25 Dekabr 2024, Çərşənbə

Azərbaycan Respublikasında musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, gənc istedadların üzə çıxarılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 5 noyabr-7 dekabr tarixlərində “Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi”ni keçirir.
Müsabiqə tar, kamança, qanun, saz, balaban, qarmon ixtisaslarında təhsil alan 10-18 yaşlı uşaq və gənclər arasında 3 qrup (I qrup: 10-12 yaş; II qrup: 13-15 yaş; III qrup: 16-18 yaş) üzrə aparılır. Müsabiqə 2 turdan ibarətdir. Birinci tur 5-30 noyabr tarixlərində zonalar üzrə Bakı, Naxçıvan, Mingəçevir, Şirvan şəhərlərində, Qəbələ, Ağcabədi, Goranboy, Xaçmaz, Abşeron rayonlarında və Ceyranbatan qəsəbəsində, ikinci tur isə Bakı şəhərində keçiriləcəkdir.

Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində zona müsabiqəsinə start verilmişdir. İki gün davam edən müsabiqəyə muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərindən 20 nəfər qatılmışdır. Müsabiqənin birinci günü 12, ikinci günü isə 8 şagirdin qanun, balaban, tar, qarmon, saz, kamança kimi milli musiqi alətlərində ifaları dinlənilmişdir. İfaçılar müsabiqənin əsasnaməsinə uyğun olaraq, birinci turda Azərbaycan və xarici ölkə bəstəkarlarının pyeslərini, ənənəvi saz havalarını və muğam ifa etmişlər.
Zona müsabiqəsinin qalibləri Bakı şəhərində keçiriləcək ikinci turda iştirak edəcəklər.
“Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının III respublika müsabiqəsi”nin Naxçıvanda keçirilən zona turuna  dünən yekun vurulmuşdur.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR