25 Dekabr 2024, Çərşənbə

Dünən 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəsissələrinin özfəaliyyət kollektivlərinin konserti olmuşdur. 400-dən çox tələbə-gəncin iştirak etdiyi tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondu və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi təşkil etmişdir. Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Tibb Kollecinin tələbələrinin ifa etdikləri rəngarəng musiqi nömrələri və rəqslər tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Sonda konsertdə iştirak edən ali və orta ixtisas təhsili müəssisələrinin özfəaliyyət kollektivləri fəal çıxış etdiklərinə görə tədbirin təşkilatçıları tərəfindən fəxri fərmanlarla təltif edilmişlər.

Ardını oxu...

Ümummilli lider Heydər Əliyev deyirdi: “Təbiət və cəmiyyət hadisələri, dini-fəlsəfi təsəvvürlər, mədəniyyət və sair ilə qırılmaz surətdə bağlı olan xalçaçılıq bizi əcdadlarımızın mənəvi aləmi, dünyagörüşü, ideologiyası ilə tanış edir”.
İdeologiya, dünyagörüşü, mənəvi aləm isə elə məfhumlardır ki, onları ya öyrənirsən, tədqiq və təbliğ edirsən, gələcək nəsillərin yaddaşına ilmə-ilmə, rəng-rəng “toxuyursan”, ya da o nəsillərin mənəviyyatına, yaddaşına yad ilmələri, yad naxışları kimlərsə sənin əvəzinə “toxuyur”. O yad naxışlar, ilmələr isə zaman keçdikcə, müasir sənayenin dili ilə desək, sintetik örtüklərə çevrilir. Son illərdə daha çox istifadə etməyə başladığımız xalçalarımızı əvəzləyən sintetik örtüklər orqanizmimizə fiziki-bioloji cəhətdən zərərli olduğu kimi, beynimizə vurulan yad ilmələr də mənəvi kimliyimizə zərbə vurur.

Ardını oxu...

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabr ayının 13-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində müsabiqə keçirilib. Müsabiqədə Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin “Şən və hazırcavablar” klubları iştirak ediblər.
Dörd komandanın iştirak etdiyi müsabiqədə Naxçıvan Dövlət və Özəl universitetlərinin, Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrinin nümayiş etdirdikləri səhnəciklər maraqla qarşılanıb. Münsiflər heyətinin qərarına əsasən, Naxçıvan Müəllimlər İnstitutunun kollektivi müsabiqənin birincisi olub. Naxçıvan Dövlət Universiteti və Naxçıvan Özəl Universitetinin tələbələri isə ikinci və üçüncü yerlərə layiq görülüblər. Qaliblər müsabiqənin təşkilatçıları tərəfindən kubok və diplomlarla mükafatlandırılıblar.

Türkan HÜSEYNLİ

Azərbaycan Respublikasında musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 5 noyabr-7 dekabr tarixlərində “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi”ni keçirir.
Müsabiqə tar, kamança, qanun, saz, balaban, qarmon ixtisaslarında təhsil alan 10-18 yaşlı uşaq və gənclər arasında 3 qrup (I qrup: 10-12 yaş; II qrup: 13-15 yaş; III qrup: 16-18 yaş) üzrə aparılır. Müsabiqə 2 turdan ibarətdir. Birinci tur 5-30 noyabr tarixlərində zonalar üzrə Bakı, Naxçıvan, Mingəçevir, Şirvan şəhərlərində, Qəbələ, Ağcabədi, Goranboy, Xaçmaz, Abşeron rayonlarında və Ceyranbatan qəsəbəsində, ikinci tur isə Bakı şəhərində keçiriləcəkdir.

Ardını oxu...

Milli dəyərlərimiz yaşadılır və ya kimdir Sərxan Bünyadzadə?
Professional musiqi mədəniyyətimizin mühüm qolunu Azərbaycan muğamı təşkil edir. Təsadüfi deyildir ki, bu milli musiqinin bəşəri əhəmiyyətini nəzərə alan YUNESKO 2003-cü ildə onu Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin şah əsərlərindən biri elan edib. Azərbaycanda bu irsin qorunması, təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində Heydər Əliyev Fondu böyük layihələrə imza atıb. Belə ki, beynəlxalq və ölkə miqyaslı muğam müsabiqələrinin keçirilməsi son illər ənənə şəklini alıb. 2002-ci ildən keçirilməyə başlanılan muğam televiziya müsabiqələri isə muğama maraq göstərən gənclərin istedad və bacarıqlarının üzə çıxarılmasında, bu qiymətli irsin yaşadılmasında mühüm rol oynayır. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə üç ay davam edən “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinə noyabrın 6-da yekun vurulub. Qeyd edək ki, cari ilin avqustun 6-da Beynəlxalq Muğam Mərkəzində “Muğam Müsabiqəsi-2013” Tele­viziya Müsabiqəsinin startı verilmişdi.

Ardını oxu...

Hər səhər Qapıcıq zirvəsi üstündən doğan Günəş gülümsəyir bu diyara. Qışda, yazda, yayda və payızda Haçadağ min rəng alır bu Günəşin şüaları altında. Arazın sularının axması ilə ruhumuzu oxşayan bir musiqi yayılar ətrafa, bir də Ağrıdağdan axan külək bir akkord tutar bu musiqiyə. Gecələr də Günəş Ağrı dağının arxasında gizlənər burda. Payız isə Batabatdan gələr Naxçıvana.

Geyib yenə xəzan donun, payız gəlir. Rəssam, çək bu mənzərəni, gözəl-göyçək bir qız gəlir. Bax yenə də gur damlalar gözəl bir rəqs ifa edir, Gəmiqaya üzərində həkk olunan səhnəciklər yallı gedir...
Bir başqadır bu yerlərin payızı... Zəngəzurdan duyulanda ilk şimal küləyinin nəfəsi Günəşin gülüşləri ilıqlaşar. Öz qızıl donunu Batabat meşələrindən geyinməyə başlayar Naxçıvan, bir qızıl tac qoyar Xalxal və Payız meşələrinin başına payız. Arazın nəğmələri də bir az daha həzinləşər. Şərur düzü yayın istisindən yorulmuşdur. Onu qucaqlayar Tanrının Yer üzünə bərəkəti sayılan yağışlar, gələn ilin barını-bərəkətini gətirmək üçün insanlar torpaqları naxışlar.

Ardını oxu...

Mədəniyyət insanın yaratdığı, nəsildən nəslə ötürdüyü maddi və mənəvi dəyərlərin məcmusu olmaqla cəmiyyətin inkişafında mühüm rol oynayan bir sahədir.  
Bu gün müstəqil dövlətimiz özünün yeni inkişaf mərhələsindədir. Bu inkişaf mədəniyyət sahəsini də əhatə edir. Muxtar respublikamızda da mədəniyyətin inkişafına göstərilən qayğı, belə qayğı hesabına əldə edilən uğurlar göz qabağındadır və hər birimizi ürəkdən sevindirir.
Bu günlərdə Babək rayonunda bu sahədə görülən işlərlə tanışlıq zamanı bir daha yəqin etdik ki, qədim diyarımızda mədəniyyətin inkişafına qayğı dinamik xarakter alıb. Bölgədəki mədəniyyət müəssisələrinin normal fəaliyyət göstərməsini təmin etmək məqsədilə onların böyük əksəriyyəti üçün yeni binalar inşa olunub, onların maddi-texniki bazaları gücləndirilib.
“İnsan yaxşı işlədiyi kimi, yaxşı da yaşamalı, öz kökünə, tarixinə bələd olmalı, adət-ənənələrini qoruyub saxlamalı və onu daha da inkişaf etdirməli, bilik və dünyagörüşünü daim artırmalıdır. Bunun üçün də mədəniyyət sahəsinə qayğı prioritet istiqamətə çevrilməlidir”. Ulu öndərimiz Heydər Əliyevin bu fikrini xatırladan rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva söhbətində bildirdi ki, görkəmli dövlət xadiminin milli-mənəvi dəyərlərimizin, ulu keçmişimizin öyrənilməsi ilə bağlı tarixi fəaliyyəti, nitq və çıxışları, göstəriş və tövsiyələri bizim üçün əməli fəaliyyət proqramıdır.

Ardını oxu...

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasına ictimai baxış olmuşdur. İlk dəfə olaraq Naxçıvan Dövlət Kukla Teatrında marionetka kuklalardan istifadə edilməklə hazırlanan bu tamaşa “Arşın mal alan” operettasının səhnəyə qoyulmasının 100 illiyi ərəfəsində səhnələşdirildiyi üçün maraq doğurur.
Tamaşada Azərbaycan xalq teatrının ünsürlərindən, formalarından da istifadə edilmişdir. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rəfael Qədimovdur.
Tamaşadakı mahnılar milli musiqi alətlərimiz – tar, kamança və qavalla ifa olunmuşdur. Bir saat 25 dəqiqədən ibarət tamaşanı böyük bəstəkarın əsərləri daha baxımlı etmişdir.
Tamaşada rolları aktyorlar İbad Nəbiyev (Əsgər), Ləman Vəliyeva (Gülçöhrə), İlqar Babayev (Süleyman), Süleyman Süleymanov (Soltan bəy), İlham Babayev (Vəli), Xalq artisti Yasəmən Ramazanova (Telli)  və başqaları  səsləndirmişlər.
İctimai baxışdan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Xalq artistləri Kamran Quliyev, Yasəmən Ramazanova, rəssam Əli Səfərli, şair Zaur Vedili, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayev, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev çıxış edərək tamaşa haqqında fikir və rəylərini bildirmişlər.

Əli RZAYEV

Naxçıvan şəhərindəki möhtəşəm Heydər Əliyev Sarayının budəfəki qonağı qardaş Türkiyə Cümhuriyyətinin xalq musiqisi sənətçisi Eda Karaytuğ və onu müşayiət edən musiqiçilər olub. Türkiyəli müğənni bu ölkədə Cümhuriyyətin elan olunmasının 90 illik yubileyi münasibətilə təşkil edilən konsert pro­qramı çərçivəsində Naxçıvan musiqisevərlərinə Türkiyə və Azərbaycana məxsus bəstəkar və xalq mahnılarından ibarət musiqi çələngi təqdim edib.

Ardını oxu...

Naxçıvan Özəl Universitetində Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbiri universitetin tədris və elmi işlər üzrə prorektoru,  tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, M.Arazın yaratdığı ölməz sənət əsərləri bəşəriyyətə insanpərvərlik,  mənəvi paklıq aşılayır. Məmməd Arazın yarım əsrdən çox davam edən ədəbi yaradıcılığı XX əsr Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Onun “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Mən səni taparam”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən bəri” və digər əsərləri bu gün də sevilə-sevilə oxunmaqdadır. Şairin əsərlərindəki şeirlər forma əlvanlığına, deyim üslubu baxımından yeniliyə və obrazlılığa malikdir. Onun xalqımızın əsrlərlə formalaşmış yüksək mənəvi dəyərlərini tərənnüm edən əsərlərinin insanlarımıza vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında böyük əhəmiyyəti vardır. Xalq şairi Məmməd Arazın yazdığı əsərlər, ədəbiyyat tariximizə verdiyi töhfələr sırf millidir, Azərbaycançılıq ideologiyasına  söykənən və ondan qidalanan bir poeziyadır. Bir qayaya söykənən, ulu babaları kimi daşlaşan, heykəlləşən, Vətənin daşına, qayasına çevrilən Məmməd Araz əsl azərbaycanlı idi. Məmməd Araz dühası təkcə Azərbaycançılığı ilə məhdudlaşmır, “Azərbaycan dünyasından dünyaya baxır”,  Azərbaycan poeziyasını, Azərbaycançılığı təbliğ edir.
Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi Mədəd Səfərov “Məmməd Arazın həyat və yaradıcılığı”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının I kurs tələbəsi Çiçək Əliyeva “Məmməd Araz Azərbaycan şerinin vətəndaşıdır” mövzularında çıxışlar etmişlər. Çıxışlarda vurğulanmışdır ki, Məmməd Arazın əsərləri dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının ən yaxşı nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.
Sonda tələbələrin ifasında Məmməd Araz poeziyasından nümunələr səsləndirilmişdir.

Nuray ƏSGƏROVA

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu oktyabrın 28-də Ordubad rayonunda yerləşən “N” hərbi hissənin zabit və əsgərləri qarşısında növbəti konsert proqramı ilə çıxış edib. Qrupun ifa etdiyi musiqi nömrələri hərbçilər tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, adıçəkilən ansambl tez-tez muxtar respublika ərazisindəki hərbi hissələrdə olur, Vətən qarşısındakı xidməti borcunu yerinə yetirən əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkilinə öz töhfələrini verir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Hörmətli yoldaşlar! Vətənimizin bir parçası, bu qədim Naxçıvan torpağının dünənki mənəvi sərvətini mənimsəməyə haqqınız olduğu kimi, bu gününü də daha sürətlə inkişaf etdirməyə borclusunuz. Bu gün sabahın dünəninə çevriləndə sizdən hesabat istəyəcəklər: nə boyda kabinetlər tutmusan, neçə mərtəbəli nitqlər eləmisən, yumşaq maşınlarda neçə min kilometr yol getmisən. Bunların müqabilində gələcək nəslə yadigarın nədir? – Vədlər, məlumatlar?!
Yox, bu ad bizim şərəf kitabına düşməyəcək!
Möhkəm əqidəli, təmiz əxlaqlı, evlər tikən, bağlar salan, yollar çəkən adamlar yetişdirmisənsə, bu şərəf kitabında fəxri vətəndaş kimi həmişə yaşayacaqsan!
Geoloqlar Naxçıvanı “geoloji muzey” adlandırırlar. Burada hələ torpağın təbii, mineral sərvətləri boldur, həm də relyef geoloji cəhətdən rəngbərəngdir. Hər bir geoloji eranın möhürü bu torpaqda aydın seçilir. Araz boyunun ən kəskin istisindən iki saatın içində soyuq dağ iqliminə düşmək, hətta qar üstündə sürüşmək olar.

Ardını oxu...

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə keçirilən IV Muğam Televiziya Müsabiqəsinin növbəti mərhələsinin ikinci günü də Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilib.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Muğam Müsabiqəsi-2013” Tele­viziya Müsabiqəsinin təşkilat rəhbəri Nadir Axundovun, Azərbaycan Respublikasının xalq artistləri Arif Babayevin, Ağaxan Abdullayevin, Səkinə İsmayılovanın, Mənsum İbrahimovun və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun münsiflər heyətində yer aldığı “Muğam Müsabiqəsi-2013” Televiziya Müsabiqəsinin növbəti mərhələsinin ikinci günündə tanınmış muğam ustası Hacıbaba Hüseynovun əziz xatirəsi yad edilib, televiziya vasitəsilə onun ifasında “Mahur təsnifi” səsləndirilib. Xalq artisti Ağaxan Abdullayev tanınmış xanəndənin sənət yolundan, onunla bağlı xatirələrindən danışıb.

Ardını oxu...

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Televiziya Müsabiqəsi artıq dördüncü dəfədir ki, muğamsevərlərə təqdim edilir. Müsabiqənin növbəti turunun Naxçıvanda keçirilməsi diyarımızda mədəniyyət və incəsənətin yüksək inkişafından xəbər verir. Müsabiqənin münsiflər heyətinin üzvləri ilə söhbətimizdə də bu məqam xüsusi vurğulandı.
Sərdar FƏRƏCOV – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi: – Naxçıvana birinci dəfədir ki, gəlirəm. Lakin bu qədim yurd yeri haqqında 1973-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alarkən naxçıvanlı tələbələrdən Yaşar Xəlilov, Nazim Kazımov, Kamal Əhmədov, Eldar Xəlilov kimi bu gün mədəniyyət sahəsində tanınmış naxçıvanlılardan məlumat almışdım. Onlarla dostluğum bu gün də davam edir. Naxçıvandakı yeniliklər barədə məlumatları onlardan, kütləvi informasiya vasitələrindən alıram. Bu gün isə gördüklərim məndə çox güclü  təəssürat yaratdı. Bir daha bu qənaəti təsdiq etdim ki, eşitməklə görmək arasında xeyli fərq var. Təbiət bu yurda ülvi gözəllik bəxş edib. Naxçıvanın hər yeri yaşıllığa bürünüb. İnsanları da çox istiqanlı və səmimidirlər.

Ardını oxu...

Qələmi publisistikada da şeirdəki qədər kəskin olan Xalq şairi Məmməd Arazın hələ 1967-ci ildə yazdığı “Mədəniyyət hardan başlayır?” məqaləsinin başlığını oxuyub iş otağımın pəncərəsindən çölə doğru boylanıram. Düşünürəm ki, bəlkə də, böyük şair indi doğma Naxçıvanının necə olduğunu yəqin ki, bilmək istəyərdi. Və fikrimdən Məmməd Araza bir məktub yazmaq istəyi keçir: verdiyi sualları bu günün reallığında cavablandırmaq, düşündüyü məsələlərin bugünkü uğurlu həllini və vəziyyətini çatdırmaq istəyi. Yazını tam başdan oxumağa və suallara cavab tapmağa çalışıram.
“Bir şəhərin və ya əyalətin mədəni səviyyəsini necə ölçmək olar? Tikilən təzə binalarlamı? Yox. Yaxşı yollarlamı, reklam, şüar çoxluğu, uşaqlara məhəbbət, qocalara hörmət, adamların yaxşı geyim, səliqə-sahmanıylamı? Yenə də yox! Ayrılıqda bunların heç biri bir əyalət və şəhərin mədəni səviyyəsini müəyyən etmir. Bu və ya digər şərtlərin hamısı bir yerdə bir-birini tamamladıqda, biri digərinə təkan olduqda mədəniyyət yaranır, inkişaf vüsət alır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.
Dünən  Hüseyn Cavid Poeziya Günü münasibətilə Naxçıvan şəhərində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şairin məqbərəsini ziyarət ediblər. Hüseyn Cavidin Naxçıvan şəhərindəki ev-muzeyində davam etdirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açaraq ölməz söz ustadının həyat və yaradıcılığından, Cavid irsinə göstərilən dövlət qayğısından danışıb.

Ardını oxu...

Bütün zamanların qüdrətli sənətkarı

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 131 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Qüdrətli sənətkarımız Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olmuşdur. Onun əsərlərində canlanan həyat səhnələri və həqiqətləri, obraz və xarakterlərinin rəngarəng­liyi, dolğunluğu və kamilliyi insanı vəcdə gətirir. Hüseyn Cavid yaradıcılığına müraciət edərkən insan mənən təmizlənir, saflaşır, böyük fikir mübarizələrinin həlledici məqamına çatanda isə özünü ucalıqda, ənginliklərdə hiss edir. Məhz buna görə də zaman keçdikcə, illər ötdükcə bu sənət təsir qüvvəsini itirmir, təzə-tər sənət dünyası ilə insanı düşündürür, həyata bağlayır. Cavid sənətinə dahiyanə əbədiliklə bərabər, fəlsəfi-əxlaqi konsepsiyalar mürəkkəbliyi və dərinliyi də xasdır.

Ardını oxu...

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyəti Fondunun və Azərbaycan Televiziyasının dəstəyi ilə keçirilən IV Muğam Tele­viziya Müsabiqəsinin növbəti mərhələsi Naxçıvan şəhərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilib.

Ardını oxu...

Görkəmli şair Məmməd Araz müxtəlif vaxtlarda “Əməkdar mədəniyyət işçisi”,  “Xalq şairi” fəxri adlarına, Dövlət mükafatına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ən ali mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Onun üçün bütün mükafatların ən alisi ürəklərə köçüb yaşayası öz sözü, öz səsidir. Xalq  şairinin yaradıcılığına verilən yüksək qiymətin, həyat və yaradıcılığının öyrənilməsinə göstərilən diqqət və qayğının davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 8 iyun 2013-cü il tarixli sərəncamları ədəbiyyata, maddi-mənəvi irsə, ziyalılığa, milli poeziyaya göstərilən qayğının bariz nümunəsidir.
Məmməd Araz yaradıcılığı zəngin və çoxşaxəlidir. Sovetlər dövründə çoxlarının cəsarət edə bilmədiyi Vətən tarixinin ciddi problemlərini, parçalanmış Azərbaycanın yanğılı səsini yalnız Araz şairi yaza bilərdi. Məmməd Araz xalqın taleyüklü məsələlərini özünəməxsus sənətkar qələmi ilə, ahəngdar dil, təsvir və ifadə vasitələri ilə, ən başlıcası isə vətəndaş yanğısı ilə qələmə almışdır.

Ardını oxu...

İlk şeri mətbuatda 1952-ci ildə dərc olunan, yarıməsrlik zəngin yaradıcılıq yolu keçən ustad sənətkarımız Məmməd Arazın qələmindən çıxmış dəyərli əsərlər çağdaş Azərbaycan ədəbiyyatının inkişafında, ideya-bədii yüksəlişində çox mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinın Sədri cənab Vasif Talıbovun  “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 8 iyun 2013-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi:  “Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”.

Ardını oxu...

Xalq şairi Məmməd Araz zəngin yaradıcılıq yolu keçmişdir. Onun “Üç oğul anası” (1961), “Araz axır” (1964), “Anamdan yadigar nəğmələr” (1966), “Ömür karvanı” (1967), “Atamın kitabı” (1974), “Dünya sənin, dünya mənim” (1983), “Qayalara yazılan səs”, “Daş harayı” kimi onlarla əsəri ədəbiyyatımızın və pedaqoji fikir tariximizin qızıl fonduna daxil olmuş, şairi respublikamızın hüdudlarından çox-çox uzaqlarda tanıtmışdır.

Məmməd Araz mənsub olduğu xalqın həyatını, mənəvi aləmini, psixologiyasını, adət-ənənələrini dərindən bilən şairlərimizdən biri olmuşdur. Onun hər bir şerində xalqın təfəkküründən qidalanan nikbinlik, təbiilik hakimdir. Xəlqilik, xalq ruhunun inikası onun əsərlərinin daxili məzmunundan, ümumi ruhundan, bədii, estetik keyfiyyətlərindən doğur.

Ardını oxu...

Bu il oktyabr ayının 14-də yaradıcılığı vətənpərvərlik duyğuları ilə yoğrulan Xalq şairi Məmməd Arazın anadan olmasından 80 il ötür. Məmməd Araz yaradıcılığı, istedadı, şəxsiyyəti ilə müasir poeziyamızda özünəməxsusluğu ilə səciyyələnən bütövlük, ucalıq, kamillik mücəssəməsidir. Bu da həqiqətdir ki, şairin ünvanına 300-dən çox nəzirə-şeir yazılıb. Cəsarətlə demək olar ki, istər Azərbaycan ədəbiyyatında, istərsə də dünya ədəbiyyatında bu xoşbəxtlik çox az insana nəsib olub. 50 il Məmməd Arazla dostluq edən, ədibin yaradıcılığının vurğunu, qələmindən çıxan hər bir sözə dərindən bələd olan Akif Mədətovla şairin yaradıcılğı haqda söhbət etdik.

Akif müəllim ixtisasca iqtisadçıdır. Amma poetik duyumu gənc yaşlarından onu söz ustadlarının, söz sənətkarlarının yaradıcılığını mənimsəməyə sövq edib. Zaman ötdükcə bu sövdalıq Akif müəllimə ustadların, sənətkarların yaradıcılığı haqqında qiymətli fikir yürütmək bacarığı aşılayıb.
–  Akif müəllim! Məmməd Araz ədəbiyyatımızda vətənpərvər şair kimi tanınır, hətta şairin şerindən iki misra dillər əzbəri olub:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
İstərdim söhbətimizə elə burdan başlayaq. Şairin daha hansı şeirlərini göstərmək olar ki, bu şeirlərdəki tərənnüm Vətənin vətəndaşının Vətən dilində tərənnümüdür?

Ardını oxu...

Babək Rayon Mədəniyyət Evində milli poeziyamızın iftixarı olan şair, tərcüməçi, publisist Məmməd Arazın 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Gecənin qonaqları əvvəlcə  rayon Mədəniyyət Evinin foyesində təşkil edilən, böyük şairin həyatı və yaradıcılığını əks etdirən sərgiyə baxıblar.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri  Aybəniz Babayevanın, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırovanın, Uşaq Kitabxanasının müdiri Təranə Əliyevanın çıxışları olub.

Ardını oxu...

Arazın sol sahilində, düzənlik ərazidə yerləşən Bulqan kəndi 2009-cu ilə qədər Babək rayonunun tərkibində olmuş, sonra “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. 

“Bulqan” qədim bolqarlarla bağlı kənd adıdır
Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid  yaşayış yeri  olmuş, buradan sənduqətipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz Su Anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır.
Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd  XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-30-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri  XIX əsrdə  Əli Məmməd qışlağı,  “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzi ilə birgə “Şəhriyarın söz çeşməsi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığının tədqiqinin və təbliğinin əhəmiyyətindən danışmış, onun nəinki XX əsr Azərbaycan və Yaxın Şərq poeziyasının, bütövlükdə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu vurğulamışdır.
Görkəmli şairin yaradıcılığına aid videoçarxın nümayişindən sonra İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli ustad Şəhriyarı dünya şöhrətli şair kimi tanıdan çoxcəhətli yaradıcılığından bəhs etmişdir.
İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzinin rəisi Əli Əkbər Talibi Mətin çıxışında Məhəmmədhüseyn Şəhriyarı  türkdilli və farsdilli poeziyanın zirvəsində dayanan şair kimi dəyərləndirmişdir.

Ardını oxu...

“Hər bir şairin və ümumiyyətlə, yaradıcı adamın əbədi və əzəli bir ilham mənbəyi var. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi min­illiklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. O Azərbaycan ki, o, “qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”; o Azərbaycan ki, onun “hər daşından alov dilli ox ola bilər” və o Azərbaycan ki, o, məqamında kükrəyən, məqamında “yatmış qoca vulkandır”. Ümummilli liderimiz Heydər Əliyevin fəxr və qürur hissi ilə bütün gəncliyimizə təlqin etdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” milli və mənəvi düşüncə tərzi M.Araz poeziyasının mayasını, ana xəttini təşkil edir”.

Bu fikirlər Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə əlaqədar dünən AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən elmi konfransda səsləndirilib.

Ardını oxu...

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun (1928-2008) “Gün var, əsrə bərabər” romanı əsasında hazırlanan “Manqurt” tamaşasının məşqlərinə başlanılıb. Tamaşanın quruluşçu rejissoru Tofiq Seyidov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımovdur.
Böyük yazıçının türk, altay, qırğız əfsanələrindən bəhrələnərək ədəbiyyata gətirdiyi bu mövzu öz ideya-bədii və fəlsəfi düşüncə mükəmməlliyi ilə dünya xalqlarının diqqətini cəlb edib. Öz tarixini, milli dəyərlərini, soykökünü unudub şüursuz köləyə çevrilən birini yazıçı “manqurt” adlandırır. Bu ifadə bir çox türk dillərində vətəndaşlıq hüququ qazanaraq eyni məna ilə işlənməkdədir. “Manqurt əfsanəsi” bir sıra dərin mətləbləri ədəbiyyata gətirməkdə bədii üsul kimi sənətkarlıqla seçilib.
Tamaşada Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy (Yedigey), Azərbaycan Respublikasının əməkdar artistləri Bəhruz Haqverdiyev (Qulubəy), Xəlil Hüseynov (müstəntiq Tamşıqbəyov), Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanova (Nayman – Ana), aktyor Zakir Fətəliyev (Ədilbəy), aktrisalar Nazlı Hüseynquliyeva (Ukubala), Nurbəniz Niftəliyeva (Ayzada) və başqaları rol almışlar.

Əli RZAYEV

Sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Ağ atlı oğlan” filmi nümayiş etdirilib. Gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onlara dövlətçiliyə sədaqət ruhunun aşılanması məqsədilə təşkil edilən tədbirdə muxtar respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak ediblər. Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər, məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından bəhs edən və tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağıran film gənclərdə böyük maraq doğurub.    

Xəbərlər şöbəsi

Tariximizi yaşadan hər saxsı parçası, daş parçası, digər varidatlarımız, qiymətli sərvətimiz, onların toplandığı muzeylər misilsiz xəzinə, müqəddəs məbədgahımızdır. Ulu öndər Heydər Əliyev deyirdi: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”.

Hər tərəfi tarixin canlı nişanəsi ilə zəngin olan diyarımızda bu sahədə təqdirəlayiq işlər görülür, geniş muzeylər şəbəkəsi yaradılır. İndi muxtar respublikamızın bütün bölgələrində o yerin dünəninə işıq salan, bu gününə ayna tutan muzeylər fəaliyyət göstərir. O cümlədən səsi, sorağı “Kitabi-Dədə Qorqud” dastanından gələn, hər qarışında oğuz ənənələrinin ayaq izi yaşayan sərhəd bölgəsi Sədərəkdə, yurdumuzun alınmaz qeyrət qalasında da.

Ardını oxu...

Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu mütəmadi olaraq muxtar respublikamızdakı hərbi hissələrdə xidməti borcunu yerinə yetirən əsgər və zabitlərlə görüşür, onlar qarşısında konsert proqramı ilə çıxış edir.
Bu ənənənin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə dünən “İnam” musiqi qrupu Kəngərli rayonunda yerləşən “N” hərbi hissənin zabit və əsgərlərinə musiqi sovqatı aparıb. Belə tədbir üçün hissə komandirliyi təşkilatçıya və kollektiv üzvlərinə şəxsi heyət adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş poçt markası hazırlanaraq poçt tədavülünə buraxılmışdır. Üzərində Məmməd Arazın portreti əks olunmuş marka 20 min tirajla buraxılmışdır. Markanın nominal dəyəri 20 qəpikdir. Bundan başqa, Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş suvenir bukleti və “Birinci gün” zərfi də hazırlanmışdır.
Qeyd edək ki, Məmməd Arazın müasir Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir. Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi ki­mi yüksək keyfiyyətlər Məm­məd Araz yaradıcılığına uzun­ömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Məmməd Arazın əsərləri dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının ən yaxşı nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.
Parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə böyük şöhrət qazanan Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuş, adına “Məmməd Araz” ədəbi mükafatı təsis edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı teatrsevərlərə təqdim etdiyi şair-dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə 131-ci teatr mövsümünü açmışdır. Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək yeni teatr mövsümünün açılışı münasibətilə teatrsevərləri təbrik etmişdir. Naxçıvan teatrının 130 il ərzində keçdiyi tarixi inkişaf yolundan danışan nazir qeyd etmişdir ki, dramaturgiyamızın elə görkəmli sənətkarı yoxdur ki, onun əsəri Naxçıvan teatrında səhnələşdirilməmiş olsun. Teatr həmçinin Avropa, rus, türk dramaturgiyasından ən gözəl nümunələri səhnələşdirməklə tamaşaçıların bəşəri sərvətlər xəzinəsinə yiyələnməsində əvəzsiz xidmətlər göstərmişdir.

Vurğulanmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan teatrına daim diqqət və qayğı göstərmiş, dəfələrlə bu teatrın tamaşalarına baxmışdır. Ulu öndər Naxçıvan teatrı haqqında demişdir: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.

Ardını oxu...

Kitab ənənəvi informasiya vasitəsi olaraq, bütün zamanlarda öz aktuallığını qoruyub saxlamışdır. Nə baş verən informasiya inqilabları, nə yeni texnologiyalar, əslində, bəşəriyyətin ən böyük kəşflərindən biri olan kitabların əhəmiyyətini azaltmamışdır; sadəcə olaraq, onun formaca dəyişməsinə səbəb olmuşdur. Yəni əvvəllər əllə toxuna bildiyin 100 kitabı daşımaq üçün insanlara mütləq bir yardımçı vasitə lazım idisə, indi o kitabları daşımaq üçün əlində daşıya biləcəyin kiçik bir flaş-kart, disk, net-book və ya note-book və sair yetərlidir. Bu imkanı yeni texnologiya və elektronlaşdırılmış kitablar bizim hər birimizə yaradır.

Ardını oxu...

Sentyabr ayının 13-də qardaş Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən X Beynəlxalq Anadolu Mədəniyyət və Sənət Festivalına yola düşən Naxçıvan Dövlət Filarmoni­yasının musiqi kollektivi sen­tyabrın 16-da Naxçıvana qayıt­mışdır. Filarmoniyanın direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevdən həmin tədbirlə bağlı təəssüratlarını öyrəndik:
– Qardaş ölkədə keçirilən müxtəlif festivalların iştirakçısı olmuşuq. Elə bu ilin iyun ayının 29-30-da Türkiyənin Gümüşhanə vilayətində keçirilən Şiran Tomara Şəlaləsi Mədəniyyət və Turizm Festivalında iştirak etmişdik. Türkiyənin paytaxtında keçirilən budəfəki festival çox maraqlı mədəniyyət tədbiri idi. Sen­tyabrın 14-də Ankara ilə tanışlığımız son illər burada salınmış 7 min kvadratmetrlik əraziyə malik Heydər Əliyev Parkından başlandı. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyduq. Şəhərlə tanış olduq.
Ankara şəhərinin Etimesqut bələdiyyəsi tərəfindən təşkil olunan festivalda Türkmənistan, Qazax­ıstan, Qırğızıstan, Şimali Kipr və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş musiqi kollektivləri çıxış edirdilər. Hər bir kollektivin çıxışı başa çatdıqdan sonra axşam Türkiyənin tanınmış sənətçilərinin ifalarına baxırdıq. On minlərlə insanın toplandığı meydanda Türkiyə Respublikasının dövlət rəsmiləri, millət vəkilləri, bələdiyyə sədrləri iştirak edirdilər. Naxçıvan Dövlət Filarmoniyasını festivala Etimesqut bələdiyyəsinin müraciətindən sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi dəvət etmişdi. Müraciətdə kollektivin festivalın son günü təşkil olunacaq qala-konsertdə iştirakı nəzərdə tutulurdu. Sentyabrın 15-də baş tutan konsertdə xalq mahnıları, Azərbaycan bəstəkarlarının mahnıları səsləndi. Son musiqi nömrəmiz olan “Azərbaycan-Türkiyə” mahnısı ifa olunanda səhnəyə Azərbaycan və Türkiyənin bayraqları ilə çıxdıq ki, bu da meydana toplanan insanların böyük coşqu ilə alqışına səbəb oldu. Festivalın gedişi Türkiyənin “Bengü-türk” televiziya kanalı ilə canlı yayımlanırdı.

Əli RZAYEV

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən sentyabrın 18-i hər il ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Dünən bu münasibətlə Naxçıvan şəhərindəki C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ətrafında tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək milli musiqi sənətimizin inkişafında Üzeyir Hacıbəyovun misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, məhz Üzeyir Hacı­bəyovun zəngin yaradıcılığı ilə Azərbaycanda bəstəkarlıq məktəbinin əsası qoyulmuşdur. Bu bəstəkarlıq məktəbində neçə-neçə bəstəkar-musiqiçilər yetişmişdir.

Ardını oxu...

İnsan kimi, sözün də heysiyyəti, qüruru var. Bu heysiyyət, qürur o zaman duyulur, o zaman dərk olunur ki, o, əsl sənətkar qələminə tuş gəlir. Ədəbi dilimizin zənginliyinin ən bariz göstəricilərindən olan sözün tuş gəldiyi ustad qələm sahiblərindən biri də Məmməd Arazdır. Məmməd Araz dilin ədəbi normaları içərisində bədii norma yaratmaqda, dilin fövqünə qalxmaqda böyük istedad sahibi şairlərimizdəndir. Onun şeirləri ötən əsrin 70-80-ci illər ədəbiyyatının təsvir diapazonunun genişlənməsində, təsvir və tərənnüm gücünün dolğunlaşmasında xüsusi rolu olmuş kamil yaradıcılıq nümunələridir. Bu xüsusilik şairin dilinin məntiqi və hissi cəhətləri ilə səciyyələnir. Bu baxımdan M.Araz yaradıcılığını bədii təfəkkürün mükəmməl nümunələri kimi də dəyərləndirirlər. M.Arazın dili həm də duyğuludur; bu dil insanı həyəcanlandırır, kövrəldir, onu yaşamadığı anların xəyalını qurmağa sövq edir. Ən maraqlısı budur ki, bu xəyaladalma qətiyyən xəyalpərəstlik deyil; bu, keçmiş üzərində gələcəyin qurulması aksiomunun xəyali təsviridir:

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün, 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il sen­tyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
“Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə, öləndən sonra da camaata mənfəət verirlər”, – deyən Üzeyir Hacıbəyov milli musiqimizin və mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmiş, nəinki xalqımızın, ümumiyyətlə, bəşəriyyət tarixinə öz adını dahi sənətkar kimi yazdırmışdır. O, həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, ma­ariflənməsinə həsr etmişdir. Böyük bəstəkar və ictimai xadim Azərbaycan musiqi sənətinə əvəzsiz töhfələr vermiş, Şərq və Qərb musiqi mədəniyyətləri arasında körpü yaratmış, çox­əsrlik musiqi ənənələrini inkişaf etdirərək yüksək səviyyəyə çatdırmışdır. Onun zəngin musiqişünaslıq əsərləri, dünya musiqisinin inciləri sayılan operettaları, ən həzin duyğuları ifadə edən romansları, xalqın mərdliyindən, mübarizə əzmindən, zəngin mənəvi aləmindən xəbər verən pyesləri və bir çox mahnıları xalqımızın mənəvi xəzinəsini zənginləşdirən ölməz sənət əsərləridir.

Ardını oxu...

Şahbuz Rayon Xalq Teatrı yarandığı gündən musiqili komediyaların səhnələşdirilməsinə daha çox meyil edir. Tamaşalarda ifa olunan canlı musiqi səhnəyə qoyulan əsərlərin daha təbii təqdimində xüsusi rol oynayır. 

Ötən həftə Şahbuz Rayon Mədəniyyət Evində Zülfüqar Hacıbəy­ovun “Evliykən subay” pyesi əsasında hazırlanmış üçpərdəli səhnə əsərinin ilk tamaşası olmuşdur.
Tamaşada ötən əsrin əvvəllərində ailə-məişət münasibətlərində mövcud ziddiyyətlər gülüş hədəfinə çevrilmişdir. Əsərin əsas konflikti Kəlbə Hacı və onun arvadları Pərzadla Hürzad üzərində qurulmuşdur. Komediyanın əsas gülüş və tənqid hədəfi Kəlbə Hacıdır. İki arvad arasında qalan, tamaşanın finalına qədər gülüş doğuran bu obrazı Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev tamaşaçıya uğurla təqdim edə bilmişdir.

Ardını oxu...

Ötən il oktyabr ayının 19-da Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilmişdir. Həmin konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxışında Yazıçılar Birliyi qarşısında bir sıra problemin həll olunması məsələsini qoymuşdur. Həmin problemlərdən biri də bədii tərcümə ilə bağlı idi. Bəs bu istiqamətdə hansı işlər görülüb? Suallarımızı Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar cavablandırır.

– Asim müəllim, Yazıçılar Birliyinin sonuncu konfransından bu günə qədər bədii tərcümə ilə bağlı hansı işlər görülüb?
–Yazıçılar Birliyinin konfransında Ali Məclisin Sədri demişdir: “Ciddi problemlərdən biri də bədii tərcümə ilə bağlıdır. Bu olmadan bədii əsərləri tərcümə edib yaymaq mümkün deyil. Muxtar respublikamızda elmi və publisistik əsərlərin, tarixi mövzuda yazılmış kitabların tərcüməsi sahəsində müəyyən təcrübə vardır. Lakin istər klassik, istərsə də müasir bədii əsərlərin tərcüməsi sahəsində boşluq qalmaqdadır. Muxtar respublikada xarici dillərdən birbaşa tərcümə ilə məşğul olan yazıçı və şairlərin olmasını əsas götürərək Yazıçılar Birliyi nəzdində bədii tərcümə mərkəzi yaratmaq mümkündür”.

Ardını oxu...

Vətənpərvərlik hissi insanın ömür boyu tərbiyələndirdiyi ülvi bir hissdir. Bu ülvi hiss insanın doğma Vətəninə hədsiz məhəbbət bəsləməsində, öz ölkəsinin inkişaf və nailiyyətlərinə ürəkdən sevinməsində, hər qarış torpağını göz bəbəyi kimi qorumasında ifadə olunur. Vətənpərvərlik hissi doğma torpağa və onun insanlarına bağlılıqdan başlayaraq, insanın bütün qüvvə və qabiliyyətini Vətənin, xalqın mənafeyi uğrunda mübarizəyə həsr etməsinə qədər inkişaf edib yüksəlir. 

Bu gün ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri də məhz gənc nəslin Vətənə, milli adət-ənənələrimizə, mədəniyyətimizə sədaqət, hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlər və təkliflərin öz əksini tapması ölkəmizdə gənc nəslin vətənpərvərlik tərbiyəsinin artırılması sahəsində həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsindən xəbər verir.

Ardını oxu...

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Bu gün Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli liderimiz deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb.

Ötən illərdə görülən işlərin miqyasına və nəticəsinə nəzər salsaq, tam əminliklə demək olar ki, ölkəmizdə, eləcə də muxtar respublikada mədəniyyət və turizm siyasəti böyük uğurla həyata keçirilir. Bu siyasətin gələcəkdə daha böyük nailiyyətlər qazanması üçün hər bir bölgəmizdə infrastruktur da daxil olmaqla, nəhəng potensial var. Ötən günlərdə bu sahədə Şahbuz rayonunda görülən işlərlə bağlı məlumat almaq üçün Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsində olduq.

Ardını oxu...

Ordubad rayonunda 3700 metr yüksəklikdəki Gəmiqaya qayaüstü rəsmlərinin yerləşdiyi ərazidə Gəmiqaya Muzeyi yaradılır. Milli memarlıq üslubunda inşa olunmuş muzey binasında ekspozisiya zalı və muzey əməkdaşları üçün iş otaqları fəaliyyət göstərəcək. İnşaat işlərinin başa çatdığı muzeyin qurulmasına başlanılmışdır.
Yeni yaradılan Gəmiqaya Muzeyində son illər bu sahənin tədqiqi və öyrənilməsi məqsədilə imzalanmış sərəncamlar, arxeoloji tədqiqatların nəticələri və əldə edilmiş eksponatlar, fotosənədlər, Gəmiqaya haqqında söylənmiş elmi fikirlər, çap edilmiş monoqrafiyalar, kitablar sərgilənəcəkdir.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivlərinin qardaş Türkiyə Respublikasında keçirilən müxtəlif festivallarda iştirakı artıq ənənəyə çevrilmişdir. Musiqi kollektivlərinin İzmir, Qars, İqdır, Ərdahan və başqa bölgələrdə çıxışları rəğbətlə qarşılanmışdır.
Sentyabr ayının 13-də Naxçıvan Dövlət Filarmoniyası 15 nəfərdən ibarət heyətlə növbəti dəfə Türkiyənin paytaxtı Ankarada keçiriləcək X Beynəlxalq Anadolu Musiqi və Sənət Festivalında iştirak etmək üçün qardaş ölkəyə yola düşəcək. Festivalda filarmoniyanın musiqi kollektivinin ifasında instrumental musiqi, xalq mahnı və rəqsləri, Azərbaycan bəstəkarlarının mahnıları səsləndiriləcəkdir.

Əli RZAYEV

Dünyа хаlqlаrı ədəbiyyаtının ən yахşı nümunələrinin dilimizə tərcümə еdilməsi həmişə təqdirəlаyiq bir iş kimi dəyərləndirilmiş və dövrümüzə qədər bədii tərcümənin imkаnlаrındаn gеniş şəkildə istifаdə оlunmuşdur. Müxtəlif ölkə nümayəndələrinin əsərlərini dilimizə tərcümə edərək xalqımızın bu qiymətli nümunələrdən yararlanmasına imkan yaradan sənətkarlardan biri də Xalq şairi Məmməd Arazdır. Məmməd Araz yaradıcılığının dərinliyi, çoxşaxəliliyi və özünəməxsusluğu hamıya məlumdur. Bu sənətkarın əsərlərindən Vətən qoxusu gəlir. Şair, tərcüməçi, publisist Məmməd Araz Azərbaycan ədəbiyyatının tanınan və sevilən sənətkarlarındandır. O, Vətənini, elini çox sevmiş və yaratdığı əsərlərdə bu mövzudan sevərək söhbət açmışdır. Ancaq o, dünya sənətkarlarının yaratdığı əsərlərlə də tanış olmuş, getdiyi bir çox ölkə haqqında öz əsərlərində qiymətli və lazımi məlumatlar vermişdir.

Ardını oxu...

Hər bir ölkənin mədəniyyəti onun tarixi keçmişinə dayanan yaşam fəlsəfəsi üzərində qurulmuşdur. Həm qədim tariximiz, həm də bu tarixin zənginliyini özündə əks etdirən mədəniyyət nümunələrimiz Cənubi Qafqazın bu bölgəsinə əcnəbilərin diqqətini hər zaman cəlb etmişdir. Elə buna görədir ki, üzərinə, ruhuna Azərbaycançılıq fəlsəfəsi həkk olunmuş incəsənət nümunələrimiz müxtəlif dövrlərdə bu və ya digər yollarla ölkəmizdən çıxarılaraq daşınmış, dünyanın fərqli muzeylərində “məhbus həyatı” yaşamağa məcbur edilmişdir. Bu yazıda dünya muzeylərinin zənginliyini artıran milli incəsənət nümunələrimizdən bəhs edəcək, bu sahədə həlli vacib olan bəzi məsələləri təhlil etməyə çalışacağıq.

Dünyada məşhur muzeylər çoxdur. Bu məşhurluq həmin muzeylərin aid olduğu ölkələrin zəngin mədəniyyətə malik olması ilə deyil, orada toplanılan eksponatların çoxluğu və rəngarəngliyi ilə ölçülür. Yəni istənilən muzeydə digər xalqlara mənsubluğu ilə seçilən mədəni nümunələr sərgilənə bilər və bu fakt mövcuddur. Azərbaycana məxsus eksponatlar isə dünya muzeylərində həddən artıq çoxdur. Bütün bunlar bir tərəfdən zəngin mədəniyyətə malik olduğumuzu, digər tərəfdən isə tariximizə zaman-zaman biganə yanaşdığımızı göstərir.

Ardını oxu...

Avqustun 30 və 31-də muxtar respublikamızın qonağı olan Türkiyənin sayılıb-seçilən dövlət teatrlarından biri – Trabzon Dövlət Teatrı naxçıvanlılar qarşısında maraqlı tamaşa ilə çıxış etdi. Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı və dəvətilə muxtar respublikamıza gələn teatr yeni – 26-cı mövsümün açılışını naxçıvanlılar qarşısında etdi. Türkiyə Cümhuriyyətinin dövlətçilik tarixində mühüm yer tutan 30 avqust – Zəfər bayramının növbəti ildönümü münasibətilə nümayiş etdirilən tamaşa Uğur Saatçının eyniadlı əsəri əsasında səhnələşdirilmişdir. İkipərdəli tamaşaya Barış Erdenk quruluş vermişdir. 

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında nümayiş olunan “Bu da keçər ya hu” adlı səhnə əsəri komediya janrında olsa da, tamaşada baş verən hadisələr Birinci Dünya müharibəsindən sonra İstanbulu işğal edən ingilisləri doğma torpaqlarından çıxarmaq istəyən bir neçə nəfərin əhatəsində cərəyan edir. Tamaşa Mustafa Kamal Atatürkün komandanlığında türk ordusunun mübarizəyə başlamasıyla – ingilislərin də İstanbuldan çıxarılmasına başlanıldığı xəbəriylə, yəni xoş xəbərlə yekunlaşır.

Ardını oxu...

Avqustun 30-da Naxçıvan Dövlət Musiqili Dram Teatrında Trabzon Dövlət Teatrı tərəfindən hazırlanan “Bu da keçər ya hu” tamaşasına baxış olmuşdur.
Tamaşa başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək demişdir ki, dost və qardaş ölkə olan Azərbaycan və Türkiyə arasında əlaqələr yalnız siyasi və iqtisadi sahədə qurulan əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda mədəniyyət sahəsində də əlaqələr durmadan inkişaf edir. Mədəni sahədə əlaqələrin inkişafında teatrların mühüm rolu vardır. Çünki teatrlar hər bir xalqın mədəniyyətini yaşadan, inkişaf etdirən, təbliğ edən sənət ocaqlarıdır.

Ardını oxu...

(Oçerk)

Uşaqlıqdan adını tez-tez eşitdiyim, evdə, qonşuda, qohumlar arasında haqqında xoş sözlər  səslənən o həkimlə iş elə gətirdi ki, şəxsən görüşməli oldum.  Bu, uşaqlıqda ayaqlarımdan aldığım xəsarət ucbatından baş verdi.  Palataya düşməmişdən həmin həkim ayağımı  rentgenə saldı. Sonra mənə baxıb, bir az gülümsəyərək dedi: burda nə var ki, bu gün ayaqların sarğılanacaq,  sabah isə evə gedəcəksən. Həkimin sözlərinə xeyli sevindim ki, burada çox qalmayacağam. Ancaq sən saydığını say... Onun dediyi bir gün 3 ay oldu.  Hər 15 gündən bir rentgenə düşməli olurdum.  O həkim də hər dəfə bu sözləri deyəndə bunun bir zarafat olduğunu başa düşür, ancaq yaşamaq həvəsim daha da artırdı. Yadıma Hippokratın bir sözü düşür: “Həkimlik fəaliyyətində üç əsas şərt var: söz, bitki və bıçaq”. Xəstənin sağalması üçün söz digər iki amillə yanaşı, böyük əhəmiyyət daşıyır. Bəlkə də, daha çox... Elə İbn Sina da “həkim” sözünün ən dəyərli dərmandan üstünlüyünün ən yaxşı şəfaverici məlhəm olduğunu söyləyib. Məhz haqqında danışacağım həkim də xəstənin qəlbinə daha çox xoş sözlə yol tapan, onun həyata itmiş inamını qaytaran biri kimi bu gün naxçıvanlıların qəlbində özünə yer tapıb. 

...Onun Qoçəli adlı əmisi oğlu olub. XX əsrin birinci yarısında Şahbuzun “Qızılboğaz” adlı yerində ermənilər tərəfindən öldürülüb. Anası Kərbəlayi Dostuxanım oğluna ağlayaraq deyib: Bu nəsildən oğlan uşaqları dünyaya gələndə Qoçəlinin adını götürün. Elə igid olsun ki, onun adını yaşada bilsin. 1950-ci ildə Şahbuz rayonunun Keçili kəndində dünyaya bir oğlan uşağı gəlir. İsa kişi anasının arzusu ilə oğlunun adını Qoçəli qoyur. Bu gün muxtar respublikanın baş rentgenoloqu Qoçəli Dünyamalıyev bu adı şərəflə yaşadır. O, hər bir xəstəyə loğman həssaslığı ilə yanaşır. Onun diaqnozu dünyanın ən məşhur xəstəxanalarında da təsdiqlənir. Həkimi şəxsən tanımayanlar bilirlər ki, respublikada rentgen sahəsində tanınmış mütəxəssisdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə fiziki imkanları məhdud vətəndaşların və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin iştirakı ilə bədii yaradıcılıq müsabiqəsi keçirilib.
Fiziki imkanları məhdud vətəndaşlar, eləcə də 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadlıları üzə çıxarmaq, onların asudə vaxtını səmərəli təşkil etmək, cəmiyyətə inteqrasiyalarına köməklik göstərmək məqsədilə keçirilən bədii yaradıcılıq müsabiqəsində musiqi alətlərinin və mahnıların ən yaxşı ifaçıları münsiflər qarşısında bir-birindən maraqlı nömrələrlə çıxış ediblər.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən müsabiqənin sonunda münsiflər heyətinin rəyinə əsasən, musiqi alətlərində ən yaxşı ifaya görə Babək rayon sakini Vəli Vəliyev (saz) birinci yerə layiq görülüb. Müsabiqəyə Şərur rayonundan qatılmış Şəbnəm Ağayeva (pianino) ikinci, Rəşadət Həsənov (tar) üçüncü yerə layiq görülüblər.
Mahnı ifaçıları arasında isə Sədərək rayon sakini Teymur Cəlilovun ifası münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilib və o, bu nominasiyada müsabiqənin qalibi olub. Culfa rayonundan Eldar Quliyev ikinci, Babək rayonundan Yeganə Hacıyeva üçüncü olublar.
Müsabiqənin qalibləri və digər iştirakçılar mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə birgə rayonun Tənənəm kəndində xalq yaradıcılığı günü keçirib.
Tədbiri giriş sözü ilə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Həsən Qafarov açaraq bu yaşayış məntəqəsində xalq yaradıcılığının müxtəlif növlərinin yaranma tarixi haqqında məlumat verib, qədim xalq sənətlərindən ağacişləmə, misgərlik, boyaqçılıq, toxuculuq kimi xalq sənətlərinin tarixi haqqında danışıb. O deyib ki, Naxçıvanda toxuculuğun, boyaqçılığın və ipəkçiliyin inkişafı tarixən milli geyim mədəniyyətinin də formalaşmasına şərait yaradıb. Milli geyim və milli mətbəx xalq yaradıcılığının ən mühüm sahələrindən biridir. Xalqın tarixini, etnoqrafik və bədii xüsusiyyətlərini özündə cəmləşdirən milli geyimlər və mətbəx nümunələri bu gün maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi qorunur və inkişaf etdirilir. Təkrarsız milli yaradıcılığımızın nəticəsi olan Azərbaycan geyimlərini muzeylərimizdə, ayrı-ayrı tarixi teatr tamaşalarında və filmlərdə görə bilirik. Müxtəlif folklor ansamblı və qrupları da bu gün milli geyimlərimizi yaşadır və təbliğ edirlər.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR