23 Dekabr 2024, Bazar ertəsi

İyulun 22-də Naxçıvan şəhərində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının­ ­Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ­Rəhman Məmmədov çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, mətbuatın inkişafı da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart ­tarixli Sərəncamı muxtar respub-­lika mətbuatını yeni inkişaf müstəvisinə çıxarmışdır. Bu inkişafın nəticəsidir ki, hazırda muxtar respublika paytaxtının və hər bir rayonun mətbuat orqanı vardır. Bu mətbuat orqanlarında maddi-texniki baza yaxşılaşdırılmış, müasir iş şəraiti yaradılmışdır. “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks tikilmiş, burada müasir çap-poliqrafiya avadanlıqları quraşdırılmış, qəzet və jurnalların yüksək poliqrafik keyfiyyətlə nəşri təmin olunmuşdur. Bununla yanaşı, “Şərq qapısı” qəzetinin internet saytı da yaradılmışdır.

Muxtar respublikada mətbuat orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, kadrlarla təminatı da diqqətdə saxlanılır. Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası açılmış, mütəxəssis hazırlığı üçün zəruri şərait yaradılmışdır. Muxtar respublikada fəaliyyəti ilə seçilən mətbuat işçilərinin əməyi də dövlət tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülürlər. Milli Mətbuat Günü ilə bağlı keçirilən bu tədbir də Ali Məclis Sədrinin mətbuat işçilərinə qayğısının daha bir ifadəsidir.
Rəhman Məmmədov Milli Mətbuat Günü münasibətilə muxtar respublikanın bütün mətbuat işçilərini təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxışında bildirmişdir ki, 1875-ci il iyulun 22-də xalqımızın milli oyanışında, milli birliyinin möhkəmləndirilməsində mühüm rol oynayan “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın əsası qoyulmuşdur. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafı daim diqqətdə saxlanılır. Bu gün qürur hissi ilə demək olar ki, Naxçıvan mətbuatı özünün əsl inkişaf dövrünü yaşayır. Bu inkişafdan “Nuh yurdu” qəzetinə də pay düşmüş, qəzetin fəaliyyəti üçün lazımi iş və yaradıcılıq şəraiti yaradılmışdır.
Tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova və “Nuh yurdu” qəzetinin redaktoru Qafar Qənbər­ov çıxış edərək muxtar respublikada mətbuatın inkişafına göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.
Sonra fəaliyyətlərində fərqlənən əməkdaşlara hədiyyələr təqdim olunmuşdur.
Tədbir çay süfrəsi arxasında davam etdirilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR