23 Dekabr 2024, Bazar ertəsi

Ərazicə kiçik, mənəviyyatca böyük olan Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada insanlar sivilizasiyanın başlandığı tarixdən etibarən – 500-300 min il bundan əvvəl yaşamışlar. Beş min il bundan əvvəl Naxçıvan şəhər mədəniyyətinin formalaşması Azərbaycanın bu qədim torpağında sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur. Naxçıvan həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermiş, Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar.

Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.
Azərbaycan türkləri İslam dinini qəbul edənə qədər Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaratmışlar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnmiş, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdirmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Ardını oxu...

Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi-satış təşkil olunub.
Sərginin açılışında Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov çıxış edərək bildirib ki, Azərbaycan qadını tarixboyu cəmiyyətin aparıcı qüvvəsi kimi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, öz iradəsi, mərdliyi, sədaqəti ilə seçilib, adət-ənənələrimizin, milli və mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıb. Bu gün də Azərbaycan qadınları öz dərin zəkası ilə xalqa və cəmiyyətə fədakarcasına xidmət edir, müstəqil respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının inkişafına öz töhfələrini verirlər.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Göstərilən dövlət qayğısı nəticəsində muxtar respublikanın hər yerində olduğu kimi, Kəngərli rayonunda da qadınların həyatın bütün sahələrində fəal iştirakının təmin olunması üçün əlverişli şərait yaradılıb.
Vurğulanıb ki, rayonda yaşayan istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın təşkil olunmasında məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaq və yaşatmaqdır.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.

Ardını oxu...

Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 1 avqust – Azərbaycan Əlifbası və Ana Dili Günü münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Aygün Hüseyn­ova bildirmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlamışdır. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinin dövlət dili olması öz əksini tapmışdır.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Aytəkin Qəhrəmanova “Mənim varlığım öz ana dilim”, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının direktoru Kəmaləddin Axund­ov “Dilə münasibət vətən sevgisidir” mövzularında çıxış etmişlər.
Tədbirin sonunda ana dilimizə həsr olunmuş sərgiyə baxış olmuşdur.

Əli RZAYEV

Xalqımızın əsrdən-əsrə, nəsildən-nəslə yaşadılan müxtəlif sənətkarlıq ənənələri onun qədim tarixə, yüksək mədəniyyətə, milli və mənəvi dəyərlərə malik olduğunu bir daha göstərir. Belə sənət sahələrindən biri də keçəçilikdir. Keçəçiliyin nə vaxt yaranması haqqında dəqiq məlumat yoxdur. Deyilənlərə görə, yaz fəslində yunları qırxılmayan qoyunların nəm yerlərdə yatarkən yunlarının bir-birinə keçərək qəlib şəklinə düşdüyünü görən çobanlar yunu isladaraq bükməyə, döyəcləməyə başlamış və beləliklə, keçə əldə etmişlər. Daha sonra isə yunu torpaq və ya başqa maddələrə boyayaraq rəngli keçələr düzəltmişlər.

Aparılan tədqiqatlar təsdiq edir ki, keçəçilik sənəti Azərbaycanda qədim zamanlardan inkişaf edib. Hörmə, tikmə, toxumadan fərqli olaraq, bu iş ixtisaslaşmış ustalar tərəfindən basma üsulu ilə aparılıb. Azərbaycanda maldarlığın, xüsusən də qoyunçuluğun geniş yayılması keçəçiliyin təşəkkülünə zəmin yaradıb. Eramızdan əvvəl V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqlarını qeyd edib. Belə papaqları azərbaycanlılar “börk” adlandırırlar.
Arxeoloji qazıntılar zamanı Altay dağlarının ətəklərində, Pazırık kurqanında tapılmış, eradan əvvəl IV-III əsrlərə – Hun imperiyası dövrünə aid edilən keçə yəhər örtüyü bu sənətin qədimliyini və Türk dünyasına məxsusluğunu sübuta yetirir. Buradan tapılmış keçədən hazırlanan uzunboğaz çəkmə və corablar, geyim nümunələri ondan məişətdə geniş istifadə olunduğunu göstərir.

Ardını oxu...

Muzeylərin tariximizin, mədəniyyətimizin təbliğ olunmasındakı, insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. ...Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır.
İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyində olublar. Məlumat verilib ki, muzey 1924-cü ildə Tarix-Etnoqrafiya Muzeyi kimi fəaliyyətə başlayıb, ötən müddət ərzində özünəməxsus inkişaf yolu keçib. Muzeyin ekspozisiyası qədim, orta əsrlər, müasir dövr və yeni dövrü əhatə edir. Bir neçə şöbədən ibarət olan muzeydə müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, muxtar respublika ərazisində aşkar olunan mis və gümüş pullar nümayiş etdirilir. Eyni zamanda muzeydə orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ-tətbiqi sənətə aid xalçaçı­lıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq sənəti nümunələri, xalq ustalarının müxtəlif əl işləri sərgilənir.

Ardını oxu...

Ötən şənbə Naxçıvan şəhərinin Saat Meydanında növbəti konsert təşkil olunub. Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri maraqlı konsert proqramı ilə çıxış edib.
Əvvəlcə görkəmli bəstəkar Tofiq Quliyevin “Vals”ı səslənib. Bir-birinin ardınca səslənən görkəmli rus bəstəkarları G.V.Sviridov və P.İ.Çaykovskinin də bu janrda yazılmış musiqi əsərləri tamaşaçılarda xoş ovqat yaradıb.
Konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlinin ifa etdiyi bəstəkar Rəşid Məmmədovun “Naxçıvan”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun, Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın ifa etdikləri Tofiq Quliyevin “Bakı nəğməsi”, Müslüm Maqomayevin “Azərbaycan”, Vasif Adıgözəlovun “Naznaz” mahnıları alqışlarla qarşılanıb.
Kamera orkestrinin solistləri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Yaşar Qurbanov, Elçin Nağıyev, gənc solistlər Rahim Əsgərzadə, İlkin Abdullayevin ifa etdikləri görkəmli bəstəkarlarımız Rauf Hacıyevin “Sevgilim”, Emin Sabitoğlunun “Dədə Qorqud” kinofilminə yazdığı mahnı, Fikrət Əmirovun “Gülərəm gülsən”, “Baharımsan”, Səid Rüstəmovun “Haralısan” lirik nəğmələri və xalq mahnıları kollektivin repertuar zənginliyini göstərirdi.
Konsertdə tanınmış müğənnilərimizin ifasında Üzeyir Hacıbəyovun operettalarından, Azərbaycan filmlərindən mahnıların ifası maraqla qarşılanıb.
İki saata yaxın davam edən konsert Naxçıvan şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaradıb .

Əli RZAYEV

Naxçıvanın özünəməxsus, zəngin memarlıq ənənələri var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada böyükhəcmli tikinti-quruculuq tədbirləri həyata keçirilib və bu tədbirlər indi də uğurla davam etdirilir. Muxtar respublikanın şəhər və rayonları ilə yanaşı, ən ucqar kənd yaşayış məntəqələrində də müasir inzibati binalar, təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilib istifadəyə verilir. Bu gün muxtar respublikada tikilən və ya yenidən qurulan hər bir obyekt özündə zəngin milli ornamentlərlə yanaşı, müasir memarlıq üslubunun özəlliklərini də əks etdirir. Yaddan çıxarmaq olmaz ki, bu günün tikilisi onilliklər sonra tarixi abidəyə çevrilə bilər. Bunun üçün isə tikinti işlərində arxitektura elementlərinə, keyfiyyət amilinə ciddi fikir verilməlidir. Bu baxımdan 2015-ci ildən etibarən muxtar respublikada Memarlar Birliyinin yaradılması böyük əhəmiyyət kəsb edir. Qurumun ötən müddətdəki fəaliyyəti ilə bağlı oxucularımızı məlumatlandırmaq üçün birliyin sədri Heydər Əhmədovla görüşüb həmsöhbət olduq. Onu da qeyd edək ki, Heydər Əhmədov hazırda Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin müəllimidir.

Ardını oxu...

Şərurun qədim tarixə və mədəniyyətə malik olmasını onun daş abidələri, arxeoloji maddi-mədəniyyət nümunələri ilə yanaşı, həm də mədəniyyətimizin incisi və ən qədim növü sayılan yallıları da təsdiq edir. Bu mənada, yallını Şərurun qədim rəmzi adlandıranlar da yanılmırlar. Oğuz ellərinin həyat tərzi, məişəti, dünyabaxışı “Kitabi-Dədə Qorqud” dastanlarında sözlə, fikirlə, yallılarda isə ritmik hərəkətlərlə ifadə olunub. Hər bir yallı növü də xüsusi məna və məzmun daşıyıb. Xalqımızın yaşam tərzini, adət-ənənəsini, mübarizliyini, qorxmazlığını, həmişə haqq-ədalətə və sülhə can atmasını özündə yaşadıb.

Tədqiqatçıların fikrincə, yallı 8-10 min il bundan əvvəl yaranıb. Heç şübhəsiz ki, onun yaranması yazılı mədəniyyətin formalaşmasından əvvəlki dövrlərə təsadüf edib. İlkin yallılar oda, atəşə pərəstiş dövründə yaranıb, od-ocaq ətrafında toplanan mərasimlərdən ibarət olub. Bu deyilənləri tariximizin ən böyük daş kitabələri olan Qobustan və Gəmiqaya qayaüstü rəsmlərində də görmək olur. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz”.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il avqustun 1-i əlamətdar gün kimi qeyd edilir. Ulu öndərin əsasını qoyduğu dövlət dil siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncamları Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin həyata keçirilməsinə şərait yaradıb.
Jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti İman Cəfərli “Molla Nəsrəddin” jurnalı və Azərbaycan dili” mövzusunda məruzə edərək mollanəsrəddinçilərin ana dilinin saflığının qorunması istiqamətində apardığı gərgin mübarizədən danışıb. Qeyd olunub ki, jurnal fəaliyyəti boyu dilimizin saflığı uğrunda mübarizənin önündə yer alıb.
“Dilimiz ali varlığımızdır” mövzusunda məruzə edən Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti Mehriban Quliyeva qeyd edib ki, Azərbaycan dili öz saflığını 87 faiz qoruyub saxlayan bir dildir. Məruzədə son dövrlərdə dilimizə keçən söz və ifadələrdən qorunmağın və gənc nəslə öz dilimizin zənginliklərini sevdirməyin vacibliyindən də bəhs olunub.
Konfransda tələbələrin sualları cavablandırılıb.

Səadət Əliyeva

Babək Rayon Mədəniyyət Evində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil olunub.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, muxtar respublikamızda dövlət qadın siyasəti uğurla həyata keçirilir. Qadınlarımız yerli özünüidarəetmə orqanlarında təmsil olunur, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində rəhbər vəzifələrdə fəaliyyət göstərirlər. Bu gün Babək rayonunda təhsil sahəsində çalışanların 58, səhiyyə sahəsində çalışanların 84, mədəniyyət sahəsində çalışanların isə 70 faizini qadınlar təşkil edir. Onların əməyinə dövlətimiz tərəfindən yüksək qiymət verilir, işində fərqlənən qabaqcıl qadınlar müxtəlif mükafat və fəxri adlara layiq görülürlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, artıq 2 ildir, muxtar respublikanın rayonlarında belə sərgilər təşkil olunur.
Vurğulanıb ki, ötən il keçirilən sərgidə də öz istedadları ilə seçilən babəkli qadınlar el sənətinin bir sıra nümunələrini ortaya çıxarıblar. Xalqımızın qədim tarixini, zəngin mədəniyyətini nümayiş etdirən bu cür sərgilər milli dəyərlərimizin yaşadılması, təbliği, istedadlı insanların üzə çıxarılması, yeni sənətkarlar nəslinin yetişməsi baxımından əhəmiyyət daşıyır.
İstedadlı qadınlardan Zeynəb Aslan göstərilən diqqət və qayğıya görə Babək rayonunun qadınları adından minnətdarlıq edib.
Sonda sərgiyə baxış olub. Sərgi-satışda 50 qadının 500-dən çox rəsm və əl işi nümayiş olunur.

Muxtar Rzazadə

Şərur şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə Şərur Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib. 

Ardını oxu...

Son illər aparılan araşdırmalar zamanı Naxçıvan ərazisində Eneolit dövrünə aid xeyli yeni arxeoloji abidə aşkar olunub. Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən karbon analizlər onların eradan əvvəl V minilliyin birinci yarısına aid olduğunu göstərib. Bu baxımdan Naxçıvan şəhəri ərazisində, Naxçıvançayın sağ sahilində aşkar edilən yeni yaşayış yeri xüsusilə əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə Naxçıvan şəhəri ərazisində yerləşən Naxçıvan yaşayış yerində araşdırmalar bu il iyulun 10-da başlanıb. Hazırda tədqiqatlar davam edir. Yaşayış yerinin tədqiqi zamanı eramızdan əvvəl V minilliyin əvvəllərinə və birinci yarısına aid edilən maddi-mədəniyyət nümunələri qədim tariximizin dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir. Yaşayış yeri düzbucaqlı arxitektura ilə xarakterizə olunur. İlkin araşdırmalar mədəni təbəqənin 1,5-2 metr arasında olduğunu göstərir. Yaşayış yerindən tapılan Dalma Təpə tipli boyalı, dırnaq, barmaq və barmaq basqısı ilə naxışlanmış keramika diqqəti cəlb edir. Urmiya hövzəsində, Dalma Təpə yaşayış yerindən aşkar olunan Eneolit mədəniyyəti indiyədək izolyasiya edilmiş mədəniyyət sayılırdı və Cənubi Qafqazda aşkar olunmayıb. Yeni tapıntılar bu mədəniyyətin Azərbaycanda mövcudluğunu, Urmiya hövzəsi və Naxçıvanın qədim mədəniyyətlərinin ortaq özəlliklərə malik olduğunu deməyə imkan verir.

Ardını oxu...

Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr olunmuşdur.
Romanın süjet xəttini Bakı xanlığında Rusiya imperiyası işğalçı ordusunun komandanı general Sisianovun başının kəsilməsi və Fətəli şah Qacara göndərilməsi, eləcə də bundan sonrakı gərgin hadisələr təşkil edir. Geniş əhatə dairəsinə malik olan bu tarixi-fəlsəfi romanda Azərbaycan xanlıqlarında, Gürcüstan, Şimali Qafqaz, Rusiya, İran, Osmanlı imperiyası, eləcə də Avropada həmin dövrdə baş verən siyasi hadisələr yüksək sənətkarlıqla təsvir olunub.
Əsər oxucunu XIX əsrin əvvəllərinə aparır. Bakıda və Qarabağda cərəyan edən, Sankt-Peterburqda, İranda baş vermiş hadisələr romanda bəhs olunan dövrün sosial-siyasi mənzərəsini yaradır. Stepan Razinin edam səhnəsi, Bakıda Qoşa Qala Qapısının qarşısında Qafqaz canişini general Sisianovun başının kəsilərək Azərbaycandakı, habelə İrandakı mövcud xanlıqların ərazilərindən keçə-keçə Tehrana aparılması, eləcə də Qarabağ xanına qarşı sui-qəsd ustalıqla işlənilmiş, tarixi faktlara dəqiqliklə istinad edilmişdir.

Ardını oxu...

İyulun 22-də Naxçıvan şəhərində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının­ ­Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ­Rəhman Məmmədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, mətbuatın inkişafı da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart ­tarixli Sərəncamı muxtar respub-­lika mətbuatını yeni inkişaf müstəvisinə çıxarmışdır. Bu inkişafın nəticəsidir ki, hazırda muxtar respublika paytaxtının və hər bir rayonun mətbuat orqanı vardır. Bu mətbuat orqanlarında maddi-texniki baza yaxşılaşdırılmış, müasir iş şəraiti yaradılmışdır. “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks tikilmiş, burada müasir çap-poliqrafiya avadanlıqları quraşdırılmış, qəzet və jurnalların yüksək poliqrafik keyfiyyətlə nəşri təmin olunmuşdur. Bununla yanaşı, “Şərq qapısı” qəzetinin internet saytı da yaradılmışdır.

Ardını oxu...

Görkəmli maarifpərvər ziyalı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. “Əkinçi”nin nəşri milli şüurun təşəkkülünə, nadanlıq və cəhalətə qarşı mübarizənin güclənməsinə, mədəniyyətimizə sahib çıxmağa, milli əqidəmizin təkamülünə rəvac vermişdir. 

Milli mətbuatın “Əkinçi” qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri olan maarifləndirmə, müasirləşmə, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın təməl prinsiplərini ortaya qoymuşdur. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşlar. “Əkinçi” ənənələrini davam etdirən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar milli mətbuatımızı çoxşaxəli inkişaf yoluna çıxarmışdır. Sovet hakimiyyəti illərində unudulan bu ənənələr bir də 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra gündəliyə gətirilmiş, mətbuatda milli dəyərlərimizi, adət-ənənələrimizi, zəngin tarixi-mədəni irsimizi təbliğ edən yazılara geniş yer verilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunda “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: real­lıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Naxçıvan Muxtar Respublikası Tele­viziya və Radio Şurasının üzvü Sara Əzimova, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, AMEA Naxçıvan Bölməsinin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov çıxış edərək muxtar respublikada ailə dəyərlərinə verilən önəmdən söhbət açıblar.
Qeyd olunub ki, ulu öndər ­Heydər Əliyevin əsasını qoyduğu ailə, qadın və uşaq siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq ailə, qadın və uşaq məsələlərinin dəyərlərimizə uyğun, cəmiyyət olaraq inkişafımıza təsir edəcək yöndə təbliği də zəruri hesab olunur.
Muxtar respublikada ailə dəyərlərimizin qorunması və yaşadılmasına, qadınların ictimai fəallığının artırılmasına, uşaqların təlim-tərbiyəsinin təşkilinə hərtərəfli qayğı göstərilir.

Ardını oxu...

Növbəti belə tədbir Şərur rayonunun Cəlilkənd yaşayış məntə- qəsində fəaliyyət göstərən Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminartreninqdə nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən seminar-treninqlər əhəmiyyətli olub. Ötən il muxtar respublikanın muzey şəbəkələrini əhatə edən 11 belə tədbir təşkil edilib. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub.

Ardını oxu...

Bu münasibətlə keçirilən elmipraktik konfransı girişsözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan danışıb.

Bildirilib ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində ümummilli liderimiz Heydər Əliyevin mühüm tarixi xidmətləri olub. Rektor bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, ölkə başçısı tərəfindən mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, ­filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb.
Kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları – Hüseyn Həşimli və Fərman Xəlilovun rəyləri ilə çap olunub.
Monoqrafiya akademik İsa Həbibbəylinin qələmə aldığı “Böyük ədibin şeir yaradıcılığı” adlı ön sözdən, giriş, 3 fəsil və nəticədən ibarətdir.
Əsərdə XIX əsrin sonlarında Naxçıvan ədəbi mühitinin yetirməsi olan yazıçı, dramaturq, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyni­adlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığının nisbətən az araşdırılan bir sahəsi tədqiqata cəlb olunub. Monoqrafiyada mollanəsrəddinçi satirik şeirin ­ideya-estetik, dil və ifadə xüsusiyyətlərinin formalaşdırılmasında Cəlil Məmmədquluzadənin rolundan əsaslı şəkildə bəhs edilir.
Kitabda uzun illər “Nə işim var?!” satirası ilə bağlı böyük ədibin, müasirlərinin yazdıqları qeydlərə, bu əsərlə əlaqədar mübahisələrin tarixi və məzmununa diqqət çəkilir və yeni mövqe ortaya qoyulur.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Şəxsiyyətin inkişafında, gənc nəslin hərtərəfli yetişməsində tərbiyə amili tarixən mühüm əhəmiyyət kəsb edib. Antik dövrün filosofu Platon deyirdi ki, dövlətin gücü insanların tərbiyəsindən asılıdır. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqi uşağın formalaşmasında tərbiyənin rolunu qiymətləndirərək deyirdi: “... Uşaqlıq yaş ağaca bənzər, təzə yaş ağacı hər nə qədər əyri olsa, düzəltmək asandır və insanın da kiçikliyində tərbiyə qəbul etməsi vazeh mətləblərdəndir”. Tərbiyə insanın inkişafına təsir göstərsə də, müəyyən mənada inkişafdan asılıdır və insanın inkişaf səviyyəsinə əsaslanır. Bu qarşılıqlı münasibətlərin dialektikası da özünü məhz burada göstərir. 

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində iyul ayının 18-də keçirilən festivalda bildirilib ki, muxtar respublikamız bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafdan təhsil sahəsinə də xeyli pay düşüb. Belə ki, hər il təhsil müəssisələri üçün yeni binalar tikilir, həmin müəssisələr ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur.
Vurğulanıb ki, muxtar respublikamızda ilk dəfə olaraq keçən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Yay tətili uşaqların gözü ilə” devizi altında festival keçirilib. Həmin günü muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin hesabatı kimi də qeyd etmək olar.
Sonra 2016-2017-ci tədris ilində keçirilmiş müsabiqələrdə uğur qazanmış və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin seçim qrupu tərəfindən müəyyənləşdirilmiş 14 ən yaxşı dərnək üzvü, 7 ən yaxşı dərnək rəhbəri mükafatlandırılıb.
Qeyd edək ki, bu il muxtar respublikanın ayrı-ayrı rayonlarında festivalların keçirilməsi nəzərdə tutulub. Festivalların ilkin mərhələsi olaraq həmin gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe olan 5 məktəbdənkənar müəssisənin istedadlı uşaqlarının hazırladıqları əl işləri – dekorativ, tikmə, toxuma, rəsm əsərləri nümayiş etdirilib, ­Heydər Əliyev Uşaq-Gənclər Yara­­dıcılıq Mərkəzinin İdman şöbəsinin və Naxçıvan Şahmat Mərkəzinin bölmələrinin ­çıxışları olub.
Festivalda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər”, Estetik Tərbiyə Mərkəzinin “Fidanlar” mahnı və rəqs ansambllarının və “Gənc ­Heydərçilər”in çıxışları da maraqla qarşılanıb.

 Fatma BABAYEVA

Qədim və zəngin tarixi keçmişi ilə fərqlənən Naxçıvan çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif ­bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkə­mizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
Naxçıvan şəhəri ərazisindəki “İmamzadə” türbəsi özündə qədim və zəngin sənətkarlıq xüsusiyyətlərinə malik türk və müsəlman memarlığı ənənələrinin qarşılıqlı vəhdətini ehtiva edir. Belə ki, VIII-IX əsrlərin qovşağında Azərbaycan ərazisində xalq tərəfindən yeni qəbul edilmiş İslam dini və müsəlman mədəniyyəti elementləri insanların, xüsusilə də sənətkarların, memarların şüuruna kor-koranə surətdə hopmayıb. Qədim mədəni-mənəvi dəyərlərin bu yeni xüsusiyyətlərlə zənginləşməsi sayəsində əvvəlki abidələrdən daha fərqli, möhtəşəm və həmin dövr üçün yenilikçi xarakterli sənətkarlıq nümunələri meydana gəlib.

Ardını oxu...

İyulun 19-da Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçı­lığı ilə “Yaradıcı gənclər: imkanlar, tələblər və nəticələr” mövzusunda keçirilən dəyirmi masada nazirliyin yaradıcı gənc­lərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə giriş sözü ilə çıxış edərək bildirib ki, ölkəmizdə gənc­lər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayıb, gənc­lərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini prioritet elan edib.

Ardını oxu...

2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı müxtəlif tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuş, tamaşa və filmlər göstərilmişdir.
Bu dövrdə muzeylərlə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi arasında 10 distant dərs keçilmişdir. Muzey fondlarının zənginləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, muzeylərə 759 yeni eksponat daxil edilmişdir. 2017-ci ilin birinci yarısında muzeyləri 217 mindən çox tamaşaçı ziyarət etmişdir ki, onlardan da 45 minə yaxını xarici ölkə vətəndaşı olmuşdur.

Ardını oxu...

Bütün xalqların mədəniyyət ­incisi olan rəqs sənəti qədim tarixə malik olmuş, əsrlərlə yaşamış, inkişaf etmiş və insanların ictimai həyat tərzinin, estetik zövqünün ayrılmaz hissəsinə çevrilmişdir. Hələ ibtidai icma quruluşunun ilk mərhələlərində insanlar əllərini bir-birinə vuraraq ahəngdar səslərin müşayiəti ilə rəqs etmişlər.
Azərbaycan xalqı uzun əsrlərboyu rəngarəngliyi və coşqunluğu ilə insanı valeh edən rəqslər yaradıb. Xalqımızın xoreoqrafiyasında müxtəlifxarakterli saysız-hesabsız kişi və qadınların tək, qoşa, kütləvi rəqsləri yer alıb. Bu mənəvi sərvət sadədən mürəkkəbə doğru uzun inkişaf mərhələsi keçib. Həmin mərhələni keçərək günümüzə qədər yaşadılan “Cəngi” və “Uzundərə” rəqsləri barədə bu yazımızda sizə məlumat verəcəyik.
“Cəngi” cəngavərlik yerişini, meydanoxumanı, döyüşə çağırışı ifadə edir. Onun yaranma tarixi çox qədimdir. Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov yazır­dı: “Əfsanələrdə məlum olur ki, “Cəngi” hələ Koroğlu dövründə zurnanın əzəmətli səsi və təbilin gur sədası ilə düşmənləri sarsıdarmış, döyüşçülərdə cəngavərlik əhval-ruhiyyəsi doğurar, onları qəhrəmanlıq şücaəti göstərməyə və düşmən üzərində qələbəyə ­çağırardı”.

Ardını oxu...

Azərbaycanda türk-islam mədəniyyətində IX əsrdən başlayan yüksəliş monumental sənət əsərlərinin meydana çıxmasını şərtləndirmişdir. Bu mədəniyyətə aid abidələr, xüsusilə türbələr memarlıq həllinin mükəmməlliyi, ornamental motivlərin zənginliyi ilə fərqlənir. Həmin mədəniyyət abidələri üzərindəki naxışların araşdırılması onların xalqımızın qədim tarixindən süzülüb gələn ənənələrə əsaslandığını təsdiq edir. Mədəniyyət abidələrimiz üzərindəki ornamental motivlərin hamısını bir məqaləyə sığdırmaq çətin olduğundan biz burada yalnız bəzi motivlərə yer vermək istəyirik.
Naxçıvanın türk-islam mədəniyyəti abidələrində sıx rast gəlinən ornamental motivlərdən biri meandrdır. Bu motivə Naxçıvan şəhərində tikilən türk-islam mədəniyyətinin zəngin memarlıq abidələrində, Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi türbələrin xarici səthində rast gəlmək mümkündür. Möhtəşəmliyi ilə gözoxşayan Möminə xatın türbəsində meandr motivi gövdənin cənub üzündə qapıdan sağa ikinci səthin kənarlarında və stalaktitlərdə kərpicdən yığılmışdır. Bu ornament memarın özünəməxsus bacarığı sayəsində qalın və incə kərpiclərin kombinasiyası ilə meydana gəlmişdir. Meandr naxış iki sıra kərpicdən yığılmış və kərpic düzümləri bir-biri ilə svastika şəklində birləşərək mürəkkəb kompozisiya yaratmışdır. Güney səthin qalın dayağına həkk olunan bu ornament digər üzlərdə təkrar olunmamışdır. Eyni naxış motivinin bir qədər sadə forması Yusif Küseyir oğlu türbəsinin qapı olan səthində, qapının yanlarında tətbiq olunmuşdur. Biz Möminə xatın türbəsində bu motivin daha təkmil və mürəkkəb kompozisiyadan ibarət olan forması ilə rastlaşırıq. Naxçıvan memarlıq məktəbinin digər bir möhtəşəm abidəsi olan Gülüstan türbəsində, sərdabəni qülləvarı hissədən ayıran stalaktit qurşağı da əhatə edən meandr motivi işlənmişdir. Gülüstan türbəsində tətbiq edilən meandr motivi bir qədər sadəliyi, eyni zamanda ahəngdarlığı ilə fərqlənir.

Ardını oxu...

Muxtar respublikamızda muzey fondlarının zənginləşdirilməsi məqsədilə iyul ayının 13-də Şahbuz rayonunun 3 sakini tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 30 eksponat Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib. Bu eksponatlar içərisində qədim qablar, məişət əşyaları, küp, toxuculuq nümunələri və sair vardır.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisə fəaliyyət göstərir. Muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır. Son illərdə muzeylərimizə dövlət qayğısı xüsusilə qeyd edilməlidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr ­tarixli Sərəncamına əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivlərinin mütəşəkkil şəkildə muzeyləri ziyarət etmələrindən danışan nazir bildirib ki, bu ilin 6 ayı ərzində 217 mindən çox vətəndaş muzeylərimizi ziyarət edib.

Ardını oxu...

İncəsənət ictimai şüurun formalarından biri, insanın mənəvi aləminin, onun həyata bədii estetik münasibətinin ifadəsidir. Bu sahədə çalışmayan insanlar belə, incəsənətin onların ruhuna xüsusi bir dinclik gətirdiyini təsdiq edərlər. Bəzi insanlar da var ki, ömrünü, həyatını məhz elə bu sahənin hansısa bir növünə həsr edib, onu yaşamının ayrılmaz bir parçasına çevirib. Həmin insanlardan biri də Həbibə Allahverdiyevadır.

Həbibə xanım təsviri sənətlə məşğul olur. Onunla söhbət zamanı bildirdi ki, təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdır. Təsviri sənətə rəsm, qrafika, boyakarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət daxildir. Rəsm təsvirin əsasını təşkil еdir. Rəssam müəyyən tablоnu işləyərkən əşyaların fоrmasını, həcmini rəsm dilində əks еtdirir. Təsvirin həcmli, mühitin rеal görüntüsü üçün pеrspеktiv və işıq-kölgə qanunlarına müraciət оlunur. Rəsm kоmpоzisiya ilə əlaqədardır və insanı bütün ömrüboyu müşayiət edir; şəkilli uşaq kitabları, xalçalar, keramika, qab-qacaq, abidələr...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda iranlı fotoqraf və rejissor Paşa Hadianın “Müasir İran mədəniyyətinin ­görkəmli nümayəndələri” adlı fərdi foto sərgisi açılıb.
Sərgiyə baxışdan əvvəl sənətşünas Nizami Alıyev çıxış edərək sərginin təşkilinin sənət adamları üçün əlamətdar hadisə olduğunu deyib. Bildirilib ki, sərgidə fotoqrafın 65 əsəri yer alıb.
İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Mənsur Ayrom, konsulluğun mədəniyyət atteşesi Hüseyn Ağazadə və Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Nihat Erşen çıxış edərək ölkələr arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin inkişafının vacibliyini də qeyd ediblər.
İranlı fotoqraf və rejissor Paşa Hadian fotosərgiyə gələnləri salamlayıb. Bildirib ki, sərginin müasir İran mədəniyyətinin görkəmli nümayəndələrinə həsr edilməsində məqsəd bu şəxsiyyətləri daha geniş miqyasda tanıtmaqdır.
Fotoqraf deyib ki, bir sənətə ömrünü həsr etmək üçün həmin sənəti, həqiqətən də, sevmək lazımdır. İllərdir, məşğul olduğu bu sənətdə bacardığı qədər irəli getməyə, insanların bəyənəcəyi fotolar çəkməyə çalışıb. Bu sərgi 7 ilin məhsuludur.
Sonra sərgiyə baxış keçirilib.

 Fatma BABAYEVA

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad füsunkar gözəllikləri, qədim yurd yerləri, tarixi abidələrilə yanaşı, həm də görkəmli şəxsiyyətləri ilə şöhrət qazanıb. Bu qədim diyar yetirdiyi elm, incəsənət, mədəniyyət xadimləri ilə tariximizin şanlı salnaməsində özünə şərəfli bir yer tutur. Bu torpağın yetişdirdiyi böyük alimlərdən biri də  kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevdir. 

Dünya şöhrətli görkəmli kimyaçı-alimin Azərbaycan Milli Elmlər Akademiyasının tarixində böyük xidmətləri olub. İkinci Dünya müharibəsi illərində Sovet İttifaqının böyük qələbə qazanmasında xüsusi rolu olan yüksəkoktanlı benzini kəşf edib, istehsalına və aviasiya sənayesində tətbiqinə nail olub.
Bu günlərdə görkəmli alimin ev-muzeyi ilə yaxından tanış olmaq məqsədilə Ordubad rayonuna üz tutduq. Muzey bələdçisi Nazilə Bağırova muzeyin tarixi barədə bizi məlumatlandırdı. O dedi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı nəticəsində görkəmli alimin adını əbədiləşdirmək üçün 1975-ci ildə akademikin ev-muzeyinin əsası qoyulub. Muzeyin açılış mərasimi 1976-cı il 6 fevral tarixdə olub, 2005-ci ildə isə burada yenidənqurma işləri aparılıb. Muzey fəaliyyətə 407 eksponatla başlayıb, indi isə muzeyin fondunda 2000 eksponat mövcuddur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında Açıq Səma Altında Muzey yaradılmışdır. Ali Məclis Sədrinin Sərəncamında deyilir: “Müasir tarixşünaslığın tələbləri baxımından tədqiqini gözləyən sahələrdən biri də azərbaycanlıların yaşadıqları ərazilərdə geniş yayılmış qədim qoç heykəlləri, qəbirüstü abidələri və daş üzərində oymalardır. Qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar azərbaycanlılarda ən qədim mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar xalqımızın qədim mədəniyyətindən nümunələr olmaqla bərabər, eyni zamanda estetik təsir bağışlayan sənət əsərləridir”.
Ən qədim insan yaşayış məskənlərindən olan Naxçıvanda sənətkarlıq və mədəniyyət də böyük inkişaf yolu keçmişdir. Bu torpağın hər qarışı tarixin müəyyən dövründən soraq verir, əcdadlarımızın həyat tərzi və yaşayışı haqqında dolğun təəssürat yaradır. Zəngin tarixi-mədəni irsimiz təkcə memarlıq abidələrində deyil, həm də daş abidələrdə yaşayır. Əcdadlarımızın yaratdıqları daş abidələr, xüsusilə Gəmiqaya rəsmləri, ümumilikdə, bəşəriyyətin tarixindən xəbər verən dəyərli qaynaqlardır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında peşəkar qadın rəssamların formalaşması, püxtələşməsi ölkəmizin müstəqillik dövrünə təsadüf edir. Bu dövrdə rəssamlıqda, əsasən, təsviri sənətdə öz yaradıcılıq qabiliyyətləri ilə uğur qazanan qadınların sayı xeyli artıb. Onu da qeyd edək ki, rəssamlığın bir sıra növlərində qadınların imzalarına rast gəlsək də, teatr janrı barədə bunu demək çətin idi. Naxçıvanda peşəkar teatr sənətinin yaşı 135-ə çatsa da, bu illər ərzində, daha dəqiqi Naxçıvan teatrının 130 illik yubileyinə qədər olan müddətdə bu qocaman sənət ocağının heç bir afişasında qadın rəssam imzasına rast gəlinməyib. 

Bu cəhətdən 2015-ci ili Naxçıvan teatrının tarixində dönüş ili hesab etmək olar. Belə ki, həmin ildə görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun 145 illiyi münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrı da bu yubileyə öz töhfəsini təqdim etməyə hazırlaşırdı. Teatrda hazırlıq proseslərinə başlanılan “Nadanlıq” tamaşasının quruluşçu rejissoru, bu il Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş Tofiq Seyidov yeni işinin bədii quruluşunu teatrın baş rəssamı, respublikanın Xalq rəssamı Hüseynqulu Əliyevə həvalə etməklə yanaşı, Naxçıvan Rəssamlar Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının müəllimi Fizzə Quliyevanı ikinci rəssam olaraq hazırlıq prosesinə cəlb etdi.
Quruluşçu rejissorun belə bir yeniliyə təşəbbüs etməsinə – ilk dəfə olaraq teatra qadın rəssamın dəvət olunmasına səy göstərməsinə səbəb isə Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasında hazırlanan Nazim Hikmətin “Qəribə adam” (2012) və Esxilin “Zəncirlənmiş Prometey” (2013) tamaşalarında məhz Fizzə Quliyevanın quruluşçu rəssam kimi özünü göstərə bilməsi idi.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” muxtar respublika Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli Sərəncamına uyğun olaraq ötən illər ərzində xalq yaradıcılığı nailiyyətlərini əks etdirən müxtəlif səpkili, maraqlı və rəngarəng tədbirlər – festivallar, baxış-müsabiqələr, satış-sərgilər keçirilmişdir. Xalq teatrlarının muxtar respublika festivalı çərçivəsində bu teatrların yeni tamaşalarına ənənəvi baxışın təşkil olunması da bu qəbildən olan tədbirlər sırasındadır. 

Ardını oxu...

Azərbaycan bəşər sivilizasiyasının ilk ünvanlarından biri kimi çox böyük mədəni-mənəvi irsə malikdir. Bu sivilizasiyanın mərkəzlərindən biri kimi tanınan Naxçıvan diyarı xalqımızın qədim və zəngin mədəni irsinin inkişafında, qorunmasında mühüm əhəmiyyət daşıyır. Saysız-hesabsız təbiət və tarixi abidələri, memarlıq inciləri, sənətkarlıq nümunələri ilə zəngin mədəniyyətimizi köksündə yaşadan Naxçıvan həm də tarixən xalq sənətkarlığının inkişaf etdirildiyi regionlardan olub. 

Naxçıvanda xalq sənətkarlığının tarixi elə tarixin özü qədər qədimdir. Gəmiqayadakı daş rəsmlərindən üzübəri müxtəlif mərhələləri keçən el sənətkarlığı xalqımızın yaradıcı xalq kimi özünü təsdiq etməsinə imkan verib. Bu diyarda indiyədək rast gəlinən qədim yaradıcılıq nümunələri, sənət növləri o qədər rəngarəngdir ki, bu nümunələrdə xalqımızın əhval-ruhiyyəsindən tutmuş mənəviyyatınadək, məişət mədəniyyətindən tutmuş dini inancınadək hər şey öz əksini tapıb. Bu zənginliyin nəticəsidir ki, vaxtilə Naxçıvandakı sə­nətkarlıq ocaqlarında, emalatxanalarında düzəldilən sənətkar­lıq nümunələri Şərqin və Qərbin mühüm ticarət mərkəzləri olan şəhərlərinə daşınıb, bu qədim diyara yolu düşən qonaqlara hədiyyə olunub, bəzi hallarda isə oğurlanaraq ölkədən çıxarılıb və ayrı adlarla dünyanın müxtəlif muzeylərində özünə “daimi məskən” salıb.

Ardını oxu...

Hərbi xidmətə yola salınacaq gənclərin iştirakı ilə Sədərək Tarix-Diyarşünaslıq Muzeyində “Müsəlləh əsgərəm mən də bu gündən” adlı tədbir keçirilib.
Gənclər muzeydəki İkinci Dünya müharibəsi zamanı və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olan soydaşlarımıza həsr edilmiş stendlərə, digər eksponatlara baxıb və ordu quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin fəaliyyətini əks etdirən fotoşəkillərlə və digər məlumatlarla yaxından tanış olublar. Muzeydə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Sədərək Rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

 Ceyhun MƏMMƏDOV

İyulun 1-də ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Yavuz Axundlunun anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Alimin evində keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov demişdir ki, filologiya elmləri doktoru, professor Yavuz Axundlu ədəbiyyatşünas­lığımızda özünəməxsus rolu olan ziyalılarımızdandır. Naxçıvan ədəbi mühitinin inkişafında mühüm rol oynayan alim muxtar respublikamızda böyük bir ədəbiyyatşünaslar nəslinin yetişməsinə də öz töhfəsini verib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək demişdir ki, anadan olmasının 90 illiyini qeyd etdiyimiz Yavuz Axundlu böyük ömür yolu keçmiş, elmi-pedaqoji fəaliyyətinin son 50 ilini Naxçıvan Dövlət Universiteti ilə bağlamışdır. Bu müddət ərzində universitetdə fakültə dekanı, tədris və elmi işlər üzrə prorektor vəzifələrində çalışmış, yüksək təşkilatçılıq nümayiş etdirmiş, muxtar respublikada elmin inkişafına öz töhfələrini vermişdir. Professor Yavuz Axund­lunun əməyi dövlət tərəfindən qiymətləndirilərək 1966-cı ildə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2007-ci ildə isə Prezident təqaüdünə layiq görülmüşdür. Yavuz Axundlunun səmərəli elmi-pedaqoji fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqətində olmuş, üçcildlik “Seçilmiş əsərləri” nəşr edilmişdir. Bu gün keçirilən 90 illik yubiley tədbiri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Yavuz Axundlunun elmi-pedaqoji fəaliyyətinə verdiyi qiymətin ifadəsidir. Rəhman Məmmədov ədəbiyyatşünas alim Yavuz Axundlunu 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik etmiş, ona cansağlığı arzulamışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixdə Sərəncam imzalayıb.

Ardını oxu...

Bu fani dünya ilə 100 yaşında vidalaşan Fatma nənəm İkinci Dünya müharibəsini həmişə ürəkağrısı ilə xatırlayar, sonda da bir-iki bənd ağı ilə dövrün gərdişini lənətləyərdi. Asan deyildi, bu müharibənin sərt sazağı ondan doğma qardaşını, ömür-gün yoldaşını, kəndimizdə həyata yenicə atılan yüzlərlə kürəyi yerə gəlməyən gənci alıb aparmışdı. Üç körpəsini yetimçiliklə böyütmüşdü. Gecə-gündüz kolxozda kağ vurmaqdan, kətmən çəkməkdən əlləri cadar-cadar olmuşdu. Elə həmin əlləri ilə ovub kirkirədə una çevirdiyi buğda ilə uşaqlarına həyat vermişdi.

Uşaq vaxtı saçımı oxşayanda elə bilirdim başımda kotan gəzir. Zəhmət, alın təri, düzlük, dürüstlük, yalan və riyakarlıqdan uzaq səmimiyyət, hər kəsin xeyir-şərində başda olmaq sanki o dövr insanlarının boyuna biçilmişdi. Nənəm həm də iman adamı idi: biz uşaq ağlı ilə təsbehini, möhürünü gizlədib mane olmağa çalışsaq da, namazını həmişə vaxtında qılar, çiy kərpicdən tikilmiş çox kiçik, amma içi hüzur və sevgi dolu miskin komasında Tanrı, Allah kəlməsi dilindən düşməzdi. Bir də tez-tez içdiyi andı vardı: “Əshabi-Kəhf haqqı”.

Həddi-hüdudu olmayan sevinc

Nənəm həmişə qibtə etdiyim yaddaşını tez-tez vərəqlər, ildə bir neçə dəfə atla, ulaqla Əshabi­-Kəhfə getdiklərini, isti, şaxta-sazaq demədən mənəvi ucalığın işığına toplaşdıqlarını, qurbanlar kəsdiklərini xatırlayardı. Beləcə, bizim ağ, pambıq kimi tərtəmiz uşaq yaddaşımıza bir iz də düşərdi: Əshabi-Kəhf izi.

Ardını oxu...

Qədim musiqi aləti olan qanun Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində geniş yayılıb. Bir çox mənbələrdə qeyd olunur ki, bu alətin Azərbaycanda, təxminən, min ildən çox tarixi vardır. Hətta Nizaminin “Leyli və Məcnun”, “İqbalnamə” əsərlərində də onun adına rast gəlirik. Əsərlərin birində Nizami qanunu belə ifadə edir:

Sonra öz fikrinin üstündə durdu,
Öz istəyincə bir qanun qurdu.
Düzgün, ahəngdar səs çıxarmaq üçün,
Ona tellər düzdü, baş-başa bütün.
Zil və bəm nəğmələr hasil edərək,
Mizrabı gah yavaş vurdu, gah da bərk...
Onun tellərini çaldığı zaman,
Xəstənin dərdinə edərdi dərman.
Onun saz çalması böyük hünərdi,
Həkimlər onunla bilərdi dərdi...

Azərbaycanın digər klassiklərindən Məhəmməd Füzulinin və başqalarının əsərlərində də qanun haqqında məlumatlara rast gəlirik. XII əsrdə yaşayıb-yaradan, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi bu alətin məharətli ifaçısı olub.

Ardını oxu...

Ramazan bayramının xalqımızın həyatında ayrıca bir yeri var. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. İslam dininə görə, oructutanlar Allahın sevgisini qazanmış olurlar. Ramazan ayı Allahı dərk etmək, ruhən təmizlənmək və Uca Yaradana yaxınlaşmaq ayıdır. Müqəddəs kitabımız “Qurani-Kərim”in nazil olunduğu bu ay insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.

Ramazan bərabərlik ayıdır. Bu ay varlıdan kasıba kimi, hamı ­Allahın bəndəsi olduğunu anlayır. Çünki iftar vaxtı çatanadək suyu belə, içə bilməyən insan bu vəsilə ilə Yaradanın böyüklüyünü dərk edib ona şükür edir. Artıq müqəddəs Ramazan ayı başa çatmaq üzrədir. Bu günlərdə bütün İslam dünyası Ramazan bayramını qeyd edəcək.
Ramazani-Şərif müsəlmanlar üçün çox müqəddəs və mübarək aydır. Çünki “Qurani-Kərim” bu ayda nazil olmağa başlamış, Məhəmməd Peyğəmbərə bu ayda peyğəmbərlik bəxş edilməklə İslam dini meydana gəlmişdir. İnsanları pis əməllərdən çəkindirən və axirətdə cəhənnəm əzabından qoruyan oruc ibadətinin bu ayda vacib buyurulması “Qurani-Kərim”də belə əks olunmuşdur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (“Quran”) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar...” (“əl-Bəqərə”, 185).
Allah elçisi də hədislərindən birində Ramazan orucunun faydalarından bəhs edərkən demişdir: “Kim inanaraq və mükafatını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının ərazisində türk-islam mədəniyyətini əks etdirən çoxsaylı tarixi-memarlıq abidələri mövcuddur. Bu mühüm maddi və eyni zamanda mənəvi sərvətlərimizin sırasında muxtar respublikanın müxtəlif bölgələrində yerləşən imamzadələrin özünəməxsus əhəmiyyəti, xüsusi yeri vardır. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu dəyərli abidələr yalnız ölkəmizin deyil, bütövlükdə, müsəlman Şərqinin qədim sənətkarlıq, xüsusilə də memarlıq ənənələrinin, çoxəsrlik tarixi keçmişinin yadigarlarıdır.
İmamzadə “imam” (ərəb) və “zadə” (fars) sözlərinin birləşməsindən yaranan imam oğlu və ya övladı deməkdir. İmam övladlarının Azərbaycanda, xüsusilə də Naxçıvanda dəfn edilməsinə gəldikdə isə bunun da səbəbi var. Belə ki, yeddinci imam Museyi-Kazım hicri-qəməri 183-cü ildə (miladi 789-800-cü illərdə) xəlifə Harun ər-Rəşid zamanında öldürüldükdən sonra onun övladları təqib olunublar. Bu səbəbdən imam övladları onlara hörmətlə yanaşılan yerlərdə, o cümlədən Naxçıvanda məskunlaşmalı olublar. İmam nəslindən olanlar vəfat edəndən sonra qəbirləri əsrlərdir ki, yerli əhali tərəfindən müqəddəs tutularaq ziyarət yerlərinə çevrilib.

Naxçıvan şəhər imamzadəsi

Naxçıvan şəhər İmamzadə Kompleksi şəhərin cənub-şərq hissəsində, qədim Naxçıvan qalasının qərb tərəfində yerləşir. Memarlıq üslubuna görə XVI-XVIII əsrlərə aid edilən bu dini-memarlıq abidəsi 3 binadan ibarətdir.

Ardını oxu...

İyunun 23-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli dramaturq, yazıçı, Nobel mükafatı laureatı Moris Meterlinkin məşhur iki hissəli “Göy quş” tamaşasına ictimai baxış olmuşdur. Qeyd edək ki, M.Meterlinkin “Göy quş” pyesi onun ən gözəl səhnə əsərlərindən biridir. Dramaturq başqa pyesləri kimi, bu əsərində də xalq nağılının formasından istifadə etmişdir. Balaca oğlan Tiltil (Vəli Babayev) və onun bacısı Mitil (Heyran Abdullayeva) kasıb bir odunçu­nun uşaqlarıdır. Milad bayramı axşamı onlar Pəridən (aktrisa Zəminə Məmmədova) Göy quşu axtarıb tapmaq tapşırığını alırlar. Nağıl qəhrə­manı olan balaca uşaqları əhatə edən əşyalar və canlılar da onlara qoşularaq Göy quşun ardınca gedirlər. Lakin dramaturq bu əşya və canlıları da iki cəbhəyə bölərək özünün simvolik baxışları ilə onları dost və düşmənə, xeyir və şər qüvvələrə ayırır.
Balaca Tiltil və Mitil müxtəlif sirli ölkələrə səyahət edirlər. Tamaşada uşaqları Xatirələr ölkəsində babası və nənəsi ilə görürük. Onların Gecənin sarayına gəlməsi və başqa yerlərdə olması da maraqlı səhnələrdir. Dramaturq bu səhnələrdə insanın təbiət qüvvələri, aclıq və müharibə üzərində qələbəsi fikirlərini simvolik şəkildə ifadə edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda fotomüsabiqənin yekunlarına həsr olunmuş tədbir keçirilib.
“Naxçıvanın turizm imkanları” mövzusunda keçirilən fotomüsabiqəni Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Rəssamlar Birliyi təşkil edib.
Fotomüsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın turizm imkanlarının təbliğ olunması, bu məsələdə gənclərin fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılması olub.
Tədbirdə Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin əməkdaşı Tahir Məmmədli çıxış edərək bildiriblər ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan qədim diyarımızda turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada sosial-iqtisadi və ekoloji tələblərə cavab verən turizm sektoru inkişaf etdirilməkdədir. Bu sahənin inkişafında gənclərin üzərinə böyük vəzifə düşür.

Ardını oxu...

İyunun 20-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyevanın “Nuh yurdunun rəngləri” adlı fərdi rəsm sərgisi açılıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli sərginin açılış mərasimində çıxış edərək rəssamın yaradıcılığını yüksək qiymətləndirib. O deyib ki, Həbibə Allahverdiyeva rəssamlıq sənətində realist-romantik üslubda əsərlər yaradan istedadlı fırça ustasıdır. Onun əsərlərində həyatın obyektiv dərkini, real mənzərəsini görmək mümkündür. Rəssamın əsərləri tünd rənglərlə ağ rənglər arasındakı mənzərəni, çaları özündə əks etdirir. O həm təbiətdəki, həm də insandakı zərifliyi bütün parlaqlığı ilə tərənnüm etməyi bacarır.

Ardını oxu...

Festivalın son günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin “Motsart və Salyeri” faciəsi əsasında hazırlanmış tamaşanı teatrsevərlərə təqdim edib.
Böyük rus şairi A.S.Puşkinin yazdığı kiçik faciələrdən biri olan “Motsart və Salyeri” əsəri dramatizmi və psixoloji gərginliyi ilə diqqəti çəkir. İtalyan bəstəkarı Antonio Salyeri və böyük Avstriya bəstəkarı Volfqanq Amadey Motsart haqqında çoxlarına məlum olan rəvayət, bir sıra musiqi və bədii əsərlərin mövzusuna çevrilən hadisələr böyük şairin faciəsində də canlandırılıb. Salyerinin Motsartı zəhərləməsi haqqında rəvayət bu əsərin əsas mövzusudur.
Quruluşçu rejissor Nəsimi Məmmədzadə həm də səhnə əsərinə bədii və musiqi tərtibatı verərək maraqlı tamaşa yaratmağa nail olub. Salyeri kimi mürəkkəb və ziddiyyətli bir obraz Nəsimi Məmmədzadənin ifasında canlı və təbii görünür. Azərbaycan Respublikasının Əməkdar artisti Neymət Sultanov böyük bəstəkar Motsartın hərtərəfli istedadını və qeyri-adi taleyini tamaşaçıya təqdim etməyi bacarıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yerləşən tarix və mədəniyyət abidələri yalnız Azərbaycan üçün deyil, həm də Yaxın Şərq və Cənubi Qafqaz xalqlarının tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Muxtar respublikamızdakı bir çox tarixi abidələr dünyada bənzəri olmayan mədəniyyət inciləridir. Onlardan biri də Qarabağlar Türbə Kompleksidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. Bu sərəncam Naxçıvanda yerləşən tarix və mədəniyyət abidələrinin daimi dövlət qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir.

Araşdırmalar Qarabağlar türbəsində qədim və orta əsr memarlıq elementlərinin birləşdiyini təsdiq edir. Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar orta əsrlərdə Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi olub. Qarabağlar ətrafında böyük orta əsr yaşayış yerlərinin, karvansarayların aşkar olunması onun tarixi İpək Yolunun üzərində yerləşməsi ilə bağlı olmuşdur. Vaxtilə bu kəndin ərazisini də əhatə edən şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da göründüyü kimi, çoxlu bağ və yaşıllıqlarla örtülmüşdü.

Ardını oxu...

Üsullar dəyişir, amma sənət eyni qalır: o, təbiətin azad və duyğusal formada yorumlanmasıdır

İncəsənət insanın daxili gözəlliyinin ən yüksək təzahürüdür. İncəsənət adamları isə gözəlliklərlə yaşayan, öz dünyaları ilə başqalarından fərqlənən, daim gözəllik yaradan kəslərdir. Sənətin müxtəlif növləri arasında qarşılıqlı əlaqə, oxşarlıq, ümumi cəhətlər hələ qədim dövrlərdən mübahisə mövzusu və araşdırma obyekti olub. Xüsusən poeziya ilə rəssamlığın, sözlə təsvirin “qohumluğu” barədə Plutarxdan və Horatsidən tutmuş yeni dövr Avropa nəzəri-estetik fikir nümayəndələrinə qədər müxtəlif fikirlər söylənilib. Leonardo da Vinçi: “Rəssamlıq görünən poeziya, poeziya isə eşidilən rəssamlıqdır” fikrini irəli sürüb. Lessinq də rəssamlığı “lal poeziya”, poeziyanı isə “danışan rəssamlıq” adlandırıb. Ümumiyyətlə götürdükdə incəsənətin hansı sahəsi olursa-olsun, o, ən yüksək mənəvi keyfiyyətləri və ali dəyərləri özündə birləşdirir. 

Rəssamlıq qəribə sənətdir. Bu sənəti seçən insanlar, adətən, özləri də qəribə xarakterli olurlar. Rəng­lər kimi onların da təbiəti müxtəlifçalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına yovuşan rənglərdən möcüzələr yaradırlar.

Ardını oxu...

Festival Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazir­liyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün keçirilən 10 günlük kurs başa çatmışdır.
Bu münasibətlə Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirmişdir ki, bu artıq Naxçıvan Müəllimlər İnstitutu ilə birgə təşkil olunan üçüncü kursdur. Qeyd olunmuşdur ki, muxtar respublikamızda mədəniyyətin bütün sahələri kimi, kitabxanalara da diqqət və qayğı göstərilir. Bu gün kitabxanaların qarşısında keyfiyyətcə yeni vəzifələr qoyulmuşdur. Kitabxana əməkdaşları ənənəvi kitabxanaçılıq təcrübəsi ilə kifayətlənməməli, oxuculara göstərilən xidmət işini yüksək səviyyədə qurmağı bacarmalıdırlar.
Nazir çıxışında bildirmişdir ki, bu gün muxtar respublikamızda kitabxanaların təmir olunması, yeni inşa olunmuş binalara köçürülməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitab fondunun zənginləşdirilməsi sahəsində mühüm tədbirlər görülür.
Vurğulanmışdır ki, kurslar kitab­xana əməkdaşlarına müasir ­kitabxana işi ilə bağlı görülən işlər, bu sahədə yeni texnologiyaların tətbiqi haqqında məlumat vermək baxımından əhəmiyyətli olmuşdur. Bu da işin düzgün qurulmasına köməklik ­edəcəkdir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli kursu bitirmiş kitabxanaçıları təbrik etmiş və təcrübəli müəllimlərə öz minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bundan sonra da kitabxanaçılıqla bağlı kurslar təşkil ediləcəkdir. Çünki bütün sahələr kimi, kitabxana işi də yeniliklərlə zənginləşir. Yeni yaradılan elektron kitabxanalar bunun bariz nümunəsidir.
Sonda kursu bitirmiş 27 nəfər kitabxana əməkdaşına sertifikatlar verilmişdir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR