23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 3-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik əlyazma və kitablar AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub.
Qeyd edək ki, qədim əlyazma və kitablar Nehrəm kənd sakini, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakinləri Züleyxa Cəfərova, Nazilə Bağırova, Şəbnəm Rüstəmli tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, bölmə elmi tədqiqatlarla yanaşı, maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. 2005-ci ildə yaradılan Əlyazmalar Fondunda bu gün 400-dən çox qədim əlyazma və kitab toplanıb. Bu əlyazmalar Azərbaycan, ərəb, türk, fars və digər dillərdə müxtəlif elm sahələrinə aiddir.
Akademik bildirib ki, 2016-cı ildən başlayaraq muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Əlyazmalar Fonduna bir neçə dəfə qədim əlyazma və kitablar təqdim edilib. İsmayıl Hacıyev qədim əlyazma və kitabları toplayıb Əlyazmalar Fonduna təqdim edənlərə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxışında qeyd edib ki, 2017-ci ildə muxtar respublikanın muzeylərinə 1340 eksponat daxil olub. Bu ilin üç ayında isə muzeylərimiz 400-dən çox eksponatla zənginləşib.

Vurğulanıb ki, milli mədəniyyətimizin və elm tariximizin inkişaf prosesi haqqında tam təsəvvür yaradılmasında mühüm rolu olan qədim əlyazma və kitabların toplanması həm də kitab mədəniyyəti tarixinin zəngin fondunun yaradılması deməkdir. Bu kitablar içərisində İslam mədəniyyəti və elmi ilə bağlı olanlar xüsusi maraq doğurur.
Nazir çıxışının sonunda qədim diyarımızda mədəniyyətə, elmə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə tədbir iştirakçıları adından minnətdarlıq edib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, kitabları muzeyə təqdim edənlər – Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Akif Hacıyev, Ordubad rayon sakini Züleyxa Cəfərova çıxış edərək muxtar respublikamızda mədəniyyətə və elmə göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fonduna hədiyyə edilən kitablara baxış olub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR