23 Dekabr 2024, Bazar ertəsi

Mayın 10-da Naxçıvan Dövlət Filarmoniyasının yeni yaradılan Simfonik Orkestrinin Heydər Əliyev Muzeyinin qarşısında keçirilən konserti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
Orkestrin ilk konserti dahi bəstəkarımız Üzeyir Hacıbəyovun “Koroğlu” operasının üverturasının sədaları ilə başlayıb. Elvin Əliyarovun dirijorluq etdiyi, xormeysteri Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Mahirə Əsgərova, baletmeysteri Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov olan orkestrin ifası alqışlarla qarşılanıb.
Azərbaycan Respublikasının Əməkdar artisti Tural Nəcəfov xorla birlikdə Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa etdikdən sonra konsertdə xanəndə və müğənnilərin ifasında görkəmli bəstəkarımız Ramiz Mirişlinin “Naxçıvan təranəsi” səslənib. Bu ifalar tamaşaçılarda xoş ovqat yaradıb.
Konsertdə Azərbaycan Respublikasının Əməkdar artistləri Mübariz Əsgərovun ifasında “Evləri var xana-xana” xalq mahnısı və onun Gülyanaq Fərzəliyeva ilə birlikdə səsləndirdikləri “Arşın mal alan” operettasından “Gülçöhrə və Əsgərin dueti” musiqimizin zənginliyini göstərirdi.
Konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev “Vətən nəğməsi”ni, Azərbaycan Respublikasının Əməkdar artisti Vilayət İsmayılov “Dilkəş” təsnifini, gənc müğənni İlkin Abdullayev Cahangir Cahangirovun “Ana yurdum” mahnısını ifa ediblər.
İlkin Abdullayevin ifa etdiyi “Heydər – Xalq”, Eldar Mansurovun “İlhamla sabaha” mahnıları alqışlarla qarşılanıb.
Konsert Eldar Mansurovun “Odlar yurdu” melodiyasının sədaları altında rəqs kollektivinin ifası ilə başa çatıb.
Simfonik orkestrin ilk konserti Naxçıvan şəhərinin sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.

Əli RZAYEV

Mayın 8-də Naxçıvan Dövlət Universitetində keçirilən “Heydər Əliyev yolu Azərbaycanın əbədi müstəqillik yoludur” adlı yaradıcı­lıq müsabiqəsinin mükafatlandırma mərasimi olub.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş müsabiqənin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, ulu öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Milli dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələri ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yazılıb. Bu kimi müsabiqələrin təşkil edilməsində əsas məqsəd tələbə-gənc­lərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək, milli dəyərlərimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Seymur Talıbov fərqlənən tələbələri təbrik edib və onları bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin muxtar respublika ifaçılıq, rəsm, inşa yazı müsabiqələrinin yekun tədbiri olub.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki büstünün önünə gül dəstələri düzüblər.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək görkəmli dövlət xadimi Heydər Əliyevin milli mədəniyyətimizin inkişafı və təbliğindəki misilsiz xidmətlərindən danışıb.
Qeyd edilib ki, ümummilli liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin və Naxçıvan Musiqi Kolleci tələbələrinin muxtar respublika ifaçılıq, rəsm və inşa yazı müsabiqəsi gənc nəslin bədii-estetik dünyagörüşünün formalaşmasını, onlarda vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsini əsas məqsəd kimi qarşıya qoymuşdur.

Ardını oxu...

Bu barədə eşidəndə nə qədər çox qürur duyduq, iftixar hissi keçirdiksə, bir o qədər də təəccübləndik. Əksər insanların, xüsusilə də qadınların sudan qorxduqları halda, bu zərif xanımın dənizin altında rəsm çəkməsinə, həqiqətən, təəccüblənməmək mümkün deyil. Lakin Azərbaycan qadınlarının zərifliyi ilə yanaşı, cəsurluğunu da xatırlayanda bunu təbii qəbul etdik. Həmin cəsur qadın Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universitetinin müəllimi Həbibə Allahverdiyevadır. 

Özünəməxsus çalarlarla rənglər dünyası yaradan bu xanım rəssamın bir-birindən fərqli, gözoxşayan əsərlərindən ibarət ilk sərgiləri təhsil aldığı və bu gün çalışdığı Naxçıvan Dövlət Universitetində 2002-ci və 2008-ci illərdə təşkil olunub. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Payız düşüncələri”, 2017-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Rənglərdə zamanın təcəssümü” və Bakı şəhərində “Nuh yurdunun rəngləri” adlı iki sərgisi açılıb.

Ardını oxu...

Mayın 7-də “Euronews” kanalında Möminə xatın türbəsi ilə bağlı “Möminə xatın türbəsi – memarlıq xəzinəsi” başlıqlı 1 dəqiqə 30 saniyəlik reportaj yayımlanıb. Reportaj bu həftə ərzində hər gün iki və ya üç dəfə olmaqla, 12 dildə yayımlanacaq.
Reportajda qeyd olunur ki, həftə ərzində Azərbaycanda çəkilən və çox təsirli quruluşa malik olan bir videoçarxa baxma vaxtıdır. Bu, Naxçıvan memarlığının nümunəsi – ­Möminə xatın türbəsidir. 1186-cı ildə yerli siyasi həyatda mühüm rol oynayan Möminə xatının şərəfinə tikilmişdir. Memar Əcəmi Naxçıvani abidədə müxtəlif həndəsi ornament və naxışlar yaratmış, abidə dünya memarlığının şah əsərlərinin sırasına daxil olmuşdur.
“26 metr yüksəklikdə olan türbənin ilk vaxtlar 9 metr hündürlükdə günbəz formalı çardağı olmuşdur”, – deyən müxbir Qalina Polonskaya mənzərəli diyara səfəri zamanı abidə haqqında bildirib ki, Möminə xatın öz həyat yoldaşına, dövrün güclü yerli hökmdarı Şəmsəddin Eldənizə müdrik məsləhətlər verirdi. Ölümündən sonra Şəmsəddin Eldəniz onun məzarı üzərində abidə tikilməsini əmr etdi. Ancaq o da tezliklə vəfat etdi və türbənin tikintisini oğlu başa çatdırdı. Ümumilikdə, türbənin tikintisi 11 il davam edib.
Tarixçi Fəxrəddin Səfərli bildirib ki, “Möminə xatın çox ağıllı və tədbirli qadın idi. O, dövlətin idarə olunmasında tövsiyələr verirdi və dövlət aparatında böyük nüfuza malik idi. Bu səbəbdən də onun şərəfinə belə möhtəşəm bir abidə ucaldıldı”.
Türbədəki kitabələrdən birində deyilir: “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”.

Dünya sivilizasiya mərkəzlərindən olan Naxçıvan diyarı tarixi, mədəniyyəti və təbii zənginlikləri ilə həmişə diqqəti cəlb etmişdir. Geosiyasi mövqeyi, əlverişli yerdə yerləşməsi, bərəkətli torpaqları, zəngin yeraltı və yerüstü sərvətləri insanların 500 min il bundan əvvəl burada məskunlaşmasına şərait yaratmışdır. İnsanlar Daş dövründən başlayaraq bu ərazidə yaşamış və təbii zənginliklərindən istifadə etməyi öyrənmişlər. Ərazinin qədim sakinləri Naxçıvanın təbii zənginliklərə malik çay vadilərində, dağ yamaclarında, Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşamışlar.

Naxçıvan Nuh Peyğəmbər və Dünya tufanı ilə sıx surətdə bağlıdır. Nuh Peyğəmbərin torpağa endiyi ehtimal olunan yerlərdən biri də Naxçıvan ərazisindəki Gəmiqayadır. Nuh Peyğəmbərin ailəsi və tərəfdaşları Naxçıvan ərazisində quruya çıxmış, burada yurd salmış və Nuh Peyğəmbər Naxçıvan şəhərinin əsasını qoymuşdur. “Naxçıvan” sözü Nuhçıxan ifadəsindən yaranmışdır. Naxçıvan Nuhçıxanın varisidir, davamıdır. Nuhçıxan şəhərin formalaşması mərhələsi, Naxçıvan isə artıq inkişaf etmiş şəhərdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.
Azərbaycanda toxuculuğun tarixi 5-7 min il bundan əvvələ gedib çıxır. Naxçıvanda duz istehsalına başlanılması, duzun tədavülü və daşınmasında torba və xurcunlardan istifadə toxuculuq sənətinin də qədim tarixindən xəbər verir. Toxucu­luğun inkişafı isə xalçaçılıq sənətinin yaranması üçün geniş imkanlar açmışdır. Herodot, Klavdi Elian, Ksenofont və digər qədim dünya tarixçilərinin əsərlərində, “Kitabi-Dədə Qorqud” dastanında, Nizami Gəncəvinin yaradıcılığında Azərbaycan xalçaları haqqında məlumatlar verilmiş, bu dəyərli mədəni irsimiz tərənnüm olunmuşdur. ­Görkəmli Azərbaycan və dünya rəssamlarının tablolarında da təsvir olunan xalçalarımız bu gün dünyanın məşhur muzeylərinin ən dəyərli eksponatlarındandır.

Ardını oxu...

Naxçıvan ictimaiyyəti ötən ay mühüm və əhəmiyyətli bir mədəni tədbirin keçirilməsinə şahidlik etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvanda Duz Muzeyi istifadəyə verildi. “Duzdağ” otelində Ali Məclis Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən yaradılan bu muzey bir çox əhəmiyyətli tərəfləri ilə diqqət çəkir. 

Aprelin 25-də Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirən Ali Məclisin Sədri bu münasibətlə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edərək demişdir: “Naxçıvanın tarixi Naxçıvan duzunun çıxarılma tarixi ilə bağlıdır. Naxçıvan tarixini tədqiq etmək üçün, ilk növbədə, Naxçıvan duzunun tarixini öyrənmək lazımdır. Çünki Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olmuşdur. 5-7 min il bundan əvvəl tədavüldə qiymətli metallardan və puldan istifadə olunmurdu. Həmin dövrdə yeganə tədavül vasitəsinin duz olduğunu nəzərə alaraq demək olar ki, Naxçıvan şəhəri məhz duzun çıxarıldığı bu ərazilərdə salınmışdır. Bu da o qənaətə gəlməyə imkan verir ki, Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanmışdır. Bu barədə müxtəlif ölkələrin tarixçiləri tərəfindən də məlumatlar verilmişdir”.

Ardını oxu...

Konsertdən əvvəl Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə I kurs tələbələrinin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub. Azərbaycan Respublikasının Xalq rəssamı, dosent ­Hüseynqulu Əliyev sərgi haqqında məlumat verib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən sərgilərin tələbələr üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Sonra Aktyorluq ixtisası üzrə I kurs tələbələrinin ifasında etüdlər göstərilib. Fakültə daxilində digər musiqi ixtisasları da daxil olmaqla, hesabat konsertində tələbələrin ifasında Azərbaycan klassik musiqisinin görkəmli nümayəndələri Cahangir Cahangirovun, Fikrət Əmirovun, Tofiq Quliyevin, Vasif Adıgözəlovun əsərləri və dünya klassiklərinin kompozisiyaları nümayiş olunub.
İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova çıxış edərək musiqi hazırlığı, səhnə mədəniyyəti və ifa tərzi ilə bağlı tövsiyələrini tələbələrə çatdırıb.

Səadət Əliyeva

Bursa Bölgə Dövlət Simfonik Orkestrinin heyəti Naxçıvan Muxtar Respublikasına qastrol səfərinə gəlib. Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gələrək gül dəstələri qoyub, Heydər ­Əliyev Muzeyini ziyarət ediblər. Türkiyəli qonaqlara muzeydə dahi şəxsiyyətin fəaliyyətinin, elmi nəzəri irsinin təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.
Daha sonra orkestr heyəti “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olublar. Açıq səma altında nümayiş etdirilən daş abidələr onlarda böyük maraq oyadıb. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, bu abidə 1186-cı ildə tikilib, tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən ucaldılıb.
Xan sarayında olarkən qonaqların diqqətinə çatdırılıb ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq yaradılıb.
Qeyd edək ki, qastrol səfəri çərçivəsində Bursa Bölgə Dövlət Simfonik Orkestrinin mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar geniş konsert proqramı olacaq.

 Nail ƏSGƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasında mühüm rola malikdir. Ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilən bu dövlət aktı müasir dövrdə kitaba yenidən, həm də məqsədyönlü şəkildə qayıdışa çağırışdır.
Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nicat Əsədli də digər məktəbli gənclər kimi yaradılan şəraitdən səmərəli istifadə edib, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndə­lərinin 70-dən artıq əsərini oxuyub və onlar haqqında düşüncələrini yeni nəşr olunmuş “Sevimli dostlarım – kitablar” kitabında toplayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Nicat Əsədlinin bu təşəbbüsünü qiymətləndirərək ona məktub göndərmişdir. Həmin məktubda ­deyilir ki, “Ötən il uşaq və gənclərimizi, məktəbliləri oxu mədəniyyətinə təşviq etmək üçün “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam verilmişdir. Həmin kitablar barədə qeydlərin sənin və sənin timsalında məktəbli gənclərimizin düz yolda – tarixə, milli kökə bağlılıq yolunda, vətənpərvərlik yolunda yetişməsinin göstəricisidir”. Ali Məclisin Sədri Nicat Əsədlini ilk kitabının nəşr olunması münasibətilə təbrik etmiş, faydalı təşəbbüsünə görə təşəkkürünü bildirmişdir.

Ardını oxu...

Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları “Əlincəqala” Tarix­-Mədəniyyət Muzey Kompleksində olublar.
Məlumat verilib ki, “Əlincəqala” tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub. Qala I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə edilib, 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib.
Muzeylə tanışlıq zamanı bildirilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Muzey fondunda olan 250 eksponatdan 167-si ekspozisiyada nümayiş olunur.
Mədəniyyət müəssisəsi ilə tanışlıqdan sonra “Əlincəqala” tarixi abidəsinə gəzinti təşkil olunub. Burada qeyd edilib ki, bərpa işləri zamanı abidənin tarixiliyi qorunub saxlanılıb. Qalanın zirvəsinə doğru yol çəkilib, ərazidə işıqlandırma sistemləri yaradılıb, oturacaqlar qoyulub, yaşıllıqlar salınıb.

Ardını oxu...

Aprelin 30-da Naxçıvan Dövlət Uşaq Teatrında Culfa rayonunun dram dərnəyi böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını tamaşaçılara təqdim edib.
Tamaşanın diqqəti cəlb edən cəhəti bütün rolları gənclərin təbii və canlı şəkildə təqdim etməsidir. Əsərdəki musiqilərin canlı ifası da gənclərin istedad və bacarığından xəbər verir. Tamaşadakı obrazları, əsasən, rayonun Əbrəqunus, Kırna, Bənəniyar və Gülüstan kəndlərindəki mədəniyyət müəssisələrində çalışan mədəniyyət işçiləri canlandırıblar.
Qeyd edək ki, dahi sənətkarımızın bu əsəri olduqca sadə, xalqa yaxın, onu səhnələşdirmək isə bir o qədər çətin və məsuliyyətlidir. Komik səhnələr, gözəl musiqi, maraqlı dialoqlar, hadisələrin yüksələn xətlə inkişafı, sürətlərin kaloriti ifaçılardan həmişə istedad və sənətkarlıq tələb edir. Buna baxmayaraq, dram dərnəyinin gənc ifaçıları əsərin səhnələşdirilməsinə nail ola biliblər. Bu mənada, tamaşanı gənc kollektivin uğuru hesab etmək olar.
“Arşın mal alan” tamaşasının rejissoru Sahib Əliyev, rəssamı Culfa Şəhər Klubunun müdiri Aidə İbrahimovadır. Tamaşadakı musiqilərin ifaçıları isə Tahir Səmədov və Yaşar Hümbətovdur.
Qeyd edək ki, xalq teatrları olmayan rayonlarda ilkin olaraq dram dərnəklərinin yaradılması üçün tədbirlər görülür. 2017-ci ilin sonlarında Culfa rayonunda yaradılan dram dərnəyi də məhz belə kollektivlərdəndir. Bu dram dərnəyinin yaradılmasının əsas təşəbbüskarları rayonun mədəniyyət müəssisələrində çalışan gənclərdir. 

Əli RZAYEV

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda gənclər arasında “Naxçıvan Gənclər Paytaxtıdır” adlı fotomüsabiqə keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd gənclərin muxtar respublikanın tanıdılmasında və təbliğində fəallığının ­artırılması və istedadlı gənclərin üzə çıxarılmasıdır.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan, bu sahədə görülən işlərdən danışıblar. Onlar gənclərin Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən tədbirlərdə və muxtar respublikanın turizm potensialının tanıdılmasında fəal iştirak edəcəklərinə əminliklərini bildiriblər.
Müsabiqəyə 35-ə yaxın gəncin muxtar respublikanın turizm və istirahət məkanlarını, müasir infrastrukturunu, tarixi abidələrini əks etdirən 120-dək foto təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən Naxçıvan Dövlət Universitetinin tələbəsi Anar Sadiqov və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Veysəl Xudanlı qalib adını qazanıblar. Heydər Əliyev adına Hərbi Liseyin kursantı Röyal Əliyev, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Onur Bağırlı, Naxçıvan Tibb Kollecinin tələbəsi Nuray Əliyeva ikinci, Naxçıvan Dövlət Texniki Kollecin tələbəsi Teymur Hacıyev, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Cavid İsayev, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Hüseyn Rəfiyev üçüncü olublar.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Əli RZAYEV

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: təltiflər” miniatür kitabı Miniatür Kitab Muzeyinin Naxçıvan filialına hədiyyə olunub. Hədiyyəni Azərbaycan Miniatür Kitab Muzeyinin yaradıcısı və kitabın tərtibatçısı olan Zərifə Salahova təqdim edib. Miniatür kitabda ümummilli lider Heydər Əliyevə verilən müxtəlif təltiflər haqda məlumat yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan Miniatür Kitab Muzeyinin Naxçıvan filialı 2014-cü ildən fəaliyyətə başlayıb. Burada bir çox ölkələrdə çap olunmuş 1119 kitab sərgilənir. Sərgidə ümummilli lider Heydər Əliyevlə bağlı kitablarla yanaşı, dünya və Azərbaycan klassiklərinin əsərlərindən də nümunələr yer alıb. Ekspozisiyasında 5570 kitab olan Azərbaycan Miniatür Kitab Muzeyinin kolleksiyası böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına da düşüb.


Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Memarlıqla rəssamlığın vəhdəti” adlı sərgi təşkil edilib. Muxtar respublika Memarlar Birliyi ilə birgə təşkil olunan sərginin açılışında Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva və Memarlar Birliyinin sədri Heydər Əhmədov çıxış ediblər.

Ardını oxu...

Yaşıl dona bürünmüş uca və əzəmətli dağlar, durnagözlü ­bulaqlar, gursulu çaylar uzun yola körpü salmışdı. Bu mənzərənin sehrinə düşə-düşə üz tutduğum ünvana yetişdim. Yaz öz gəlişi ilə Ordubad rayonunun Bist kəndinə bir başqa gözəllik bəxş etmişdi. 

Uzaq yol gəlsəm, bir az yorğun olsam da, bu füsunkar mənzərəni seyr etməkdən doymurdum. Axşam­üstü idi... Göbələk, əsasən, səhər tezdən yığıldığından həmin günü xala­qızımgildə gecələdim. İkimiz də göbələyin bitdiyi yerləri uşaq vaxtlarından çox yaxşı tanıyırdıq. Hələ o zamanlar yaz aylarında heç olmasa, həftədə bir dəfə nənəmlə birlikdə gedərdik göbələk yığmağa. Həmin yerlərə piyada getmək üçün bir neçə saat vaxt sərf etməli idik. Elə bu səbəbdən ertəsi gün sübh tezdən üz tutduq Tillək meşəsinə, Gəmiqayanın ətəklərinə... Meşəyə çatanda Günəş dağların arxasından yenicə boylanırdı. Belə sübh tezdən düşünmürdüm ki, bu yerlərdə bizdən başqa göbələk axtaranlar olmaz. Ancaq bizdən öncə meşəyə göbələk yığmaq üçün gələn bir neçə ortayaşlı qadın və bir də nurani bir ağsaqqalla rastlaşdıq. Otların üzərindəki şehdən hiss olunurdu ki, gecə bu tərəflərə xeyli yağış yağıb. Həzin-həzin yağan yağışdan sonra Günəşlə birlikdə torpağın təbiətə bəxş etdiyi göbələk isə yağışı sevdiyindən bu yerlərdə onu tapmaq o qədər də çətin deyildi. Hələ balaca ikən nənəm bizə necə göbələk yığmağı öyrətmişdi. Elə bu səbəbdən onu yığmağın qaydalarını bilirdik. Çoxları bilir, göbələyi necə gəldi yığmaq olmaz. Çünki belə olduqda torpağın ana təbiətə bəxş etdiyi bu ləziz və fayda­lı “başıpapaqlı”nın kökünə, necə deyərlər, daş atmış oluruq. Onu gövdəsinin torpağa, təqribən, 2-3 santimetr yaxın hissəsindən iti alətlə kəsmək lazımdır. Bu zərif neməti kobudluqla torpaqdan dartıb-qopardıqda ovulub əlinizdə qalacaq. Bu isə həm onun kökünə zərər verəcək, həm də yığılan məhsul zay olacaq. Ona görə də onu zərifliklə toplamaq lazımdır. Göbələyi polietilen torbalara yığmaq onun tərləməsinə, əzilməsinə səbəb olur. Əzildikdə isə qida dəyəri azalır və daha tez xarab olur. Elə bu ­səbəbdən göbələk yığarkən həsirdən toxunmuş səbətlərdən ­istifadə olunur.

Ardını oxu...

Bu gün muxtar respublikamızda Vətənin və xalqın taleyində,  o cümlədən ədəbi-mədəni inkişafımızda mühüm xidmətlər göstərmiş böyük şəxsiyyətlərin yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin tədqiqi və təbliği işinin daha da yaxşılaşdırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Məhz bu mənada, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı görkəmli rəssamın həyat və fəaliyyətinin yenidən tədqiq olunması ilə yanaşı, həm də mədəniyyətimizin öyrənilməsinə xidmət edən mühüm dövlət sənədidir.

Qeyd etməliyik ki, 2010-cu ildə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyində olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov rəssam Şamil Qazıyevin burada nümayiş etdirilən əsərlərinə baxarkən onlarda Naxçıvanın qədim dövrünün real əks olunmasını yüksək qiymətləndirmişdir. Ali Məclis Sədrinin ­tapşırığına əsasən rəssamın 56 rəsm əsərinin daxil edildiyi albom-­kataloq nəfis tərtibatla “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap edilərək işıq üzü görmüşdür. 2011-ci il fevral ayının 16-da həmin albom-kataloqun təqdimat mərasiminin keçirilməsi rəssamın yaradıcılığına göstərilən diqqət və qayğının növbəti nümunəsidir. Bundan başqa, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsində də Şamil Qazıyevin yaradıcılığı sistemli şəkildə araşdırılmağa başlanılmış, həm yerli, həm də xarici mətbuatda onun haqqında məqalələr dərc olunmuşdur. Hazır­da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində rəssamın Naxçıvanın tarixinin, adət-ənənələrinin və məişətinin parlaq şəkildə öz əksini tapdığı əsərləri sərgilənir.

Ardını oxu...

Naxçıvanın sinəsində,
Qədim Duzdağ ətəyində
Dünənimə işıq saçan,
Keçmişimdən söhbət açan...
Bir muzey var. Duz muzeyi
Dünyamızın söz muzeyi.

Ardını oxu...

Naxçıvanda qədim ənənələrə malik xalçaçılıq sənəti dövlətimizin diqqət və qayğısı sayəsində bu gün də yaşadılır, geniş şəkildə təbliğ edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu qədim sənət növünün yüksək səviyyədə inkişafına xidmət edir. Bu el sənətinin yaşadılması istiqamətində daha bir mütərəqqi addım isə aprel ayının 9-da atıldı. Belə ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Bununla, Naxçıvanda xalçaçılıq ənənələrinin daha dərindən öyrənilməsi, qədim el sənətinin hər bir incəliyinin araşdırılması, təbliği üçün geniş imkanlar açıldı.

Şərqin ən qədim və zəngin mədəni mərkəzlərindən biri olan Naxçıvan diyarında digər sahələrlə yanaşı, incəsənət də böyük tarixi inkişaf yolu keçib. Dekorativ-tətbiqi sənətin növlərindən biri olan xalçaçılıq da bu sırada öz yerini alıb. Naxçıvan xalçaları nəinki Azərbaycanda, bütün dünyada öz dəstxəti, süjetli kompozisiyası, ornamentləri, naxışları, bir sözlə, özünəməxsus spesifik xüsusiyyətləri ilə fərqlənir. Heç də təsadüfi deyildir ki, X-XIII əsrə aid mənbələr Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanı da əsas xalçaçılıq mərkəzi kimi xarakterizə edir. Bu dövrdə Naxçıvan şəhəri artıq zili və xalı tipli xalçaların əsas istehsal və satış mərkəzlərindən biri kimi şöhrət qazanıb. Tədqiqatçı Rauf Məmmədov şəddə və vərni kimi xalçaların istehsalının ilk dəfə Naxçıvanda başlanması fikrini irəli sürür. Bununla belə, Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da xalçaçılıq sənəti özünün ən yüksək inkişaf səviyyəsinə XVIII-XX əsrlərin əvvəllərində çatıb. Naxçıvanda xalçaçılığın inkişafında zəngin ənənələr və yüksək peşəkarlıqla yanaşı, işçi qüvvəsinin bolluğu da mühüm rol oynayıb.

Ardını oxu...

YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü Ümumdünya Kitab və Müəllif Hüquqları Günü elan etmişdir.  

Kitab çapının meydana gəlməsindən bu günümüzədək neçə əsrdir ki, kitab mənəvi və əqli sərvətlərimizin nəsildən-nəslə ötürülməsində əvəzsiz rol oynamaqdadır. Orta əsrlərdə Azərbaycan şairləri əsərlərinin sonunda əsl adı və poetik ləqəbi işlətməklə müəlliflik hüququnun səmərəli qorunma formasından istifadə etmişlər.
Azərbaycan kitab mədəniyyətinin X-XII əsrlərdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyması ədəbiyyat, coğrafiya, təbabət, astronomiya, tarix, fəlsəfə, məntiq və elmin başqa sahələrinə aid əsərlərin yaranmasına səbəb olmuşdur. Bu dövrdə Azərbaycan kitab tarixini zənginləşdirən böyük alimlər, şairlər yaşamışdır. Eyni zamanda bu dövrdə yaşamış Xətib Təbrizi, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Nəcməddin Naxçıvani, Hinduşah Naxçıvani, Nəsirəddin Tusi, Qətran Təbrizi, Bəhmənyar, Mahmud Şəbüstəri və başqalarının müəllif hüquqlarının qorunmasını ortaya qoyan əlyazmaları bu günə qədər gəlib çatmışdır. Kitab tariximizin ilk mərhələsinə aid olan əlyazmalar ölkəmizdən başqa, dünyanın ABŞ, Rusiya, Fransa, Almaniya, Vatikan, Polşa, Çexiya, Çin, Türkiyə, İran, Özbəkistan və başqa ölkələrində qorunub saxlanılmaqdadır.

Ardını oxu...

Aprelin 20-də Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 112-ci ildönümü qeyd edilib.
Tədbiri muzeyin direktor əvəzi Kəmalə Tahirova giriş sözü ilə açaraq bildirib ki, mütərəqqi ideyaların carçısı olan “Molla Nəsrəddin” jurnalının Azərbaycan mətbuatı tarixində özünəməxsus yeri var. Jurnalın “Molla Nəsrəddin” adı ilə fəaliyyətə başlaması naşirin və əməkdaşların qədim və zəngin milli xalq ədəbiyyatı ənənələri, güclü Şərq koloriti ilə sıx bağlılığını göstərirdi. Cəlil Məmməd­quluzadə mövcud şəraitdə satirik gülüşə olan ehtiyacı xatırladaraq ­yazırdı: “Molla Nəsrəddin”i təbiət özü yaratdı, zəmanə özü yaratdı”.

Ardını oxu...

Milli mətbuatımızın inkişafında “Molla Nəsrəddin” jurnalı özünəməxsus xidmətləri ilə mühüm yer tutur. Mübaliğəsiz demək olar ki, jurnal jurnalistika peşəkarlığı, müxbirlik məharəti, janr müxtəlifliyi, milli ideyalılığı, xalqa bağlılığı, xalq yaradıcılığı ənənələrinə sədaqəti, ana dilinə məhəbbəti və dilinin sadəliyi, eləcə də müasirliyi ilə səciyyələnirdi. Mübarizə amalı “xalqın xoşbəxtliyi yoluna” işıq salmaq olan bu jurnal 25 il ərzində “Vətən, millət, dil” ideyasına xidmət göstərib. 

Bütün bu xüsusiyyətlərinə, Azərbaycan xalqının inkişafı yolunda göstərdiyi xidmətlərə görə xalqımızın ümummilli lideri Heydər Əliyev “Molla Nəsrəddin” jurnalını və onun redaktoru Cəlil Məmmədquluzadə irsini yüksək qiymətləndirərək demişdi: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”.
“Sizi deyib gəlmişəm” baş pro­qramı ilə xalqına və Vətəninə məhəbbətdən yoğurulmuş jurnalın ətrafında çoxsaylı ziyalı və ədiblər toplanaraq “Molla Nəsrəddin” adlı bir məktəb formalaşdırdılar. Jurnal özünün satirik ruhu, sadə dili ilə milli yaradıcılıq ənənələrini yeni əsrdə bir qədər də inkişaf etdirib zənginləşdirdi. Məhz onun xidmətləri sayəsində milli mətbuatımızda Azərbaycançılıq ideyalı kütləvi oxunaqlı­lığa malik yığcam publisistik janr nümunələri geniş meydan tapdı. Dövrünün görkəmli söz və fikir ustadı kimi geniş şöhrətə malik böyük ideoloq, məşhur “Füyuzat” jurnalının redaktoru Əli bəy Hüseynzadənin “Yaxşı yazırsınız... Belə də yazmaq olarmış” fikirləri də bu jurnalın milli mətbuat və jurnalistika tariximizdə tutduğu əhəmiyyətli yeri və oynadığı misilsiz xidmətləri etiraf edən mühüm faktdır. Bu baxımdan böyük ictimai xadim və görkəmli ədib Cəlil Məmmədquluzadə həm də milli mətbuatımızın inkişaf və intişarında mühüm xidmətləri ilə yadda qalmışdır. Bu mənada, bənzərsiz yumoristik, rəngli və şəkilli jurnal olan “Molla Nəsrəddin” “Dünyada sözdən böyük yadigar yoxdur”, – deyən ustad Cəlil Məmmədquluzadənin və onun yoldaşları olan mollanəsrəddinçi ədiblərin məhəbbətlə sevdik­ləri Azərbaycan xalqına və onun gələcəyinə miras qoyduqları ən böyük yadigar oldu. Görkəmli akademik, böyük mirzəcəlilşünas alim İsa Həbibbəylinin də yazdığı kimi: “Şərq aləminə ilk satira günəşi ilk dəfə “Molla Nəsrəddin”dən doğmuşdur. Məhkum Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin” dərgisi ilə başlamışdır. “Molla Nəsrəddin” dərgisi Azərbaycanda və türk-müsəlman dünyasında milli azadlıq və müstəqillik uğrunda mübarizənin ədəbiyyatda və mətbuatdakı sərkərdəsidir”.

Ardını oxu...

2018-ci ilin birinci rübü başa çatmışdır. Bu dövrdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində muzey bələdçiləri üçün seminar-treninq keçirilmiş, distant və açıq dərslər davam etdirilmişdir. Rüb ərzində muzeyləri 41 min 33-ü əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 116 min 653 tamaşaçı ziyarət etmişdir. Bu dövrdə muzeylərə 402 yeni eksponat daxil olmuşdur. “Şərur” Xalq Yallı Ansamblı Türkiyə Respublikasında “Kastamonu 2018 – Türk Dünyası Mədəniyyət Paytaxtı”nın açılış mərasimində və TURKSOY səviyyəsində keçirilən Novruz şənliklərində uğurla çıxış etmişdir.

Ardını oxu...

Naxçıvan Turizm İnformasiya Mərkəzində əl işlərindən ibarət sərgi keçirilib. “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin təşkil etdiyi sərginin açılışında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva çıxış edərək bildirib ki, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı bir sıra tədbirlər keçirilir. Bu tədbir də həmin əlamətdar hadisəyə həsr olunub.
Vurğulanıb ki, qədim tarixə malik zəngin Naxçıvan mətbəxi milli mədəniyyətimizin mühüm tərkib hissəsidir. Xalq yaradıcılığının ən qədim sahələrindən olan kulinariya mədəniyyətinin sistemli şəkildə öyrənilməsi və inkişaf etdirilməsi, təbliğ olunması və tanıdılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2009-cu il 9 aprel tarixdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin yaradılması haqqında” Sərəncam imzalayıb və həmin mərkəz Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyətə başlayıb.
“Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə çıxışında bildirib ki, mərkəz unudulmaqda olan mətbəx nümunələrimizi toplayır, sistemləşdirir və təbliğ edir. Qədim mətbəx əşyaları və onların istifadə qaydaları öyrənilir və milli mətbəx ilə bağlı adətlərimiz gənc nəslə aşılanır, bununla bağlı folklor nümunələri toplanılır, müxtəlif müsabiqələr, festivallar keçirilir. Belə tədbirlər ardıcıl olaraq gələcəkdə də davam etdiriləcəkdir.
Tədbirin bədii hissəsindən sonra əl işlərindən ibarət sərgiyə baxış olub. Milli mətbəx nümunələri ilə yanaşı, nümayiş etdirilən əl işləri, xüsusilə vitraj üsulu ilə, eləcə də muncuq, kağız, parça, ağac məmulatlarından hazırlanmış nümunələr maraq doğurub.
Sərgidə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olmasını əks etdirən əl işləri diqqəti daha çox cəlb edir. 50-yə qədər əl işlərinin nümayiş etdirildiyi sərgi 2 gün davam edib.

Əli RZAYEV

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru Aləmzər İbrahimova açaraq bildirib ki, 112 il bundan əvvəl nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən biridir. Jurnalın nəşrə başlaması təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə, bütün İslam aləmində də mühüm hadisə idi. Nəşr olunan hər yeni nömrə o zaman bütün Şərq dünyasında, ictimai dairələrdə böyük maraqla qarşılanırdı.
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Kamal Camalov “Mollanəsrəddinçilərin maarifçi görüşləri” mövzusunda çıxışında jurnalın xalqı təhsilə, elm və tərəqqiyə, milli birliyə çağıran ideyaların carçısı olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, dosent Nəzakət İsmayılova “Mollanəsrəddinçi ədiblərimiz” mövzusunda çıxışında jurnalın daimi əməkdaşları Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov və başqalarının yaradıcılığından geniş söhbət açıb.
Qeyd olunub ki, dövrünün bütün görkəmli nasir, şair və publisistləri jurnalın səhifələrində fəal iştirak ediblər.
Tədbirin sonunda Naxçıvan Musiqi Kollecinin tələbələri jurnalda çap olunan məqalə və felyetonlar əsasında hazırlanmış kompozisiya göstəriblər.

Əli RZAYEV

Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ulu öndər Heydər Əliyev gənc rəssamların gözü ilə” mövzusunda keçirilən rəsm müsabiqəsi başa çatıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə kitabxana işçiləri üçün ongünlük kurs başa çatıb. Dünən bu münasibətlə Naxçıvan Musiqi Kollecində keçirilən tədbirdə kitabxana işinin təşkili və müasir tələblər üzrə ixtisasartırma kursunu bitirən kitabxanaçılara sertifikatlar təqdim edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, nazirlik tərəfindən mütəmadi olaraq kitabxana işi ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Kitabxanaçılara elmi-metodik köməklik göstərilir, onların peşəkarlığı artırılır.
Qeyd edilib ki, indiyədək kitabxana işçiləri üçün 5 dəfə ongünlük kurs təşkil edilib. Həmin kurslarda 133 nəfər iştirak edib ki, onlardan da 122 kitabxanaçıya sertifikatlar təqdim edilib. Kurslarda kitabxana işinin elmi əsaslarla təşkili və idarə edilməsi, oxuculara xidmətin yüksək səviyyədə təşkil olunması, kitabişləmə, kitab fondlarının yaradılması, biblioqrafiya işlərinin təşkili, ümumiyyətlə, kitabxana işi ilə əlaqədar olan bütün mövzular tədris edilib. Nazir çıxışının sonunda kursu müvəffəqiyyətlə bitirənləri təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Ardını oxu...

Hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.
Ölkəmiz bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdəndir. Xalqımızın tarixi qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Əcdadlarımızın yadigarı olan abidələr Azərbaycan xalqının keçmişinin, qədim mədəniyyətinin göstəricisi, minilliklər boyu bu torpaqlarda yaşadıqlarını sübut edən daş yaddaşıdır.
“Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə tarixi-mədəni irsimizin qorunub saxlanılması üçün böyük işlər görülmüş, zəngin qanunvericilik bazası yaradılmışdır. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcu kimi təsbit olunmuşdur. Bundan əlavə, 10 aprel 1998-ci ildə qəbul edilən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununda abidələrin qorunmasının dövlət təminatı, onların əhəmiyyət dərəcələri, tədqiqi və mühafizəsi öz əksini tapmışdır.

Ardını oxu...

Muxtar respublikamız əsrarəngiz təbiəti ilə məşhur olduğu kimi, bu diyarın yetirib-bitirdiyi nemətlər də dad-tamı, keyfiyyəti ilə də dillər əzbəridir. Günəşin bol olduğu muxtar respublikanın dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən kəndlərində dağın-daşın, çölün-çəmənin hər bir otu, gülü-çiçəyi gözəlliyi ilə gözlərimizi oxşadığı kimi, həm də min bir dərdin dərmanı, məlhəmidir. Çaşır, bolu, baldırğan, uşqun, çiriş, cacıq, qazayağı, əvəlik, ələyəz, bulaqotu, yarpız, nanə, kəklikotu... Adlarını saymaqla bitməyən əvəzsiz, hər biri bir dərdin dərmanı, ağız ləzzəti olan bu bitkilərin yetişmə dövrünü təbiət elə nizamlayıb, sıralayıb ki, erkən yazdan qar yerə düşənədək insanlar həmin bitkilərdən yararlanır, hələ üstəlik qış üçün də tədarük edirlər.

Zənginliyini bu doğma təbiətdən alan Naxçıvanın mətbəxini diyarımızın dağlarında, dərələrində, düzlərində bitən, hər biri bir dərdə çarə olan bitkilərdən hazırlanan yemək nümunələri tərkibi, dad-tamı ilə daha da məşhurlaşdırıb. Elə Naxçıvanda insanların uzun­ömürlülüyünün sirri də gözəl iqlim, saf, təmiz hava, tərkibi vitamin və minerallarla zəngin olan nemətlər, bir sözlə, sağlam ekoloji mühit və mədəni həyat tərzi ilə bağlıdır.

Ardını oxu...

Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrin gənclərinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunub.
Məlumat verilib ki, Əshabi-Kəhf ziyarətgahı yüz illərdir, insanların üz tutduğu müqəddəs yerlərdən biridir. Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaqlar ziyarət edirlər.

Ardını oxu...

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Yeni Dövlət Proqramı Naxçıvanda qədim milli dəyərlərimizin daşıyıcısı olan xalçaçılıq məktəbinin zəngin ənənələrinin yaşadılması və inkişafında əhəmiyyətli rol oynayacaq, nənələrimizdən miras qalmış bu qiymətli xalq sənətinin unudulmaqda olan sirlərini öyrənmək və təbliğ etmək üçün geniş imkanlar açacaq.

Qədim Nuh yurdunun min bir rəng çalarları, ecazkar gözəllikləri ilə insanı valeh edən əsrarəngiz təbiəti, buradakı ictimai və mədəni inkişaf səviyyəsi, yerli əhalinin həyat və məişət şəraiti xalçaçılığı çox qədim dövrlərdən sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir.
Şərur rayonunun Tənənəm kəndində də xalçaçılıq sənətini bir nəsildən digərinə daşıyanlar zaman-zaman gözəl xalçalar toxuyub ərsəyə gətiriblər. Yaxın günlərdə biz də yolumuzu bu yaşayış məntəqəsinə salıb illərdir, xalça toxumaqla məşğul olan, 80 yaşlı Səltənət nənə ilə görüşdük. Diqqətimizi ilk çəkən elə evinin döşəməsini bəzəyən xalçalar oldu. İnsan əllərinin möcüzələr yaratmağa qadir olduğunu bir daha gördük. O, xalçaçılığın sirlərini qızlarına, nəvələrinə də öyrədib. Səltənət nənənin dediklərindən:

Ardını oxu...

Hər bir şəhərin görünüşünə özünə­məxsus çalarlar qatan, onu gözəlləşdirən elementlərdən biri də burada xalqın görkəmli şəxsiyyətlərinə ucaldılan abidələrdir. Bu gün çox sayda ölkə paytaxtları vardır ki, onlar məhz bu qəbildən olan abidələri ilə seçilirlər. Dünya heykəl­təraşlıq sənətinə bənzərsiz incilər bəxş etmiş Avropa şəhərləri öz abidələri ilə insanları ovsunlayır. İtaliya şəhərləri öz fəvvarələri ilə seçilirsə, Fransa, Rusiya, Hollandiya kimi ölkələrin şəhərləri görkəmli şəxsiyyətlərə ucaldılmış abidələri ilə tanınır. Başqa sözlə desək, bir şəhərdə ucaldılan heykəl və büstlər simvol kimi orada yaşayan xalqın tarixini tanıdır, qonaqlara bir növ bələdçi rolunu oynayır.
Tarixən qədim Şərqdə İslam dini təşəkkül tapandan bəri bir-birindən gözəl binalar, tarixi abidələr ucaldılsa da, zaman-zaman dini fanatizmə uyan bəzi təbəqələr incəsənətin bir qolu olan heykəltəraşlığın və rəssamlığın inkişafına böyük maneələr törədiblər. Bəlkə də, buna görədir ki, bu gün yaxın müsəlman Şərqinin bir çox ölkələrində belə heykəllərə az rast gəlinir.

Ardını oxu...

Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Tarixi məlumatlara əsaslanaraq demək olar ki, hələ eramızdan neçə minilliklər əvvəl, Tunc dövründə, Azərbaycan ərazisində rəqs sənəti insanların məişətində mühüm yer tutub. Belə ki, Nuhun torpaq üzərinə çıxdığı Gəmiqayada,  Bakının yaxınlığındakı Qobustanda qədim rəqslərdən xəbər verən qaya təsvirləri, rəqs edən fiqurlar bunun əyani sübutudur. Bu tapıntı bir qaynaqda belə ifadə olunur: “Uzaq keçmişin rəssamı bu rəsm təsvirini, təqribən, səkkiz-on min il bundan əvvəl yaradıb”.

Məlumdur ki, rəqs sənətinin ən qədim formalarında insanların məişət şəraiti, dünyagörüşləri öz əksini tapıb. Erkən orta əsrlərdən başlayaraq, əsasən, mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlayıb. Xalq rəqslərimiz mövzu baxımından rəngarəngdir; bu rəqslərin əmək, mərasim, məişət, qəhrəmanlıq və başqa növləri vardır. Onlar ritmik xarakterinə, melodik xüsusiyyətlərinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə bir-birindən fərqlənir.
Ritminə görə Azərbaycan rəqsləri 3 qrupa bölünür: ağır, aram – “Mirzəyi”, “Turacı”, “Uzundərə”; yüngül, şən – “Tərəkəmə”, “Ceyranı”, “Brilyant”; şıdırğı – “Qaytağı”, “Qazağı”, “Xançobanı”. Bəzi rəqslərin adı isə dəqiq hərəkətlərlə bağlıdır: “Süzmə”, “Kəsmə”, “Atlanma”, “Çolağı” və sair.

Ardını oxu...

Qədim Naxçıvan diyarında xalqımıza məxsus milli və mənəvi ­dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir. Artıq ənənə halını alan milli mətbəx günlərinin keçirilməsi, süfrələrimizin bəzəyi olan bu ləziz nümunələrin tanıdılması, onların gələcək nəsillərə çatdırılması baxımındam mühüm əhəmiyyət daşıyır. 

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində aprelin 7-də start verilən və iki gün davam edən “Kətə” festivalına da maraq böyük olub. Festivalda 23 ictimai iaşə obyekti və 130 fiziki şəxs iştirak edib. Muxtar respublikamızın ayrı-ayrı rayonlarına məxsus müxtəlif çeşiddə kətələrin hazırlanmasını əyani olaraq izləmək, təndirdə bişmiş kətələrin dadına baxmaq imkanı əldə edən şəhər sakinləri və qonaqlar mənalı istirahət edib, xidmətlərdən məmnun qalıblar.
Festivalın sonuncu günü “Ən dadlı kətə” nominasiyası üzrə müsabiqənin nəticələri elan olunub. Nümayiş olunan məhsullar görünüşünə, çeşid müxtəlifliyi və dadına görə münsiflər tərəfindən seçilərək, festivalın qalibi, ikinci və üçüncü yerlərin sahibləri müəyyənləşdirilib. Münsiflər heyətinin qərarı ilə kətə məhsullarının hazırlanmasında qabiliyyət və bacarığına görə “Ən dadlı kətə” müsabiqəsi üzrə Şərur rayonundan Mirqasım Eminov birinci yerə, Şahbuz rayonundan Aygün Mahmudova, Naxçıvan şəhəri “Büllur” ictimai iaşə obyektinin əməkdaşı Nazilə Allahverdiyeva ikinci, Babək rayonundan Rahilə Cəlilova və Kəngərli rayonundan Pakizə İsmayılova isə üçüncü yerə layiq görülüblər. Qaliblərə diplomlar və “Naxçıvan mətbəxi” kitabı təqdim olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı muxtar respublikamızda milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və təbliğ olunmasına hərtərəfli şərait yaradıb. Göstərilən dövlət qayğısı nəticəsində son illərdə xalq yaradıcılığının ən qədim sahələrindən sayılan süfrə mədəniyyətinin də sistemli şəkildə öyrənilməsi, inkişaf etdirilməsi və tanıdılması istiqamətində ardıcıl işlər görülür. Bu günədək yüksək səviyyədə təşkil olunaraq keçirilmiş “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları – bal”, “Göycə” festivalları məhz muxtar diyarımızın zəngin mətbəxini, süfrə ənənələrini özündə əks etdirməklə yanaşı, həm də bu tədbirlərə kütləvi marağın olması ilə diqqət çəkib.

Aprelin 7-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində başlanan və iki gün davam edəcək “Kətə” festivalı da muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşiddə kətələrin ­hazırlanması qaydalarının nümayişi və təbliği baxımından əhəmiyyətli hadisədir.
Tarixi keçmişimizin nostalji ab-havasını milli mətbəximizin zənginliyi ilə qovuşduran Naxçıvanqala artıq ikinci dəfə “Kətə” festivalına şahidlik edirdi. Qələbəliyin hökm sürdüyü muzey kompleksində festivalın şənbə və bazar günlərinə təsadüf etməsi, eyni zamanda havanın günəşli olması muxtar respublika sakinlərinin tədbirdə kütləvi iştirakına şərait yaratmışdı. Həmişə olduğu kimi, bu dəfə də muzey kompleksinin ərazisində muxtar respublikamızın rayonlarından gəlmiş festival iştirakçıları onlar üçün ayrılmış bölmələrdə öz yerlərini tutmuşdular. Eyni zamanda ictimai iaşə xidmətlərinin təşkili də yüksək səviyyədə idi.

Ardını oxu...

  Yallılarımızın Vətənimizdən kənarda tanıdılmasında və təbliğində Şərur Xalq Yallı Ansamblının xidmətləri həmişə yüksək qiymətləndirilib. Ansamblın ötən illərdə müxtəlif ölkələrdə – Macarıstan, Rusiya, Almaniya və Polşadakı çıxışları bu baxımdan diqqəti cəlb edir. Folklor kollektivinin qardaş Türkiyə Respublikasına səfərləri də ənənə halını alıb. Ansambl qardaş ölkənin İsgəndərun, Bayburt, İstanbul, Van, Ağrı və başqa şəhərlərində keçirilən tədbirlərdə dəfələrlə ölkəmizi təmsil edib. Folklor kollektivi ötən günlərdə Türkiyədə keçirilən silsilə tədbirlərdə iştirak edib. 

Səfərlə bağlı təəssüratlarını öyrənmək üçün ansamblın direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayeva ilə həmsöhbət olduq. O dedi ki, budəfəki səfər Türkiyənin Kastamonu şəhərinin 2018-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı olması ilə əlaqədar keçirilən rəsmi açılış mərasimi və Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TURKSOY) təşəbbüsü ilə təşkil edilən Novruz bayramı şənlikləri ilə bağlı idi. Belə bir tədbirdə ölkəmizi təmsil etmək məsuliyyətimizi daha da artırır, Türk dünyasının müxtəlif coğrafiyalarından, ümumilikdə isə 18 ölkə­dən gəlmiş kollektivlərin arasında olmaq bizdə iftixar doğururdu. Azərbaycanı konsert proqramında Şərur Xalq Yallı Ansamblı və Masallının “Halay” folklor kollektivi təmsil edirdi.

Ardını oxu...

Hər bir şəhərin simasını formalaşdıran müasir tikililər arasından boy göstərən keçmişin yadigarları olan tarixi binalardır. Bu baxımdan Naxçıvan şəhərində də belə tikililər az deyil. İndi şəhərimizdə restavrasiya olunaraq ilkin görünüşünə qaytarılan tarixi abidələr onlarladır. Bu tikililər doğma diyarımızın tarixini, milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirir. Naxçıvan şəhərinin Nizami küçəsində yerləşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin binası müasir görkəmi ilə hər kəsin diqqətini çəkməklə yanaşı, həm də qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik olması ilə seçilir.

Bəs hər bir naxçıvanlının, eləcə də muxtar respublikaya üz tutan qonaqların elə ilk baxışdan marağına səbəb olan bu binanın tarixi haqqında nə bilirik? Arxiv materialları nələrdən xəbər verir? Bununla bağlı bir çox suallara cavab tapmaq üçün ilk olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin arxivində yer alan sənədlərlə tanış olduq. Bundan əlavə, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin Şahin Girey və Kəngərli süvarilərinin bayraqları ilə bağlı yazdığı elmi və elmi-publisistik məqalələrini mütaliə etdik.

Ardını oxu...

Orta əsrlər zamanı Naxçıvan ərazisində türk-islam mədəniyyətinə aid çox sayda müxtəlif təyinatlı memarlıq abidələri inşa edilmişdir. Azərbaycan memarlığının inkişaf etmiş qollarından biri olan Naxçıvan məktəbinin yarandığı və formalaşdığı bu ərazidə həmin vaxt türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən hesab edilən xeyli sayda türbələr, məscidlər, xanəgahlar, buzxanalar, karvansaralar, körpülər, hamamlar, mülki tikintilər və digər abidələr ucaldılmışdır. Belə abidələrdən biri də Səfəvi hökmdarı I Şah Abbasın hakimiyyəti illərində Ordubad şəhərində inşa edilən və Azərbaycan memarlığının nadir nümunələrindən sayılan Qeysəriyyə abidəsidir. Ordubad şəhərinin mərkəzində, bazar meydanında yerləşən bu abidə orta əsrlər zamanı əhalinin və şəhərin ticarət-iqtisadi həyatında mühüm rol oynamışdır.

Qeysəriyyələr orta əsrlər zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən bazarlar qrupuna daxil idi. Bəzən “Bədistan” da adlanan bu bazarlar üstüörtülü bazarlar tipinə aiddir. Bu bazarlarda, əsasən, xarici ölkələrdən gətirilmiş və ölkə sənətkarları tərəfindən hazırlanmış bahalı mallar, xüsusilə daş-qaş, cavahirat satıldığından onlara əhali arasında “Şah bazarı” da deyilirdi. Qaynaqlardan məlum olur ki, orta əsrlər zamanı hər şəhərdə Qeysəriyyə olmamışdır. Məsələn, XVII əsrdə Mərənd şəhərində 3000 ev, 7 məscid, 3 karvansara, 5 hamam, 600 dükan, 70-ə qədər gəzməli xiyaban olsa da, orada Qeysəriyyə yox idi.

Ardını oxu...

Aprelin 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik əlyazma və kitablar AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub.
Qeyd edək ki, qədim əlyazma və kitablar Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakinləri Züleyxa Cəfərova, Nazilə Bağırova, Şəbnəm Rüstəmli tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, bölmə elmi tədqiqatlarla yanaşı, maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. 2005-ci ildə yaradılan Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab toplanıb. Bu əlyazmalar Azərbaycan, ərəb, türk, fars və digər dillərdə müxtəlif elm sahələrinə aiddir.
Akademik bildirib ki, 2016-cı ildən başlayaraq muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Əlyazmalar Fonduna bir neçə dəfə qədim əlyazma və kitablar təqdim edilib. İsmayıl Hacıyev qədim əlyazma və kitabları toplayıb Əlyazmalar Fonduna təqdim edənlərə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxışında qeyd edib ki, 2017-ci ildə muxtar respublikanın muzeylərinə 1340 eksponat daxil olub. Bu ilin üç ayında isə muzeylərimiz 400-dən çox eksponatla zənginləşib.

Ardını oxu...

Dinimizə məxsus zəngin mədəniyyətin bir hissəsini təşkil edən süfrə mədəniyyəti İslam ölkələrində mühüm yer tutur. İslam xalqlarının mətbəx mədəniyyətində ortaq dəyərlərin, müəyyən yeməklərin, qidaların bir-birinə yaxın olması da onu göstərir ki, bu süfrə mədəniyyəti hər bir müsəlman xalqının məişətinə daxil olmuşdur. Bu gün də bu qaydalara əməl edilməsi və adət halını alaraq yaşadılması bunun əsas göstəricisidir.

İslam dininin özünəməxsus süfrə mədəniyyətindən danışarkən qeyd etmək lazımdır ki, yeməkdən əvvəl dinimizə aid olan bir sıra məsələləri bilməyin böyük əhəmiyyəti vardır. Dinimizdə bir sıra qidaların haram və qadağan olması sistemləşdirilmişdir. Bəzi quşların, dəniz heyvanlarının, hətta onların hansı əzalarının yeyilib-yeyilməməsi də aydın şərh edilmişdir. Məsələn, İslamda donuz ətini yemək, yaxud donuz ətindən yemək hazırlamaq qadağandır (haramdır). Tarixi İslamdan da əvvələ gedən bu qadağa dinimizdə də müəyyən amillərə əsaslanaraq davam etdirilir. İaşə sahəsində digər qadağalar haqqında müqəddəs kitabımız olan “Qurani Kərim”in müxtəlif surələrində bəhs olunur. Bununla bağlı çoxsaylı hədislər də vardır. Belə hədislərin birində oxuyuruq: “Allah qan, leş, donuz əti yeməyi, spirtli içkilər içməyi qadağan etmişdir”. Təbii ki, bu cür hədislərin sayını artırmaq da olar.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
Müsabiqədə 15 tam orta məktəbdən 26 şagirdin rəsm əsəri sərgilənib. Münsiflər heyətinin verdiyi qərara əsasən 14 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Həsənli qalib adını qazanıb. 17 nömrəli tam orta məktəbin şagirdi Günel Hacıyeva ikinci, 3 və 10 nömrəli tam orta məktəblərin şagirdləri Seymur İbrahimli və Murad Vəliyev isə üçüncü olublar.
Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilib. AMEA Naxçıvan Bölməsində keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ­“Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən görkəmli rəssamın 110 illik yubileyi muxtar respublikada geniş qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sərəncamı bir daha təsdiq edir ki, muxtar respublikada müstəqillik illərində incəsənətə, mədəniyyətə, mənəvi irsimizə böyük diqqət vardır.

Ardını oxu...

Naxçıvan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri də Şamil ­Qazıyevdir. Azərbaycanın tanınmış rəssamı, SSRİ Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şamil Qazıyevin anadan olmasının 110 illiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 1 fevral tarixli müvafiq sərəncamına əsasən yüksək səviyyədə qeyd olunur.  

Şamil Qazıyevi, əsasən, teatr rəssamı kimi tanısaq da, onun təsviri sənətin müxtəlif növləri və janrlarında yaratdığı çoxlu sayda boyakarlıq və qrafika əsərləri vardır. Rəssamın yüksək işlənmə texnikası və bədii dəyəri ilə seçilən boyakarlıq əsərlərindən “Avtoportret”, “Natürmort”, “İrəvanda qədim körpü”, “Qədim İmamzadə”, “Xıncov kəndi”, “İlanlıdağ”, “Dağ yolu”, “Gəc zavodu”, “Köhnə qala”, “Əlincə qalası” əsərləri və özünəməxsus konkret cizgiləri, rəsmetmə manerası ilə sənətsevərlərin diqqətini cəlb etmiş qrafik kompozisiyalarından “Qardaşımın portreti”, “Avtoportret”, “Ata”, “Köhnə həyət”, “Culfada köhnə mehmanxana”, “Naxçıvanda pambıq zavodu”, “Hacıkənd”, “110 yaşlı qoca”, “Köhnə İrəvan”, “Köhnə Naxçıvan”, “Çobanlar qışlaqda”, “Ədil Ağa gölü”, “Culfa dağları” kimi bir-birindən dəyərli tablolarını misal göstərmək olar.
Şamil Qazıyevin yaradıcılığında Naxçıvanın qədim tarixi, füsunkar təbiəti, fədakar insanlarının həyat və məişəti ilə bağlı əsərlər əsas yer tutur. Rəssamın əsərləri təkcə Naxçıvandakı muzeylərdə deyil, eyni zamanda Azərbaycanın və digər ölkələrin muzey və qalereyalarında qorunub saxlanılır. 1931-ci ildə Tiflisdə keçirilən SSRİ rəssamlarının səyyar sərgisində Şamil Qazıyevin “Çoban” əsəri Moskvadakı Tretyakov Qalereyası tərəfindən bəyənilərək satın alınıb və hazırda bu qalereyada nümayiş etdirilir.

Ardını oxu...

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində bir qrup yeniyetmə və gəncin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 nəfər iştirak edib. Muzeyin bələdçisi Leyla Məmmədova iştirakçılara 31 mart soyqırımı haqqında ətraflı məlumat verib, onları muzeydə olan eksponatlarla yaxından tanış edib.
Sonda muzey ziyarətçilərini maraqlandıran suallar ­cavablandırılıb.

Ceyhun MƏMMƏDOV

Dərinməzmunlu, zəngin sənət növü kimi sevilən aşıq yaradıcılığı Azərbaycanın tarixi bölgələrindən olan Naxçıvanda da qədimdən inkişaf edib. Tarixboyu mədəniyyətin yüksək inkişafı, şəhər həyatının varlığı Naxçıvanda aşıqların geniş fəaliyyət göstərməsinə imkan verib. Zəmanəsinin məşhur aşıqları olan Ağ Aşıq Allahverdi Kosacanlı, Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Çobankərəli Aşıq Cəfər, Aşıq Mirzalı, Aşıq Hidayət, Aşıq Əbülfəz və başqaları Naxçıvan aşıq mühitinin yetirmələri olublar. 

Aşıq sənətinin zəngin keçmişi və bugünkü inkişaf səviyyəsi barədə ətraflı məlumat almaq üçün folklorşünas, professor Yusif Səfərovla həmsöhbət olduq. O qeyd etdi ki, aşıqlar qədim dövrlərdə ozan, dədə, varsaq, yanşaq adları ilə də tanınıblar. Aşığın “varsaq” adlanması varsaq tayfalarının adı ilə bağlıdır. “Yanşaq” adı, əsasən, XIII-XIV əsrlərdə işlənib.
Folklor araşdırması göstərir ki, aşıq sənəti türk xalqlarının ibtidai dövrdən müasir dövrədək bədii təfəkkürünü heca vəzni şəklində yaşadan şifahi ədəbiyyatdır. Bu sənətin görkəmli nümayəndələri Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Molla Cümə, Dədə Turab, Aşıq Valeh və başqaları aşıq şeirini daha da zənginləşdiriblər. Aşıq Alının, Aşıq Ələsgərin, o cümlədən Aşıq Hüseyn Şəmkirlinin Naxçıvana səfərlər etməsi, yerli sənətkarlarla məclislər aparması bu tarixi bölgədə XVII-XX əsrlərdə aşıq sənətinin inkişaf etdiyini göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən görkəmli fırça ustasının yubileyi bu il qədim diyarımızda yüksək səviyyədə qeyd olunur. Sərəncama əsasən təsdiq edilmiş tədbirlər planında Bəhruz Kəngərli adına Sərgi Salonunda Şamil Qazıyevin əsərlərindən ibarət sərginin təşkili, elmi konfransın keçirilməsi, rəssamın yaradıcılığı ilə bağlı tədqiqat işlərinin aparılması, uşaq incəsənət məktəblərində rəssamın Naxçıvan mövzusunda yaratdığı əsərlərə həsr olunmuş ustad dərslərin keçilməsi və başqa tədbirlərin təşkil olunması nəzərdə tutulub. Görkəmli rəssamın yubileyi ilə bağlı bu tədbirlərin keçirilməsi hazırda da davam etdirilməkdədir və təşkil olunan yubiley sərgisi də rəssama həsr olunmuş belə tədbirlərdəndir.

Ardını oxu...

Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoyun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov açaraq bildirib ki, qədim diyarımızda tanınmış sənət adamlarına yüksək diqqət və qayğı göstərilir. Muxtar respublikada sənət adamlarının yubileyləri yüksək səviyyədə qeyd edilir. Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoyun 60 illiyinin qeyd olunması da muxtar respublikada sənət adamlarına göstərilən diqqətin ən bariz ifadəsidir.
Vurğulanıb ki, Xalq artisti Həsən Ağasoy böyük yaradıcılıq yolu keçmiş, Naxçıvan teatrında 80-dən çox obraz yaratmış, tamaşaçı rəğbəti qazanmışdır. Həsən Ağasoy həm də gözəl bədii qiraət ustasıdır. O, gənc kadrların yetişməsində də mühüm xidmətlər göstərmişdir. Həsən Ağasoyun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1984-cü ildə Naxçıvanın, 1989-cu ildə isə Azərbaycanın Əməkdar artisti, 1999-cu ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2005, 2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatçısı olmuş, 2008-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Yubilyara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təbriki çatdırılmış və hədiyyə təqdim edilmişdir.

Ardını oxu...

Martın 27-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Beynəlxalq Teatr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, 1961-ci il mart ayının 27-də YUNESKO-nun Beynəlxalq Teatr İnstitutunun Vyanada keçirilən IX konqresində qəbul edilən qərara əsasən hər il mart ayının 27-si Beynəlxalq Teatr Günü kimi qeyd edilir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada ­teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
Nazir diqqətə çatdırıb ki, müstəqillik illərində teatrlarımızın yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektivlər milli dəyərlərimizin peşəkar təbliğatçılarına çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 4 oktyabr tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Teatrı müxtəlif illərdə hazırladığı tamaşalarla balacaların qəlbinə yol tapmağı bacarıb. Həmçinin muxtar respublikanın şəhər və rayonlarında xalq teatrları da uğurla fəaliyyət göstərir. Xalq teatr­larının hazırladıqları onlarla tamaşa ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Ardını oxu...

Boz ayın sonuncu çərşənbəsi Od çərşənbəsidir. Xalqımız özünün mövsümlərə uyğun hazırladığı təqviminin son çərşənbəsinə müxtəlif adlar vermişdir. Belə ki, axır çərşənbə “İlaxır çərşənbə”, “Axırıncı çərşənbə”, “Baca-baca”, “Yeddiləvin” adlarıyla da bilinən “Od çərşənbəsi”dir. Naxçıvan bölgəsində “İlaxır” özündən əvvəlki üç çərşənbədən yüksəkdə duran, ən təmtəraqlı qeyd edilən mərasimlərdən biridir. Topladığımız çöl-etnoqrafik materiallarına görə, axır çərşənbəyə hazırlıq kiçik çillədən sonra başlanır. İlk növbədə, həyət-baca təmizlənir, evlər səliqə-sahmana salınır. El arasında buna “külə-külə” də deyərlər. Həmin gün yaxın qohumlar yaslı olan qohumların evlərinə gedib, ağbirçəklərdən icazə alıb onların evlərini təmizləyər, əyinlərindəki yas paltarlarını çıxarıb, bayram libası geyindirərlər. Bu cür evlərdə bütün əşyaların yeri dəyişdirilməlidir ki, evdə “kəsavət” qalmasın.
Qədim insanlar, ata-babalarımız, ulu əcdadlarımız bütün canlı təbiəti oyadan, onu isindirən Odu, Günəşi müqəddəs sayaraq ona bir növ yaradılışın, canlı həyatın əsas qüvvələrindən biri kimi baxmış, bu mənada, Od ulu əcdadlarımız üçün müqəddəsləşmişdir.
Od-ocaq bu gün də xalqımız tərəfindən müqəddəs sayılır. Heç də təsadüfi deyil ki, bu gün də Naxçıvan Muxtar Respublikasında xalqın müqəddəs saydığı bir çox ziyarətgahlar həm də “Ocaq” adlandırılır. Bunun ən bariz ifadəsi şifahi xalq ədəbiyyatı nümunələrimizdə özünü göstərir. Naxçıvandan toplanmış bayatılarımızda da biz ziyarətgah yerlərinin ocaq kimi təsvir edildiyini görürük:

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR