23 Dekabr 2024, Bazar ertəsi

Ötən şənbə günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblının konserti olub. Konsertdə görməyə adət etmədiyimiz cəng, rud, rübab, çor, ney, bərbət, qopuz və başqa qədim milli musiqi alətlərimizin bir musiqi ansamblının ifasında səslənməsi və musiqiçilərin qədim geyimdə səhnəyə çıxması maraqla qarşılanıb.

İlk olaraq gənc xanəndə Əfsanə Babayevanın ifasında təsnif və “Almağa gəlin” xalq mahnısı səslənib. İstedadlı xanəndə Əbülfəz Məmmədovun ifa etdiyi “Bayatı-Şiraz” təsnifindən sonra “Naz olaydı” xalq mahnısı alqışlarla qarşılanıb. Azərbaycan Respublikasının Əməkdar artisti Qurban Qasımov “Qara tellər” xalq mahnısını ifa edib. Qurban Qasımovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Qəribə Həsənovanın birgə ifaları, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyev, solist Nərmin Hüseynova, solist Cəfər Tağıyev xalq mahnıları və duetlərlə konsertə rəngarənglik qatıblar.
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərova isə “Çalpapaq”, “Bircə dənəsən ay qız” xalq mahnıları ilə tamaşaçıları ­sevindirib.
Bədii rəhbəri Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Aqib Seyidov olan Qədim Musiqi Alətləri Ansamblı unudulmaqda olan xalq musiqiləri ilə çıxış ediblər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR