23 Dekabr 2024, Bazar ertəsi

Növbəti belə tədbir Şərur rayonunun Cəlilkənd yaşayış məntə- qəsində fəaliyyət göstərən Cəlil Məmmədquluzadənin Xatirə Muzeyində olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminartreninqdə nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva “Muzey bələdçisinin davranış qaydaları” mövzusunda çıxış edərək bildirib ki, ötən ildən başlayaraq keçirilən seminar-treninqlər əhəmiyyətli olub. Ötən il muxtar respublikanın muzey şəbəkələrini əhatə edən 11 belə tədbir təşkil edilib. Muzey bələdçiləri üçün seminar-treninqlərin keçirilməsində əsas məqsəd muzeylərdə ekskursiya işinin təşkili ilə bağlı mövcud nöqsan və çatışmazlıqları aradan qaldırmaq, muzey bələdçilərinin nəzəri və praktik bilik səviyyəsini yüksəltməkdir. Keçirilən seminar-treninqlər muzey bələdçiləri üçün faydalı olub.

 

Bildirilib ki, muxtar respublikamızda muzey fəaliyyətinin yüksək səviyyədə təşkil edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Muzeylərimiz üçün yeni binaların inşa olunması, onların təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi işin səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Qeyd olunub ki, muzey bələdçiləri məktəbli və tələbələrlə, yaşlı nəsillə işləməyi bacarmalı, nəzakət və davranış qaydaları, geyim tərzi, intellektual dünyagörüşü ilə muzeyə gələnlərdə xoş təəssürat yaratmalıdırlar. Onlar hər bir vətəndaşa qarşı diqqət göstərməli, muzey işi və muxtar respublikada gedən yeniliklərdən xəbərdar olmalı, muzey ziyarətçilərinin suallarını diqqətlə dinləyib elmi əsaslarla cavablandırmalıdırlar. Bu gün muxtar respublikamıza gələn turistlərə qədim diyarımız haqqında ətraflı məlumat vermək üçün muzey bələdçisi daim öz üzərində çalışmalı, tariximizi və mədəniyyətimizi dərindən bilməlidir.

Sonra muzey bələdçisinin təqdimatında ekspozisiyaya baxış olub.

Sonda ekskursiya mətni müzakirə edilib, muzey bələdçilərinə metodik tövsiyələr verilib.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR