23 Dekabr 2024, Bazar ertəsi

İyulun 19-da Naxçıvan Şəhər Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçı­lığı ilə “Yaradıcı gənclər: imkanlar, tələblər və nəticələr” mövzusunda keçirilən dəyirmi masada nazirliyin yaradıcı gənc­lərlə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə giriş sözü ilə çıxış edərək bildirib ki, ölkəmizdə gənc­lər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqət mərkəzində saxlayıb, gənc­lərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini prioritet elan edib.

Qeyd olunub ki, bu gün dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikada mədəniyyət, mədəni irs, incəsənət, təhsil, turizm sahəsində istedadlı və yaradıcı gənclərlə əlaqəli tədbirlər, dəyirmi masalar təşkil olunur. Gənc istedadların aşkara çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə müsabiqələr, intellektual oyunlar, sərgilər keçirilir. Gənc nəslin mənəvi, bədii və estetik dünyagörüşünün formalaşdırılması, onlarda vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə keçirilən müsabiqələr və musiqili-intellektual oyunlar xüsusilə əhəmiyyət kəsb edir. Bu gün keçirilən dəyirmi masa da bu məqsədə xidmət edir.
Sonra dəyirmi masanın iştirakçıları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Rəsul Babayev, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi İlahə Haqverdiyeva, Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Qumral Məmiyeva, Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru Ariz Ağayev, Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin direktoru Səyyar Məmmədov, Naxçıvan Musiqi Kollecinin müəllimi İnci Əlizadə çıxışlarında yaradıcı, istedadlı gənclərin formalaşması, onların istedad və qabiliyyətinin üzə çıxarılması üçün yaradılan imkanlardan, onlara göstərilən dövlət qayğısından söhbət açıblar. Dəyirmi masanın iştirakçıları gənc­lərin dünyagörüşünün formalaşması, mənəvi dünyasının zənginləşdirilməsi ilə bağlı fikir və mülahizələrini bölüşüb, yaradıcı təşkilatlarla əlaqələrin qurulması yollarından danışıblar.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR