və ya gil sacda, qızdırılmış daşlar üzərində, ocaq külündə və sair) istifadə olunur. Bu üsullardan çörəyin təndirdə bişirilməsi daha əlverişli hesab edilir. Təndirdə müxtəlif çörək növləri, lavaş, çırpma, kömbə, qalın (dəstana), bişirilsə də, yerdə qoyulan təndirlər, əsasən, lavaş bişirmək üçündür.
Naxçıvan ərazisində çox qədim zamanlardan yeraltı təndirlərdən istifadə edilmiş, lavaş bişirilmişdir. Bir çox antik dövr abidələrində – Nəcəfəlidizədə (Babək rayonu), Köhnə Kənd Yerində (Qızıl Qışlaq, Şahbuz rayonu), Fərhad arxı kəndində (Şərur rayonu) yerdə qurulmuş təndirlərə rastlanmışdır. Sac üzərində bişirilən yuxa, fətir Naxçıvan ərazisində az hallarda bişirilmişdir. Hətta müvəqqəti olaraq yaylağa köçən maldar ailələr yeraltı təndir düzəltmişlər. Çünki təndirdə bişirilən lavaş yaxşı bişib quruduğu üçün uzun müddət xarab olmur.

Ardını oxu...

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin 2 nömrəli Təqaüdçülər Klubu təqaüdçülərin, ümumiyyətlə, şəhərin yaşlı sakinlərinin sevimli məkanlarından biridir.
Dekabrın 1-də həmin ünvanda Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub.
Ansamblın ifasında muğam və təsniflər, xalq mahnıları ifa edilib. Samir İsmayılovun ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısı təqaüdçülər tərəfindən alqışlarla qarşılanıb. Konsertdə “Sarı gəlin”, “Qara qaşın vəsməsi” xalq və Azərbaycan bəstəkarlarının mahnıları səslənib. Müğənnini balabanda Sərxan Əliyev, kamançada Nurlan Nuriyev və başqa musiqiçilər müşayiət ediblər.

Əli RZAYEV

Beləcə, bir ömrün son mənzilinə, Azəri torpağı, sən ötür məni... Şair ömrünün sonuncu günü – 1 dekabr 2004-cü il. Qələminin qüdrəti və sözünün gücü ilə yaddaşlara əbədilik yazılan Xalq şairi Məmməd Arazın vəfatından 13 il ötür. Unudulmaz şairin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Şairlər xalqının səsidir, – deyirlər. Asan deyil axı həm xalqın ağrısını, acısını çəkəsən, həm də onu qələmə alasan, elə hey yazasan, dağürəkli, daş­ürəkli olasan gərək. Elə onun da bəxtinə xalqının səsini ucaldanlardan olmaq yazılmışdı. “Yazda ölüm asan olur, Allah, yaza saxla məni”, – deyirdi Məmməd Araz. Kim bilir, bəlkə, elə dərdləri özündən daha böyük olan dünyanı son dəfə gözəl görmək üçün idi bu arzu.
Payızda gəlmişdi dünyaya, 84 il bundan öncə, bir oktyabr günü. Bəlkə də, elə o vaxt “kimdənsə tez durub kiminsə uşağı qulağına daş atmışdı qoca dünyanın. Və elə oradaca pıçıldamışdı: dünyaya yeni bir dünya doğuldu”. Gündoğandan günbatana yayılmışdı bu xəbər. Arazlar, Həkərilər səsindən səs vermiş, qayalar məğrurluğundan, ildırımlar inadından pay vermişdi. Və hansısa bir qarı bu xəbəri elə-obaya yaymışdı. Və beləcə, İnfil kişinin bir oğul övladı dünyaya gəlmiş, adını da Məmməd qoymuşdular.
Söz yolunda fəhlə idi əli qabar, dili qabar. Şum yerindən yığılmışdı misraları qabar-qabar. O, şeirin, şeir onun özü idi. O, “mən də şeirin xidmətçisi, mən də şeirin yiyəsiyəm”, – deyən Məmməd Araz idi.

Ardını oxu...

Son illər muxtar respublikada elm-təhsil, incəsənət sahəsində böyük irəliləyişlərə nail olunub. Festivalların, konsertlərin təşkili artıq ənənə halını almış şəhərimizdə səhnədə çox zaman Naxçıvan Dövlət Filarmoniyasında fəaliyyət göstərən kollektivlərin müxtəlif repertuarlarla çıxışlarını dinləyirik. Bu mədəniyyət müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün adıçəkilən ünvana üz tuturuq. Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev ilə həmsöhbət oluruq.

– Elman müəllim, istərdik ki, Naxçıvan Dövlət Filarmoniyasının tarixinə qısa nəzər salaq.
– 1959-cu ilin sentyabr ayında yaradılan Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs ansamblı bu torpağın istedadlı müğənnilərini, rəqqaslarını öz ətrafında birləşdirir. Ansambl tez-tez Azərbaycanın bütün bölgələrində, Orta Asiya, Qafqaz ölkələrində qastrollarda olur, çıxışları ilə dinləyicilərin rəğbətini qazanır. 1984-cü ildə həmin ansamblın bazası əsasında bugünkü Naxçıvan Dövlət Filarmoniyası yaradılır. Burada xalq çalğı alətləri və kamera orkestrləri, bir də mahnı və rəqs ansamblı fəaliyyət göstərirdi. 2012-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ­Sərəncamı ilə Estrada Orkestri də fəaliyyətə başladı.

Ardını oxu...

Yaxın günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatçısı Ramiz Babayevin daha bir şeirlər kitabı işıq üzü görüb. Şair budəfəki kitabını uşaqlara həsr edib. Kitabda 20-yə yaxın şeir dərc olunub. “Balaca kirpi”, “Quşların dostu”, “Dənizdə çimən ay”, “Küsəyən qız”, “Kəndi çox sevirəm” və digər şeirlərin hər biri maraqlı və oxunaqlıdır. Şair qələmə aldığı bu şeirlərində uşaqların deyim və duyumlarını, mənəvi dünyasını ustalıqla üzə çıxarmış, rəngarəng bədii lövhələr yaratmışdır. “Babamın nağılı” şeirində şair yazır:

Az gedib, üz gedirsən,
Dərəylə düz keçirsən.
Bir aylıq məsafəni
Bir anda qət edirsən.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan elə bir ölkədir ki, onun çox qədim tarixi var. Bu sahədə çox böyük işlər görülməlidir”. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarix və mədəniyyət abidələrinə göstərilən dövlət qayğısının günü-gündən artması bu qədim diyarın tarixində yeni səhifələrin yazılmasına səbəb olmuşdur. 

Naxçıvanın bəşəriyyətin beşiyi olması ilə bağlı çox sözlər deyilib. Nənə-babalarımızın yaddaşında bu ulu torpaqla əlaqədar xeyli əfsanələr vardır. Araşdırmalar göstərir ki, bu əfsanələrin tarixi kökləri olmuş, onlar xalqımızın tarixini özündə yaşatmışdır. Bunlardan biri də “Nuh tufanı” əfsanəsidir. Araşdırmalar göstərir ki, tarixi qaynaqlarda, o cümlədən müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”də də adı­çəkilən bu tufan haqqında rəvayətlər real həyati hadisələr əsasında yaranmışdır. Tədqiqatlara əsasən demək olar ki, eradan əvvəl V-IV min­illiklərdə dünyada böyük daşqınlar olmuşdur. Bu zaman bütün dünyanın üzünü su almasa da, müəyyən əraziləri əhatə etmişdir. Bu daşqınlar Naxçıvandan da yan keçməmişdir. Araşdırmalarımız nəticəsində Naxçıvançay və Sirabçay vadilərindəki bəzi abidələrin daşqınlar zamanı su altında, bəzilərinin isə güclü subasmalara məruz qaldığı məlum olmuşdur. Təbiətin şıltaqlığına rəğmən insanlar yaşayış yerlərini dəyişsə də, yaşamağa davam etmişlər. Naxçıvançay vadisində yerləşən I Kültəpə abidəsinin tədqiqi nəticəsində məlum olmuşdur ki, eradan əvvəl VI minilliyin sonlarına doğru baş verən güclü quraqlıqlar insanları çay vadisinə daha yaxın yerlərdə məskunlaşmağa məcbur etmişdir. Naxçıvantəpə və Uzunoba yaşayış yerləri məhz belə abidələrdəndir. Bu yaxınlarda Naxçıvançay vadisində qədim mis mədənlərində işlədilən daş alətin tapılması bu abidələrin yalnız iki yaşayış yeri ilə məhdudlaşmadığını təsdiq edir.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə III kurs tələbəsi Səkinə Quliyevanın solo konserti olub.
Konsertdən əvvəl kollecin musiqi həyatını və istedadlı tələbənin uğurlarını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında ixtisaslı musiqiçi kadrların yetişdirilməsi, istedadlı gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrənilməsi məqsədilə yaradılan Naxçıvan Musiqi Kolleci bu gün də gənc musiqiçi kadrların yetişdirilməsinə öz töhfələrini verməkdədir. Səkinə Quliyeva da istedadı ilə seçilən tələbələrdən biridir. Azərbaycan və Naxçıvan Muxtar Respublikası üzrə keçirilən gənc fortepianoçuların müsabiqələrində diplomlara layiq görülən istedadlı tələbə həm də kollecin ictimai işlərində fəallıq göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin istedadlı gənclər üçün təsis etdiyi təqaüdə layiq görülən Səkinə Quliyeva Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini bacarıqla ifa edir. İstedadlı tələbə milli musiqimizi və Avropa musiqisini dərindən mənimsəyərək bu əsərlərin ideyasını dinləyiciyə bacarıqla çatdırır.
Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin ifa olunduğu konsert görkəmli bəstəkarımız Tofiq Quliyevin “Qaytağı” əsərinin ifası ilə başa çatıb.
Sonda Naxçıvan Musiqi Kollecinin direktoru Günay Əliyeva çıxış edərək kollecdə istedadlı tələbələrin solo konsertinin keçirilməsinin ənənə halını aldığını bildirib. Qeyd edilib ki, bu konsert Səkinə Quliyevanın ikinci solo konsertidir.
Diqqətə çatdırılıb ki, tələbənin müəllimi Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədim­ovadır.

Əli RZAYEV

Culfa şəhər 3 nömrəli tam orta məktəbdə rəsm və əl işlərindən ibarət təşkil edilmiş sərgidə 27 qadın və 6 məhdud fiziki imkanlı şəxsin 350 rəsm və əl işləri nümayiş etdirilib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi, el sənətkarları üçün emalatxanaların istifadəyə verilməsi, əl işlərindən ibarət sərgilərin təşkil olunması bunun bariz nümunəsidir.
Qeyd olunub ki, Culfa rayonunda da milli dəyərlərin yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Xüsusi istedadları ilə seçilən, dekorativ-tətbiqi sənət, rəssamlıq, toxuculuq, misgərlik və digər el sənəti nümunələrini yaşadan qadınlara xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki, gənc qızların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün rayonda rəssamlıq, toxuculuq, misgərlik, dulusçuluq və digər dərnəklər təşkil edilib.
Sonda sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsinin elektron kitabxanasında Cəlil Məmmədquluzadənin “Hekayələr” və Məhəmməd Tağı Sidqinin “Məktəb hekayətləri” kitablarının müzakirəsi olub.

Tədbirdə kitabxananın müdiri Nuridə Kəngərli çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi və dünyagörüşlərinin artırılmasında önəmli rol oynayır. Tövsiyə olunan ədəbiyyatlar sırasında Azərbaycanın, həmçinin dünya ədəbiyyatının görkəm­li nümayəndələrinin əsərlərinin yer aldığı diqqətə çatdırılıb.
Daha sonra Əlyazmalar Fondunun şöbə müdiri Fəxrəddin Eylazovun “Cəlil Məmmədquluzadənin “Hekayələr” və Məhəmməd Tağı Sidqinin “Məktəb hekayətləri” kitabları haqqında məruzəsi dinlənilib.
Sonra kitabxananın əməkdaşlarından Könül Cabbarova və Kəmalə Quliyeva çıxış ediblər. Qeyd olunub ki, Mirzə Cəlil istedadlı qələm ustası, demokrat fikirli ziyalı, maarifpərvər bir şəxsiyyət olub və bu, onun bütün əsərlərində özünü göstərib. Məhəmməd Tağı Sidqinin “İki bacının söhbəti”, “Ata və ana məhəbbəti”, “Cəsur və ürəkli uşaq” və digər hekayələri isə əhəmiyyətinə və aktuallığına görə Azərbaycan uşaq ədəbiyyatının qiymətli nümunələri hesab edilir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Şərur Rayon Şahmat Məktəbində “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsinin üçüncü turu keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökumə Məmmədli çıxış edərək bildirib ki, Azərbaycan mədəniyyətinin, o cümlədən təsviri sənətinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hakimiyyətdə olduğu bütün dövrlərdə rəssamlığa da böyük diqqət və qayğı göstərib.
Qeyd olunub ki, keçirilən rəsm müsabiqəsi təhsil, mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümünə həsr edilib. Müsabiqə muxtar respublika məktəbləri şagirdlərinin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsi məqsədi daşıyır.

Ardını oxu...

Azərbaycanda İslam dininin qəbulundan sonra qədim Naxçıvan torpağı əsrlər boyu İslam aləminin böyük alimlərini yetişdirib. İstər orta əsrlərdə, istərsə də yeni və müasir tarixdə naxçıvanlı İslam alimləri dinimizin təbliği üçün böyük işlər görüblər. Bu gün Naxçıvan Muxtar Respublikasında İslam mədəniyyətinə aid çoxsaylı abidələrin olması da onu sübut edir ki, İslam dininin, ümumilikdə, Qafqazda təşəkkül tapmasında Naxçıvan qısa müddətdə mühüm mərkəzlərdən birinə çevrilib, İslamın qədim Bizans torpaqlarında yayılmasında naxçıvanlı alimlərin böyük rolu olub. 

Türkiyənin Dəyanət Vəqfinin internet resurslarında və arxiv sənədlərində İslam alimləri ilə bağlı apardığımız araşdırmalar zamanı bir neçə naxçıvanlı alim haqqında dəyərli məlumatlar əldə edə bildik. Bu məlumatların oxucular üçün də maraqlı olacağını düşünürük:
Yaqut əl-Həməvi “Mücəməl Buldan” əsərində Əbubəkr Əhməd Həccaf oğlu əl-Azəri Naxçıvani haqda yazır ki, o, mühəddis (hədis alimi) olub. Dəməşqdə təhsil alan alim buradakı ilahiyyatçılardan Peyğəmbəri­mizlə bağlı hədislər dinləmiş, daha çox hədis öyrənmək üçün səyahətə çıxmışdı. O, Dəhdah və Sari Məhəmməddən, Harran (Türkiyə) vilayətində Əbülhəsən Məhəmməd Vaqifidən, Tunisdə Əbülabbas Vəşa­oğlundan hədislər dinləmiş, araşdırmalar aparmışdı. Bundan başqa, onun hədis dinlədiyi din alimləri arasında Əbucəfər Məhəmməd və Übeydullah Məhəmməd də vardı. Sonralar o, İslam alimlərindən topladığı hədis mirasını gənc alimlərə söyləməyə başlamışdı. Abbas Hüseyn oğlu Naxçıvani, Həsən Abdullah, Saleh Şüeyb Təbrizi, Məhəmməd Kürdan, Əbülfəth Saleh Əhməd oğlu əl-Azəri, Abdullah Məhəmməd Musa oğlu əl-Azəri ondan hədis dinləmişdilər. XI əsrdə yaşadığı məlumdur.

Ardını oxu...

Naxçıvanımızın zəngin mətbəx mədəniyyəti özünəməxsus yemək növləri, ləziz təamları ilə tanınır. Bu təamlar içərisində isə qış azuqəsi kimi  hazırlanan yemək növləri özünəməxsusluğu ilə seçilir. 

Haqqında bəhs edəcəyimiz qış yeməyi nənələrimizdən bizə yadigar qalan, qədim mətbəx mədəniyyətimizin ləziz nümunələrindən olan qurut aşı haqqında olacaq. Əsasən, dağ kəndlərində sevilən bu təam “kələgöş” və “cələcoş” adları ilə də tanınır.
Bu haqda bizə məlumat verən Ordubad rayonunun Tivi kənd sakini Səbinə Haqverdiyeva deyir ki, kənddə yaşayan insanlar süd və süd məhsullarından hazırlanan ləziz təamlara daha çox üstünlük verirlər. Bulama, qatıq, pendir, qaymaq, ayran, şor, nehrə yağı, motal pendiri, motal şoru və onların əsasında hazırlanmış dovğa, doğramac, ayran aşı, qurut aşı və adını sadalaya biləcəyimiz bir çox ləziz təamlar bu gün də sevilərək yaşadılan mətbəx nümunələrimiz sırasındadır.

Ardını oxu...

Noyabrın 22-də Culfa Rayon Mədəniyyət Evində rəqs kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turuna start verilib.
Bu turda 8 rəqs kollektivi iştirak edib. Seçim turunda “Çiçəklər”, “Gülüstan”, “Buta” rəqs kollektivləri, “İncilər, qönçələr” yallı qrupu, “Əlincə”, “İgidlər” yallı kollektivi (Culfa rayonu), “Vənənd inciləri”, “Unus qönçələri” rəqs qrupları (Ordubad rayonu) öz istedadlarını göstəriblər.
Kollektivlər “Nəlbəki”, “Dəsmal”, “Ağ çiçək”, “Yaylıq”, “Uzundərə” rəqslərini, “Köçəri”, “Tənzərə” yallılarını ifa ediblər. Seçim turunda Gülüstan kənd Mədəniyyət Evinin “Çiçəklər” rəqs qrupu “Nəlbəki”, bu mədəniyyət evinin “Gülüstan” rəqs kollektivi “Dəsmal” rəqsləri ilə fərqləniblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, publisist Hüseyn Əsgərovun “Biz necə mütaliə edirik” (“Əcəmi” Nəşriyyat-­Poliqrafiya Birliyi, 2017-ci il) kitabını, adətim üzrə, bir neçə dəfə vərəqlədim. Bazar günü isə planlaşdırdığım bütün işləri təxirə salıb bu sətirləri yazmaq qərarına gəldim.

Onu deyim ki, Hüseyn Əsgərovu yaxından tanıyanlar, sözün həqiqi mənasında, bu ziyalı insanın mütaliəsinə yaxşı bələddirlər. Yaşının bu vaxtında da kitab, mütaliə onun ən yaxın yolyoldaşıdır. Bunu bildiyimdən əlimə keçən yeni kitabına bu adı verdiyi üçün təəccüblənmədim. Elə həmin yazıdan da öz yazıma başlıq çıxardım. Bu həqiqəti yüz dəfələrlə yaşamışam, yaşayanların söhbətləri ilə bu həqiqətin doğruluğuna inanmışam...
Həssas oxucu duymamış deyil ki, bu bir damla mürəkkəbin arxasında İlahi söz dayanır. İçimizin duyğularını, düşüncələrini ifadə edən söz o mürəkkəblə yazılır. Bir qədər obrazlı desək, bir milyon insanı düşündürə bilən bir damcı mürəkkəb sözün şəklidir. Hüseyn Əsgərovun yaradıcılığından keçən başlıca xətt onun bu sözə çox həssaslıq və ehtiramla yanaşmasıdır. Bu da Hüseyn müəllimin qələmə aldığı istər sənədli, istərsə də bədii yazılarının dəyərini artıran başlıca amildir. Elə bu kitabda onun “Minimum söz, maksimum məna” adlı yazısında müəllifin sözə münasibətini hiss etmək çətin deyil: “Sözün düzü, bu yazıda az sözlə dərin məna kəsb edən ədəbi nümunələrdən bəhs etmək, onları roman oxumağa vaxtları olmayan oxucularla paylaşmaq istəyirdim. Amma sözə ehya vermək cəhdimdə söz sözü gətirdi, arşın bezi. Ən əvvəl söz haqqında söz demək zərurəti yarandı. Nə etməli, mətləbə keçmək üçün gərək ənənəyə hörmət edəsən”.

Ardını oxu...

Uşaq oyunları niyə lazımdır?

Çoxəsrlik tarixə malik, zəngin xalq yaradıcılığı nümunələri içərisində uşaq ədəbiyyatı xüsusi yer tutur. Folklor nümunələri müxtəlif yaş qruplarına daxil olan uşaqların tərbiyəsi üçün dəyərli bir mənbədir. Bütün bunlara görə, Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı nümunələrinin toplanması, öyrənilməsi və nəşri məsələlərini diqqətə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Qədim sivilizasiyaya və müasir mədəni inkişafa layiqli töhfə olan bu yaradıcılıq nümunələri xalqımıza xas milli xüsusiyyətləri və xarakteri, adət-ənənələri, həyat və məişət tərzini özündə cəmləşdirərək müasir dövrdə parlaq şəkildə nümayiş etdirir”. Bu baxımdan xalq yaradıcılığı nümunələri bütövlüklə, xalqın istək, arzu və ideallarını, həyata və dünyaya baxış müstəvisini özündə əks etdirir, xeyir və şər, gözəllik və eybəcərliklə bağlı düşüncələr burada başlıca yer təşkil edir. 

Bu yaradıcılıq nümunələrində yeni nəslin nümayəndələri, gələcəyimiz olan uşaqlar haqqında düşüncə və maraqlar diqqət mərkəzində saxlanılır. İstər nağıl, istər tapmaca, istərsə də atalar sözləri, lətifələr və başqa nümunələrdə uşaq dünyası ilə bərabər, nümunəvi uşaq tərbiyəsi barədə də fikirlər üstün yer tutur. Məhz buna görə də şifahi ədəbiyyat böyüklərdən daha çox kiçikyaşlı uşaqlar üçün mənəvi qida, tərbiyə mənbəyidir. Uşaqların xəyal dünyası və zəkasına, fikir, düşüncə və maraqlarına uyğun məqamların çoxluq təşkil etdiyi bu nümunələr onlara yeni dünya, yeni baxış və xəyal üfüqləri açır.

Ardını oxu...

Naxçıvan Musiqi Kollecində kitabxana işinin təşkili və müasir tələblər üzrə ixtisasartırma kursunu bitirən kitabxanaçılara sertifikatlar təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm ­naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, nazirlik tərəfindən mütəmadi olaraq kitabxana işi ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Kitabxanaçılara elmi-metodik köməklik göstərilir, onların peşək­arlığı artırılır. Kitabxanalarda müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi bu mədəniyyət ocaqlarına oxucu cəlbində mühüm rol oynayır. Ancaq əldə olunanlarla kifayətlənməməli, kitabxana işi müasir tələblər səviyyəsində qurulmalı, kitabxanaçılar dövrlə ayaqlaşaraq innovativ metodlara və texnologiyalardan istifadəyə üstünlük verməlidirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən oktyabr ayında da diqqət mərkəzində saxlanılıb, mədəniyyət müəssisələrində 40-dan çox konfrans, dəyirmi masa və yığıncaq keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş oxunması zəruri olan kitablarla bağlı konfrans və müzakirələr olub, kitabxanalarda 263 yeni oxucu qeydiyyata alınıb.
Ötən ay “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinə start verilib, müsabiqənin ilk mərhələsi Ordubad rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilib. Oktyabrın 24-də görkəmli şair-dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub, görkəmli ədibin “İblis” faciəsi əsasında hazırlanan tamaşa ictimaiyyətə təqdim olunub. Bu dövrdə muxtar respublikadakı muzeylərin fondlarına 85 eksponat daxil olub və muzeyləri 38 min 285 tamaşaçı ziyarət edib. Ziyarətçilərin 10 min 194-ü xarici ölkə vətəndaşı olub.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə ay ərzində 12 min 393 baxış olub. Mərkəz tərəfindən Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən turizm informasiya mərkəzlərinə və turizm şirkətlərinə, həmçinin xarici ölkələrə 246 məlumat göndərilib. Mərkəzin “Facebook” sosial şəbəkəsindəki səhifəsinə 101 məlumat daxil edilib, 34 min 531 baxış olub, səhifə istifadəçilərinin sayı 2092 nəfərə, qrup üzvlərinin sayı isə 12 min 750-yə çatıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Şərur şəhərindəki “Bahar” kinoteatrında konserti olub.
Konsertdə ilk olaraq xalq çalğı alətləri ansamblının ifasında “Çahargah kompozisiyası” səslənib. Uşaq Filarmoniyasının solistləri Babək Səmədzadə və Kənan Əkbərovun ifalarında “Salam, Naxçıvan” mahnısı alqışlarla qarşılanıb.
Kollektivin solistlərindən Xəzər Məmmədov, Təvəkkül Vəlizadə, Məhəmməd Kəngərli və başqalarının ifalarında xalq mahnıları, təsniflər, ritmik muğamlar konsert iştirakçılarında xoş ovqat yaradıb.
Solistlərdən Seymur Fərəcovun sazda, Ələkbər Məmmədovun balabanda, Azər Məmmədovun nağarada ifa etdikləri “Ovşarı” saz havası maraqla qarşılanıb.
Həmçinin solistlərdən Fuad Məmiyev, Mikayıl Nəsirov, Səfər Cəfərov, Musa Abdullayev və başqalarının ifalarında görkəmli bəstəkar­larımızın şən və lirik mahnıları ­səslənib.
Konsert bəstəkar Rauf Hacıyevin populyar “Azərbaycan” mahnısı ilə başa çatıb.

Əli RZAYEV

Naxçıvan şəhərinin “Təbriz” küçəsində ucaldılan ulu Dədə Qorqudun əzəmətli abidəsi muxtar respublikamıza gələn qonaqların da, yerli sakinlərin də sevimli ziyarət məkanına çevrilib. Dədə Qorqud Türk dünyasının ortaq dəyəri olduğu üçün, xüsusilə Türkiyədən, İrandan, Orta Asiya ölkələrindən gələn qonaqlar bu abidəni xüsusi ehtiramla yad edir, önünə gül-çiçək dəstələri qoyurlar.

Ümumiyyətlə, şəhərimizdə ucaldılan hər bir abidənin öz ruhu, öz səsi vardır. Əgər şəhərin bir səmtində xalq qəhrəmanı Babək at üstündə əlində qılınc düşmənlərə meydan oxuyursa, o biri tərəfində Koroğlu Qıratın belində xalqımızın qəhrəmanlıq tarixini dünyaya tanıdır. Dədə Qorqud abidəsi isə xalqımızın saza, sözə, tarixi keçmişimizə verdiyi dəyərin bariz nümunəsidir. Müəllifi Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərov olan abidənin hündürlüyü 5 metrdən çoxdur. Postamentin üzərində əlində qopuz tutmuş Dədə Qorqud dərin düşüncəyə qərq olmuş halda təsvir edilib. Abidə 1999-cu ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi şərəfinə yaradılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlara tanınmış şairə-dramaturq Kəmalə Ağayevanın “Göyçək Fatma” tamaşası göstərilmişdir.
Tamaşada cərəyan edən hadisələr məişətdə baş verən münaqişələr üzərində qurulmuşdur. Kiçik bir ailədə baş verən münaqişə getdikcə böyüyür, bütün xeyirxah qüvvələr bu ədalətsizlik əleyhinə çevrilir. Fatma gözəl və nəcib insani keyfiyyətlərə malikdir. Lakin bu gözəllik, nəciblik anası öldükdən sonra ona fəlakət gətirir. Tamaşanın nikbin sonluqla bitməsi xeyrin şər qüvvələr üzərində qələbəsi kimi səslənir.
Tamaşada Göyçək Fatma rolunu gənc aktrisa Ləman Əhmədova canlı və təbii təqdim edir. Aktrisalar Ulduz Süleyman­ova (ögey ana), Vəsmə Quliyeva (ögey bacı) balaca Fatmanın taleyinə acımayan, ona əzab verən personajlardır.
Teatrın aktyoru İlqar Babayevin Qarı nənə obrazı xüsusilə maraqlıdır. Aktyor olduqca təbii təsir bağışlayır.
Aktyorlar İlham Babayev (İnək), Süleyman Süleymanov (Xoruz) isə tamaşada xeyir qüvvələri təmsil edirlər.
Tamaşanın quruluşçu rejissoru, teatrın direktoru və bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur.
Tamaşa uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.

Əli RZAYEV

Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” tamaşasını Kəngərli Rayon Mədəniyyət Evində nümayiş etdirib.
Tamaşada hadisələr Qafarın (aktyor Akif Əsədov) evində cərəyan edir. Çimnaz xanımı (aktrisa Maral Rzayeva) ehtiyac üzündən 16 yaşında ikən sevmədiyi Qafara ərə veriblər. Çimnaz gözəl, əxlaqlı xanımdır. Qafar isə xoşagəlməz davranışı ilə onu bezdirir və yaşına uyğun olmayan hərəkətlər edir. Çimnaz xanım qulluqçusu Nabatı (ak­trisa Nurdinar Kərimova) sevdiyi Əliyə (aktyor Sultan Səfərov) ərə vermək istəyir.
Çimnaz xanımın teatr həvəskarı kimi evində qurduğu oyun əsərin əsas mövzusudur. O, qulluqçusu Nabatı başa salır ki, əri Qafar evə gələndə ona desin ki, xanımın başı ağrıdığı üçün yatıb, onu narahat etməsin. Tamaşadakı gülməli hadisələr də bundan sonra başlayır.
Səhnə əsərində insanların dünya­görüşündə meydana gələn dəyişiklik və yeniliyin ilk nişanələri əks etdirilir ki, bu da yeni ictimai-siyasi quruluşdan irəli ­gələn əsas tendensiyaların ilk ­ünsürlərindəndir.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Akif Əsədov, musiqi tərtibatçısı Əli Məmmədovdur.
Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

Əli RZAYEV

Naxçıvan ərazisində yerləşən tarix və memarlıq abidələrində intensiv surətdə aparılan təmir-bərpa işləri, həmçinin onların mühafizəsi milli və mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən 2005-ci il 6 dekabr tarixdə imzalanmış “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncama əsasən qeydə alınan və pasportlaşdırılan yüzlərlə tarix və memarlıq abidəsi unudularaq yoxa çıxmaq təhlükəsindən xilas edilmişdir. Belə abidələrdən biri türk-islam mədəniyyətinin dəyərli nümunələrindən olan Şahtaxtı hamamıdır.

2006-cı ildə XIX əsr abidəsi kimi qeydə alınaraq pasportlaşdırılan bu abidə paklanmanın əsas məkanı, hamam mədəniyyətinin simvollarındandır. Şərq ölkələrində insanların sosial həyatının ayrılmaz element­lərindən biri məhz hamam mədəniyyəti ilə bağlı olmuşdur. İslam mədəniyyəti hamamlara xüsusi çalarlar gətirmiş, onların funksiyasını genişləndirmiş, dəyərini artırmışdır. Onlar artıq yaşayış yerlərinin mərkəzlərində, məscidlər, karvansaralar və digər ictimai tikililərlə birlikdə yer almışlar. Orta əsrlər dövründə müsəlman ölkələrinə aylarla yol qət edərək gələn səyyah və tacirlərin hamamlarda yuyunub paklandıqdan sonra şəhər-qalaların içərisinə daxil olmasına icazə verilməsi haqqında mənbələrin məlumatı hamamların ictimai həyatda oynadığı rolu əks etdirir. Mənbələrdə XIII əsrdə Azərbaycan şəhərlərinin hər bir darvazasının yanında çaharbazar, karvansara və hamamların olması haqqında verilən məlumatlar yuxarıdakı fikri təsdiq edir. Göründüyü kimi, mənbələrdəki məlumatlar, əsasən, şəhər hamamları ilə bağlı olmuşdur.

Ardını oxu...

Muğam sənəti mədəni irsimizin mühüm hissəsini təşkil edir. Son illər muxtar respublikamızda mədəniyyətimizə göstərilən böyük qayğı bu sənətdən də yan keçməyib. Muğam ifaçılarımız dövlətimiz tərəfindən onlara göstərilən bu qayğıdan bəhrələnərək milli musiqi mədəniyyətimizin inkişafına öz töhfələrini verirlər. Bu günlərdə Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində təşkil olunan “Nəqşi-cahan sədası” adlı konsert proqramı da muxtar respublikamızın muğam ifaçılarının yaddaqalan çıxışları ilə bərabər, həm də bu sənətə olan böyük rəğbəti ortaya qoydu.

Ardını oxu...

Noyabrın 8-də Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayonunun Gilançay kənd sakini Xəyal Fətəliyev, Naxçıvan şəhər sakini Sədi Məmmədov, Babək rayon sakini İnayət Fətullayev, Şahbuz şəhər sakini Şahin Orucov, Culfa rayonunun Ərəzin kənd sakini Mahmud Zeynalov tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən mis və saxsı məişət əşyaları, kənd təsərrüfatı alətləri, toxuculuq alətləri və sair olmaqla, 156 eksponat Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, nazirlik tərəfindən muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri fəallıq göstərirlər. Təkcə 2016-cı il ərzində muzeylərə 1500-dən çox, bu ilin 9 ayı ərzində isə 993 eksponat daxil olub.
Natəvan Qədimova maddi-mədəniyyət nümunələrini muzeyə təqdim etdiklərinə görə sakinlərə təşəkkürünü bildirib, mədəniyyətimizin inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ­Sədrinə bütün mədəniyyət işçiləri adından minnətdarlıq edib.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov vətəndaşların təqdim etdikləri eksponatların muzeyin zənginləşməsinə xidmət etdiyini bildirib.
Eksponatları muzeyə təqdim edənlərdən Akif Hacıyev və Sədi Məmmədov çıxış edərək qeyd ediblər ki, hər bir vətəndaş mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərə öz töhfəsini verməyə çalışır. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin qorunub yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Əli RZAYEV

Getdikcə yaxınlaşan sərt qışa hazırlıq üçün mülayim keçən günəşli payız günləri, doğrudan da qızıldan qiymətlidir. Belə havalarda qarşıdakı qışda çətinliklərə düşməmək üçün bütün zəruri işlər görülür, həyət-baca sahmana salınır, bağ-bağça xəzəldən, çör-çöpdən təmizlənir ki, gələn yazda iş başdan aşanda vaxt boş yerə getməsin. Bu günlər həm də evin xalı-xalçasını döşəmək və qış azuqəsini hazırlamaq baxımından da xanımlarımız üçün göydəndüşmədir. Elə ki Salvartının zirvəsinə qar düşdü, deməli, qış mətbəxinin vacib nemətlərindən olan əriştə kəsməyin, yarma bişirməyin, qovurma hazırlamağın da vaxtı çatmışdır.  

Qovurma Azərbaycan mətbəxinin ən dadlı yeməklərindəndir. Onu hər kəs, xüsusən evin balacaları daha çox xoşlayırlar. Naxçıvanda qovurma ilə hazırlanmış qış xörəkləri bişiriləndə hamının, hətta başqa vaxt yeməyə dığal olan uşaqların da iştahası artır. Xülasə, ilin bu aylarından başlamış ta Novruz bayramınadək süfrələrin ən dadlı yeməklərindən sayılan qovurmalı bozbaş, yumurta, küftə, əriştə aşı, yarma durusu kimi Naxçıvan mətbəxində geniş istifadə olunan yeməklərə daha çox üstünlük verilir. Bu yeməklərə bir də erkən yaz aylarında Şahbuz dağlarından toplanan yabanı ələyəz, əvəlik, qaz­ayağı, Nehrəm kəndi ətrafındakı dağlardan toplanan çoban kirmidi kimi yabanı bitki quruları da əlavə olunduqda bunlar qış süfrəsinin əsl şahına çevrilirlər. Onu da qeyd edim ki, qovurma bir də erkən yazda damaq dadımızı dəyişir. Yazın ilk günləri təzə çıxan dağ pencərləri – cacıq, qazayağı, şomu, sobu və digər pencərlər qovurma ilə qovrulub bişirilir ki, bunun da dadını-tamını yazmaqla çətin ki, izah edə bilək.

Ardını oxu...

İnsanın, ümumiyyətlə, canlıların həyatı üçün vacib olan komponentlərdən biri də duzdur. Bütün yerlərdə, xüsusilə isti iqlim şəraitinə malik olan ölkələrdə yaşayan insanlar hərəkət edərkən, yaxud da işləyərkən daha çox tərləyir, bu zaman orqanizmdə müxtəlif fizioloji proseslərdə daim sərf olunan duz tərlə birlikdə bədəndən xaric olur. Əgər bu itkinin yeri doldurulmasa, sağlamlıq üçün böyük fəsadlar yarana bilər. Bu səbəbdən də insanlar qədim zamanlardan duzdan istifadə etmişlər. 

Duz insan həyatında o dərəcədə mühüm rol oynamışdır ki, onunla bağlı inamlar və deyimlər yaranmış, duza and içilmişdir. Hətta duz mübadilə vasitəsi olmuş, bir sıra ölkələrdə “duz pullar” işlənmiş, bəzi yerlərdə vergilər duzla ödənilmiş, duza olan tələbat ödənilmədiyi hallarda narazılıqlar, hətta qiyamlar baş vermişdir. Duz uzun­ömürlülüyün, sarsılmazlığın, sadiqliyin, müdrikliyin rəmzinə çevrilmişdir. Ona görə də duza olan tələbatı ödəmək üçün ayrı-ayrı yerlərdə təbii proseslər nəticəsində, yaranmış duz süxurlarından istifadə olunmuş, nəticədə, duz mədənləri meydana gəlmişdir. Onlardan biri də Naxçıvan şəhərindən 12 kilometr şimal-qərbdə yerləşən duz mədənləridir. Burada duz yataqları şimalda Cəhri və keçmiş Sust kəndinə qədər uzanır.
Bölgə əhalisi arasında Nuh Peyğəmbərlə əlaqədar yayılan rəvayətlərdən birində deyilir ki, Dünya tufanından sonra Naxçıvanda məskunlaşan Nuh Peyğəmbər xalqa bir sıra sənətkarlıq sahələrini, o cümlədən duz çıxarmağı öyrətmişdir. Həmin rəvayətlərə əsaslanaraq Naxçıvan şəhər məktəbinin müfəttiş-müəllimi K.Nikitin 1882-ci ildə yazırdı ki, Nuh Naxçıvan duz mədənlərində ilk işçi olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Gənclər Təşkilatı mədəniyyət sistemində çalışan bir qrup istedadlı və fəal gəncin Ordubad şəhərinə ekskursiyasını təşkil edib. Ekskursiyanın iştirakçıları əvvəlcə Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, daha sonra isə Cümə məscidi ilə tanış olublar.
Muzeyin bələdçisi gənclərə məlumat verərək bildirib ki, XVII əsrə aid olan Qeysəriyyə binası bişmiş kərpicdən inşa olunub, hündürlüyü 8,5 metrdir. 1991-ci ildən Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin bu binada fəaliyyət göstərməsi abidənin əhəmiyyətini daha da artırıb.150 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4 mindən çox eksponat qorunub saxlanılır.

Ardını oxu...

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının və intibahının əsas mərkəzlərindən biri olmuş, İslam dininin maddi və mənəvi irsinin formalaşmasında yaxından iştirak etmişdir. Bu dinin yayılması və təbliğində mühüm vasitələrdən biri məscidlər olmuşdur. İslam mədəniyyətinin qiymətli abidələrindən sayılan məscidlər, tarixən bu dinin daşıyıcıları üçün elm, maarif ocağı sayılmaqla yanaşı, həm də mənəvi kamilləşmə, birlik, həmrəylik, sevgi, yardımlaşma kimi dəyərlərin təbliğ olunduğu əxlaq tribunası rolunu oynamışdır. 

Ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da məscid tikintisinin başlanğıcı burada İslam dininin yayılması dövrünə təsadüf edir. Bununla yanaşı, Naxçıvan şəhərində bizə məlum olan ilk məscid nümunəsi XII əsrdə şəhərdə tikilmiş Cümə məscididir. Vaxtilə Atabəylər memarlıq kompleksinə daxil olan bu məscidi Naxçıvanda dini-memorial tikililərin ən gözəl nümunələrindən biri hesab edirlər. Ümumilikdə götürsək, muxtar respublikada istər cümə, istərsə də məhəllə məscidlərinin xeyli hissəsinin tikintisi XVI əsrin sonu, XVII əsrin əvvəllərində və XVIII əsrin ilk onillikləri dövrünə aid edilir. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasında qeyd olunur ki, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Naxçıvan şəhərində adıçəkilən Cümə məscidindən əlavə, “Məhmət kətxuda”, “Cameyi-Şərif” adlı cümə məscidləri də fəaliyyət göstərmişdir. Elə həmin dövrdə Naxçıvan şəhərində “Ağa məscidi”, “Hacı Xəlil məscidi”, “Keçəçi məscidi”, “Molla Əhməd məhəlləsinin məscidi”, “Bəsri məscidi”, “Şeyx Əminəddin məscidi”, “Hacı Sani məscidi” adlı məscidlər də mövcud olmuşdur.

Ardını oxu...

“Azərbaycanın incisi” kimi tanınan Ordubad rayonunda əhali təzə meyvələrdən ehtiyat ərzaq məhsulları kimi qış üçün də tədarük edib. Armuddan, ərikdən, almadan qax, şaftalının xüsusi növü olan nazlı şaftalıdan alana, miyanpur, cəvizdən sucuq, alçadan çırtma və sair hazırlayıblar. 

Onu da qeyd edək ki, meyvələrin qurudulması, onlardan müxtəlif çeşiddə yemək növlərinin hazırlanması xüsusi qaydalara əsaslanır. Məsələn, uzun illər bu işlə məşğul olan və əsas qazancını meyvələrdən çıxaran Nurəddin Səfərov deyir ki, meyvələrin ehtiyat ərzaq məhsulu kimi tədarükünün ən münasib yolu onların qurudulmasıdır. Bildirir ki, meyvəçilikdə əsas işlərdən biri məhsulun toplanması və saxlanılmasıdır. Qurudulmaq üçün yığılan meyvələr elə yığılmalıdır ki, onlar əzilməsin. Belə ki, alma, armud, nar, heyva və digər meyvələri bir-bir yığmaq lazımdır. Bu üsula ordubadlılar “dəstəçin” deyirlər. Meyvə xüsusi qayda ilə qablara yığılar, altına quru ot döşənər. Daha uca, əlçatmaz ağacların meyvəsi isə “koqar” adlı alət vasitəsilə toplanar. Belə ki, insanlar əlçatmaz budaqdakı armudları bir-bir koqarın qarmağına ilişdirər, sonra onu buraraq saplağı qırıb armudu qaba salarlar.

Ardını oxu...

Poeziyasının özünəməxsusluğu, sözünün bədii dəyəri baxımından seçilən şairlərdən biri olan Muxtar Qasımzadənin bu günlərdə nəşr olunan “Nuh diyarı Naxçıvan” kitabı tarixi abidələrimizin poetik əksi və təbliği baxımından özünəməxsusluğu ilə diqqəti cəlb edir.
Kitab Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması münasibətilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunub. Yeni nəşrdə yer alan tarixi abidələr haqqındakı axıcı, poetik və tərənnüm mahiyyətli şeirlərin hər birinin vətəndaş yanğısı ilə qələmə alındığını müşahidə etmək çətin deyil. Özünün “bu daş kitabələri oxuyan gərək, kəpir-kəpir vərəqini qaldıran gərək” fikirlərinə uyğun olaraq o, bu abidələri “oxuyub vərəqləməyə başlayır:

Tarix vüqar gətirib
qayasına, daşına.
Nuhdan xəbər gətirib,
çatıb müdrik yaşına
Günəşimdir, Yer kimi
Mən dolanım başına,
dönüm Naxçıvanımın,
Anam Naxçıvanımın.

Ardını oxu...

Hər bir xalqa məxsus olan ən qiymətli maddi və mənəvi sərvətlərin хəzinəsi, yаddаş kitabı kimi öz missiyalarını yerinə yetirmək baxımından muzеylər mühüm əhəmiyyət kəsb edən mədəniyyət müəssisələridir. Belə qurumların fəaliyyətinin daha interaktiv qurulması cəmiyyətimiz üçün olduqca vacibdir. Çünki xalqın tarixi, elmi və mədəni abidələrinin, maddi və mənəvi dəyərlərinin qorunması, saxlanılması, təbliğ edilməsi və gələcək nəsillərə ötürülməsində muzeylər müstəsna rol oynayırlar. 

Belə mədəniyyət müəssisələrinin insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov açaraq muzeyin təşəkkülü və inkişafı istiqamətində Mirbağır Mirheydərzadənin həyata keçirdiyi tədbirlər haqqında danışıb.

Ardını oxu...

Xalqımızın genetik yaddaşında, tarixi mənbələrdə bu günə qədər qorunub saxlanan adət-ənənələr arasında müxtəlif mövsümlərlə bağlı mərasim və nəğmələr özünəməxsus yer tutur. Ulu əcdadlarımız uzun illərin müşahidəsi nəticəsində ili müəyyən dövrlərə bölüb, onlara müxtəlif adlar verər, həmin dövrdə görüləcək işləri planlaşdırardılar. Təkcə işlər planlaşdırılmaz, istirahət və əyləncə də unudulmazdı.

İlin müəyyən dövrləri bayram kimi təntənəli surətdə qeyd edilərdi. Bu mərasimlər zamanı xalq yaradıcılığının məhsulu olan meydan tamaşaları, etnoqrafik cəhətdən maraqlı oyunlar, səhnələşdirilmiş tamaşalar, mahnı və rəqslər, müxtəlif müsabiqələr təşkil edilərdi. Xalq yaradıcılığının məhsulu olub, zəngin folklor nümunələri ilə müşayiət edilən bu tədbirlər xalqın çoxəsrlik mədəniyyəti ilə yanaşı, pedaqogikasının da zənginliyini göstərir. Belə ki, mərasimlərdə həm tamaşaçı, həm də iştirakçı olan uşaqlar bu bilgiləri emprik yolla mənimsəyərdilər.
Araşdırmalar göstərir ki, Azərbaycan etnoqrafiyasında bu mərasimlər, əsasən, payız-qış mövsümündə daha çox həyata keçirilərmiş. Görünür ki, əkin-biçin qayğısından azad olan ata-babalarımız bu bayramlarda həm istirahət edib əylənmiş, həm də xalq yaradıcılığını inkişaf etdirmişlər.

Ardını oxu...

“Naxçıvan” Universitetinin kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitablarının müzakirəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyev sərəncamın əhəmiyyətindən, bu istiqamətdə atılan addımların vacibliyindən danışıb. Rektor çıxışında siyahıda gənc nəslin dövlətçilik və vətənpərvərlik tərbiyəsinə, habelə şəxsiyyət kimi formalaşmasına daha çox təsir edə biləcək kitablara üstünlük verilməsini müstəqil dövlətçilik idealları üstündə köklənmiş kamil Azərbaycan vətəndaşlarının daha yetkin səviyyədə formalaşdırılmasına kömək etmək məqsədi daşıdığını vurğulayıb.
Tədbirdə çıxış edən kitabxananın direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aypara Behbudova bu sərəncamın kitaba, kitabxanalara qayıdış üçün çağırış olduğunu, sərəncamdan sonra kitabxanalarda oxucuların sayının artdığını və siyahıda adı göstərilən hər bir kitabın müzakirəsinin təşkil olunmasının qarşıda duran əsas vəzifə kimi müəyyənləşdirildiyini qeyd edib.
Sonra Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva “Sirlər xəzinəsi” və “Nizaminin hikmət və nəsihətləri” kitabları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, əsərin spesifik xüsusiyyətlərindən danışıb.
Tələbələrdən FatiməYusifova və Aydın Əliyev “Sirlər xəzinəsi” poemasından bir parçanı bədii qiraət ediblər. Tələbələri maraqlandıran suallar cavablandırılıb, sonda sərəncamda adları göstərilən kitablardan ibarət guşəyə baxış olub.

Nubar SƏFƏRLİ

Son illər ərzində Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar bir daha sübut etdi ki, Cənubi Qafqazın ən qədim abidələri Naxçıvan ərazisindədir. Bunlardan Neolit abidəsi olan I Kültəpə, İlk Eneolit dövrünə aid yaşayış yerləri, yalnız Naxçıvana xas olan Orta Tunc dövrünə aid qalalar buna misal ola bilər. Min illər boyu tarixin sirlərini özündə qoruyub saxlayan abidələrimizdən biri də Qaraqaya yaşayış yeridir.

Maraqlıdır ki, “Qaraqaya”, “Qaradaş” toponimi Naxçıvan ərazisində həddən artıq çoxdur. İntruziv mənşəli bu oronim (dağ-dərə adları) kaha və qayaaltı sığınacaqları, yaxınlığında olan su qaynaqları ilə qədim insanların nəzərini cəlb etmiş, həmin ərazidə məskən salmışlar.
Yeni aşkarladığımız bu abidə Şahbuz rayonunun Ayrınc və Qızıl Qışlaq kəndləri arasında, Küküçayın sol sahilindədir. Rənginə görə “Qara­qaya” adlanan, çox hündür olmayan bu qaya isə Küküçayın sağ sahilindədir. Qayanı və yaşayış yerini ayıran Küküçay bu hissədə, demək olar ki, 90 dərəcəlik bucaq altında dönür. Küküçay və onun ətrafındakı ağaclıq, burada olan bulaqlar həm yerli əhalinin, həm də kənardan gələnlərin istirahət üçün düşərgə salmasına səbəb olur.

Ardını oxu...

Qədim və zəngin maddi-mədəniyyət nümunələrimizi yaşadan və təbliğ edən ünvanlardan biri də Naxçıvan Dövlət Xalça Muzeyidir. Bu yaxınlarda muzeyə gəlib, burada nümayiş olunan Azərbaycan xalqının milli mədəniyyətinin daşıyıcısı olan xalça və xalq tətbiqi sənəti nümunələri ilə tanış olduq.

Bələdçi Səadət Vəliyeva muzey haqqında çox geniş məlumat verdi. O qeyd etdi ki, Naxçıvan Dövlət Xalça Muzeyi 1998-ci ilin aprelindən fəaliyyət göstərir. Muzeydə 3 mindən çox eksponat vardır. Bu gün muzeyin ekspozisiyasında 300-dən çox eksponat sərgilənir. Bunlar arasında, ilk növbədə, xalçalar, xalçaçılıq məmulatları, qədimdə insanların toxucu­luq zamanı istifadə etdiyi alətlər və məişət əşyaları yer alır. Muzeydə Təbriz-Naxçıvan, Gəncə-Qazax, Quba, Şirvan, Qarabağ xalçaçılıq məktəblərinə məxsus XVIII-XIX əsrlərə aid xalça nümunələri də saxlanılır. Naxçıvan xalçaları qədim diyarımızın əksər yaşayış məntəqələrində toxunub.
Muzeydə, həmçinin 2006-cı ildə Bakıda fəaliyyət göstərən “Azər-İlmə” xalça sexi tərəfindən toxunan ümummilli lider Heydər Əliyevə həsr olunan xalça da diqqəti cəlb edir.
Toxunuş texnikasına görə xalçalar iki yerə ayrılır – xovsuz və xovlu xalçalar. Xovsuz xalçalar daha sadə üsulla: dolama, keçirtmə, düyünləmə kimi üsullarla toxunur. Xovsuz xalçaların üzərində olan naxışlar da xovlu xalçalara nisbətən sadə olur və daha asan ərsəyə gəlir. Xovlu xalçalar isə daha mürəkkəb üsulla toxunur. Bu zaman mürəkkəb ilmə, qulabı ilmə, dolama ilmənin mürəkkəb formasından istifadə olunur. Üzərində olan naxışlar da digər xalçalara nisbətən mürəkkəb, çətin toxuna bilən naxışlardır. Azərbaycan xalçaları xovuna görə dünyada məşhurdur.

Ardını oxu...

Sirr deyil ki, Naxçıvan Muxtar Respublikası ölkəmiz üzrə inkişaf və tərəqqinin, yeni təşəbbüslərin bayraqdarına çevrilmişdir. Sosial-iqtisadi inkişafın Naxçıvan modeli artıq beynəlxalq arenada da müsbət əks-səda vermişdir. Bu diyarda bütün bölgələrə abad yollar çəkilmiş, yeni məktəb binalarının tikintisi geniş vüsət almış, təhsil ocaqları kompüterləşdirilmiş, distant təhsil sistemi qurulmuşdur.

Muxtar respublikada xalqımızın qədim mədəni irsinin qorunub yaşadılması, inkişaf etdirilməsi istiqamətində xeyli iş görülmüşdür. Əlincə qalası, Gülüstan türbəsi, Naxçıvanqala və digər qürur mənbəyimiz olan tarixi-memarlıq abidələrimizin bərpası gənc nəslin mənəvi tərbiyəsində çox böyük əhəmiyyətə malikdir. Eləcə də tarixi şəxsiyyətlərin, bu torpağın görkəmli yetirmələrinin yubileylərinin keçirilməsi, xati­rələrinin əbədiləşdirilməsi, görkəm­li ictimai-siyasi xadimlərin muzeylərinin fəaliyyətə başlaması mədəniyyətimizə böyük töhfədir. AMEA Naxçıvan Bölməsində, ali təhsil müəssisələrində elektron kitabxanalar yaradılmışdır.

Ardını oxu...

Naxçıvanın simvollarından biri də Duzdağ mədənidir. Tarixi mənbələrə əsasən hələ 6 min il bundan əvvəl – Nuh Peyğəmbər dövründən buradan duz çıxarılıb. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə, xüsusilə şumerlərə buradan duz daşınıb.
Şumerlərdə duz müqəddəs sayılmış, duza səcdə etmişlər. Şumer əfsanəsi ilə Gəmiqaya, Nuh tufanı əfsanəsi üst-üstə düşür. Türkiyəli şumeroloq tədqiqatçıların araşdırmalarına görə, xüsusilə professor İlmiyyə Müzəyyən bildirir ki, şumerlər özlərinə Kəngər demişlər. Kəngərlilər isə Naxçıvanda yaşamışlar. Bu gün də Naxçıvanda Kəngərli soyadı, Kəngərli rayonu mövcuddur. Atı əhliləşdirənlər, arabanı kəşf edənlər kəngərlərdir ki, Gəmiqaya rəsmlərində ikitəkərli və dördtəkərli araba, at və atlı rəsmləri vardır. Heç şübhəsiz, bu arabalardan bir nəqliyyat vasitəsi kimi istifadə edilmiş və şumerlərə bu arabalar vasitəsilə duz daşınmışdır.
Tarixdə duzun ilk dəfə kəşf olunması da Naxçıvan diyarına məxsusdur. Duzu ilk dəfə mətbəxə gətirən oğuzlar olmuşdur. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər bir qarışında, dağında, daşında sirli-sehrli tarixin izləri gizlənib. Bu yer haqqında xeyli elmi və publisistik məqalələr yazılsa da, hələlik bu məkanın sirri tamamilə açılmayıb.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR