23 Dekabr 2024, Bazar ertəsi

2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı müxtəlif tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuş, tamaşa və filmlər göstərilmişdir.
Bu dövrdə muzeylərlə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi arasında 10 distant dərs keçilmişdir. Muzey fondlarının zənginləşdirilməsi də diqqət mərkəzində saxlanılmış, muzeylərə 759 yeni eksponat daxil edilmişdir. 2017-ci ilin birinci yarısında muzeyləri 217 mindən çox tamaşaçı ziyarət etmişdir ki, onlardan da 45 minə yaxını xarici ölkə vətəndaşı olmuşdur.

Kitabxanaların fəaliyyətini təmin etmək məqsədilə keçirilən tədbirlərin səmərəliliyinə nəzarət artırılmış, ötən 6 ayda kitabxanalarda 272 mədəni-kütləvi tədbir keçirilmiş, 220 sərgi təşkil olunmuşdur. Bu dövrdə muxtar respublikanın kitabxanalarına oxucu gəlişi 93 mindən, kitab verilişi isə 355 mindən artıq olmuşdur.
İlin birinci yarısında Naxçıvan Dövlət Musiqili Dram Teatrında Əli Əmirlinin “Onun iki qabırğası”, M.Meterlinkin “Göy quş”, Naxçıvan Dövlət Kukla Teatrında A.Salmanlının “Niyyət açarı”, K.Ağayevanın “Göyçək Fatma”, Naxçıvan Dövlət Uşaq Teatrında A.S.Ekzüperinin “Balaca şahzadə” və məhdud fiziki imkanlı uşaqların iştirakı ilə Bayram İsgəndərlinin “Özgəsinə quyu qazan...” tamaşaları hazırlanmışdır. Həmçinin iyun ayında xalq teatrlarının festivalı keçirilmişdir. Naxçıvan Dövlət Film Fondu isə “Azərbaycan kinosu günü” layihəsi çərçivəsində Şərur rayonundakı “Bahar” kinoteatrında, Babək və Şahbuz rayonlarındakı kinoteatrlarda filmlərin nümayişini təşkil etmişdir. “Mən kinonu sevirəm” devizi altında keçirilən kinoviktorinanın rayon turlarında 43 ümumtəhsil məktəbinin komandası iştirak etmişdir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında isə “Lira” musiqili intellektual oyununun 3 turu keçirilmişdir.
Bakı şəhərində keçirilən “XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ndə Naxçıvan Muxtar Respublikası da ayrıca stendlə təmsil olunmuş, muxtar respublikanın turizm potensialı haqqında bukletlər sərgi iştirakçılarına paylanılmış, turizm firmaları ilə görüşlər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollektivi bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasını diqqət mərkəzində saxlayacaqdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR