31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində bir qrup yeniyetmə və gəncin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 nəfər iştirak edib. Muzeyin bələdçisi Leyla Məmmədova iştirakçılara 31 mart soyqırımı haqqında ətraflı məlumat verib, onları muzeydə olan eksponatlarla yaxından tanış edib.
Sonda muzey ziyarətçilərini maraqlandıran suallar cavablandırılıb.
Ceyhun MƏMMƏDOV