23 Dekabr 2024, Bazar ertəsi

XX əsrin əvvəllərində Naxçıvanın ictimai-siyasi və mədəni həyatında çox mühüm rolu olan fədakar ziyalılardan biri Eynəli bəy Sultanovdur. Yazıçı, publisist, ictimai xadim kimi geniş şöhrət qazanmış Eynəli bəy Sultanov zəngin və çoxcəhətli fəaliyyəti ilə mənsub olduğu xalqın maariflənməsində, milli şüurun formalaşmasında mühüm rol oynamışdır. Məhz bu kimi xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Sərəncam imzalamışdır. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq görkəmli maarif xadiminin irsinin öyrənil­məsinə yenidən qayıdış, bu istiqamətdə monoqrafiyaların yazılması, onun publisistik irsinin tərcümə olunub oxuculara təqdim olunması, “Məqalələr”inin “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi Eynəli bəy Sultanov şəxsiyyəti və elmi-publisistik irsinin hərtərəfli öyrənilməsi və tədqiqi baxımından böyük əhəmiyyətə malikdir. 

Eynəli bəy Sultanov publisistik fəaliyyətə 1887-ci ildən başlamışdır. Görkəmli publisist “Tərcüman”, “Yeni fikir”, “Yeni yol”, “Kaspi”, “Kavkaz”, “Novoye obozreniye”, “Zakavkazye”, “Zakavkazskaya reç”, “İşıq yol” və digər qəzetlərdə məqalələr dərc etdirmişdir. Məktub janrında qələmə alınmış məqalələrin əksəriyyəti müəllifin Vətən, xalq, yurd, millət sevgisindən doğan fikirləri ilə zəngindir. Böyük vətənpərvərlik duyğuları ilə yazılmış bu məqalələrdə xalqın geriliyi, hüquqsuzluğu, qadınların kölə vəziyyətinə salınması, maarif, mədəniyyət cəhətdən gerilik və bütün bunların nüvəsində dayanan ictimai səbəblər göstərilmiş və kəskin şəkildə tənqid olunmuşdur.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən “Lira” musiqili-intellektual oyununun III mərhələsi başa çatıb.
Maraqlı və gərgin keçən musiqili­-intellektual oyunda musiqi məktəblərinin şagirdləri fəallıq göstəriblər. Onlar görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini dinləmə yolu ilə təyin edib, musiqinin ümumi-nəzəri məsələləri ilə bağlı sualları cavablandırıblar.
Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıb. Naxçıvan Şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin “Simayi-Şəms” komandasına birinci, Şərur Rayon Şəhriyar Kənd Uşaq Musiqi Məktəbinin “Köçəri” komandasına ikinci, Sədərək Rayon Uşaq Musiqi Məktəbinin “Qala” komandasına üçüncü dərəcəli diplom və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin “Xəmsə” komandasına isə həvəsləndirici diplom təqdim edilib.
Qeyd edək ki, “Lira” musiqili-intellektual oyununun dördüncü mərhələsi fevral ayında keçiriləcəkdir.

Əli RZAYEV

2017-ci ildə muxtar respublikada milli dəyərlərimizin yaşadılması, qorunması və təbliği sahəsində bir sıra işlər həyata keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər davam etdirilmiş, görkəmli sənət adamlarının yubileyləri qeyd edilmişdir. İl ərzində keçirilən “İstedadlı uşaqlar-2017”, “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları-bal” və “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublika sakinləri və turistlərdə xoş təəssürat yaratmışdır.

Ötən il qədim diyarımızda muzeylərin fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulması və muzey şəbəkələrinin genişləndirilməsi sahəsində işlər davam etdirilmişdir. Bu məqsədlə Şahtaxtinskilər muzeyi yenidən qurulmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sentyabr tarixli “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncamının icrası ilə bağlı hazırlıq işlərinə başlanılmışdır. Bu dövrdə muzeyləri 110 min 425-i əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət etmişdir. Muzey fondlarının zənginləşdirilməsi sahəsində qədim diyarın sakinləri fəal iştirak etmiş, muzeylərimizə 1340 eksponat daxil olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il  19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq “Muzey günləri”nin davam etdirilməsi məqsədilə muxtar respublikada müxtəlif dövlət orqanlarının çalışan kollektivləri cari ildə də muzeylərimizə ziyarətləri davam etdirirlər. 

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Ardını oxu...

Qədim Ordubad diyarı tarixdə iz qoyan görkəmli şəxsiyyətləri, ədibləri, söz sənətkarları ilə hər zaman şöhrət qazanıb. Hələ XIX əsrdə burada “Əncüməni-şüəra” kimi ədəbi məclisin fəaliyyət göstərməsi sözə verilən qiymətlə bərabər, həm də ədəbiyyatımızın inkişafına böyük təsir göstərib. Bu məclisin üzvləri öz müasirləri ilə ədəbi əlaqələr yaradar, söz sənətkarları bir yerə toplaşar, yazdıqları şeirləri oxuyar, ədəbi yaradıcılıq müzakirələri aparardılar. 

Həmin dövrdə Ordubad ədəbi mühitində öz təfəkkürü və ədəbi düşüncə tərzi ilə seçilən sənətkarlardan biri də Qüdsi Vənəndi olmuşdur. O, “Əncüməni-şüəra” ədəbi məclisinə rəhbərlik etmişdir. Qüdsi Vənəndinin bu məclisə rəhbərlik etdiyi dövrdə məclis məhsuldar bir mərhələ keçmişdir. O, başçılıq etdiyi ədəbi məclisdə özünə və başqalarının əsərlərinə də böyük tələbkarlıqla yanaşmış, bəzən xoşu gəlməyən ədəbi nümunələri açıqcasına tənqid etmişdir.
Qüdsi irsinin tədqiqatçısı, filologiya elmləri doktoru Əsgər Qədimovun monoqrafiyasından əldə etdiyimiz məlumata görə, Qüdsi Vənəndi məhəllə məscidində oxuduqdan sonra Təbrizdə ali ruhani təhsili alıb, dini elmləri, Şərq ədəbiyyatı və fəlsəfəni dərindən mənimsəyib. Şair ömrünün sonuna qədər əsərlərində ictimai ədalət, humanizm və xəlqilik mövqeyindən çıxış edib.

Ardını oxu...

Yanvarın 26-da Naxçıvan Dövlət Xalça Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunmuş, Azərbaycan Milli Elmlər Akademiyasının vitse­-prezidenti, akademik İsa Həbib­bəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun birgə müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq demişdir ki, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən Naxçıvan həm də bu mədəniyyətə qiymətli töhfələr vermiş xalçaçılıq ənənələri ilə seçilir. Regionun əlverişli iqlimi və mühüm ticarət yolları üzərində yerləşməsi bu ərazidə bir çox sənət sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etməsində əhəmiyyətli rol oynamışdır. Naxçıvan Dövlət Xalça Muzeyinin 20 illik yubileyində Azərbaycan Milli Elmlər Akademiyasının vitse­-prezidenti, akademik İsa Həbibbəylinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri, professor Vidadi Muradovun müəllifliyi ilə nəşr olunmuş “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik” kitabının təqdimatının keçirilməsi də mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin “Naxçıvan İslam Mədəniyyətinin paytaxtı – 2018” devizi altında Kəngərli Rayon Mədəniyyət Evində konserti olub.

Konsertdə Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbləri şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib. Şagirdlər görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacı­bəyovun, Tofiq Quliyevin, Fikrət Əmirovun, Emin Sabitoğlunun və başqalarının musiqi əsərlərini səsləndiriblər. Şagirdlərin ifasında muğam, xalq mahnıları, rəqslər və saz havaları da ifa edilib. Musiqi məktəblərinin xanəndəlik, fortepiano, xoreoqrafiya, skripka və başqa ixtisaslar üzrə təhsil alan şagirdlərindən Güldəstə Qasımzadə, Bayram Tahirov, Sənay Eylazova, Zəhraxanım Heydərovanın ifaları maraqla qarşılanıb.
Konsertdə xarici ölkə bəstəkarlarının skripka, fortepiano üçün yazdığı musiqi əsərləri də səsləndirilib. Konsert Xalq Çalğı Alətləri Ansamblı­nın ifasında Fikrət Əmirovun “Qarabağ kompozisiyası” ilə başa çatıb.

Əli RZAYEV

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanovanın 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Rəşad Xudiyev açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Bu gün anadan olmasının 60 illiyini qeyd etdiyimiz Yasəmən Ramazanovanın yubileyi də bu diqqətin bariz nümunəsidir. O, Xalq artisti Yasəmən Ramazanovanı 60 yaşının tamam olması münasibətilə təbrik edib, yaradıcılıq uğurları arzulayıb.
Nazirliyin əməkdaşı, Xalq artisti Kamran Quliyev Yasəmən Ramazanovanın həyat və yaradıcılığı haqqında çıxış edərək bildirib ki, tanınmış aktrisa Naxçıvan şəhərinin Tumbul kəndində dünyaya göz açıb. Sənətə, teatra maraq və həvəs onu Naxçıvan şəhər 1 nömrəli Mədəniyyət Evinin nəzdindəki xalq teatrına gətirib. Xalq teatrında gənc aktrisa görkəmli yazıçıların səhnə əsərlərində ilk rollarını oynayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktrisanın Naxçıvan teatrının səhnəsində yaratdığı müxtəlif xarakterli obraz və personajlar ona tamaşaçı rəğbəti qazandırıb. Aktrisanın səhnəmizdə oynadığı çoxsaylı rollar onun yaradıcılıq imkanlarının geniş və rəngarəngliyindən xəbər verir. Yasəmən Ramazanova dramatik, faciəvi, lirik-psixoloji obrazları canlı və təbii yaratmaqla geniş yaradıcılıq imkanlarına malik olduğunu bir daha təsdiq edib. Xalq artisti 2005-ci ildən 2016-cı ilədək M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktoru olub.

Ardını oxu...

İnsanlar yarandığı gündən yaşamaq üçün müxtəlif əşyalardan istifadə etməyə başlamışlar. Bu alət və əşyaların bəziləri təbiətdə hazır vəziyyətdə olmuş, bəzilərini isə düşünüb yaratmışlar. Belə ki, daş alətlər, obsidianlar (dəvəgözü), çaxmaqdaşları insanların ilk istifadə etdiyi alətlərdir. Təxminən 9 min il əvvəl – “keramika inqilabı” dövrü adlanan Neolit dövründə keramika istehsalı insanların həyatında mühüm irəliləyişə səbəb olub. Xörək bişirmək, maye halında olan məhsulların saxlanılması, daşınması üçün imkan yaranıb. Lakin zaman keçdikcə bu alət və əşyalardan istifadəyə zərurət qalmadığı üçün onlar gündəlik məişətimizdən çıxmağa, get-gedə unudulmağa başlanılıb. Zəngin tariximizin, etnoqrafiyamızın araşdırılması və tədqiqi baxımından əhəmiyyətini nəzərə alaraq onların bəziləri haqqında oxucularımıza da məlumat vermək istərdik.

Ardını oxu...

Son illərdə rəssamlıq sənətində daha çox müraciət olunan janrlardan biri hiperrealizmdir. Bu mövzuda gənc istedadlar elə əsərlər yaradırlar ki, onların çəkdikləri portretləri adi fotolardan fərqləndirmək çətin olur. Həmsöhbət olduğumuz Zülfüqar Həsənli də məhz belə gənc istedadlardandır. Yaşının az olmasına baxmayaraq, onun rəsm əsərləri çoxlarının diqqətini cəlb edir. Gənc rəssam Zülfüqarla müsahibəni  oxucularımıza təqdim edirik.

– Özünüz haqqında bir qədər məlumat verməyinizi xahiş edirik.
– 1993-cü ildə Ordubad rayonunda anadan olmuşam. Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışam. 2015-ci ildə isə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq ixtisasına qəbul olunmuşam. Hazırda 3-cü kursda təhsilimi davam etdirirəm. Kiçik yaşlarımdan rəssamlığa maraq göstərmişəm. Rənglərin cazibəsi məni öz sehrinə salıb. İlk rəsmimi 1-ci sinifdə oxuyarkən çəkmişdim. “Məlikməmmədin nağılı”ndakı divlə Məlikməmmədi təsvir etmişdim. Müəllimim həmin rəsmi görəndə “sən rəssam olacaqsan”, – demişdi. O vaxtlar tam mənasıyla rəssamlığın nə demək olduğunu dərk etməsəm də, sevimli məşğuliyyətimi davam etdirirdim. İlk dəfə V sinifdə oxuyarkən rəsm müsabiqəsində iştirak etdim. Sonralar daha çox müsabiqələrə qatıldım.
Xocalı soyqırımına həsr olunmuş müsabiqədə çəkdiyim rəsmlərlə birinci yerə layiq görüldüm. X sinifdə oxuyarkən tələbələrlə birgə müsabiqədə iştirak etdim. Məktəbli kimi burada birincilik əldə etməyim mənim üçün böyük fəxr idi. Eyni zamanda xarici ölkələrdə təşkil olunan müsabiqələrdə də iştirak etmişəm. İki dəfə Türkiyədə, bir dəfə isə İranda keçirilən müsabiqədə qalib gəlmişəm. 2008-ci ildə Ordubad Rayon Mədəniyyət Evində fərdi sərgim də təşkil olunub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının müdiri Fariz Əhmədov uğurlu tədqiqatlar apararaq “Nə olursan ol, yenə gəl” adlı kitab çap etdirib. Universitetin Elmi Şurası tərəfindən çapa tövsiyə olunan kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Mehdiyev, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Sədaqət Nemətova və Yusif Hüseynovdur.

Günümüzdə Mövlana Cəlaləddin Rumi və Şəms Təbrizi yaradıcılığı üzərində bir çox ziyalılar tədqiqat işləri aparıb. Fariz Əhmədovun “Nə olursan ol, yenə gəl” kitabı da bu mövzuya həsr olunan maraqlı tədqiqat işidir. Böyük mütəfəkkir Cəlaləddin Rumi və Şəms Təbrizinin həyatı, mühiti, fəlsəfəsi və onların söylədikləri qiymətli, həmişəyaşar öyüd və nəsihətlərin toplandığı bu kitab, əsasən, gənc nəslin bəhrələnməsinə və öyrənməsinə xidmət edir.
Son illərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da Mövlananı daha yaxından tanımaq və onun hikmətlərindən yararlanmaq cəhdləri çoxalıb. Ölkəmizdə bu istiqamətdə aparılan işlərin, nəşr edilən kitab və məqalələrin sayının artması sevindirici haldır. Yeni nəşrdə də yolları və illəri bir qurşaq kimi belinə dolayaraq yetişən, vəcd və təmkini özündə birləşdirən Mövlananın həm yaşarkən, həm də vəfatından sonra qənaət sahibi olan bir Haqq dostu, həyata və ölümə, zamana və məkana yenilməyən bir alim olduğu əhatəli şəkildə əks olunub. Xalqın qəlbinə yol tapmaq üçün şeir və musiqi dilini İlahi bir səsləniş halına gətirdiyi əsərlərdən biri olan “Nə olursan ol, yenə gəl” adlı kitab ağıl və idraka səslənərək hər bir insanın ruh dünyasına xoş təsir bağışlayır. Kitab yetişməkdə olan gənc nəsil, eləcə də Mövlana Cəlaləddin Ruminin yaradıcılığına müraciət edən tədqiqatçılar üçün qiymətli bir əsərdir.

Arzu ABDULLAYEV
tarix üzrə fəlsəfə doktoru

Hər il 20 Yanvar faciəsi ərəfəsində naxçıvanlıların daha çox üz tutduğu ünvanlardan biri də Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyidir.
Məlumat üçün bildirək ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə yaradılan, 500 eksponatla fəaliyyətə başlayan Şəhidlər Muzeyinin adı 8 avqust 2000-ci il tarixdə dəyişdirilərək “Xatirə Muzeyi” adlandırılıb. Hazır­da burada 2000-ə yaxın eksponat var. Hər bir eksponat bizi keçmişə qaytarır. Ötən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən qanlı cinayətləri xatırladır. Bu hadisələri unutmamağı təlqin edir. Eksponatlardan 400-ə yaxını ekspozisiyada sərgilənir. Muzeyin ekspozisiyasının qurulmasında xronoloji ardıcıllıq əsas götülürüb. Bir-birinin davamı olan 1918-ci il 31 mart, 1990-cı il 20 Yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamların surətləri qiymətli sənədlər kimi muzeydə özünə yer alıb. Bu sənədlər görkəmli dövlət xadiminin xalqımızın şərəfli tarixinə böyük ehtiramının ifadəsi kimi diqqəti ­çəkir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 20 Yanvar faciəsinə həsr olunmuş “İki qərənfil” adlı rəsm sərgisi açılıb.
Sərgidə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək faciənin başvermə səbəblərindən danışıb. Bildirib ki, XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misligörünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünü­dərk əsri kimi də daxil olub. Bu baxımdan 1990-cı ilin 20 yanvar günü xalqımızın milli azadlıq mübarizəsində xüsusi yerə malikdir. Bu tarix uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqımız azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Ardını oxu...

Həyatı və yaradıcılığı gələcək nəsillər üçün örnək olan şəxsiyyətlər arasında Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş Bəhruz Kəngərlinin yaradıcılığı çox zəngin və mövzu etibarilə əhatəlidir. Bəhruz Kəngərlinin sənət irsi Vətən gözəllikləri və taleyinin rəngli təsviri deməkdir. Çünki rəng rəssamın göstərmək istədiyi məqsədlərin qabarıq təqdimidir. Bəhruz Kəngərlinin yaratdığı “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Bahar mənzərələri”, “Qaçqınlar” silsiləsinə daxil olan yurdsuz insanların portretləri, “Elçilik”, “Toy” kimi məişət kompozisiyaları, Naxçıvan teatrında tamaşaya qoyulmuş əsərlərə verdiyi bədii tərtibat və geyim eskizləri Azərbaycan boyakarlıq rəssamlığının dəyərli nümunələrindən hesab olunur. 

Onun dərin həvəslə yaratdığı təbiət mövzusundakı əsərlərində hər cəhətdən zəngin və gözəl ana yurdumuzun füsunkar təbiəti, insanı valeh edən ecazkar gözəllikləri əks olunub. Bu təkrarsız ustad sənətkarın rəsm əsərləri bir tamaşaçı kimi məni də həmişə özünə valeh edib, görkəmli rəsm ustadının zəngin yaradıcılığından doğan təəssüratlarımı bölüşmək istəyimi zərurətə çevirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci il 28 avqust tarixdə “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam imzalayıb. Bir müəllim kimi bu sərəncam məni də çox sevindirdi və bu mühüm dövlət sənədinə görə Ali Məclis Sədrinə kollektivimiz adından dərin minnətdarlığımı bildirirəm. Həmin siyahıdakı “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” olduqca tərbiyəvi əhəmiyyət daşıyır və bir atanın övladına arzuladığı bütün keyfiyyətlər məhz bu məktubda öz yerini alıb.
“ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub” həcminə görə qısa olmasına baxmayaraq, çox mühüm kodeksləri özündə birləşdirən və düzgün seçilmiş bir kitabdır. Həmin məktub sanki Avraam Linkolnun deyil, bütün valideynlər adından müəllimlərə bir müraciətdir. Məktubdakı cümlələrin hər biri bu günün müəlliminə sanki yol göstərir, onun üzərinə müəyyən mənəvi vəzifə qoyur. Bəs prezidenti sıravi bir müəllimə məktub yazmağa vadar edən nə idi? O, çox yaxşı bilirdi ki, uşaqların tərbiyəsinə ən çox təsir edən, onu düzgün istiqamətləndirə bilən məhz müəllimdir. Məktubda deyilir:
– Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Deməli, şagird müəllimə verilmiş bir əmanətdir.
– Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Amma hər alçağa qarşı bir qəhrəman, şəxsi mənafeyini güdən siyasətçiyə qarşı isə özünü ölkəsinə fəda etmiş bir lider mütləq var.

Ardını oxu...

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında Babək Rayon Mədəniyyət Evində keçirilən konserti maraqla qarşılanıb.

Əvvəlcə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Təranə Cəfərova çıxış edərək bildirib ki, konsert şöbənin iş planına əsasən keçirilir.
Qeyd edilib ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı statusunu daşıyır. Bu münasibətlə mədəniyyət və turizm şöbəsi də bir sıra tədbirlər keçirəcəkdir.
Vurğulanıb ki, konsertin təşkilində məqsəd musiqi məktəblərində Azərbaycan və dünya musiqisini təbliğ etməkdir.

Ardını oxu...

Tarixlər şahidi, hər daşının altında ox nişanı olan ulu diyar Naxçıvan! Sən tarixlərin min-min sirrini sinəndə qoruyursan. Hər qayan, hər daşın, şır-şır axan çayların, bulaqların tarixin min illər boyu davam edən gərdişlərindən xəbər verir. “Səndə tarixlərin çox nişanı var”, – deyən şair necə də haqlıdır. Bu qədim yurdun cansız daşı, qayası, əzəmətli dağları, büllur bulaqları da əfsanələr mənbəyidir. Vətən torpağının ünvanı olan bu adlar, sadəcə, yer, məkan adları deyil, xalqımızın ictimai, sosial-iqtisadi və mədəni həyatının tarixi göstəriciləridir. Bu adlar sirri açılmamış bir dünya, oxunmamış bir kitabdır. Bu kitabın hər səhifəsində tarixi keçmişimizin min bir sirri yaşayır, bu yer və məkan adlarının yaranma tarixi, meydana­gəlmə səbəbi əks olunur. Xalqımızın dili, təşəkkül tarixi, mədəniyyəti, etnoqrafiyası,  etnogenezi, ulu babalarımızın isti nəfəsi, ayaq izləri bu adlarda yaşayır. Elə sizə təqdim edəcəyimiz bu sirli-soraqlı yer, qala, dağ adları da əfsanə və rəvayətlərlə bağlıdır.

Əshabi-Kəhf dağı və mağarası

Əshabi-Kəhf dağındakı mağara və burada uyuyan müqəddəslər barədə “Qurani-Kərim”in “Kəhf” surəsində bəhs olunur. Həmçinin adıçəkilən mağara haqqında xalq arasında yayılmış və bir sıra qaynaqlarda əksini tapmış rəvayətlər də vardır. Bu rəvayətlərdən birində deyilir:

Ardını oxu...

Bəhruz Kəngərli Muzeyində realist rəssam Bəhruz Kəngərlinin anadan olmasının 126-cı ildönümü münasibətilə tədbir keçirilib.
Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət və Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəblərinin müəllim və şagird kollektivlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə muzeyin direktoru Səbinə Əlincəli açıb. O, bildirib ki, muxtar respublikamızda görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi ənənə halını alıb. Qeyd olunub ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib. İlk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində nəşr olunub. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb və Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib.

Ardını oxu...

“Kitab bilik mənbəyidir”, “Elm Çində də olsa, onun arxasınca gedin”. Hələ uşaq ikən məktəbin astanasından ayağımızı içəri qoyduğumuz andan bəri bu deyimləri tez-tez eşitmişik. Hətta yadımdadır, təhsil aldığım orta məktəbdə bu qəbildən olan müdrik kəlamlar plakatlar şəklində divarlardan da asılmışdı. Gedib-gəldikcə gözümüz sataşardı onlara. Göz yaddaşındandır, nədir bu gün də yanımda bu ifadələr işlədiləndə həmin plakatlar gəlir gözümün qabağına. 

Doğrudur, dərs kitabları ilə bədii ədəbiyyat tam fərqli olsa da, zənnimcə, oxumaq elə oxumaqdır, çünki oxuduqca nəisə öyrənirik. Oxumaq bir vərdişdir. Bəziləri bu gün məktəb yaşlarında olan uşaqlarda, həmçinin gənc­lərdə bədii ədəbiyyata kifayət qədər marağın olmadığını iddia edirlər. Heç şübhəsiz ki, hamının maraq dairəsi eyni ola bilməz. Kimi asudə vaxtında əl işləri, kimi fırçayla sənət əsəri hazırlayır, kimi də divana söykənib mütaliə edir. Yəni hamıdan bütün gününü kitabla keçirməsini gözləmək də olmaz. Bəziləri təsadüfən kimdəsə maraqlı bir ədəbiyyat gördüyü zaman onu oxumaq qərarına gəlir, elələri də var ki, sırf axtardıqları ədəbiyyatı əldə etmək üçün günlərlə soraqlaşır, həftələrlə kitab mağazalarını gəzirlər. Qısaca, həqiqət budur ki, hamının kitaba qarşı marağı eyni ola bilməz. Buna baxmayaraq, digər bir həqiqət isə mütaliənin insan həyatının bütün mərhələlərində vacib olmasıdır. Bəs gəlin görək bu həqiqət barədə cəmiyyətimiz nə dərəcədə məlumatlıdır, yaxud da ona nə dərəcədə əməl edirlər? Bunun üçün Naxçıvan şəhərində sadə insanlar arasında sorğu keçirməyi daha məqsədəuyğun hesab etdik.

Ardını oxu...

Hər bir xalqın tarixini, mədəniyyətini yaşadan, onu dünyada fərqləndirən özünəməxsus milli dəyərləri olur. Azərbaycan xalqının da çox qədim və zəngin tarixə malik milli dəyərləri vardır. Bunlara milli geyimlərimiz, musiqimiz, rəqslərimiz, tarixi abidələrimiz  daxildir. Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizin qorunması və təbliği həmişə diqqətdə saxlanılmış və bu istiqamətdə işlər davam etdirilməkdədir. 

Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcı­lığı günlərinin keçirilməsi haqqında” imzaladığı Sərəncam mühüm əhəmiyyət daşıyır. Həmçinin 2012-ci ilin Naxçıvanda “Milli dəyərlər ili” elan olunması muxtar respublikamızda həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib. Bu, milli dəyərlərimizin bərpasına, qorunmasına və gələcək nəsillərə çatdırılmasına diqqəti daha da artırıb.
Milli dəyərlərimizin ən zəngin qollarından biri də milli geyimlərimizdir. Azərbaycanın milli geyimləri böyük inkişaf yolu keçmiş, xalqın maddi və mənəvi mədəniyyətinin inkişafı nəticəsində zənginləşmişdir. Xalqımızın tarixi ilə sıx bağlı olan geyimlərimiz onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir.

Ardını oxu...

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının bayraqdarı Hüseyn Cavidin ədəbi irsinin mövzu, məzmun, ideya və bədii xüsusiyyətlərinə dair indiyədək xeyli sayda tədqiqat işləri aparılmış və onların elmi dəyəri müəyyənləşdirilmişdir. “Cavidi xatırlarkən” adlı kitaba daxil edilən xatirə materiallarında isə şairin bir şəxsiyyət kimi xarakteri və bir sıra özünəməxsus insani keyfiyyətləri haqqında bəzi məlumatlar öz əksini tapmışdır. Araşdırmalar davam etdikcə aydın olur ki, Hüseyn Cavid haqqında hələ deyilməli və yazılmalı sözlər çoxdur. Bu baxımdan məqaləmizdə haqqında söz açacağımız məqam böyük ədibin səriştəli və sadiq bir tələbə kimi səciyyəvi keyfiyyətlərini aşkara çıxarmaqla yanaşı, həm də müəllimi və ustadı görkəmli pedaqoq Məmməd Tağı Sidqi ilə münasibətlərinə aydınlıq gətirməyə imkan verir.

Hüseyn Cavid öz müəllimindən 28 yaş kiçik idi və Cəlil Məmmədquluzadənin “yeniyetmə müəllim və ədiblər üçün darülürfan” adlandırdığı “Tərbiyə” məktəbində beş il onun şagirdi olmuşdu. Bu məktəbdəki təhsil illəri Cavid üçün həm də ona görə böyük əhəmiyyətə malik idi ki, o, məhz burada oxuyarkən bədii yaradıcılığa başlamışdı. Şagirdinin şairlik istedadını duyan Sidqi bu yolda da onun ilk müəllimi və istiqamətvericisi olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyində 2017-ci ildə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, hesabat dövründə əlamətdar və tarixi günlərlə bağlı, görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi diqqət mərkəzində saxlanılıb, 30 tamaşa hazırlanıb və ümumilikdə, 241 tədbir, 89 konsert, 25 açıq dərs, sərgilər təşkil edilib.
Vurğulanıb ki, 2017-ci ildə muzey fondlarının yeni eksponatlarla zənginləşdirilməsi diqqət mərkəzində saxlanılıb, ötən il ərzində nazirliyin sistemində olan muzeylərə, ümumilikdə, 1340 ədəd yeni eksponat daxil olub. 2017-ci ildə muzeyləri 335 min 322 nəfəri yerli, 110 min 425-i əcnəbi olmaqla, ümumilikdə, 445 min 747 tamaşaçı ziyarət edib.
Ötən il kitabxanaların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının icrası istiqamətində iş aparılıb, nazirliyin sisteminə daxil olan kitabxanalarda müvafiq kitab guşələri yaradılıb, kitab müzakirələri və oxucu konfransları təşkil edilib. Sərəncamla bağlı, ümumilikdə, 31 kitabın müzakirəsi olub. Kitabxanalarda görkəmli şəxsiyyətlərlə bağlı 152 yubiley tədbiri keçirilib.

Ardını oxu...

Tarixən Azərbaycanın bütün bölgələrində dövrünə görə əzəmətli məscidlər olub və onlar bu günədək qorunub saxlanıb. Bu baxımdan Bakıdakı Bibiheybət və Təzəpir, həmçinin Naxçıvan və Ordubad şəhərlərindəki Came məscidlərinin, muxtar respublikadakı İmamzadə komplekslərinin adlarını çəkə bilərik. Ölkəmizdə mövcud olan belə abidələr xalqımızın dini, mənəvi dünyagörüşünü özündə ehtiva edir.  

Bu gün muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Tarixi abidələr, dini ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir. Məscidlər isə ibadət yeri olmaqla yanaşı, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır.
Belə məkanlardan biri də Culfa rayonunun Saltaq kəndində yerləşən Saltaq kənd məscididir. Tarixi-memarlıq quruluşu ilə gözoxşayan bu məscid 1410-cu ildə tikilib. Minarəsinin hündürlüyü 12 metrdir. Günbəzi isə səkkizpəncərəlidir və bu pəncərələr məscidin işıqlandırmasını təmin edir. Günbəzin üzərinə ay, minarəyə isə səkkizguşəli ulduz təsviri həkk olunub.

Ardını oxu...

Naxçıvanda ta qədim dövrdən bəri müxtəlif sənət növləri yaranıb. Onlardan bəziləri bu gün tanınmış ustalar, sənət adamları tərəfindən yaşadılsa da, bir neçəsi zaman keçdikcə unudulmaq təhlükəsi ilə üz-üzə qalıb. Onlardan biri də nəqqaşlıqdır. Dekorativ-tətbiqi sənətin qədim növlərindən sayılan bu sənətin adı ərəb mənşəli sözdən yaranıb. Belə ki, ərəb dilindəki “nəqş”, yəni “naxış” sözündən əmələ gələn nəqqaşlıq müxtəlif metalların, ağac məmulatlarının üzərinə şəklin, ­fiqurun, yazının həkk olunmasıdır.

Nəqqaşlıq sənətinin yaranma tarixinə nəzər salsaq, görərik ki, bu sənət növü ən qədim ölkələrdə təşəkkül tapıb, sonradan bütün dünyaya yayılıb. Orta əsrlərdə isə Şərq aləmi bu sənətin vətəni sayılıb, nəqqaşlığın müxtəlif növləri inkişaf etdirilib.
Azərbaycanda, eləcə də qədim Naxçıvanda nəqqaşlıq bir çox sahələrdə tətbiq edilib. Xüsusilə xalçaçılıq sənətində nəqqaşlığın ruhu duyulur. Şah İsmayıl Xətainin taxtı və Moskvadakı Silah Palatasında saxlanılan bədii işləməli qalxan tariximizdə nəqqaşlığın ən gözəl nümunələri hesab olunur. Atabəylər dövründə yüksək sənətkarlıqla inşa edilən, bu gün də öz möhtəşəmliyini qoruyan Naxçıvan şəhərindəki Möminə xatın türbəsi nəqqaşlıq sənətinin zirvəsi sayıla bilər.

Ardını oxu...

Süd məhsulları çox qədim zamanlardan insanların qidasında mühüm yer tutmuşdur. İnsanlar süddən həm də müxtəlif məmulatlar hazırlayırlar. Süd məmulatları da özlüyündə iki qismə ayrılır: gündəlik qida rasionunda istifadə edilənlər, qış azuqəsi kimi tədarük olunanlar.
İnsanlar, əsasən, qoyun, keçi, inək, camış südlərindən istifadə etmişlər. Lakin bəzi bölgələrdə və ya digər xalqlarda at və dəvə südündən də istifadə olunmuşdur.
Xalq arasında süd və süd məhsullarına “ağartı” deyirlər. Tarix boyu əhali ən çox qoyun və keçi südündən istifadə edibdir. Bunun səbəbi xırdabuynuzlu heyvanların yem tələbatının digərlərinə nisbətən az olması, ilin çox vaxtı təbii otlaqlarda otarılması, keçilərin, adətən, iki bala verib tez artmasıdır. Lakin bir faktı da qeyd edək ki, təbii otlarla normadan artıq qidalanan heyvanlar həmin ərazidə ekoloji tarazlığın pozulmasına səbəb olur.
Yeni doğmuş heyvanın ilk südü “ağuz südü”, “şirə” adlanır. Adından da göründüyü kimi, ağuz südünün tərkibində şəkərlilik çox olur. Yeni doğulan bala ağuz südündən az da olsa, yeməli, “mayalanmalı”dır. Bala ağuz südündən artıq yeyərsə, bağırsaqları quruyur, bu, bəzən ölümlə nəticələnir, buna “şirə vurdu”, “şirəyə düşdü” deyirlər. Bəzən yeni doğan heyvanların südü olmadıqda, balanı bir neçə gün adi südə yumurta sarısı qataraq yemləyirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun ­ 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr Naxçıvan Dövlət Universitetində də uğurla icra olunmaqdadır. Universitet tərəfindən “Muzey günləri” çərçivəsində muxtar respublikada fəaliyyət göstərən müxtəlif muzeylərə ekskursiyalar təşkil edilir, əməkdaşlar həmin mədəniyyət müəssisələri ilə yaxından tanış olurlar. Ali təhsil ocağının kollektivi bu dəfə Bəhruz Kəngərli Muzeyində olub.
Muzeylə tanışlıq zamanı bildirilib ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli həyatı boyu mədəniyyətimizin inkişafı naminə çalışıb. Görkəmli rəssam doğma Vətəninin gözəlliklərini tərənnüm edib. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında qiymətli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş soydaşlarımızın taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri dəyərli nümunələrdir.

Ardını oxu...

Azərbaycanın hər guşəsində İslam dinini əsərlərində təbliğ edən görkəmli alim və sənətkarlar yaşayıb. Onların fəaliyyəti İslam dininin möhkəmlənməsində, genişlənməsində, eyni zamanda bu dinin elmi baxımdan izahında mühüm rol oynayıb. Qədim Naxçıvan diyarı həm də belə şəxsiyyətləri ilə tanınır.

Baba Nemətullah Naxçıvani də Naxçıvanın adını yüksəklərə qaldıran alimlərdən olub. O təkcə ilahiyyat elmində deyil, həm də dünyəvi elmlərdə mahir idi. Dövrünün böyük övliyalarından olan görkəmli alim bir çox sahədə söz və hikmət sahibi olub. Anadoluya gəlmədən öncə yazdığı, “Qurani-Kərim”in bütün ayələrinin təfsir edildiyi “Əl-Fəvatihül-İlahiyyə vəl Məfatihül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi”) əsəri daha çox təsəvvüf ağırlıqlıdır. Bu əsər zamanında osmanlı alimləri tərəfindən pul toplanaraq nəşr etdirilib. Təfsir dünya şöhrətli naxçıvanlı alim Baba Nemətullah Naxçıvaninin ən mükəmməl əsəridir.

Ardını oxu...

İstedadlı uşaq və gənclərin yaradıcılıq potensiallarının ­aşkara çıxarılması, onların düzgün istiqamətləndirilməsi sahəsində muxtar respublikamızda müxtəlif tədbirlər görülür, yeni müəssisələr yaradılaraq istifadəyə verilir. Bu dəfə onlardan biri – Naxçıvan Dövlət Uşaq Teatrı ilə tanış olacağıq.
Naxçıvan Dövlət Uşaq Teatrının tarixi, fəaliyyəti, gördüyü işlər barədə bizi teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov məlumatlandırdı. O dedi ki, teatr Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılıb və on ildən artıqdır, balaca teatrsevərlərin dünyagörüşünü zənginləşdirir, inkişaf etdirir. Bu illər ərzində teatrın kollektivi otuza yaxın səhnə əsərinə quruluş verərək, vaxtaşırı tamaşaçıların görüşünə gəlib. Tamaşaların seçimində isə vətənpərvərliyə, dövlətçiliyə, anaya sevgi aşılayan ssenarilərə üstünlük verilir. “Bu dünya bir nağıldır”, “Yaxşılıq itmir”, “Fəridin yuxusu”, “İgidlik imtahanı”, “Meşə əhvalatı”, “İki qardaş”, “Ata məhəbbəti” və digər tamaşaları buna misal göstərmək olar. 2016-cı ildə Abdulla Şaiqin “Danışan kukla” əsəri interme­diya janrında işlənərək tamaşaya ­hazırlanıb. Tamaşanın quruluşçu rejissorları Tofiq Seyidov və Nurbəniz Niftəliyeva olub. Hazırda da repertuar seçimində tərbiyə­vi əhəmiyyətli əsərlərə üstünlük ­verilir.

Ardını oxu...

Dekabrın 29-da Babək rayon Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad şəhər sakini İlhamə Əliyeva, Kəngərli rayon Qıvraq qəsəbə sakini Əsgər İsgəndərov, Culfa rayon Əlincə kənd sakini Şahin Quliyev tərəfindən Naxçıvan Dövlət Xalça Muzeyinə qədim tariximizi və mədəniyyətimizi əks etdirən xalça, toxuculuq məmulatı və aləti, yun darağı, kirgit, cəhrə, taxta həvə, mis qablar və digər nümunələrdən ibarət qırxa yaxın eksponat təqdim edilib.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, muzeylərimiz üçün maddi-mədəniyyət nümunələrinin toplanması işi daim diqqətdə saxlanılır və bu işdə muxtar respublika sakinləri yaxından iştirak edirlər. Bu il ərzində muxtar respublikamızın muzeylərinə 1340 eksponat daxil olub. Bu eksponatlar nazirliyə və muzeylərə könüllü olaraq təqdim edilib və muzeylərdə, ümumilikdə, 10 eksponatın təqdimatı keçirilib. Bununla bərabər, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar İnstitutuna da qədim kitablar verilib.
Vurğulanıb ki, bu cür təqdimat mərasimlərinin keçirilməsi əhali arasında da geniş marağa səbəb olub. Bu maarifləndirmə işinin hər birimiz tərəfindən gələcəkdə də davam etdirilməsi çox­ əhəmiyyətlidir.

Ardını oxu...

Ordubad şəhər və Vənənd kənd uşaq musiqi məktəblərində tədris ilinin birinci yarısına aid hesabat konserti keçirilib.
Konsertdən əvvəl vurğulanıb ki, hazırda muxtar respublikamızda 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Son illər 25-ə qədər uşaq musiqi məktəbi üçün yeni binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Uşaq musiqi, incəsənət və bədii yaradıcılıq məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə şagirdlərin, müəllimlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün bir sıra işlər həyata keçirilib. Ustad dərslərinin, metodik kursların, istedadlı şagirdlərin solo konsertlərinin təşkili, görkəmli bəstəkarların yubileylərinin qeyd edilməsi, müsabiqələrin keçirilməsi məktəblərdə tədrisin inkişafına böyük təsir göstərir.
Sonra konsertə start verilib. İlk olaraq Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestrinin ifasında görkəmli bəstəkarımız Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib. Fortepiano, tar və kamança ixtisaslarında təhsil alan şagirdlərin ifasında Fikrət Əmirovun, Tofiq Quliyevin, Səid Rüstəmovun və xarici ölkə bəstəkarlarının əsərləri də maraqla qarşılanıb. Konsertdə xalq mahnıları və bəstəkar mahnıları da ifa olunub.
Konsert Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında “Ay dilbər” xalq mahnısı ilə başa çatıb.

 Fatma BABAYEVA

Tarixdə elə şəxsiyyətlər var ki, onların xidmətləri ölümündən illər, əsrlər keçsə də, öz dəyərini saxlayır. Həmin şəxsiyyətlər işıqlı amalı, nurlu əməlləri ilə yaddaşlarda daim yaşayır. Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məmmədhüseyn Təhmasib də çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı, ədəbiyyat tariximizdə əvəzsiz xidmətləri ilə yaddaşlarda ölməzlik qazanan şəxsiyyətlərdəndir. 

Azərbaycan folklorunun mükəmməl tədqiqatçısı və təbliğatçısı Məmmədhüseyn Təhmasib 1907-ci ildə ruhani tacir Abbasqulu bəyin ailəsində dünyaya göz açıb. Anası Münəvvər xanım Kəngərli tayfasının qızı olub. Kiçik yaşlarından özündən 12 yaş böyük qardaşı, Azərbaycanın görkəmli səhnə ustası Rza Təh­masibin təsiri ilə teatr mühitinə maraq göstərib. 1917-ci ilin əvvəllərində qardaşının hazırladığı “Arşın mal alan” və “O olmasın, bu olsun” tamaşalarında rejissor köməkçisi kimi çalışıb.
Folklor sənətinin ilk doktoru, yazıçı-dramaturqun ömür yoluna arxiv sənədlərindən nəzər salarkən öyrəndik ki, Təhmasib ilk təhsilini Naxçıvanda 1898-ci ilə qədər Məmməd Tağı Sidqinin təsis etdiyi Tərbiyə məktəbi kimi fəaliyyət göstərən, 1899-cu ildən isə “Rus-tatar” məktəbinə çevrilən təhsil ocağında alıb.

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Teatrında “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi” iştirakçılarının yekun konserti olub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, mədəniyyətimizin bütün sahələri kimi, milli rəqslərimizin təbliği və yaşadılması istiqamətində muxtar respublikada müxtəlif mədəni tədbirlər həyata keçirilməkdədir. Peşəkar rəqs kollektivləri üçün milli geyim dəstlərinin alınması, onların maddi-texniki bazalarının yaxşılaşdırılması daim dövlətimizin diqqət mərkəzindədir.
Qeyd olunub ki, milli rəqslərimizin təbliği, istedadlı ifaçıların aşkara çıxarılması, onların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsi, eləcə də 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı seçilmiş Naxçıvan şəhərində təşkil olunacaq tədbirlərə hazırlıq məqsədilə keçirilən müsabiqənin əsasnaməsi, təşkilat komitəsinin və münsiflər heyətinin tərkibi təsdiq edilib. “Rəqs kollektivlərinin ifaçılıq müsabiqəsi”nə bu ilin noyabr ayında start verilib, yerlərdə müsabiqənin seçim turu keçirilib. Əsasnaməyə uyğun olaraq, müsabiqəyə qeyri-peşəkar rəqs kollektivləri qatılıblar. Seçim turunda 22 kollektiv iştirak edib, nəticələrə əsasən 11 kollektiv əsas turda iştirak hüququ qazanıb. Bu turda rəqs kollektivlərinin ifaları yallı və rəqs ifaçılığı olmaqla, iki nominasiya üzrə müvafiq meyarlar əsas götürülməklə on ballıq sistem üzrə qiymətləndirilib və mükafatlandırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə yaradıcı gənclər, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin əl işlərindən ibarət sərgi keçirilib.
Rəssamlar Birliyinin əmək­da­şı Nizami Alıyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək bildiriblər ki, tədbirin keçirilməsində məqsəd yaradıcı gənclərin istedadlarının üzə çıxarılması və sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya olunmasıdır. Sərgiyə rəsm əsərləri, tikmə və toxuma, dekorativ sənət əsərləri olmaqla, 40 müəllifin 120-yə yaxın əl işi təqdim edilib. Sonra sərgidə fərqlənən əl işlərinin müəllifləri mükafatlandırılıblar.
Sərgidə əl işləri fərqləndiyinə görə Şəlalə Məmmədzadə, Züriyyə Musayeva, Zəhra Məmmədova, Müseyib Məmmədov, Röya İsmayılova, Qumru Sa­diqova, İlhamə Səfərova və digərləri təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Ordubad Rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidovun bədii rəhbəri olduğu Naxçıvan Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı geniş konsert proqramı ilə çıxış edib.

Konsert qədim musiqi alətlərimizin təbliğinə həsr olunmuş gözəl bir tədbir kimi diqqəti cəlb edirdi. Konsertdə çəng, rud, rübab, çor, ney, bərbət, qopuz və başqa qədim milli musiqi alətlərimizin bir musiqi ansamblının ifasında səslənməsi tamaşaçılarda yüksək ovqat yaradıb.
Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımovun ifasında “Qara tellər” xalq mahnısı səslənib. Qurban Qasımovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Qəribə Həsənova­nın birgə ifa etdikləri “Ceyran sevgilim”, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin “Alma dəyəndə gəlləm” xalq mahnısı və solist Nərmin Hüseynova ilə birgə ifa etdiyi “Sevgiyə naz nə gərəkdir” dueti, solist Cəfər Tağıyevin “Kərkük” mahnısı, “Dili-dili” xalq mahnısı maraqla qarşılanıb.
İstedadlı xanəndə Əbülfəz Məmmədo­vun ifasında “Bayatı-şiraz” təsnifindən sonra “Naz olaydı”xalq mahnısı səsləndirilib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfüqar Mahmudov, Xatirə Səfərova isə “Segah” təsnifi, “Qara gözün vəsməsi”, “Çalpapaq”, “Bircə dənəsən, ay qız” xalq mahnılarını ifa ediblər.

Əli RZAYEV

Naxçıvan qədim tarixə, mədəniyyətə, incəsənətə malik olmaqla yanaşı, həm də rəngarəng mətbəxə sahibdir. Hələ qədim zamanlardan bəri bu ərazidə yaşayan insanlar özünəməxsus süfrə mədəniyyəti yaradıb gələcək nəsillərə ərməğan ediblər. Dad-tamı ilə seçilən qış yeməkləri də bu sıradadır.

Mətbəx mədəniyyətimizdə qışa hazırlıqla bağlı ta qədim zamanlardan bəri maraqlı adət-ənənələr formalaşıb. Belə ki, növbəti qışa hazırlıq yaz aylarından başlayır. İlin bu fəslində bitən göyərti məhsullarından qış azuqəsi hazırlanır. Bu bitkilər xörəklərə xüsusi dad qatır. Payız aylarında isə hazırlıq işləri daha da sürətlənir. Turşular qoyulur, qovurmalar hazırlanır, əriştə və digər xəmir yeməkləri üçün bir sıra işlər görülür. Xüsusən kənd­lərimizdə bu işlər dədə-baba adəti ilə həyata keçirilir. Bu yaşayış məntəqələrindən biri də adət-ənənələrimizin yaşadıldığı Nehrəm kəndidir.
Nehrəmdə payız aylarında əriştə kəsilməsi maraqlı məqamlarla yaddaqalandır. Bu kənddə qonağı olduğum Səkinə Zülfüqarova məni qonaqpərvərliklə qarşıladı. Səkinə xanım əriştə kəsilməsi ilə bağlı xatirələrindən danışaraq dedi ki, hələ kiçik yaşlarında nənəsi qış azuqəsi hazırlayar, əriştə kəsilməsi, təndirdə çörək yapılması isə uşaqlar üçün əsl toy-bayrama çevrilərdi. Onlar yaşlı qadınların ətrafına toplanaraq xəmirin yoğurulmasına, kündələnməsinə, kəsilməsinə tamaşa edərdilər: “Nənəm mənim bu işlərə çox maraq göstərdiyimi görüb əriştəni necə kəsmək haqqında danışar, bəzən oxlovu mənə uzadıb: “Bala, sən də bir kündə aç görüm, bacarırsanmı?” – deyərdi. Təbii ki, balaca olduğum üçün kündələri yaxşı aça bilməz, bəzən pərt olardım. Onda nənəm mənə ürək-dirək verər, “eybi yox, bala, böyüdükcə öyrənərsən”, – deyərdi. Artıq o illərin üzərindən çox vaxt keçib, mən də nənə olmuşam, bu işi həvəslə qız nəvələrimə öyrədirəm. Ona görə ki, məni də öyrədiblər, bu, bir növ, mənəvi borcdur”.

Ardını oxu...

Ötən əsrin 70-ci illərindən başlayaraq, muxtar diyarımızda mədəniyyət sahəsi də öz inkişaf dövrünü yaşayıb. Sənətə, sənət adamlarına böyük qayğı ilə yanaşan ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində mədəniyyətin bir çox sahələrində olduğu kimi, rəssamlıq sahəsində də nailiyyətlər, uğurlar qazanılıb. Bunu 1971-ci ildə ulu öndərimiz Heydər Əliyevin himayəsi ilə yaradılan Naxçıvan Rəssamlar Təşkilatının timsalında da görmək olar. Ötən əsrin 90-cı illərində baş verən məlum proseslər nəticəsində təşkilat öz fəaliyyətini tamamilə dayandırıb. Ümummilli liderimiz Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi rəssamlıq da inkişaf yoluna qədəm qoyub, 2000-ci ildə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi yaradılıb. 

Birliyin fəaliyyəti ilə tanış olmaq üçün adıçəkilən ünvana üz tutduq. Bizi maraqlandıran sualları Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva cavablandırdı. Bildirdi ki, mədəniyyətimizin geniş sahələrindən biri də rəssamlıq sənətidir. Muxtar respublikamızda Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində bu gün qədim diyarımız yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, muxtar respublikada ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcı təşkilatları, o cümlədən Rəssamlar Birliyini də əhatə edib. 2013-cü ildə Naxçıvan rəssamlarının istifadəsinə verilən müasir bina, hər cür şəraiti olan emalatxanalar və Bəhruz Kəngərli adına Sərgi Salonu bu gün rəssamlıq sahəsinə göstərilən qayğının davamıdır. Rəssamların fəaliyyətinə dövlət tərəfindən verilən yüksək qiymət onları yeni yaradıcılıq zirvələri fəth etməyə, ölkəmizin mədəni inkişafında daha fəal rol oynamağa ruhlandırır. Onların bir çoxuna Azərbaycan və muxtar respublikanın fəxri adlarının verilməsi, yaradıcılıq imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradılması bu diqqət və qayğının bariz təzahürüdür.

Ardını oxu...

Naxçıvanın tarixi keçmişindən bəhs edən tədqiqatçılar haqlı olaraq hər zaman bu tarixin zəngin mədəniyyət üzərində formalaşdığını bildirirlər. Bu qədim Azərbaycan diyarının təbii və coğrafi mühiti, insanlarının zəhmətkeşliyi, yeniliyə meyilli olması, həqiqətən, regionun mədəni zənginliyinə şərait yaratmış, burada xalq yaradıcılığının inkişafına geniş imkanlar açmışdır. Xüsusilə orta əsrlər Naxçıvanında bir çox sənət sahələrinin geniş yayılması diyarımızın mühüm ticarət və sənətkarlıq mərkəzi kimi tanınmasına gətirib çıxarmışdır. Mənbələrdən bəlli olur ki, tarixən burada gön-dəri istehsalının, toxuculuğun, o cümlədən xalçaçılığın inkişafı, eyni zamanda digər sənətkarlıq sahələrinin inkişafına da rəvac vermişdir. Belə sənətkarlıq sahələrindən biri də boyaqçılıqdır.

Xanlıqlar dövründə Azərbaycanda sənətkarlığın vəziyyətini araşdırmış tədqiqatçılar haqlı olaraq göstərirlər ki, boyaqçılıq sənəti, əslində, toxuculuq və gön-dəri məmulatı istehsalının, bir növ, yekun mərhələsi olub, hazır məhsulların bədii zövqlə tərtib edilməsinə xidmət edirdi. Orta əsrlər dövründə ölkəmizdə olmuş bir çox əcnəbi səyyahlar da Azərbaycanda boyaqçılığın ən geniş yayılmış sənət sahələrindən biri olduğunu bildirirdilər. Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Naxçıvan diyarında sənətkarlıq və ticarət (XVIII-XX əsrin əvvəlləri)” monoqrafiyasında isə qədim diyarda bu sahənin inkişafı ilə bağlı maraqlı məqamlara toxunulur, boyaqçılığın bir sənət sahəsi kimi yayıldığı qeyd olunur. Elə bu yazıda da tədqiqatçının adıçəkilən monoqrafiyasında boyaqçılıqla bağlı apardığı araşdırmalardan bəzi maraqlı məqamları oxucularımızla bölüşmək istərdik.

Ardını oxu...

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəz­lərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Bununla bağlı ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünyamiqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Bu gün həmin abidələr dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, son 21 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələr arasında Naxçıvan memarlıq məktəbinin inciləri olan türbələr xüsusi yerə malikdir. Bu türbələrin beynəlxalq miqyasda tanıdılması üçün işlər davam etdirilir. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması da buna geniş imkanlar açır. Naxçıvan türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün sənədlər toplusu artıq ISESCO-ya təqdim edilib.

Yüksək bədii təfəkkür məhsulu, nadir gözəllik və zəriflik abidəsi – Möminə xatın məqbərəsi

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri Möminə xatın məqbərəsidir. Bu abidə 1186-cı ildə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilib.
Möminə xatın Azərbaycanın diplomat qadınlarındandır. O, Atabəylər dövlətinin xarici və daxili siyasətində həyat yoldaşının və övladlarının yaxın köməkçisi olub. Elə bu sədaqətinə görə ömür-gün yoldaşı Şəmsəddin Eldəniz onun məzarı üzərində əzəmətli məqbərə tikdirmək qərarı verib.1175-ci ildə məqbərənin özülü qoyulub. Şəmsəddin Eldəniz Atabəy dünyadan köçəndən sonra məqbərənin inşası onların sədaqətli oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb.
Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Möminə xatın məqbərəsi ilə bağlı aparılan araşdırmalar haqqında” məqaləsində yazır ki, bu abidə çox zərif və yüksək bədii təfəkkür məhsuludur. Məhz buna görə də ona tamaşa etməyə gələni öz cazibəsində saxlaya bilir. Çünki məqbərədə riyazi təfəkkürlə bədiiliyin vəhdəti duyulur. Abidəyə həndəsi ornamentlər böyük ustalıqla həkk edilib. Xarici səthləri bir-birindən ayıran tillərin memarlıq bölgüsünün dəqiqliyinə heyran qalmaya bilmirsən. Möminə xatın türbəsini inşa edən Memar Əcəmi kufi xətli kitabələri həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkələrinə uyğunlaşdırıb. Bütün bunlar abidənin ümumi kompozisiyasını tamaşaçıya sevdirə bilir. Həmin kufi xətli kitabələrdən biri bizi xəyalən on ikinci yüzilliyə aparır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Rəsm Qalereyasında muxtar respublikamızda fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində rəsm ixtisası üzrə təhsil alan şagirdlərin rəsmlərindən ibarət sərgi təşkil edilib.
Muxtar respublikanın mədəniyyət və turizm naziri ­Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 8 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Nazir bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin sisteminə 26 uşaq musiqi, incəsənət və bədii sə­nətkarlıq məktəbi daxildir. Onlardan Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq, Bəhruz Kəngərli adına Şərur Şəhər Uşaq İncəsənət məktəblərində rəsm ixtisası tədris olunur.

Ardını oxu...

Azərbaycan tarixboyu dahi şəxsiyyətləri, görkəmli sənət və elm xadimləri, vətənpərvər oğulları ilə tanınıb. Neçə-neçə mərd igidlər yetişdirən bu diyar zaman-zaman namərd düşmənlərə gözdağı olub. Qəhrəman övladları olan Vətənimiz hər zaman düşmənə layiqli cavab verib. Həmin vətənpərvər insanların adları xalqın dilindən düşməyən dastanlarla əbədiləşdirilib. Onların adlarına küçələr, meydanlar salınıb, möhtəşəm abidələr ucaldılıb. Belə abidələrdən biri də Naxçıvan şəhərində ucaldılmış, xalqımızın qəhrəmanlıq tarixini özündə təcəssüm etdirən Koroğlu abidəsidir.

Ardını oxu...

Azərbaycan poeziyasının qüdrətli nümayəndələrindən olan, poetik düşüncəni geniş mənada xalqın yaddaşına yazan, klassik üslubda, həm də xalq yaradıcılığı formasında ədəbiyyatımıza yeni nəfəs gətirən Molla Pənah Vaqif XVIII əsrdə yaşamış və orta əsrlər ənənələri ruhunda yazıb-yaradan dahi söz ustalarından biridir. Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoyan Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olub. O, Qazaxda tanınmış alim və pedaqoq Şəfi əfəndinin yanında təhsil alıb, fars və ərəb dillərini öyrənib. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini o, Gəncədə və ya Təbrizdə davam etdirib.  Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik olan şair Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyib. 

Qarabağa gəldikdən sonra Şuşada məktəb açan söz ustası şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınıb. O, elmi biliyi və bacarığı ilə fərqləndiyinə görə Molla Pənah adını qazanıb. ­Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatıb və Molla Pənah saraya dəvət olunub. O, az müddət ərzində öz istedadı ilə böyük nüfuz qazanıb, xanlığın bütün daxili və xarici işlərini öz əlinə alıb, təxminən, 27 il müddətində sarayın ən mötəbər adamlarından biri kimi şöhrəti daha da artıb.

Ardını oxu...

Noyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Naxçıvan Dövlət Rəsm Qalereyasında muzey işçiləri üçün seminar-treninq təşkil olunmuşdur. Ay ərzində muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin kollektivlərinin muzeylərlə tanışlığı təmin edilmiş, muzeyləri 16 min 575 nəfəri əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 51 min 748 tamaşaçı ziyarət etmişdir. Noyabr ayında muzeylərə 120 eksponat daxil olmuşdur.

Ardını oxu...

Dekabrın 21-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin vokal ixtisası üzrə IV kurs tələbəsi Emin Hüseynovun solo konserti olub.
Konsertdən əvvəl bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstəriş və təşəbbüsü ilə 1974-cü ildə yaradılan, 4 ixtisas üzrə fəaliyyətə başlayan kollec 1992-ci ilə qədər Naxçıvan Orta İxtisas Musiqi Texnikumu adlandırılıb. 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci adı ilə fəaliyyət göstərir. Hazır­da kollecdə 10 ixtisas üzrə kadr hazır­lığı aparılır. Ötən illər ərzində Naxçıvan Musiqi Kollecini 3 mindən çox məzun bitirib.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­cənab Vasif Talıbovun 2015-ci il 29 mart tarixli “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən bu musiqi təhsili ocağının yubileyi qədim diyarımızda geniş qeyd olunub.

Ardını oxu...

Tarixən Naxçıvan diyarının coğrafi mövqeyi onun Çin, Hindistan, İran, Türkiyə, Yunanıstan, Rusiya və hətta Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri yaradılması üçün çox əlverişli olub. Böyük İpək Yolunun daha intensiv işlədiyi dövrlərdə Çin və Hindistandan alınan mallar İran ərazisindən keçməklə Naxçıvana daxil olur və buradan iki tranzit ticarət yolu – Naxçıvan-Tiflis-Qara dəniz və Naxçıvan-İrəvan-İstanbul yolu vasitəsilə Avropa ölkələrinə aparılırdı. Son orta əsrlər dövründə Naxçıvanın tranzit ticarət yollarının kəsişdiyi düyün nöqtəsi olmasını, xarici tacirlərin burada intensiv ticarətlə məşğul olmalarını qədim diyarımızın müxtəlif ərazilərində qalıqları günümüzə qədər gəlib çatmış neçə-neçə karvansaraylar da təsdiq edir.

Naxçıvan ərazisindən keçən ­karvan yollarının əsas atributlarından biri karvansaraylar idi. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, ­karvansaraylar yalnız əsas ticarət mərkəzləri olan şəhərlərdə deyil, həm də xarici karvanların hərəkət etdiyi ticarət yolları üzərində tikilirdi. Naxçıvanda İpək Yolu üzərindəki karvan­sarayların fəaliyyətindən bəhs edən tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev yazır ki, burada indi də yerli əhali arasında yaşayan rəvayətdə I Şah Abbas zamanı Səfəvilər dövləti ərazisində 999 karvansaray tikilməsi haqqında bəhs edilir.

Ardını oxu...

Naxçıvan Bəstəkarlar Təşkilatında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanovla görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov bildirib ki, Tofiq Bakıxanovun ictimai musiqi xadimi kimi fəaliyyəti zəngindir. O, 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Musiqi sahəsindəki əməyinə görə Tofiq Bakıxanov dövlətimizin yüksək mükafatlarına layiq görülüb. Bu gün isə Naxçıvanla sıx yaradıcılıq əlaqələri saxlayan bəstəkara Naxçıvan Bəstəkar­lar Təşkilatının fəxri üzvü seçildiyini təsdiq edən vəsiqə təqdim olunur.
Tədbirdə Naxçıvan Bəstəkarlar Təşkilatının məsul katibi, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovanın “Tofiq Bakıxanov: Naxçıvan sevincləri” və Tofiq Bakıxanovun elmi redaktorluğu ilə işıq üzü görən “Bəstəkar Nəriman Məmmədov” adlı kitablarının təqdimatı da olub. Müəllif kitabların ərsəyə gəlməsində ona yaxından köməklik göstərən Tofiq Bakıxanova minnətdarlığını bildirib, gələcəkdə tanınmış bəstəkarın xarici səfərləri barədə də kitab hazırlamağı planlaşdırdığını deyib.

Ardını oxu...

Dekabrın 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar Nəriman Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

Ötən şənbə günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının konserti olub. Konsertdə görməyə adət etmədiyimiz cəng, rud, rübab, çor, ney, bərbət, qopuz və başqa qədim milli musiqi alətlərimizin bir musiqi ansamblının ifasında səslənməsi və musiqiçilərin qədim geyimdə səhnəyə çıxması maraqla qarşılanıb.

Ardını oxu...

Naxçıvan Biznes Mərkəzində rəssam, keramikaçı Ədalət İsmayılovun fərdi yaradıcılıq sərgisi təşkil edilib. Sərgidə rəssamın ağac, duz və digər keramika məmulatları üzərində işlədiyi 90-a yaxın əsəri nümayiş olunub.
Əvvəlcə mərkəzin direktoru Qardaşxan Əliyev çıxış edərək bildirib ki, mərkəzin əsas fəaliyyət istiqamətləri biznesin inkişafı, sahibkarlar arasında işgüzar əlaqələrin gücləndirilməsi, müxtəlif tədbirlərin, beynəlxalq konfransların, forum və seminarların keçirilməsi, yerli istehsal məhsullarının, əl işi və sənət əsərlərinin sərgi-satışının təşkilidir. Bu gün açılan sərgi də görülən bu tədbirlərin davamıdır.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxışında muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində görülən işlərdən danışıb.
Tanınmış rəssamlar Eldar Zeynalov, Qəhrəman Tağıyev, Ələsgər Əsgərli və İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun əməkdaşı Höcətullah Codəki rəssamı təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.
Sonra sərgiyə gələnlər burada nümayiş etdirilən əsərlərlə tanış olublar.
Qeyd edək ki, sərgi dekabr ayının 22-dək davam edəcək.

 Nail ƏSGƏROV

Tariximizin ilk yazılı mənbəyi – “Kitabi-Dədə Qorqud” dastanında xalqımızın folkloru, etnoqrafiyası, dini inancları, həyat tərzi haqqında geniş məlumat verilir. Dastan bir çox tədqiqatçılar tərəfindən araşdırılmışdır. Lakin Naxçıvanla bağlı tədqiqatlardan kənarda qalan, diqqəti cəlb etməyən, təhrif olunan məqamlar da vardır. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy” da bu qəbildəndir. Bu boyun girişində Kafir sərhədi, Cızıqlar, Ağlağan, Göyçə dağ adları çəkilir.

Coğrafiya elmləri doktoru, ­­­­­­­­­­­AMEA-nın­­­ müxbir üzvü mərhum Səfərəli Babayev “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”da adıçəkilən toponimlərin izahını və yerləşdiyi əraziləri təhlil edir. Tanınmış alim Ağlağanın Qərbi Azərbaycanda Aleksandropol qəzasındakı Boz Abdal silsiləsində olduğunu, toponimin ermənilər tərəfindən dəyişdirildiyini yazır. Tarixi Azərbaycan torpağı olan həmin ərazi hazırda ermənilər tərəfindən Stepanavan adlandırılır.
Alim, həmçinin Cızıqların Ağlağan dağının qərbində, onun yaxınlığında yerləşdiyini, burada vaxtilə Cızıqlar qalası və kənd olduğunu qeyd edir.
Kitablar köçürülən, tərcümə edilən zaman yol verilən kiçik bir dəyişiklik təhrifə səbəb olur. Yuxarıda qeyd etdiyimiz boyda belə yazılmışdır:

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın yaradıcılıq mərkəzlərinin rəsm dərnəklərində ustad dərslərində iştirak etmiş şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR