Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Şərur şəhərindəki “Bahar” kinoteatrında konserti olub.
Konsertdə ilk olaraq xalq çalğı alətləri ansamblının ifasında “Çahargah kompozisiyası” səslənib. Uşaq Filarmoniyasının solistləri Babək Səmədzadə və Kənan Əkbərovun ifalarında “Salam, Naxçıvan” mahnısı alqışlarla qarşılanıb.
Kollektivin solistlərindən Xəzər Məmmədov, Təvəkkül Vəlizadə, Məhəmməd Kəngərli və başqalarının ifalarında xalq mahnıları, təsniflər, ritmik muğamlar konsert iştirakçılarında xoş ovqat yaradıb.
Solistlərdən Seymur Fərəcovun sazda, Ələkbər Məmmədovun balabanda, Azər Məmmədovun nağarada ifa etdikləri “Ovşarı” saz havası maraqla qarşılanıb.
Həmçinin solistlərdən Fuad Məmiyev, Mikayıl Nəsirov, Səfər Cəfərov, Musa Abdullayev və başqalarının ifalarında görkəmli bəstəkarlarımızın şən və lirik mahnıları səslənib.
Konsert bəstəkar Rauf Hacıyevin populyar “Azərbaycan” mahnısı ilə başa çatıb.
Əli RZAYEV